Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1099/2023 09.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı – subicarə müqaviləsinin ləğv edilməsi və tikililərin sökülməsi barəsində ilkin iddiasına; Cavabdeh İddiaçı qarşı – razılaşmanın qüvvədən düşmüş hesab edilməsi barəsində qarşılıqlı iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunu cavabdehdən alınaraq ona verilməsi barədə ilkin iddia ərizəsi ilə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamından çıxarışda görünür ki, ona taxılçılıqla məşğul olmaq üçün rayonun inzibati ərazisinə aid olan keçmiş 3 ha nömrəli qış otlaq fondu ərazindən tərtib və təsdiq edilmiş yerquruluşu planına uyğun Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatı rayonunda yerləşən 1000 ha torpaq sahəsi müvəqqəti icarəyə verilmişdir. Bu torpaq sahəsinin mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* nömrəli çıxarışından da görünür ki, xx.xx.2022-ci ildə Cavabdeh ilə onun sözügedən 1000 hektarlıq torpaq sahəsinin 400 hektarlıq sahəsi ilə bağlı subicarə müqaviləsi imzalamışdır. Həmin müqavilənin 9-cu maddəsinə əsasən “icarəçi” icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq onun xəbəri və razılığı olmadan ona icarəyə verilmiş sahədə təmir işləri aparmışdır. O, cavabdehə icarəyə verdiyi sahədə əkin işləri həyata keçirmişdir. Halhazırda isə cavabdeh əkdiklərini biçərək müəyyən pul əldə etmək istəyir. Sözügedən sahədə əkilmiş əkinlər cavabdeh tərəfindən biçilərək satılacaqdır. Göründüyü kimi, cavabdeh icarə müqaviləsində göstərilən tələblərə zidd hərəkət edir, bu səbəbdən də icarə müqaviləsi ləğv edilməlidir. Belə ki, qanunvericiliyə uyğun olaraq cavabdehə pretenziya məktubu göndərilmiş, eyni zamanda mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdeh nə pretenziyaya müsbət cavab vermiş, nə də mediasiyada razılıq əldə edilə bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı ilkin iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən 400 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmiş ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, onunla və Füzuli rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndində göstərilmişdir ki, 1000 ha torpaq sahəsi əkinçilik məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. Həmçinin, müqavilənin 2-ci bəndinin məzmunundan aydın olur ki, torpaq sahəsi təyinatına uyğun yəni, əkinçilik məqsədi ilə istifadə olunmalıdır. Əlavə olaraq, həmin maddədə icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq icarəçinin vəzifəsi kimi müəyyən olunmuşdur. O və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi xx.xx.2017-ci il tarixində bağlanmış icarə müqaviləsinin predmetinin tərkib hissəsi olan 400 ha torpaq sahəsinin Cavabdeh subicarəyə verilməsi ilə bağlı olmuşdur. Subicarə müqaviləsi bağlanarkən əsas şərt bağlanmış icarə müqaviləsinin müddəalarına uyğun olmasıdır. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: -əqdin subyekt tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. İddiaçı yenidən ilkin iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən əkilmiş əkinlərin Cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, sözügedən ərazidə cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abbasov X6 İnqilab Turab oğuna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinə əsasən icarəsində olan 400 ha torpaq sahəsindən istifadə etməsi ilə bağlı İddiaçı oğu tərəfindən yaradılmış maneələrin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinə əsasən İddiaçı icarəsində olan 1000 ha torpaq sahəsinin 400 ha hissəsini icarəyə götürmüşdür. Həmin subicarə müqaviləsinə əsasən həmin 400 ha hissə onun adına icarə torpaq sahəsi kimi DƏDRX-də **********66 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Müqavilə bağlandıqdan bir müddət sonra İddiaçı müxtəlif bəhanələrlə ondan torpağı geri almağa çalışmışdır. Aralarında münaqişələr böyümüş və hətta hal-hazırda Füzuli rayon polis şöbəsinin icraatında araşdırma materialı da mövcuddur. İddiaçı işçisinin ona xəsarət yetirməsi və əkilmiş sahənin suvarılması üçün yaratmış olduğu maneələrlə bağlı sübutları mövcuddur. Artıq həmin torpaq sahəsindən istifadə etməyi dözülməz hala gəlmişdir. Bu il suvarılmama səbəbindən külli miqdarda maddi ziyana düşmüşdür. İlkin iddia iddia tam absurd fikirlərə əsaslanır. Belə ki, göstərilən tikili onun tərəfindən deyil, İddiaçı tərəfindən tikilmiş və bu barədə onun Füzuli rayon İcra Hakimiyyətindən icazə almasına dair sübutu mövcuddur. Cavabdeh qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında mövcud olmuş xx.xx.2021-ci il tarixli razılaşmanın aralarında bağlanmış torpağın subicarə müaviləsinin bağlandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmiş qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbini dəqiqləşdirməyinə səbəb absurd bir akt əsasında onun tərəfindən əkilmiş mübahisə predmeti olan torpaq sahəsinin məhsulunun ilkin iddiaçının əldə etməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qanunsuz qərar səbəb olmuşdur. Belə ki, həmin torpaq sahəsi onun tərəfindən əkilib-becərilmişdir. Buna dair Aqroservisdən müvafiq məktub və qəbzlər mövcuddur. Bundan başqa, həmin qərarın çıxanlması səbəb olmuş xx.xx.2021-ci il tarixli absurd razılaşmanın mövcudluğu onun hüquqlarını kobud surətdə pozur. Belə ki, həmin razılaşmanı əldə edərkən torpaq sahəsi ilkin iddiaçının mülkiyyətində olmuşdur. Lakin sonradan aralarında subicarə müqaviləsi bağlandıqdan sonra artıq onun həmin əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqları əmələ gəlmişdir. Hesab edir ki, həmin razılaşma öz hüquqi qüvvəsini subicarə müqaviləsi bağlandığı andan itirmiş hesab edilməlidir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı (bundan sonra “iddiaçı”) nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək, ilkin iddianı müdafiə etməklə, qarşılıqlı iddiaya etiraz etmiş, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının (iddiaçının nümayəndəsinin və vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh (bundan sonra “cavabdeh”), onun nümayəndəsi və vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında iştirak edərək qarşılıqlı iddianı müdafiə etməklə, ilkin iddiaya etiraz etmişlər, məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Hazırda cavabdehin nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin (cavabdehin nümayəndəsinin və vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Füzuli rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək, ilkin və qarşılıqlı iddiaların həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək, ilkin iddiaya etiraz etmiş, qarşılıqlı iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1099/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ilkin iddia “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi barəsində” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia əsassızdır. Buna görə də, ilkin və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, rayonun Kürdlər kəndindən məcburi köçkün, taxılçılıq sahəsində xeyli təcrübəsi olan İddiaçı (4 №-li taxılçılıq təsərrüfatı) taxılçılıqla məşğul olmaq üçün rayonun inzibati ərazisinə aid olan keçmiş 3 h nömrəli qış otlaq fondu (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 619S nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş) ərazisindən tərtib və təsdiq edilmiş yerquruluşu planına uyğun 1000.0 hektar torpaq sahəsinin müvəqqəti (45 il müddətinə) icrayə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş icarəyə verən Füzuli rayon İcra Hakimiyyəti ilə icarəçi İddiaçı arasında xx.xx.2017-ci ildə bağlanmış 18 nömrəli torpaq icarəsi (torpaq sahəsinin icarəyə verilməsi haqqında) müqaviləsinin surətindən görünür ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında əkinçilik məqsədilə 1000 ha torpaq sahəsi 45 il müddətinə icarəyə verilmişdir. Həmin müqavilənin 2.12-ci bəndinə əsasən icarəçinin icarəyə verənin razılığı ilə icarəyə götürülmüş torpaq sahəsində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq hüququ vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixdə verilmiş **********59 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Füzuli rayon İcra Hakimiyyətinə məxsus olmaqla Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatı ərazisində yerləşən 1000.0 ha ehtiyat fondu torpaqlarına (əkin) aid torpaq sahəsi üzərində İddiaçı Füzuli rayon İcra Hakimiyyətinin 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında 18 saylı, xx.xx.2017-ci ildə bağlanmış icarə müqaviləsi ilə yaranmış 45 illik icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş **********65 reyestr, **********597 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Füzuli rayon İcra Hakimiyyətinə məxsus olmaqla Füzuli rayon ərazisində yerləşən 600.0 ha ehtiyat fondu torpaqlarına aid torpaq sahəsi üzərində İddiaçı Füzuli rayon İcra Hakimiyyətinin 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında 18 saylı, xx.xx.2017-ci ildə bağlanmış icarə müqaviləsi ilə yaranmış icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli, 26 saylı sərəncamla ona taxılçılıqla məşğul olmaq üçün 45 il müddətinə 1000 hektar torpaq icarəyə verilmişdir. Həmin torpaq sahəsinin 400 hektarını icarə müddətinin qalan 40 il müddətinə Cavabdeh subicarəyə verilməsinə etiraz etmir və bununla əlaqədar lazımi göstərişlər verilməsini xahiş edir. İş materiallarına əlavə olunan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci ildə bağlanaraq notariat qaydada təsdiq olunmuş 3M-45 reyestr nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Füzuli rayon İcra Hakimiyyətinin 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında xx.xx.2017-ci ildə bağlanmış 18 saylı icarə müqaviləsi üzrə 45 il müddətinə icarəsinə verilmiş Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatı ərazində yerləşən 1000.0 ha ehtiyat fondu torpaqlarından 400.0 ha hissəsini dövlət büdcəsinə illik 1520 manat icarə haqqı ödənilməsi şərti ilə xx.xx.2062-ci ilədək subicarəyə vermişdir. Həmin müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarəyəverənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilmiş **********66 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Füzuli rayon İcra Hakimiyyətinə məxsus olmaqla Füzuli rayonu ərazisində yerləşən 400.0 ha ehtiyat fondu torpaqlarına aid torpaq sahəsi üzərində Cavabdeh Füzuli rayon xüsusi notariusunun 3M-45 saylı, xx.xx.2022-ci il tarixli icarə hüququnun alqı-satqısı müqaviləsi üzrə icarə hüququ xx.xx.2022-xx.xx.2062-ci il tarixədək dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə Horadiz şəhərində tərtib olunaraq imzalanmış razılaşmanın surətindən görünür ki, tərəflər mübahisəli torpaq sahəsindən istifadə ilə bağlı aşağıdakı formada razılığa gəlmişlər: Füzuli rayon İcra Hakimiyyətinin 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında taxılçılıqla məşğul olması üçün İddiaçı 45 il müddətinə icarəyə verilmiş 1000 hektar torpaq sahəsindən, aralarında olan qohumluq əlaqələrinə görə İddiaçı şifahi razılaşma əsasında Cavabdeh verdiyi və sonuncunun 2017-ci ildən əkin-biçin apararaq istifadə etdiyi 400 hektar torpaq sahəsinin 350 hektarını, yeni razılaşmaya əsasən Cavabdeh 3 il müddətinə əkin-biçin işləri aparmaq üçün İddiaçı geri qaytarır. Yeni razılaşmaya əsasən Cavabdeh və onun qardaşları Füzuli Abbasov, Nəcməddin Abbasov, Ələmşad Abbasov 2021-2022, 2022-2023 və 2023-2024-cü əkin-biçin ilində (torpağın fors-major və hər hansı bir səbəbdən əkilmədiyi və ya dincə qoyulduğu il razılaşdırılmış həmin üç ilə daxil deyil) İddiaçı tərəfindən həmin 350 ha sahədə əkin-biçin işləri aparılarkən heç-bir müdaxilə və maneəçilik törətməyəcəklərini öhdəlik olaraq üzərlərinə götürmüşlər. İş materiallarına əlavə olunmuş Füzuli RİB-nın 1 saylı Qayıdış qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh icarəsində olan Haramı düzü deyilən ərazidə 400 ha əkin sahəsinin 245 ha arpa sahəsi 3-cü şəxslərin təsiri nəticəsində susuzluqdan yanmışdır. 3-cü şəxslər İddiaçı və Hüseynli Sadiqdir. İş materiallarına əlavə olunmuş X20 İnkişaf Mərkəzinin 3-22-3-19/2-15-2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, EKTİS-də Cavabdeh məxsus 401 ha torpaq sahəsi vardır. Onlardan 400 ha subicarə, 1 ha isə Qayıdış-1 qəsəbə sakinləri üçün nəzərdə tutulmuş pay torpaqdır. Həmin sahələrdə Cavabdeh tərəfindən 12 ha yonca, 131 ha buğda, 255 ha isə arpa bitkisi əkilmişdir. İş materiallarına əlavə edilmiş Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsi əsasında toxumçuluq fəaliyyəti göstərən satıcı X18 (VÖEN **********) ilə fərdi sahibkar İddiaçı arasında xx.xx.2022-ci ildə bağlanmış buğda və arpa toxumlarının alqı-satqısına dair müqaviləsinin surətindən görünür ki, satıcı tərəfindən müəyyən edilmiş sertifikasiyada və qiymətlə buğda və arpa toxumlarının satılması, alıcı tərəfindən isə malı təhvil alıb dəyərinin müqavilə ilə müəyyən edilmiş qaydada ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarına əlavə olunmuş satıcı "xxxx" MMC ilə alıcı fərdi sahibkar İddiaçı arasında xx.xx.2022-ci ildə bağlanmış “aqrokimyəvi malların satışına dair” müqavilənin surətindən görünür ki, satıcı tərəfindən müqaviləyə əlavədə göstərilən aqrokimyəvi maddələrin (mal) satılması, alıcı tərəfindən isə malların dəyərinin müqaviləyə və əlavələrə uyğun olaraq ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Müqavilə üzrə alıcıya satılacaq hər bir mal partiyası üzrə malların adı, miqdarı, qiyməti, ödəniş və çatdırılma şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə Razılaşma ilə müəyyən olunur. İş materiallarına əlavə edilmiş satıcı "xxxx" MMC ilə alıcı fərdi sahibkar İddiaçı arasında xx.xx.2022-ci ildə bağlanmış “aqrokimyəvi malların satışına dair” müqavilə üzrə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokollarına əsasən satıcı tərəfindən birinci dəfə 169100 manat dəyərində, ikinci dəfə isə 17800 manat dəyərində “Ammofos (Evroxim)” adlı aqrokimyəvi maddənin satılmasına dair razılığa gəlinmişdir. İş materiallarına əlavə edilən Füzuli rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin 5-43-5/2-1306/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2022-ci ildə Füzuli rayon İcra Hakimiyyətinin razılıq məktubu əsasında 1-ci icarəçi İddiaçı tərəfindən 2019-2020-2021-ci illərdə aparılmışdır. Müasir innovativ texnologiyanın elektron müşahidə-nəzarət sisteminin peyk görüntüsü vasitəsilə aparılan təhlillər zamanı həmin ərazidə inşa edilmiş 2 ədəd açıq tipli göl suvarmaq məqsədilə İddiaçı tərəfindən 2019-2020-2021-ci illərdə aparıldığı müəyyən edilmişdir. Cavabdeh subicarəsində olan torpaq sahəsindən təyinatına uyğun istifadə etməklə ərazidə hər hansı tikinti-quraşdırma işləri aparmamışdır. İşə əlavə olunmuş Füzuli rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin 5-43-5/2-1320/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, RİHB-nın 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə icarəsinə verilmiş 1000 hektar torpaq sahəsinin 400 hektarının Cavabdeh subicarəyə verilməsi barədə ərizəsinə və Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 02/44 və 01/297 nömrəli razılıq məktublarına əsasən xx.xx.2022-ci il tarixində İddiaçı ilə Cavabdeh aralarında Füzuli rayonu notariat ofisində subicarə müqaviləsi bağlanmışdır. Həmin 400 hektar torpaq sahəsinin əkib-becərilməsi hüquqi cəhəddən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən xx.xx.2022-ci ildən xx.xx.2062ci il tarixinədək Cavabdeh məxsusdur. Əlavə olaraq məlumat üçün bildirilir ki, xx.xx.2022-ci il tarixə qədər tərəflər arasında mövcud olmuş şifahi və yazılı razılaşmaların heç bir hüquqi əsası yoxdur. İş materiallarına əlavə olunmuş Füzuli Rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin 5-43-5/2-1673/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş peyk görüntülərinə dair foto-şəkillərdən görünür ki, peyk görüntülərindən çıxarılmış 2019, 2020, 2021, 2022-ci ilin fevral ayına qədər çəkilmiş şəkillərdə mübahisəli tikililərin və su hövzələrinin (göllərin) möcud olması müəyyən edilir. İş materiallarına əlavə olunan olan ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsindən və ona əlavə edilən peyk görüntülərinə dair foto-şəkillərin surətlərindən görünür ki, peyk görünütlərində həqiqətən həmin qurğuların 2019-2020-2021-2022-ci ilin əvvəlinədək tikilib başa çatması sübut olunur. Bu həmin foto peyk görüntülərində tarixlərdə öz əksini tapmışdır. Bundan başqa, verilmiş şikayətə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş aktda həmin qurğuların onlar tərəfindən tikilmədiyi öz təsdiqini tapmışdır. Bundan əvvəlki məhkəməyə göndəridikləri Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayış və X21 tərəfindən verilmiş qərarla həmin sahənin onların biçmədiyi öz təsdiqini tapır. İddianın rədd edilməsi cavabdeh tərəf olaraq hesab edirlər ki, qanuni və əsaslı olardı. Qanuni qərar çıxarılmasını xahiş edir. İşə əlavə olan xx.xx.2023-cü il tarixli (X16 Mərkəzinin bitkiçilik sektorunun müdiri Səfərov Novruz, X16 Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Xanlarov Orxan, X16 Mərkəzinin bitkiçilik sektorunun) baş məsləhətçisi Əliyev Elçin, X16 Mərkəzinin maliyyət-təsərrüfat sektorunun torpaq məsələləri üzrə baş məsləhətçisi Səfərov Anar, Füzuli rayon Qayıdış-1 qəsəbəsində yaşayan (fermer) Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış) aktın surətindən görünür ki, fermer Füzuli rayon Kürdlər kənd sakini hazırda Füzuli rayon Qayıdış-1 qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsi ilə X16 Mərkəzinə müraciət etmişdir. Fermer ərizəsində icarəsində olan 400 hektar ərazidə əkdiyi əkindən 245 hektar arpa sahəsinin su çatışmazlığından məhv olduğunu bildirmişdir. Fermer Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı fermerin öhdəsində olan ərazidə 245 hektar arpa sahəsinin su çatışmazlığından məhv olmasını müşahidə etmişlər. Yerdə qalan 155 hektar ərazidə olan 130 hektarda əkilmiş buğda və yonca sahəsi çiləmə üsulu ilə suvarılmış, normal vəziyyətdədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-21-3-45/2-4793/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 6 saylı Beyləqan Ərazi İdarəsi arxiv materialları üzrə aparılmış axtarışın nəticəsi olaraq, məktubda qeyd edilənlərdən İddiaçı adına Füzuli rayon ərazisində yerləşən 1000.0 ha ehtiyyat fondu (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 3M-45 reyestrli icarə müqaviləsi əsasında 400.0 ha torpaq sahəsi bölünərək Cavabdeh adına qeydiyyata alınmışdır. Yerdə qalan hissə 600.0 ha ehtiyyat fondu torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına (qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********3) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh adına Füzuli raynon ərazisində yerləşən 400.0 ha ehtiyyat fondu (qeydiyyat nömrəsi **********5, qeydiyyat tarixi xx.xx.2022) torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Füzuli rayon Polis Şöbəsinin 88-23 saylı, xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı subicarəyə götürdüyü Füzuli rayonu, “Haramı” sahəsində yerləşən 400 ha torpaq sahəsində İddiaçı rəhbəri olduğu təsərrüfatın işçisi X11 ilə X14 Abbasovun baş nahiyyəsindən vuraraq ona sol təpə nahiyyəsində səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Həmin fakt əsasında hazırda Füzuli rayon Polis Şöbəsinin İB-də araşdırma aparılır. İşdə olan Füzuli rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X2 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşə əlavə edilən Füzuli rayon prokurorluğunun X3 ünvanladığı 149ş-23 saylı, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Füzuli rayonu, “Haramı Düzü” adlanan ərazidə ona məxsus 350 hektarlıq taxıl sahəsinin 130 hektarlıq hissəsinin Cavabdeh, X7 və X5 tərəfindən biçilərək oğurlanması ilə bağlı ərizəsi əsasında rayon polis şöbəsi tərəfindən aparılmış araşdırmadan narazı qalmağı barədə xx.xx.2023-cü il tarixli müraciətinə baxılmışdır. Həmin müraciət əsasında rayon X13 Bölməsində toplanmış material nəzarət qaydasında tələb edilən rayon prokurorluğunda öyrənilərkən müstəntiq, polis kapitanı Bəhruz Səfiyarlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərarımla ləğv edilərək material əlavə araşdırmanın aparılması üçün Füzuli rayon X1ytarılmışdır. İş materiallarına əlavə edilən Füzuli rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin 5-43-5/2-1747/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, bəhs olunan 400 hektar torpaq sahəsində 0,12 ha ərazini əhatə edən (kordinatları X-707499 Y-4400270), və 0,10 ha ərazini əhatə edən (kordinatları X-707519 Y-4400323) göllər, sahəsi təqribən 1580 kv.metr (kordinatları X-707429 Y-4401388) və sahəsi təqribən 1483 kv.metr (kordinatları X-707456 Y-4400416) olan təyinatı məlum olmayan iki qanunsuz tikinti müəyyən edilmişdir. Aparılan araşdırılmalar zamanı peyk görüntüləri vasitəsi ilə müəyyən olunmuşdur ki, həmin ərazidə olan göllər və qanunsuz tikililər 2019, 2020 və 2021-ci illərdə aparılmışdır (foto şəkillər əlavə olunur). Ərazidə olan artezan quyuları barədə isə bildirilir ki, X10 İdarəsindən bildirilmişdir ki, istismara 2020-ci ildə verilmiş reper nömrəsi 30/460 olan bir ədəd artezan quyusu X10 idarəsinin balansındadır. Bundan başqa əlavə olaraq bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il tarixli, 254 nömrəli sərəncamı ilə həmin torpaq sahələri qış otlaq sahəsi kimi keçmiş X17 Vilayətinin (DQMV) istifadəsinə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 60 nömrəli Qərarı ilə həmin torpaqlar yenidən Füzuli rayon inzibati ərazisinə daxil edilmişdir. Həmin torpaqların keçmiş DQMV-nin istifadəsində olduğu zaman yəni, 1982-ci ildən 1991-ci illərə qədərki, dövürləri haqqında Rayon İcra Hakimiyyətində və X10 idarəsinin heç bir məlumat mövcud deyildir. İşdə olan Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti X10 İdarəsinin 08/02 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, 4h-da yerləşən 1000 hektardan ibarət olan torpaq sahəsinin ərazisində yerləşən, 2020-ci ildən istismara verilmiş və idarənin balansında olan yalnız 1 ədəd (reper nömrəsi 30/460 kordinatı 39.728065,47,421506) Subartezian quyusu mövcuddur. Ərazidə mövcud olan digər 1 ədəd Subartezian quyusunun Füzuli SSİ-ə aiddiyyəti yoxdur. Şirvan Kommersiya Məhkəməsinin e-16(121)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı məhkəmə qətnaməsi çıxarılana və qanuni qüvvəsini alanadək Cavabdeh Füzuli rayonu, 4 nömrəli taxılçılıq təsərrüfatı rayonunda yerləşən 400 hektarlıq torpaq sahəsindən istifadə edilməsi, onun icarəyə verilməsi və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə ərizəsi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 16(121)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı şikayəti qismən təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(121)-19/2023 saylı qərardadının ləğv edilməsi, ərizəçi İddiaçı ərizəsinin qismən təmin edilərək, Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 26 saylı sərəncamı əsasında xx.xx.2017-ci il tarixdə bağlanmış 18 saylı icarə müqaviləsinə əsasən ərizəçi İddiaçı Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatının ərazisindən 45 il müddətinə icarəyə verilmiş 1000 ha ehtiyyat fondu torpaqları təyinatlı torpaq sahəsinin mübahisəli 400 ha hissəsinin icarəyə verilməsi və özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi, qeyd edilən mübahisəli 400 ha torpaq sahəsinin 350 ha hissəsində ərizəçi İddiaçı tərəfindən əkilmiş taxılın biçilməsinə maneəçilik törədilməsinin Cavabdeh qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşə əlavə edilmiş Füzuli rayon İcra və Probasiya Şöbəsinin 827 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 16(121)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 26 saylı sərəncamı əsasında xx.xx.2017-ci il tarixdə bağlanmış 18 saylı icarə müqaviləsinə əsasən ərizəçi İddiaçı Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatının ərazisindən 45 il müddətinə icarəyə verilmiş 1000 ha ehtiyyat fondu torpaqları təyinatlı torpaq sahəsinin mübahisəli 400 ha hissəsinin icarəyə verilməsi və özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi, qeyd edilən mübahisəli 400 ha torpaq sahəsinin 350 ha hissəsində ərizəçi İddiaçı tərəfindən əkilmiş taxılın biçilməsinə maneəçilik törədilməsinin Cavabdeh qadağan edilmişdir. Həmin icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş Cavabdeh verilmiş və 400 ha torpaq sahəsi 350 ha barəsində ərizəçi İddiaçı tərəfindən əkilmiş taxılın biçilməsinə maneçilik törədilməməsi barədə müvafiq iltizam alınmışdır. Cavabdeh barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Yuxarıda qeyd edilənlər barədə xx.xx.2023-cü il tarixli, 678 nömrəli məktubla Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına rəsmi məktubla məlumat verilmişdir. Qeyd edilən icra vərəqəsinə əsasən borclu Abbasov X6 İnqilab Turab oğlu tərəfindən əkilmiş taxılın biçilməsinə heç bir maneçilik törətməmiş və taxılın Cavabdeh biçməsi barədə Füzuli rayon İcra və Probasiya Şöbəsinə heç bir məlumat daxil olmamışdır. Bundan baqşqa, Şirvan Kommersiya Məhkəməsinin e-16(121)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı məhkəmə qətnaməsi çıxarılana və qanuni qüvvəsini alanadək Cavabdeh Füzuli rayonu, 4 nömrəli taxılçılıq təsərrüfatı rayonunda yerləşən 400 hektarlıq torpaq sahəsindən istifadə olunmasının qadağan edilməsi barədə ərizəsi rədd edilmişdir. Həmçinin, Şirvan Kommersiya Məhkəməsinin e-16(121)-25/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə ərizəçi Cavabdeh - icarəsinə verilmiş 400 ha torpaq sahəsinin 350 ha hissəsində əkilmiş taxılın biçilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 16(106)- 21/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş qadağanın götürülməsi və həmin torpaq sahəsinin onun tərəfindən biçilməsi ilə bağlı İddiaçı tərəfindən yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə ərizəsi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 16(121)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi Cavabdeh şikayəti təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin 16(121)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 avqust 2022-ci ildə verilmiş **********66 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh icarə hüququ qeydə alınmış 400 ha torpaq sahəsinin 350 ha hissəsində əkilmiş taxılın biçilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 16(106)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş qadağanın götürülməklə, həmin torpaq sahəsinin Cavabdeh tərəfindən biçilməsi ilə bağlı yaradılan maneələrin İddiaçı qadağan edilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-16(121)-30/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı məhkəmə qətnaməsi çıxarılana və qanuni qüvvəsini alanadək Cavabdeh Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatı rayonunda yerləşən 400 hektarlıq torpaq sahəsindən istifadə olunmasının (əkilməsi və becərilməsi) və digər işlərin aparılmasının qadağan edilməsi barədə ərizəsi rədd edilmişdir. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatları və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına və xx.xx.2017-ci ildə bağlanmış 18 nömrəli torpaq icarəsi (torpaq sahəsinin icarəyə verilməsi haqqında) müqaviləsinə əsasən Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatında ərazində yerləşən 1000 hektar torpaq sahəsi iddiaçıya müvəqqəti (45 il müddətinə) icrayə verilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq edilmiş subicarə müqaviləsinə əsasən isə qeyd edilən icarə müqaviləsi üzrə 45 il müddətinə iddiaçının icarəsinə verilmiş Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatı ərazində yerləşən 1000 ha ehtiyat fondu torpaqlarından 400.0 ha hissəsini xx.xx.2062-ci ilədək cavabdehə subicarəyə verilmişdir. Qeyd edilən müqavilələr müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında qeyd edilən müqavilə bağlanmamışdan əvvəl, yəni xx.xx.2021-ci il tarixdə göstərilən torpaq sahəsi ilə bağlı razılaşma mövcud olmuşdur. Lakin, həmin razılaşma notariat qaydasında təsdiq edilməmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, subicarəyə verilmiş torpaq sahəsində olan göllər və mübahisəli tikililər qeyd edilən torpaq sahəsi cavabdehə subicarəyə verilməmişdən əvvəl, yəni 2019, 2020 və 2021-ci illərdə mövcud olmuşdur. Bundan əlavə, torpaq sahəsində yerləşən artezan quyulardan biri 2020-ci ildən istismara verilmiş və Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti X10 İdarəsinin balansındadır. Göründüyü kimi, iddiaçının ilkin iddiasının əsası kimi istinad etdiyi hal məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadı. Yəni, cavabdeh tərəfindən tərəflər arasında bağlanılmış subicarə müqaviləsinin 9-cu bəndinin şərtlərinin pozulmamış, iddiaçının xəbəri və razılığı olmadan ona icarəyə verilmiş torpaq sahəsində hər hansı bir təmir-tikinti işləri aparılmamışdır. Belə olan halda, ilkin iddia “subicarə müqaviləsinin ləğv edilməsi” hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 5-ci hissəsinə əsasən, mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 708.1-ci maddəsinə əsasən, icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. Həmin Məcəllənin 708.2-ci maddəsinə əsasən, icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Qeyd edilən Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, subicarəyə verilmiş torpaq sahəsində olan mübahisəli tikililər (həmçinin göllər və artezan quyuları) qeyd edilən torpaq sahəsi cavabdehə subicarəyə verilməmişdən əvvəl mövcud olduğundan, cavabdeh tərəfindən subicarə müqaviləsinin hər hansı bir şərti pozulmadığından, bununla da, subicarə müqaviləsinin ləğv edilməsinin əsasları məhkəmə iclasında müəyyən edilmədiyindən, iddiaçı qeyd edilən müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı deyildir. Odur ki, ilkin iddia qeyd edilən hissədə əsassıdır. Buna görə də, ilkin iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Göstərilən Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Yenə həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Məhkəmə ilkin iddianın “cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, ilkin iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 58-ci maddəsinin 2-ci hissəsinə əsasən, qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi cavabdehə subicarə müqaviləsi əsasında icarəyə verildikdən sonra onun tərəfindən həmin torpaq sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması müəyyən edilmədiyindən, cavabdeh tərəfindən tikilməyən tikililərin onun hesabına sökülməsinə dair iddia tələbi təmin edilə bilməz. Odur ki, ilkin iddia tələbi göstərilən hissədə də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın dəlillərini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia da əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında qeyd edilən torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə razılaşma notariat qaydasında təsdiq edilməmiş və həmin razılaşmaya əsasən hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 651-ci maddəsinə əsasən, tələblərin və digər hüquqların alğısatqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Göstərilən Məcəllənin 144.1-ci maddələrinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır Qeyd edilən Məcəllənin 146.1 – 146.3-cü maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Yenə həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə hesab edir ki, qeyd edilən razılaşmaya əsasən hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığından, tərəflərin heç birinin qeyd edilən torpaq sahəsinə dair göstərilən razılaşmadan irəli gələn hər hansı bir hüquqları da olmamış və həmin razılaşma qüvvəyə də minməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1 və 706.2-ci maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmçinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 6-cı hissəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Qeyd edilən Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Göstərilən Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında bağlanmış qeyd edilən razılaşmaya əsasən hüquqlar dövlət reyestrində qeydiyyata alınmadığından, qanunvericiliyin müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı qeyd edilən torpaq sahəsi ilə bağlı bağlanmış göstərilən razılaşmanın qanunvericiliyin göstərişlərinə zidd olaraq bağlandığı müəyyən edildiyindən, həmin razılaşma əhəmiyyətsiz əqddir. Buna görə də, həmin razılaşma mübahisələndirilmədən, məhkəmə qərarından və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan əqddir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən razılaşma qüvvəyə minməmişdir. Odur ki, qüvvəyə minməmiş razılaşmanın qüvvədən düşmüş hesab edilməsinə dair qarşılıqlı iddia da təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Digər tərəfdən, iddiaçı ilə cavabdeh aralarında xx.xx.2022-ci il tarixdə yeni (həm də notariat qaydasında təsdiq edilmiş) subicarə müqaviləsi bağlamaqla, xx.xx.2021-ci il tarixli razılaşmanın ləğv edilməsinə (qüvvədən düşməsinə) dair öz iradə ifadələrini bildirmişlər. Odur ki, həmin razılaşmanın yenidən məhkəmə qaydasında qüvvədən düşmüş hesab edilməsinə zərurət yoxdur. Buna görə də hazırki qarşılıqlı iddia tələbi əsassızıdır və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassızdır. Buna görə də, ilkin iddia və qarşılıqlı iddia rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi və cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi barəsində ilkin iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı – xx.xx.2021-ci il tarixli razılaşmanın aralarında bağlanmış torpağın subicarə müqaviləsinin bağlandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barəsində qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1099/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1099/2023
09.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver