Məhkəmə qərarları › İş №e-2-2(121)-110/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-110/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-110/2025 01.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh, həmçinin digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı – kredit müqaviləsi üzrə borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı – K6772 saylı kredit müqaviləsinə əsasən 76.796,68 manat əsas borc, 149,32 manat cərimə borcu olmaqla, cəmi 76.946 manat məbləğində borcun; K5801 saylı kredit müqaviləsinə əsasən 17.339,32 manat əsas borc, 561,77 manat faiz borcu, 1.076,86 manat cərimə borcu olmaqla, cəmi 18.977,95 manat məbləğində borcun; K6303 saylı kredit müqaviləsinə əsasən 100.000 manat əsas borc, 7.050 manat faiz borcu olmaqla, cəmi 107.050 manat məbləğində borcun, 492,97 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023cü il tarixdə OnGTC-00348449LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2023-ci il tarixli 1.06. saylı versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında xx.xx.2022-ci il tarixdə GL5800 saylı kredit limiti müqaviləsi imzalanmışdır. Daha sonra tərəflər arasında ümumi şərtlər toplusu və GL5800 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixli K5801 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 28 % olmaqla, 120.000 manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2023-cü il tarixli K6303 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 28% olmaqla, 100.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit xətti açılmışdır. xx.xx.2023-cü il tarixli K6772 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 35% olmaqla, 100.000 manat məbləğində yenidən maliyyələşdirmə məqsədi ilə kredit xətti açılmışdır. Bank ilə borc alan arasında bağlanılmış GL5800 saylı kredit limiti müqaviləsi üzrə borc alanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli Z5488 saylı zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə iddiaçı ilə "xxxx" arasında bağlanmış GL5800 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borc alan və zaminə bildiriş məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixinə iddiaçı qarşısında öhdəlikləri aşağıdakı kimidir: - K6772 saylı kredit müqaviləsinə əsasən 76.796,68 manat əsas borc, 149,32 manat cərimə borcu olmaqla, cəmi 76.946 manat təşkil edir, gecikmə günlərinin sayı: 117 gün; - K5801 saylı kredit müqaviləsinə əsasən 17.339,32 manat əsas borc, 561,77 manat faiz borcu, 1.076,86 manat cərimə borcu olmaqla, cəmi 18.977,95 manat təşkil edir, gecikmə günlərinin sayı: 94 gün; - K6303 saylı kredit müqaviləsinə əsasən 100.000 manat əsas borc, 7.050 manat faiz borcu olmaqla, cəmi 107.050 manat təşkil edir, gecikmə günlərinin sayı: 109 gün. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, həmçinin digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış GL5800 saylı kredit limiti müqaviləsi əsasında xx.xx.2032-ci il tarixədək illik 25%-lə 10.000.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 1.0.6 nömrəli, xx.xx.2023-cü il tarixli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00348449LE/2019 saylı razılaşma imzalanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında GL5800 saylı kredit limiti müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixli Z5488 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, K5801 saylı maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30% olmaqla, 120.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, K6303 saylı maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 28% olmaqla, 100.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, K6772 saylı maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 35% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit verilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubu (bildirişi) göndərilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə K6772 saylı kredit müqaviləsinə 76.796,68 manat əsas borc, 149,32 manat cərimə borcu olmaqla, cəmi 76.946 manat; K5801 saylı kredit müqaviləsinə əsasən 17.339,32 manat əsas borc, 561,77 manat faiz borcu, 1.076,86 manat cərimə borcu olmaqla, cəmi 18.977,95 manat; K6303 saylı kredit müqaviləsinə əsasən 100.000 manat əsas borc, 7.050 manat faiz borcu olmaqla, cəmi 107.050 manat məbləğində borcu vardır. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7709 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış K6772 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) müqaviləsinə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 100.000 manat məbləğində əsas, 1.666,66 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 78.387,65 manat məbləğində əsas, 0 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 74.840,89 manat məbləğində əsas, 635,89 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 64.198,35 manat məbləğində əsas, 0 manat məbləğində faiz borcu; K5801 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) müqaviləsinə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 17.094,82 manat məbləğində əsas, 227,43 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 17.094,82 manat məbləğində əsas, 597,82 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 17.094,82 manat məbləğində əsas, 1.046,55 manat, məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 17.094,82 manat məbləğində əsas, 1.381,33 manat, məbləğində faiz borcu; K6303 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) müqaviləsinə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 97.368,69 manat məbləğində əsas, 4.341,20 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 97.368,69 manat məbləğində əsas, 6.169,57 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 97.368,69 manat məbləğində əsas, 6.556,34 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 97.368,69 manat məbləğində əsas, 8.208,90 manat məbləğində faiz borcu müəyyən edilir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 9/2148 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış K6772 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) müqaviləsinə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 100.000 manat məbləğində əsas, 1.666,66 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 78.387,65 manat məbləğində əsas, 0 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 74.840,89 manat məbləğində əsas, 635,89 manat məbləğində faiz borcu, xx.xx.2025-ci il tarixinə 64.198,35 manat məbləğində əsas, 6.669,49 manat məbləğində faiz borcu; K5801 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) müqaviləsinə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 17.094,82 manat məbləğində əsas, 227,43 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 17.094,82 manat məbləğində əsas, 597,82 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 17.094,82 manat məbləğində əsas, 1.046,55 manat məbləğində faiz borcu, xx.xx.2025-ci il tarixinə 17.094,82 manat məbləğində əsas, 2.713,30 manat, məbləğində faiz borcu; K6303 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) müqaviləsinə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 97.368,69 manat məbləğində əsas, 4.341,20 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 97.368,69 manat məbləğində əsas, 6.169,57 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixinə 97.368,69 manat məbləğində əsas, 6.556,34 manat məbləğində faiz borcu, xx.xx.2025-ci il tarixinə 97.368,69 manat məbləğində əsas, 14.784 manat məbləğində faiz borcu müəyyən edilir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sözügedən Məcəllənin hazırda qüvvədə olan 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) (ərizə(lər)) əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış K5801 saylı kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış K5801 saylı kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, K5801 saylı müqavilənin qüvvədə olma müddət xx.xx.2024-cü il tarixdə bitmişdir. Digər tərəfdən, iddiaçı K6303 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının K6303 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. İş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin K6772 saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən 64.198,35 manat məbləğində əsas; K5801 saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixə 17.094,82 manat məbləğində əsas, 227,43 manat məbləğində faiz; K6303 saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixə 97.368,69 manat məbləğində əsas, 4.341,2 manat məbləğində faiz borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən K6772 saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən 64.198,35 manat məbləğində əsas; K5801 saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixə 17.094,82 manat məbləğində əsas, 227,43 manat məbləğində faiz; K6303 saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixə 97.368,69 manat məbləğində əsas, 4.341,2 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddianın cərimələrin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə K5801 saylı kredit müqaviləsinə əsasən 1.076,86 manat cərimə borcu məbləğində deyil, 867 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır(lar). Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi (ərizələr) üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 cavabdeh "xxxx" MMC-nin iddiaçıya olan kredit müqaviləsi (ərizələr) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, bununla da iddiaçı qarşısında olan "xxxx" MMC-nin pul vəsaitini qaytamaqla bağlı öhdəliyi üzərinə götürmüşdür(lər). Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 492.97 manat dövlət rüsumunun 474,25 manatı (yəni, 184.246,81 manat məbləğinə münasibətdə) cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 500 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçıdan, 450 manatı isə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. K6772 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 64.198,35 manat əsas borc, 149,32 manat cərimə borcu olmaqla, cəmi 64.347,67 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. K5801 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 17.094,82 manat əsas borc, 227,43 manat faiz borcu, 867 manat cərimə borcu olmaqla, cəmi 18.189,25 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. K6303 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 97.368,69 manat əsas borc, 4.341,20 manat faiz borcu olmaqla, cəmi 101.709,89 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin 474,25 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı ASC-dən, 450 manatı Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar