Məhkəmə qərarları › İş №e-2-2(121)-113/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-113/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-113/2021 01.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “xxxx” Kiçik Müəssisəsinə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəlməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər “xxxx” Kiçik Müəssisəsinə və Cavabdeh2 qarşı cavabdeh “xxxx” Kiçik Müəssisəsindən 177,44 manat əsas borc, 334 manat faiz borcu, 61,71 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 573,15 manat kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin “xxxx” Kiçik Müəssisəsi ilə bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 1338-8 ABFŞ saylı “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışına əsasən məxsus olan Şirvan şəhəri, Energetik küçəsində mülkiyyətdə olan 0.09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 223.6 kv.m yaşayış, 141.2 kv.m köməkçi sahədən ibarət 39 nömrəli bağ evinə yönəldilərək, həmin binanın açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “xxxx” Kiçik Müəssisəsinə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəlməsi və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar