Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-11/2021 11.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı “X2 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı “X2 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülməsi və yaradılmış giriş-çıxış yolundan istifadənin məhdudlaşdırılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X2 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 208-ci km-də, yolun sağ tərəfində, Cavabdeh məxsus qeyri-yaşayış binası üçün yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) Cavabdeh vəsaiti hesabına sökülməsi və onun həmin qeyri-yaşayış binası üçün yaradılmış giriş-çıxış yolundan (yol birləşməsinin) istifadəsinin məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, M-2 indeksli respublika əhəmiyyətli Bakı- Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 208-ci km-də, yolun sağ tərəfində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaş Cavabdeh məxsus ticarət məntəqəsi yerləşmişdir. Cavabdeh məxsus ticarət məntəqəsinə 2.05.02-85 nömrəli inşaat norma və qaydalarına uyğun olmayaraq giriş-çıxış yolu (yol birləşməsi) yaradılmışdır. Cavabdeh yaratdığı giriş-çıxış yolunun ləğv edilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) ləğv edilməsinə dair cavabdehə rəsmi qaydada xx xxxxx 2019-cu il tarixli, 77/G nömrəli xəbərdarlıq verilməsinə baxmayaraq cavabdeh qeyri-qanuni yaradılmış giriş-çıxış yolunu (yol birləşməsini) ləğv etməmişdir. Perspektiv inkişaf, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından mövcud qanunvericiliyə əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli, 298 saylı Qərarının, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərini kobud surətdə pozur. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “X2 Xidməti” MMC-nin nümayəndəsi İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçı “X2 Xidməti” MMC-nin nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X2 Xidməti” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 208-ci kmdə yolun sağ tərəfində yerləşən yeməkxananın sahibi Cavabdeh Azərbaycan Respublikasının “Avtomobil yolları” haqqında Qanununun 17-ci maddəsinin tələblərini pozaraq, yeməkxanaya qanunsuz olaraq əsas yoldan giriş-çıxış yolu açmışdır. Akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X2 Xidməti” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli, 77/G saylı xəbərdarlıq məktubundan görünür ki, M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 208-ci km-də yolun hərəkət hissəsinin mərkəzinin 30 metrliyində Cavabdeh məxsus torpaq sahəsinə qanunsuz yaradılmış girişçıxış yolunun 30 gün müddətində ləğv edilməsinin təmin olunması, əks halda qanunsuz yaradılmış giriş-çıxış yolunun ləğv edilməsi və yolun ilkin vəziyyətinə, bərpa olunmasına çəkiləcək xərclərin ondan tutulması barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Krdəmir rayonu, Qarabucaq qəsəbəsində yerləşən 428,7 kv.m. sahəsi olan qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/462 saylı ekspert rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 saylı, xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydaları”nın tələblərinə müvafiq olaraq, M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun qorunma (mühafizə) zonasının 60 metr (yolun oxundan hər tərəfə 30 metr) nəzərdə tutulduğu müəyyən edilir. Cavabdeh məxsus yeməkxana binasının əsas yola birləşdirən yol birləşməsi (giriş-çıxış yolu) avtomobil yolunun kənarında yerləşdiyini nəzərə alaraq, həmin giriş-çıxış yolu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun 60 metrlik (oxdan hər tərəfə 30 m) qorunma (mühafizə) zonasına bütövlükdə düşdüyü və həmin giriş-çıxış yolunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 nömrəli qərarının tələblərinə uyğun olmadığı müəyyən olunur. Giriş-çıxış yolunun eni təqribən 4 m., uzunluğu təqribən 120 m. olmaqla, ümumi sahəsi 480 kv.m. təşkil edir. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun 208-ci km-də yolun sağ tərəfində Cavabdeh məxsus yeməkxana binasına dair hər-hansı sənəd olmadığından, həmin qeyri-yaşayış obyekti üçün yaradılmış giriş-çıxış yolunun “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin və 2.05.02-85 nömrəli inşaat norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilir. Məhkəmə müəyyən etdi ki, “X2 Xidməti” MMC-nin əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 208-ci km-də yolun sağ tərəfində yerləşən yeməkxananın sahibi Cavabdeh “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərini pozaraq, yeməkxanaya qanunsuz olaraq əsas yoldan giriş-çıxış yolu açmışdır. “X2 Xidməti” MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli, 77/G saylı xəbərdarlıq məktubu ünvanlanaraq, sözügedən girişçıxış yolunun 30 gün müddətində ləğv edilməsinin təmin olunması, əks halda giriş-çıxış yolunun ləğv edilməsi və yolun ilkin vəziyyətinə, bərpa olunmasına çəkiləcək xərclərin ondan tutulması barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. Ekspert rəyi ilə Cavabdeh məxsus yeməkxana binasının əsas yola birləşdirən yol birləşməsinin (giriş-çıxış yolu) avtomobil yolunun kənarında yerləşdiyini nəzərə alaraq, həmin giriş-çıxış yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun 60 metrlik (oxdan hər tərəfə 30 m) qorunma (mühafizə) zonasına bütövlükdə düşdüyü və həmin giriş-çıxış yolunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 nömrəli qərarının tələblərinə uyğun olmadığı, girişçıxış yolunun eni təqribən 4 m., uzunluğu təqribən 120 m. olmaqla, ümumi sahəsinin 480 kv.m. təşkil etdiyi, həmin qeyri-yaşayış obyekti üçün yaradılmış giriş-çıxış yolunun “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin və 2.05.02-85 nömrəli inşaat norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan Respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır. Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır. Qovuşma və kəsişmənin tikintisi ilə bağlı bütün xərcləri bu işlərin sifarişçisi ödəyir. Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki normalara əməl edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir. Avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən, yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, avtomobil yollarının torpaq sahələrində sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadalarının hərəkətinə mane olmamalıdır. Ümumi istifadədə olan avtomobil yollarının təhkim zolağının hüdudlarında ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qorunma (mühafizə) zolağında avtomobil yollarının sahibləri tərəfindən xüsusi yerlər ayrılır. Avtomobil yolları ərazisində sahibkarlıq və digər fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslər, bu cür fəaliyyətin həyata keçirilməsi ilə yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məşğul ola bilərlər. Qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər avtomobil yollarının sahibləri ilə bağlanmış müqavilə əsasında və müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməklə həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli, 298 saylı Qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və Cavabdeh məxsus yeməkxana binasının əsas yola birləşdirən yol birləşməsinin (giriş-çıxış yolu) Bakı-Ələt-Qazax- Gürcüstan Respublikası avtomobil yolunun 60 metrlik (oxdan hər tərəfə 30 m) qorunma (mühafizə) zonasına bütövlükdə düşdüyünü, həmin giriş-çıxış yolunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 nömrəli qərarının tələblərinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin və 2.05.02-85 nömrəli inşaat norma və qaydalarının tələblərinə uyğun olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 208-ci km-də, yolun sağ tərəfində, Cavabdeh məxsus qeyri-yaşayış binası üçün yaradılmış giriş-çıxış yolu (yol birləşməsi) Cavabdeh vəsaiti hesabına sökülməli və onun həmin qeyri-yaşayış binası üçün yaradılmış giriş-çıxış yolundan (yol birləşməsinin) istifadəsi məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin cavabdehdən tutulması tələb edilmədiyi üçün, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 208-ci km-də, yolun sağ tərəfində, Cavabdeh məxsus qeyri-yaşayış binası üçün yaradılmış giriş-çıxış yolu (yol birləşməsi) Cavabdeh vəsaiti hesabına sökülsün və onun həmin qeyri-yaşayış binası üçün yaradılmış giriş-çıxış yolundan (yol birləşməsinin) istifadəsi məhdudlaşdırılsın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-11/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-11/2021
11.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver