Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1085/2025 20.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 18226,46 manat, texnikanın daşınması üçün ödənilmiş 1416 manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 148,93 manat, bütövlükdə 19791,39 manat vəsaitin tutularaq "X2" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla 11 328,00 (on bir min üç yüz iyirmi səkkiz) manat məbləğində icarə haqqı borcunun, 1 416,00 (bir min dörd yüz on altı) manat məbləğində tikinti texnikasının daşınması xərcinin, dövlət rüsumu olaraq ödənilmiş 148,93 (bir yüz qırx səkkiz manat doxsan üç qəpik) məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AİS-İNV- 101024 nömrəli tikinti texnikasının icarəsinə dair müqaviləyə əsasən ƏDV daxil olmaqla 8968 manat məbləğində icarə haqqı borcunun, 1416 (bir min dörd yüz on altı) manat məbləğində tikinti texnikasının daşınması xərcinin, dövlət rüsumu olaraq ödənilmiş 148,93 (bir yüz qırx səkkiz manat, doxsan üç qəpik) məbləğində pul vəsaitinin Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AİS-İNV-101024 nömrəli tikinti texnikasının icarəsinə dair müqaviləyə əsasən ƏDV daxil olmaqla 8.786,46 (səkkiz min yeddi yüz səksən altı manat, qırx altı qəpik) manat məbləğində icarə haqqı borcunun, 1416 (bir min dörd yüz on altı) manat məbləğində tikinti texnikasının daşınması xərcinin, dövlət rüsumu olaraq ödənilmiş 148,93 (bir yüz qırx səkkiz manat, doxsan üç qəpik) məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2024-cü il tarixində AİS-İNV-101024 nömrəli tikinti texnikasının icarəsinə dair müqavilə (bundan sonra – Müqavilə) imzalanmışdır. Müqaviləyə əsasən icarəyə verən tərəfindən tikinti texnikaları icarəçiyə icarəyə verilmişdir və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. İcarəçinin tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixində AİS-İNV-101024 nömrəli tikinti texnikasının icarəsinə dair müqavilənin təhvil-təslim aktlarına əsasən ƏDV daxil olmaqla 16 338,46 (on altı min üç yüz otuz səkkiz manat qırx altı qəpik) manat ödəməli olduğu icarə haqqı mövcud olmuşdur. Cavabdeh müqavilənin şərtlərinə əsasən təqdim edilmiş bu qaimələr üzrə hər hansı ödəniş etməmiş, həmçinin müqavilənin 3.3-cü bəndinə əsasən icarə müddəti bitdikdən sonra icarəyə verilmiş texnikanı icarəyə verənə çatdırılmasını həyata keçirməmişdir. Bu səbəbdən, cavabdehə xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə pretenziya məktubları ünvanlanmışdır. Pretenziya məktublarında qeyd edilmiş müddət bitdikdən sonra belə cavabdeh hər hansı ödəniş etməkdən yayınmışdır. İcarəçi qeyd olunan icarə haqqı ödənişlərini gecikdirmişdir. Müqaviləyə 1 nömrəli Əlavənin 3.1-3.5-ci bəndlərinə əsasən cavabdehin ödəməli olduğu icarə haqqı məbləği ödənişin edilməsi vaxtından asılıdır. Sözügedən əlavənin 3.3-cü bəndinə istinad etməklə, cavabdehə həmin bənddə nəzərdə tutulmuş nisbət üzrə əlavə ödənişlə bağlı xx.xx.2025-ci ildə ƏDV daxil olmaqla 18226,46 manatlıq elektron qaimə təqdim edilmişdir. Müqavilənin 4.2-ci bəndinə görə, müqavilədən irəli gələn yaxud bu müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Tərəflər 10 (on) gün ərzində öz aralarında qarşılıqlı razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının aidiyyəti məhkəməsinə verilir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir. Tərəflər arasında imzalanmış Müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər arasında çıxa biləcək bütün mübahisə və ixtilaflar danışıqlar yolu ilə, qarşılıqlı razılaşma əldə edilmədiyi təqdirdə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll ediləcəkdir.
6. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan “iddianın dəqiqləşdirilməsi barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, X2” MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2024-cü il tarixində AİS-İNV-101024 nömrəli tikinti texnikasının icarəsinə dair Müqavilə (bundan sonra – Müqavilə) imzalanmışdır. Müqaviləyə əsasən İcarəyə verən tərəfindən tikinti texnikası İcarəçiyə verilmiş və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. İcarəçi xidmətlərin göstərilməsinə dair 03 və 04 saylı təhvil-təslim aktları üzrə (2024-cü ilin noyabr və dekabr ayları üçün) icarə haqqını ödəməmişdir. İcarəçiyə müxtəlif formalarda icarə haqqının ödənilməsi ilə bağlı bildirişlər verilsə də o, öhdəliyini icra etməkdən yayınmış və bununla da Müqavilənin şərtlərini pozmuşdur. Tərəflər arasında imzalanmış 06 dekabr 2024-cü il tarixli 03 nömrəli təhvil-təslim aktına əsasən cavabdeh ƏDV daxil olmaqla 2360,00 (iki min üç yüz altmış) manat və 04 nömrəli təhvil-təslim aktına əsasən cavabdeh ƏDV daxil olmaqla 6898,46 (altı min səkkiz yüz doxsan səkkiz manat qırx altı qəpik) manat məbləğində icarə haqqı icarəçi tərəfindən ödəməlidir. Müqaviləyə 1 nömrəli Əlavənin 3.1- 3.5-ci bəndlərinə əsasən cavabdehin ödəməli olduğu icarə haqqı məbləği ödənişin edilməsi vaxtından asılıdır. Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən elektron qaimənin vurulduğu gündən 33 gün keçməsinə baxmayaraq ödəniş edilmədiyi üçün əlavə olaraq xx.xx.2025-ci il tarixdə ƏDV daxil olmaqla 1 888,00 (bir min səkkiz yüz səksən səkkiz) manat məbləğində elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Belə ki tərəflər arasında bağlanmış müqaviləyə əsasən icarəyə verilmiş tikinti texnikasının 1 aylıq qiyməti elektron qaimə vurulduğu gündən 15 gün ərzində ödəniləcəyi təqdirdə 9 440,00 (doqquz min dörd yüz qırx manat təşkil edir. Lakin müqavilənin 1 saylı əlavəsinin 3.3-cü maddəsinə əsasən elektron qaimənin göndərildiyi tarixdən 25 gündən gec, lakin 35 gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqı ƏDV daxil olmaqla 11 328,00 (on bir min üç yüz iyirmi səkkiz) manat təşkil edir. Qeyd olunan 3 saylı aktı üzrə ilkin elektron qaimə xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən fevral, mart, aprel aylarında hər dəfə ƏDV daxil olmaqla 2 360,00 (iki min üç yüz altmış) manat məbləğində pul vəsaiti iddiaçının hesabına köçülürmüşdür. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixində AİS-İNV-101024 nömrəli tikinti texnikasının icarəsinə dair Müqaviləsi və onun 1 saylı əlavəsinə əsasən ƏDV daxil olmaqla 11 146,46 (on bir min bir yüz qırx altı manat qırx altı qəpik) məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AİS-İNV-101024 nömrəli tikinti texnikasının icarəsinə dair Müqaviləsinin 3.3-cü bəndinə əsasən İcarə müddəti bitdikdən sonra İcarəyə verənin müəyyən etdiyi yerə çatdırılma öhdəliyi içarənin öhdəliyindədir. Lakin buna baxmayaraq müqavilə üzrə münasibətlər yekunlaşdıqdan sonra icarəçi bu öhdəlikdən boyun qaçırmış və iddiaçı tərəfindən tikinti texnikası daşınmışdır. Tikinti texnikasının daşınması üçün tərəfimizdən ƏDV daxil olmaqla 1 416,00 (bir min dörd yüz on altı) manat məbləğində pul vəsaiti ödənilmişdir (ödəniş tapşırığı e-məhkəmə portalına yerləşdirilir). Odur ki, Yuxarıda göstərilənlərə əsasən, Mülki-Prosessual Məcəllənin 149,150-ci maddəslərinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixində AİS-İNV-101024 nömrəli tikinti texnikasının icarəsinə dair Müqaviləyə əsasən ƏDV daxil olmaqla 11 328,00 (on bir min üç yüz iyirmi səkkiz) manat məbləğində icarə haqqı borcunun, 1 416,00 (bir min dörd yüz on altı) manat məbləğində tikinti texnikasının daşınması xərcinin, dövlət rüsumu olaraq ödənilmiş 148,93 (bir yüz qırx səkkiz manat doxsan üç qəpik) məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz.
7. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan “iddianın dəqiqləşdirilməsi barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ƏDV daxil olmaqla 2360 manat məbləğində pul vəsaiti iddiaçının hesabına köçürülmüşdür.
Tərəflərin izahatları:
8. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ƏDV daxil 2360 manat ödəniş edildiyini bildirdi. Tərəflər arasında bağlanmış “Tikinti texnikasının icarəsinə dair xx.xx.2024-cü il tarixli AİS-İNV-101024 nömrəli Müqavilə”nin “01 nömrəli Əlavə”nin şərtlərinə əsasən cavabdehin ödəməli olduğu icarə haqqı məbləği ödənişin edilməsi vaxtından asılıdır. Hazırda cavabdehin icarə haqqı üzrə borcu bütün ödənişlər nəzərə alınmaqla ƏDV daxil olmaqla 8.786,46 manat, tikinti texnikasının daşınması xərci isə 1416 manat məbləğində təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən, İcarəyə götürülən texnikanın İcarəçinin müəyyən etdiyi yerə çatdırılması və icarə müddəti bitdikdən sonra İcarəyə verənin müəyyən etdiyi yerə çatdırılması xərci isə İcarəçiyə aiddir. Qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdeh MMC-nin direktoru X4 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh MMC tərəfindən 20 may 2025-ci il tarixində İddiaçı MMC-nin ƏDV depozit hesabına 360 (üç yüz altmış) manat, 20 may 2025-ci il tarixli AZ********** saylı ödəniş tapşırığı əsasında 2000 (iki min) manat olmaqla ümumlikdə 2.360 (iki min üç yüz altmış) manat pul vəsaiti köçürüldüyünü, (ödəniş tapşırıqlarının surəti ərizəyə əlavə olunur) və Cavabdeh MMC-nin 10 oktyabr 2024-cü il tarixli AİS-İNV-101024 saylı müqaviləyə əsasən İddiaçı MMC qarşısında borcu ƏDV daxil olmaqla 8.786,46 (səkkiz min yeddi yüz səksən altı manat 46 qəpik) manat etməkdədir və hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən aparılan ödənişlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş,və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
12. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İddia ərizəsinə etiraz:
13. Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasında imzalanmış olan 10 oktyabr 2024-cü il tarixli AİS-İNV- 101024 saylı müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 14 noyabr 2024-cü il tarixli MT24118 seriyalı 10740026 saylı elektron qaimə-faktura (9.440 manat məbləğində), 06 dekabr 2024-cü il tarixli MT2412 seriyalı 10496522 saylı elektron qaiməfaktura (9.440 manat məbləğində), 27 dekabr 2024-cü il tarixində MT2412 seriyalı 12137219 saylı elektron qaimə-faktura (6.898,46 manat məbləğində) və 09 yanvar 2025-ci il tarixində MT2501 seriyalı 10407416 saylı elektron qaimə-faktura (1.888 manat məbləğində) göndərilmişdir. (elektron qaimə-fakturaların surəti ərizəyə əlavə edilir) Elektron qaimə-fakturalardan da göründüyü kimi göstərilən xidmətin ümumi dəyəri görülən işlərin ümumi qiyməti ƏDV daxil olmaqla 27.666,46 (iyirmi yeddi min altı yüz altmış altı manat, 46 qəpik) manat təşkil edir. Bildirirlər ki, Cavabdeh MMC tərəfindən 24 noyabr 2024-cü il tarixində AZ241120002 saylı ödəniş tapşırığı əsasında əsas borcdan 8.000 (səkkiz min) manat, ƏDV məbləğindən 1.440 (bir min dörd yüz qırx) manat, 13 fevral 2025-ci il tarixində AZ********** saylı ödəniş tapşırığı əsasında 2.000 (iki min) manat, ƏDV məbləğindən 360 (üç yüz altmış) manat ümumilikdə ƏDV daxil olmaqla 11.800 (on bir min səkkiz yüz) manat pul vəsaiti İddiaçı MMC-nin hesablaşma hesabına köçürülmüşdür (ödəniş tapşırlıqlarının surəti ərizəyə əlavə olunur). Hal-hazırda Cavabdeh MMC-nin 10 oktyabr 2024-cü il tarixli AİS-İNV-101024 saylı müqaviləyə əsasən müqavilə əsasında İddiaçı MMC-yə olan borcu ƏDV daxil olmaqla 15.866,46 (on beş min səkkiz yüz altmış altı manat 46 qəpik) manat təşkil edir. İddia ərizəsində texnikanın daşınması üçün nəzərdə tutulmuş 1.416,00 (bir min dörd yüz on altı) manatlıq xidmət haqqını qəbul etmirlər və hesab edirlər ki, Cavabdeh MMC-nin hər hansı bir öhdəliyi yoxdur. Cavabdeh MMC bildirir ki, Qarabağ və X5 rayonunda fəaliyyət göstərdiyi və dövlət layihələri üzrə görmüş olduğu işlər və göstərdiyi xidmətlər üzrə xidmət haqqlarını vaxtında ala bilmədikləri üçün onlara xidmət göstərən və ya işlər görən subpodratçıların da ödəməsində zaman-zaman gecikmələr baş verir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, hazırki iddia tələbi üzrə borc məbləği ƏDV daxil olmaqla 15.866,46 (on beş min səkkiz yüz altmış altı manat 46 qəpik) manat təşkil etməkdədir və hazırki iş üzrə məhkəmə işi yekunlaşana qədər ödənişi tamamlamağa çalışacaqlar.
Əsaslandırıcı hissə: a) İş materialları və sübutların tədqiqi:
14. İddiaçı MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2024-cü il tarixli, AİS-İNV-101024 “İcarə Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən “İcarəyə verən” icarə müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (və ya digər Əlavələrdə) göstərilmiş və razılaşdırılmış tikinti texnikasını (bundan sonra texnika) icarə predmeti qismində bu Müqavilə ilə razılaşdırılmış şərtlərlə “İcarəçiyə” icarəyə verməyi, “İcarəçi” isə texnikaları icarəyə götürüb qarşılığında bu Müqavilə ilə razılaşdırılmış icarə haqqını Müqavilədə müəyyən olunan qaydada və şərtlərlə “İcarəyə verən”ə ödəməyi öz öhdəsinə götürür. -1.2-ci bəndinə əsasən texnika İcarəçi tərəfindən onun əsas təyinatı dəyişdirilmədən istifadə olunmaq üçün icarəyə götürülür. İcarəçi avtonəqliyyat vasitələrini yalnız işçiləri tərəfindən tikinti işlərinin icra edilməsi məqsədilə Azərbaycan Respublikasının Lənkəran rayonu ərazisində tikinti işlərində istifadə ediləcəkdir. -2.1-ci bəndinə əsasən “İcarəyə verən” öhdəsinə götürür: -2.1.1-ci bəndinsə əsasən, texnikanı bu Müqavilə ilə razılaşdırılmış qaydada və texniki standartlara uyğun şəkildə İcarəçiyə icarəyə vermək; -2.1.2-ci bəndinə əsasən texnikanı təhvil-təslim aktına əsasən İcarəçiyə təhvil vermək və icarə müddətinin sonunda təbii amortazisasiya nəzərə alınmaqla Təhvil-təslim aktına əsasən təhvil almaq; -2.2-ci bəndinə əsasən “İcarəçi” öhdəsinə götürür: -2.2.1-ci bəndinə əsasən, texnikanı təhvil aldığı tarixdə yoxlayıb, Təhvil-təslim aktını 2 (iki) nüsxədə imzalamaqla və 1 (bir) nüsxəsini İcarəyə verənə verməklə qəbul etmək və ya texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina etmək; -2.2.2-ci bəndinə əsasən, texnikanı təyinatı üzrə istifadə etmək, bu şərtin pozulmasına görə İcarəyə verənə dəyən ziyanı (zərəri) tam şəkildə ödəmək; -2.2.3-cü bəndinə əsasən, bu Müqavilə ilə razılaşdırılmış icarə haqqını vaxtında ödəmək; -2.2.8-ci bəndinə əsasən İcarə müddətinə sonunda texnikanı təbii amortizasiya nəzərə alınmaqla, saz vəziyyətdə (təqdim olunan ləvazimatlar ilə birlikdə icarəyə verənə qaytarmaq; -2.2.10-ci bəndinə əsasən, İcarəçinin təqsiri nəticəsində texnikada yaranan (yol nəqliyyat hadisələri də daxil olmaqla) nazaslıqla (qüsurlarla) bağlı texnikaların təmir və bərpası xərclərini (sığorta şərtləri nəzərə alınmaqla) tam olaraq ödəmək; -2.2.11-ci bəndinə əsasən, İcarəçinin təqsiri nəticəsində texnikada yaranan (yol nəqliyyat hadisələri də daxil olmaqla) nazaslıqla (qüsurlarla) bağlı texnikaların təmir olunması və sairə səbəblərlə bağlı İcarəyə verən həmin texnikalardan istifadə etmək imkanından məhrum olarsa boşdayanma halına görə xərci tam şəkildə ödəmək; -2.2.12-ci bəndinə əsasən, özünün təqsiri nəticəsinə icarəyə verilən texnikada yaranan və zəmanət şərtləri ilə əhatə olunmayan nasazlıqları (qüsurları) öz hesabına aradan qaldırmaq, bununla bağlı İcarəyə verənə dəymiş zərəri tam şəkildə ödəmək; -2.2.13-cü bəndinə əsasən, İcarəyə verəni bütün icarə müddəti ərzində texnikaya sahiblik, ondan istifadə və onunla bağlı özünün və işçilərinin təqsirindən yaranan, dövlət orqanları və xidmətləri daxil olmaqla, istənilən üçüncü şəxslərin tələb və pretenziyalarmdan, cərimə, sanksiya və digər məsuliyyət tədbirlərindən qorumaq; -2.2.14-cü bəndinə əsasən, İcarəçinin təqsiri nəticəsində texnikanın istifadəsinə dövlət orqanları və xidmətləri daxil olmaqla, istənilən səlahiyyətli orqan tərəfindən məhdudiyyət qoyularsa boşdayanma halına görə xərci tam şəkildə ödəmək. -2.3-cü bəndində əsasən, Bu Müqaviləyə əsasən boşdayanma halına görə birgünlük xərc 310 “üç yüz on) manat təşkil edir. -3.1-ci bəndinə əsasən, Texnika üçün aylıq icarə haqqının məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə qeyd edilir. İcarə haqqına ƏDV daxil deyildir. -3.2-ci bəndinə əsasən, Texnikaların icarəsinə görə icarə haqqı hər ay bitdikdən sonra 15 (on beş) gün ərzində ödəniləcəkdir və bu müddət ərzində ödəniş edilməzsə İcarəyə verən məhkəməyə müraciət edə bilər. Bu Müqavilənin qüvvədə olduğu hər təqvim ayı bitdikdən sonra, İcarəyə verən 1 (bir) iş günü ərzində təhvil-təslim aktı tərtib edir və İcarəçiyə təqdim edir. İcarəçi həmin təhvil-təslim aktına 1 (bir) iş günü ərzində münasibət bildirməlidir. İcarəçinin təhvil-təslim aktını imzalamaqdan əsassız olaraq imtina etməsi İcarəçini icarə haqqını ödəməkdən azad etmir. İcarə haqqının bu bənddə qeyd edilmiş müddət ərzində ödənilməməsi İcarəyə verənə məhkəməyə müraciət etmək hüququ verir; -3.3-cü bəndinə əsasən, İcarəyə götürülən texnikanın İcarəçinin müəyyən etdiyi yerə çatdırılması və icarə müddəti bitdikdən sonra İcarəyə verənin müəyyən etdiyi yerə çatdırılması xərci isə İcarəçiyə aiddir; -3.4-cü bəndinə əsasən, Texnikaların aylıq icarə haqqı dedikdə texnikaların təqvim ayı ərzində (30 gün ərzində) 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddəti nəzərdə tutulur. Texnikanın İcarəyə verəndən asılı olmayan səbəblərdən istifadə edilməməsi 4 aylıq icarə haqqının günləri hesablanarkən nəzərə alınmır; -3.6-cı bəndinə əsasən, İcarə haqqına texnikaların operator xidməti daxildir (Operatorun qidalanma və qalma yeri ilə təmin edilmə xərcləri İcarəçiyə aiddir);
15. İddiaçı MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında “Tikinti texnikasının icarəsinə dair xx.xx.2024-cü il tarixli AİS-İNV-101024 nömrəli Müqavilə”yə “01 nömrəli Əlavə”nin: -2-ci bəndinə əsasən tərəflər Hundai R-210-W-95 markalı (Təkərli Ekskavator (koğuşla); dövlət qeydiyyat nömrəsi: AZ1**-FY-***; Buraxılış ili 2013) tikinti texnikasını “İcarəçi”yə hər ay 30 təqvim günündən hesablanmaqla 3 (üç) ay müddətinə icarəyə verilməsi barədə razılığa gəlirlər. -3-cü bəndinə əsasən İcarə haqqı texnikanın icarədə olduğu tam ay (30 təqvim günü) üzrə ödənişin edildiyi müddətdən asılı olaraq aşağıdakı qaydada hesablanır: -3.1-ci bəndinə əsasən “İcarəyə verən” tərəfindən elektron qaimənin göndərildiyi tarixdən etibarən 15 (on beş) gün ərzində ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 8000 (səkkiz min) manat; -3.2-ci bəndinə əsasən “İcarəyə verən” tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 15 (on beş) gündən gec, lakin 25 (iyirmi beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 8800 (səkkiz in səkkiz yüz) manat; -3.3-cü bəndinə əsasən “İcarəyə verən” tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 25 (iyirmi beş) gündən gec, lakin 35 (otuz beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 9600 (doqquz min altı yüz) manat; -3.4-cü bəndinə əsasən “İcarəyə verən” tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 35 (otuz beş) gündən gec, lakin 50 (əlli) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 10400 (on min dörd yüz) manat; -3.5-ci bəndinə əsasən “İcarəyə verən” tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 50 (əlli) gündən gec ödəniləcəyi təqdirdə isə aylıq icarə haqqının məbləği 12000 (on iki min) manat; -3.6-ci bəndinə əsasən İcarə haqqına texnikaların operator xidməti daxildir (opratorun qidalanma və qalma yeri ilə təmin edilmə xərcləri İcarəçiyə aiddir; -4.2-ci bəndində əsasən, Müqavilədən irəli gələn yaxud bu Müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Tərəflər 10 (on) gün ərzində öz aralarında qarşılıqlı razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının qanunvericiliyidir.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 01 nömrəli “Təhvil-Təslim aktı”nın surətindən görünür ki, “İcarəyə verən” “Hundai R 210 W-95” (Təkərli Ekskavator (koğuşla); dövlət qeydiyyat nömrəsi: AZ110-FY097; Buraxılış ili 2013) markalı texnikanı “İcarəçi”nin iştirakı ilə “İcarəçi”yə təhvil vermişdir.
17. İş materiallarında olan İddiaçı MMC və "xxxx" MMC tərəfindən təsdiq edilmiş “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, X2” MMC-nin sifarişi əsasında Texnika – Ekskavator "xxxx" MMC tərəfindən daşınmış və xidmət haqq 1200 manat, ƏDV 216 manat olmaqla, cəmi 1416 manat təşkil edir.
18. İş materiallarında olan İddiaçı MMC (“İcarəyə verən”) və Cavabdeh MMC (“İcarəçi”) tərəfindən təsdiq xx.xx.2024-cü il tarixli, 03 nömrəli “Təhvil-Təslim aktı”nın görünür ki, tərəflər arasında aylıq yerinə yetirilmiş iş normasına əsasən “Hundai R 210 W- 95” markalı (Təkərli Ekskavator (koğuşla); dövlət qeydiyyat nömrəsi: AZ110-FY097; Buraxılış ili 2013) olan texnika xx.xx.2024-xx.xx.2024 tarixlər üzrə icarə xidməti üçün təhvil verilmiş və “İcarəçi” tərəfindən təhvil alınmışdır. Cəmi icarə haqqı 8000 manat, 1440 manat ƏDV olmaqla, yekun məbləğ 9440 manat təşkil edir.
19. İş materiallarında olan İddiaçı MMC (“İcarəyə verən”) və Cavabdeh MMC (“İcarəçi”) tərəfindən təsdiq xx.xx.2024-cü il tarixli, 04 nömrəli “Təhvil-Təslim aktı”nın görünür ki, tərəflər arasında aylıq yerinə yetirilmiş iş normasına əsasən “Hundai R 210 W- 95” markalı (Təkərli Ekskavator (koğuşla); dövlət qeydiyyat nömrəsi: AZ110-FY097; Buraxılış ili 2013) olan texnika xx.xx.2024-xx.xx.2024 tarixlər üzrə icarə xidməti üçün təhvil verilmiş və “İcarəçi” tərəfindən təhvil alınmışdır. Cəmi icarə haqqı 5846,15 manat, 1052,31 manat ƏDV olmaqla, yekun məbləğ 6898,46 manat təşkil edir.
20. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, MT2412 12137219 nömrəli 6898,46 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10407416 nömrəli 1888 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10740026 nömrəli 9440 manat məbləğində və xx.xx.2024-cü il tarixli MT2412 10496522 nömrəli 9440 manat məbləğində (ümumilikdə 27666,46 manat) elektron qaimələr təqdim olunmuşdur.
21. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC (cavabdeh) tərəfindən İddiaçı MMC-nin (iddiaçı) hesabına xx.xx.2024-cü il tarixdə 8000 manat+ 1440 ƏDV, xx.xx.2025-ci il tarixdə 2000 manat+360 ƏDV, xx.xx.2025-ci il tarixdə 2000 manat + 360 ƏDV manat, xx.xx.2025-ci il tarixdə 2000 manat + 360 ƏDV manat və xx.xx.2025-ci il tarixdə 2000 manat + 360 ƏDV manat (ümumilikdə 18880 manat) icarə müqaviləsi üzrə ödənişlər edilmişdir.
22. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 05 noyabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
23. ********** nömrəli nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 148,93 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinin 1-ci bəndinə əsasən İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8-ci madddəsinin 1-ci bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
29. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki mübahisə iddiaçı ilə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə etibarlı şəkildə bağladığı icarə müqaviləsindən irəli gəlir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisənin əsasında xüsusi mülkiyyətdə olan tikinti texnikasının sahibkarlıq subyektinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq icarəyə verilməsi dayanır. Mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin müqavilədən yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Ona görə ki, cavabdehdən tələb olunan pul, onun sahibkarlıq məqsədi ilə icarəyə götürdüyü “tikinti texnikası”nın əvəzli istifadəyə verilməsi nəticəsində yaranan borcdur.
30. Məhkəmə tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, tərəflər “tikinti texnikası”nın icarəsinə dair müqavilə bağlamışlar. Müqaviləyə əsasən iddiaçı (icarəyə verən) tərəfindən tikinti texnikası cavabdehə (icarəçiyə) icarəyə verilmiş və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
31. Hazırki iş üzrə iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AİS- İNV-101024 nömrəli tikinti texnikasının icarəsinə dair müqaviləyə əsasən ƏDV daxil olmaqla 8.786,46 manat məbləğində icarə haqqı borcunun, 1416 (bir min dörd yüz on altı) manat məbləğində “tikinti texnikası”nın daşınması xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etdiyindən, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin və həmin müqaviləyə 01 saylı Əlavənin şərlərini və işin müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli, AİS-İNV-101024 “İcarə Müqaviləsi”nin predmeti olan tikinti texnikası”nın cavabdehin istifadəsinə verildiyini və “tikinti texnikası”nın iddiaçının hesabına daşınmasını sübut etmək vəzifəsi iddiaçının, qeyd olunan müqavilə üzrə icarə haqqının və “tikinti texnikası”nın daşınması xərcinin ödənilməsini və ya həmin öhdəliklərin icrasından azad olduğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
32. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixli, AİS-İNV-101024 “İcarə Müqaviləsi”nin predmeti olan tikinti texnikası”nın cavabdehin istifadəsinə verilməsi və “tikinti texnikası”nın iddiaçının hesabına daşınması sübut iddiaçı tərəfindən sübut olunur. Məhkəmə, bu qənaətə gələrkən, iş materialları ilə yanaşı, cavabdehin “tikinti texnikası”nın müqavilənin şərtlərinə müvafiq olaraq onun istifadəsinə verildiyini mübahisələndirməməsini, icarə haqqı üzrə ödənişlər etməsini və məhkəməyə ünvanladığı ərizədə İddiaçı MMC qarşısında borcunun ƏDV daxil olmaqla 8.786,46 (səkkiz min yeddi yüz səksən altı manat 46 qəpik) manat təşkil etdiyini bildirməsini nəzərə alır.
33. Məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizədə bildirmişdir ki, 1.416,00 (bir min dörd yüz on altı) manatlıq xidmət haqqını qəbul etmirlər və hesab edirlər ki, Cavabdeh MMC-nin hər hansı bir öhdəliyi yoxdur. Göründüyü kimi tərəflər arasındaki mübahisəli hallar iddiaçı tərəfindən tələb edilən icarə haqqının məbləği və tikinti texnikası”nın daşınması xərci ilə əlaqədardır.
34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan “tikintitexnikası” icarəyə götürsədə də, bunun müqabilində iddiaçıya ödəməli olduğu icarə haqqını tam olaraq ödəməmişdir. Bununla da cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.
35. Məhkəmə iş materiallarına əsasən iddianı ƏDV daxil olmaqla 8.786,46 manat məbləğində icarə haqqı borcuna aid hissədə əsaslı hesab edir. Ona görə ki, tərəflər arasında bağlanmış “Tikinti texnikasının icarəsinə dair xx.xx.2024-cü il tarixli AİS-İNV- 101024 nömrəli Müqavilə”yə “01 nömrəli Əlavə”nin 2-ci, 3-cü 3.4-cü bəndlərinə bəndlərinə əsasən “tikinti texnikası” “İcarəçi”yə hər ay 30 təqvim günündən hesablanmaqla 3 (üç) ay müddətinə icarəyə verilir. İcarə haqqı texnikanın icarədə olduğu tam ay (30 təqvim günü) üzrə ödənişin edildiyi müddətdən asılı olaraq hesablanır. “İcarəyə verən” tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 25 (iyirmi beş) gündən gec, lakin 35 (otuz beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 9600 (doqquz min altı yüz) manat təşkil edir. “Tikinti texnikasının icarəsinə dair xx.xx.2024-cü il tarixli AİS-İNV-101024 nömrəli Müqavilənin 3.2-ci və 3.4-cü bəndlərinə əsasən, texnikaların icarəsinə görə icarə haqqı hər ay bitdikdən sonra 15 (on beş) gün ərzində ödəniləcəkdir. Texnikaların aylıq icarə haqqı dedikdə texnikaların təqvim ayı ərzində (30 gün ərzində) 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddəti nəzərdə tutulur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 03 nömrəli və xx.xx.2024-cü il tarixli, 04 nömrəli təhvil-təslim aktlarından görünür ki, “tikinti texnikası” xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdehin icarəsində olmuş və həmin tarixlər üzrə icarə haqqı müvafiq olaraq 8000 manat, 1440 manat ƏDV olmaqla, cəmi 9440 manat və 5846,15 manat icarə haqqı, 1052,31 manat ƏDV olmaqla, cəmi 6898,46 manat, ümumilikdə cəmi isə 16338,46 (on altı min üç yüz otuz səkkiz manat qırx altı qəpik) təşkil etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə texnikaların icarəsinə görə icarə haqqı hər ay bitdikdən sonra 15 (on beş) gün ərzində ödəniləcəyi nəzərdə tutulsa da, cavabdeh müqavilə şərtlərini pozaraq, öhdəliklərini tam olaraq icra etməmiş və 33 gündən artıq gecikməyə yol vermişdir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 27666,46 manat məbləğində elektron qaimələr təqdim olunmuş, cavabdeh tərəfindən isə ümumilikdə 18880 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı müqavilənin 1 saylı əlavəsinin 3.3-3.5-ci bəndinlərə istinad edərək, ƏDV daxil olmaqla 8.786,46 manat (27666,46 – 18880) məbləğində icarə haqqı borcunu tələb etməkdə haqlıdır.
36. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi icarə borcuna münasibətdə təmin edilməli, Cavabdeh MMC-dən 8.786,46 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
37. Məhkəmə, həmçinin qeyd edir ki, iş materiallarından iddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən həyata keçirilmiş daşıma xidmətinə görə xidmət haqqının 1200 manat, ƏDV 216 manat olmaqla, cəmi 1416 manat təşkil etməsi müəyyən olunduğundan və tərəflər arasındakı müqavilənin 3.3-cü bəndində, İcarəyə götürülən texnikanın İcarəçinin müəyyən etdiyi yerə çatdırılması və icarə müddəti bitdikdən sonra İcarəyə verənin müəyyən etdiyi yerə çatdırılması xərci İcarəçiyə aid edildiyindən, iddiaçı cavabdehdən 1416 manat daşıma xərcini tələb etməkdə haqlı olmuşdur.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən ƏDV daxil olmaqla 8.786,46 manat məbləğində icarə haqqı borcu və 1416 manat daşıma xərci olmaqla, cəmi 10202,46 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
39. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 148,93 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdehndən 8786,46 manat borc və 1416 manat daşıma xərci olmaqla, cəmi 10202,46 manat (on min iki yüz iki manat, qırx altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 148,93 (bir yüz qırx səkkiz manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev