Məhkəmə qərarları › İş №e-2-2(121)-1123/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1123/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1123/2025 12.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı “Azərsun Holdinq MMC-nin X2 qarşı “pul tələbi”nə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı “Azərsun Holdinq MMC cavabdeh X2 qarşı kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X1 3999,96 (üç min doqquz yüz doxsan doqquz manat doxsan altı qəpik) və 60 (altmış) AZN dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4059,96 (dörd min əlli doqquz manat doxsan altı qəpik) AZN borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Şirkət) ilə cavabdeh X3 (Müştəri) arasında xx.xx.2019– cu il tarixli İcarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1 – ci maddəsinə əsasən İcarəyə verən yəni, İddiaçı MMC özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Seriya RX №0210034) 830.5kv.mümumi sahədən 746.02 kv.m. olan əmlak kompleksi kimi müəssisəni icarəyə verir, “İcarəçi” yəni X3 isə bu müqavilədə göstərilən şərtlərlə həmin əmlak kompleksi kimi müəssisəni icarəyə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən, İcarəyə verilən ümumi 746.02 kv.m. olan əmlak kompleksi kimi müəssisəni üçün aylıq icarə haqqı 826 (səkkiz yüz iyirmi altı) manat (ƏDV daxil olmaqla) müəyyən edilmişdir. İcarə Haqqı xx.xx.2019-cu il tarixdən hesablanır. İstifadə olunan kommunal xidmətlərin dəyəri “İcarəçi” tərəfindən ödənilməlidir. İcarə müqaviləsinə xx.xx.2020-ci il tarixliəlavə sazişin 2.1.1-ci maddəsinə əsasən, “İcarəçi” yəni iddiaçı“İcarə verən”ə yəni cavabdehə, xx.xx.2020-ci il tarixdən etibarən ƏDV daxil 1000 (bir min) AZN məbləğində bu müqavilə iləmüəyyənləşdirilmiş icarə müddəti ərzində, sabit aylıq icarə haqqı ödəyəcəkdir. Buna uyğun olaraq, Cəmiyyətimiz tərəfindən cavabdeh şəxsə ünvan 1 ünvanında yerləşən, (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Seriya RX№0210034) 830.5 kv.m ümumi sahədən 746.02 kv.m. olan əmlak kompleksi kimi müəssisəni icarəyə verməsinə baxmayaraq, cavabdeh aylıq icarə haqlarını ödəməmişdir. Belə ki, xx.xx.2023cü il tarixli, 685265 nömrəli, EBDA seriyalı elektron qaimə ilə 999.99 AZN (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik), xx.xx.2023-cü il tarixli, 291933 nömrəli, EBDC seriyalı elektron qaimə ilə 999.99 AZN (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik), xx.xx.2023-cü il tarixli, 430519 nömrəli, EBDE seriyalı elektron qaimə ilə 999,99 AZN (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik), xx.xx.2023-cü il tarixli, 329022 nömrəli, EBDG seriyalı elektron qaimə ilə 999,99 AZN (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) və beləliklə, ümumilikdə 3999,96 (üç min doqquz yüz doxsan doqquz manat doxsan altı qəpik) AZN məbləğində borcu yaranmışdır. Cavabdehə onlayn kargüzarlıq vasitəsilə ilə xx.xx.2024 – cü il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 7 (yeddi) gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində X2 poçt vasitəsilə ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: -217.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı MMC (Şirkət) ilə cavabdeh X3 (Müştəri) arasında xx.xx.2019– cu il tarixli İcarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, icarəyə verən yəni, İddiaçı MMC özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Seriya RX №0210034) 830.5kv.m ümumi sahədən 746.02 kv.m. olan əmlak kompleksi kimi müəssisəni icarəyə verir, “İcarəçi” yəni X3 isə bu müqavilədə göstərilən şərtlərlə həmin əmlak kompleksi kimi müəssisəni icarəyə götürür. - 2.1-ci bəndinə əsasən, İcarəyə verilən ümumi 746.02 kv.m. olan əmlak kompleksi kimi müəssisəni üçün aylıq icarə haqqı 826 (səkkiz yüz iyirmi altı) manat (ƏDV daxil olmaqla) müəyyən edilmişdir. İcarə Haqqı xx.xx.2019-cu il tarixdən hesablanır. İstifadə olunan kommunal xidmətlərin dəyəri “İcarəçi” tərəfindən ödənilməlidir. - 2.2-ci bəndinə əsasən, İcarə haqqı tərəflərin razılğı ilə nağd və ya köçürmə qaydasında ayda bir dəfə ödənilməlidir. - 5.1-ci bəndinə əsasən, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr və fikir ayrılıqları danışıqlıqlar yolu ilə həll olunur. Razılıq əldə edilmədikdə yaranmış mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə müvafiq məhkəmələr vasitəsilə həll olunmalıdır.

7. İstifadə olunan kommunal xidmətlərin dəyəri “İcarəçi” tərəfindən ödənilməlidir. İcarə müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə sazişin 2.1.1-ci maddəsinə əsasən,“İcarəçi” yəni iddiaçı “İcarə verən”ə yəni cavabdehə, xx.xx.2020-ci il tarixdən etibarən ƏDV daxil 1000 (bir min) AZN məbləğində bu müqavilə iləmüəyyənləşdirilmiş icarə müddəti ərzində, sabit aylıq icarə haqqı ödəyəcəkdir.

8. Cavabdehin icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 685265 nömrəli, EBDA seriyalı elektron qaimə ilə 999.99 AZN (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik), xx.xx.2023-cü il tarixli, 291933 nömrəli, EBDC seriyalı elektron qaimə ilə 999.99 AZN (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik), xx.xx.2023-cü il tarixli, 430519 nömrəli, EBDE seriyalı elektron qaimə ilə 999.99 AZN (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik), xx.xx.2023-cü il tarixli, 329022 nömrəli, EBDG seriyalı elektron qaimə ilə 999.99 AZN (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə ödənilməmiş borcu 3999,96 (üç min doqquz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat təşkil edir.

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

10. İş materiallarında olan İddiaçı MMC (Şirkət)-nin xüsusi mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, X2 xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 4000 manat ödənilməmiş icarə haqqı borcunun olması bildirilmiş, borcun 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

12. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir

13. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də icarə müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməli olan icarə haqqı üzrə 3999,96 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3999,96 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Nəticə:

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh X1 3999,96 (üç min doqquz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar