Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1085/2024 29.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ İş № e-2-2(121)-1085/2024 Azərbaycan Respublikasının adından QƏTNAMƏ 29 aprel 2024-cü il Şirvan şəhəri Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 020R********** saylı krеdit razılaşması üzrə 3691.78 manat məbləğində krеdit bоrcu, 261.09 manat məbləğində faiz bоrcu və 96.06 manat məbləğində cərimə borcu olmaqla,cəmi 4048.93 manat, 020R********** saylı krеdit razılaşması üzrə 4500 manat məbləğində krеdit bоrcu, 344.44 manat məbləğində faiz bоrcu və 102.05 manat məbləğində cərimə borcu olmaqla,cəmi 4946,49 manat, ümumilikdə cəmi 8995 (səkkiz min doqquz yüz doxsan beş) manat 42 (qırx iki) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat məbləğində mediasiya xərcinin və 4.96 manat məbləğundə dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 və zamin Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 020L**********20 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 020R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında aylıq faiz dərəcəsi 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5500 (beş min beş yüz) manat məbləğində məbləğində kredit götürmüşdür Cavabdeh3 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 1808.22 manat ödəmiş, onun 3691.78 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Qulamov Mahir Aydın oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 140 gün üçün hesablanmış faiz borcu 261.09 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 140 gün üçün hеsablanmış cərimə 96.06 manat təşkiledir. Bundan başqa, Uzunmüddətli kredit və təminat müqaviləsiəsasında Cavabdeh3 İddiaçı QSC iləxx.xx.2022-ci il tarixli 020R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında aylıq faiz dərəcəsi 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) manat məbləğində məbləğində kredit götürmüşdür Cavabdeh3uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan ödəniş etməmiş, onun 4500 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki,Qulamov Mahir Aydın oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 114 gün üçün hesablanmış faiz borcu 344.44 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 114 gün üçün hеsablanmış cərimə 102.05 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir B u barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 105 manat haqq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, onların rəsmi qeydiyyat ünvanı üzrə 09.04-cü il tarixdə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 020L**********20 saylı uzunmüddətli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən, 120 ay müddətinə 100.000 manat məbləğində krеdit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 020R********** saylı kredit sazişi və girov barədə qarışıq razılaşmaya dair müqaviləyə əsasən, Cavabdeh3 12 ay müddətinə, aylıq 1.3333 faizlə, 5.500 manat məbləğində krediti verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 hesabına 5.500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 020R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2023-cü il tarixinə 3.691,78 manat əsas borcu, 261,09 manat faiz borcu 96,06 manat cərimə borcu, ümumilikdə 4.048,93 manat borc vardır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 020R********** saylı kredit verilməsinə dair müqaviləyə əsasən, Cavabdeh3 aylıq1.6667 faizlə, 18 ay müddətinə 4.500 manat məbləğində krediti verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 hesabına 4.500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 020R********** kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2023-cü il tarixinə 4.500 manat əsas borcu, 344,44 manat faiz borcu 102,05 manat cərimə borcu, ümumilikdə 4.946,49 manat borc vardır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022ci il tarixli, 020L**********20 saylı uzunmüddətli kredit limitinin ayrılmasına dair müqavilə bağlamışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, bankla borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 020L**********20 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 bank qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştrak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 105 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən 4.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqavilələrinə əsasən verdiyi krediti və faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququndan istifadə etsə də kredit məbləğinin iddiaçıya qaytarılmalı olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə, cavabdehlər tərəfindən kredit müqavilələri üzrə borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı kredit müqavilələri üzrə əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, digər cavabdehə xx.xx.2022-ci il tarixli, 020L**********20 saylı kredit limiti müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğlərin və həmin məbləğlərə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında Cavabdeh3 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cərimənin tutulması hissələrinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin olunaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli 020R********** saylı saylı kredit müqaviləsi üzrə 96,06 manat, xx.xx.2022-ci il tarixli 020R********** saylı kredit müqaviləsi üzrə 102,05 manat məbləğində dəbbə pulu tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 105 manat məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir Məhkəmə, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 4.96 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 4.96 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022ci il tarixli 020R********** saylı kredit müqaviləsi üzrə 3.691,78 manat əsas borc, 261,09 manat faiz borcu, 96,06 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 020R********** saylı kredit müqaviləsi üzrə 4.500 manat əsas borc, 344,44 manat faiz borcu, 102,05 manat cərimə borcu, 105 manat mediasiya xərci və 4.96 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9.105,38 (doqquz min yüz beş manat, otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev İş № e-2-2(121)-1085/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı QSCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iddia ərizəsinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət başladı. Hakim iş materiallarını tədqiq etdi. Hakim iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət qurtardı. Protokol 29 aprel 2024-cü il tarixdə tərtib olundu. Hakim Elşən Abdullayev İş № e-2-2(121)-1085/2024 29 aprel 2024-cü il İddiaçı QSC-yə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 81 K surəti: Cavabdeh3 Cavabdeh1 Cavabdeh2 Cəlilabad rayonu, Muğan kəndi Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1085/2024 sаylı, 29 aprel 2024-cü il tarixli qətnaməsinin surəti Sizə göndərilir. Həmçinin məhkəmə qeyd edir ki, qərarın şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qərardan şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə həyata keçirilən məhkəmə icraatında iştirak etmək, maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qərarın şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin apelyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması ilə yoxlanılması apelyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamənin surəti. Hakim Elşən Abdullayev İş № e-2-2(121)-1085/2024 29 aprel 2024-cü il Lerik Rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə Ünvan: Lerik rayonu, Noda kəndi. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin işlə əlaqədar e-2-2(121)-1085/2024 saylı, 29 aprel 2024-cü il tarixli məhkəmə qətnaməsinin, Lerik rayonu, Noda kəndində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 təqdim edilməsi və bu barədə məhkəməyə məlumat verilməsi Sizdən xahiş olunur. Qoşma: qətnamənin surəti Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1085/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1085/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver