Məhkəmə qərarları › İş №e-2-2(121)-1140/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1140/2025

11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1140/2025 11.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı dəymiş 25000 manat maddi ziyanın əvəzinin və 165 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı dəymiş 1,332, 021.32 (bir milyon üç yüz otuz iki min iyirmi bir, 32) rubl maddi ziyanın günü məzənnəsinə uyğun olaraq Azərbaycan məzənnəsi ilə və 165 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı ilə Rusiya Federasiyası Moskva əyaləti, Q.Dmitrov, R.P.Nekrasovskiy, MKR, Stoyiteley, 20 ünvanında qeydiyyata alınmış "xxxx" MMC arasında metal boruların alqı satqısı aparılmışdır. Metal boruların ümumi dəyəri 1,332, 021.32 (bir milyon üç yüz otuz iki min iyirmi bir rubl 32 qəpik) rubl, yəni Azərbaycan manatı ilə 25 000 manat pul Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı tərəfindən satıcıya tam şəkildə ödənilmişdir. Alqı-satqıdan sonra metal boruların Azərbaycan Respublikasına nəql olunması üçün Cavabdeh ilə razılıq əldə olunmuş və metal borular "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə MMC-nin rəsmi tabeliyində olan yük maşınına yüklənərək Azərbaycana yola salınmışdır. Nəqliyyat vasitəsinin yüklənərək Bakı şəhərinə göndərilməsindən artıq 4 aya yaxın vaxt keçməsinə baxmayaraq sahibkara məxsus yükün çatdırılması bu günə qədər icrasız qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə (Öhdəlik anlayışı) əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə (Öhdəliyin icra edilməməsi anlayışı) əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icraedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)başa düşülür. Həmin Məcəllənin 448.1-cimaddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

4. “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə onunla əsaslandırılmışdır ki, metal boruların ümumi dəyəri 1,332,021.32 (bir milyon üç yüz otuz iki min iyirmi bir rubl, 32) rubl, yəni Azərbaycan manatı ilə 25 000 manat pul Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı tərəfindən satıcıya tam şəkildə ödənilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4; 149; 216, 217, 284-1 və 284- 5.3-cü, 739, 742.1, 743, 745-ci maddələrini rəhbər tutaraq, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı dəymiş 1,332, 021.32 (bir milyon üç yüz otuz iki min iyirmi bir rubl, 32) rubl maddi ziyanın günü məzənnəsinə uyğun olaraq Azərbaycan məzənnəsi ilə və 165 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları:

5. İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. O, həmçinin verilmiş suallara cavabında əlavə olaraq bildirmişdir ki, onunla "xxxx" MMC arasında yükün daşınması barədə müqavilə bağlanmış və əvvəllər ona məxsus yüklər "xxxx" MMC tərəfindən daşınmışdır. Lakin, "xxxx" MMC-dən aldığı metal boruları daşınması üçün ilk öncə başqa şirkətlərə müraciət etmişlər, lakin boş maşın tapmaq mümkün olmamış, sonra başqa şəxslərin vasitəçiliyi ilə “PROFİ TRANSPORT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daşınması barədə razılığa gəlinmişdir. O, “PROFİ TRANSPORT" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə şəxsən əlaqə saxlamamışdır. Tanışlar vasitəsilə şifahi razılaşma əldə olduğuna görə, sonradan bilmişdir ki, onun yükü “PROFİ TRANSPORT" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində olan yükmaşını ilə gətiriləcəkdir. Yük təyinat yerinə çatdırıldıqdan sonra yükün daşınmasına görə 1750 ABŞ dolları ödəyəcəkdi. Əvvəlcədən ödəniş etməmişdir. Hesab edir ki, yükün təyinat yerinə çatdırılması məsuliyyəti cavabdehin üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq, o, iddianın təmin olunması barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştriak etmiş Vəkil1 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədi və "İddianın əsassızlığına dair mülahizələr” haqqında ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı yazılı qaydada etiraz məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış “Elektron Kabinet” vasitəsi ilə “İddianın əsassızlığına dair mülahizələr” barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı dəymiş 1,332,021.32 (bir milyon üç yüz otuz iki min iyirmi bir rubl, 32) rubl maddi ziyanın günün məzənnəsinə uyğun olaraq Azərbaycan məzənnəsi ilə və 165 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini qəbul etmir və rədd edilməli olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Əvvəla iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında yük daşınması ilə bağlı heç bir münasibət yaranmamışdır. Keçirilmiş bütün məhkəmə iclaslarında iddiaçıya və onun nümayəndəsinə verilmiş suallara cavab olaraq dəfələrlə yükün itdiyi məlum olanadək cavabdeh "xxxx" MMC-ni tanımadığını, ümumiyyətlə cavabdehlə heç bir yük daşınması ilə bağlı müqavilə bağlamadığını, əksinə bu vaxtadək onun bütün yüklərini "xxxx" MMC adlı bir şirkət tərəfindən daşındığını, onlarla arasında müqavilə olduğunu və sonuncu yükün daşınmasını da onların təşkil etdiyini bildirmişdir. İddiaçı ifadələri belə cavabdehlər aralarında heç vaxt yük daşıma ilə bağlı münasibətlərin yaranmadığını təsdiq edir. Bundan başqa Abşeron rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə avtomobilin sahibi X6 bildirmişdir ki, yükü daşıyan avtomobil ona məxsusdur və Bəxtiyar Qarayev adlı sürücü ilə öz aralarında yükün daşınması barədə razılaşmış, sonuncu isə həmin yükü satmışdır. Eyni zamanda avtomobilin sürücüsü olan (cavabdeh şirkətlə heç bir bağlılığı yoxdur, işçisi deyildir) Bəxtiyar Qarayev də izahatında bildirmişdir ki, ona yükün götürülməsi tapşırığını Tural Qasımov vermişdir. Həm avtomobilin sahibi, həm də sürücüü izahatlarında yükün "xxxx" MMC-nin sifarişi olmadan, ümumiyyətlə xəbəri və məlumatı olmadan götürdüklərini qəbul etmişlər. Göründüyü kimi yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan aydın olur ki, mülki hüquq vəzifələrin yaranması əsas müqavilələr və zərərin vurulması ilə bağlı digər hərəkətlərdir. Hazırki iş üzrə tərəflər arasında heç bir müqavilə bağlanmamış, hər hansı bir zərər vurulmamışdır. İddia tələbindən də göründüyü kimi yük Rusiya Federasiyasının ərazisində təhvil verilmişdir və həmin yükün Gömrükdən keçirilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir rəsmiləşdirmə işi aparılmamışdır. Yükü götürən sürücü va avtomobilin sahibi yükün qəbul edilməsi, daşınması və çatdırılması öhdəliyini öz üzərlərinə götürmüşlər. O, hesab edir ki, həm avtomobilin sahibi, həm də sürücü ilə yanaşı burada iddiaçının da səhvi vardır. Belə ki, o, izahatlarında dəfələrlə qeyd etmişdir ki, onun yüklərini həmişə daşıyan şirkət "xxxx" MMC olmuşdur və mübahisəli yükün daşınmasını da onlar təşkil etmişlər. Burada iddiaçının əsas niyyəti işlədiyi şirkəti aradan çıxarmaqla bütün məsuliyyəti heç nədən xəbəri olmayan cavabdeh MMC-nin üzərinə atmaqdır. Lakin nəzərə almaq lazımdır ki, nə qanunvericilik, nə də ədalət anlayışı belə bir saxtalaşdırmanın, təqsir olmadan məsuliyyət daşımanın məhkəmənin qərarı əsasında təsdiqlənməsinə yol verə bilməz. Ədalətli məhkəmə araşdırması nəticəsində məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, faktiki olaraq iddiaçı yükün daşınmasını "xxxx" MMC-nə həvalə etmiş, bundan sonra avtomobilin sahibi (mülkiyyətçisi) olan X2 Qarayev adlı şəxslə əlaqəyə girərək yükün daşınmasını təşkil etmiş, sonuncu isə həmin yükü itirmişdir. Bütün bu proseslərdə cavabdehin heç bir məlumatı və təqsiri olmamışdır. İddiaçının istinad etdiyi iki əsas məqam vardır ki, bunlardan biri mübahisəli avtomobilin cavabdeh şirkətə icarə müqaviləsi əsasında verilməsi və yük daşınması ilə bağlı CMR-də "xxxx" yazısı olan ştampın vurulmasıdır. İcarə müqaviləsi ilə bağlı qeyd edilən avtomobillə bağlı avtomobilin sahibi X6 ilə icarə müqaviləsi bağlansa da, avtomobil sonuncunun özündə olmuş və yükün daşınmasını o, özü həyata keçirmişdir. İcarə müqaviləsinin bağlanması məsuliyyətin yaranması üçün əsas ola bilməz. Belə ki, bütün sənədlərlə və izahatlarla müəyyən olunur ki, cavabdeh MMC-nin qeyd edilən yükün varlığından və daşınmasından xəbəri olmamışdır. İkinci isə CMR aktında olan ştampla bağlıdır ki, qeyd edilən ştamp onlara məxsus deyildir və kim tərəfindən vurulması barədə məlumatları yoxdur. Çünki bu möhür deyildir ki, iddiaçıda saxlanılsın, bu sadəcə olaraq ştampdır və saxtalaşdırılması çox asandır. Burada əsas diqqət edilməli məqam məhz CMR aktındakı imzadır ki, bu da Bəxtiyar Qarayev adlı şəxsə məxsusdur və sonuncunun da cavabdeh şirkətlə heç bir bağlılığı yoxdur. Hazırkı işdən müəyyən edilir ki, iddiaçının hazırki iddia ilə cavabdehə qarşı məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitutiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq etsək məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ görərik ki, daşındığı iddia edilən yükə görə vurulan zərərin əvəzinin tutulması ilə bağlı olmalıdır. Hazırkı işdən isə müəyyən olunur ki, onunla cavabdeh arasında yükün daşınması ilə bağlı hər hansı bir münasibət yaranmamışdır və bu subyektiv hüququn olmaması kimi qiymətləndirilməlidir. Odur ki, İddiaçı bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Yuxarıda göstərilənləri və AR Mülki Məcəlləsinin qeyd edilən maddələrini nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Dövlət qeydiyyat nömrəsi (VÖEN **********) ilə xx.xx.2009-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası, Dmitrov şəhərində tərtib edilmiş **********5 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) surətindən görünür ki, sahibkar İddiaçı məxsus, dəyəri 1332021,32 rubl olan yük (metal boru) daşıyıcı Cavabdeh tərəfindən 53BC557/53ZB557 “dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Moskva vilayəti, Dmitrov ş., R.P.Nekrasovskiy, MKR, Stoyiteley, 20 ünvanından xx.xx.2024-cü il tarixdə yüklənir, yükün boşaldılma yeri Azərbaycan Respublikası Nəsimi rayonu, Ceyhun Səlimov, ev 16, mənzil 99-dur. “Göndərən” "xxxx" MMC, “Tapşırığı verən” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Həmin əmtəə-nəqliyyat qaiməsi (CMR) Cavabdeh ştampı ilə təsdiq olunmuşdur.

12. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 459/20-П nömrəli müqavilənin və həmin müqaviləyə əlavə 204225 nömrəli Əlavənin surətindən görünür ki, “Yük Göndərən” "xxxx" MMC, “Tədarükçü” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı (Alıcı) arasında metal boruların alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilyə əsasən, Tədarükçü malı tədarük etməyi, Alıcı isə qəbul edib 1332021,32 rubl məbləğində ödəniş etməyi öz öhdəsinə götürür. 13.İş materiallarında olan **********/500701001 bəyannamədən görünür ki, malların gömrük dəyəri 1332021,32 rubl təşkil edir.

14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “ödəniş hesabına” (№231408) əsasən ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 1332021,32 Rusiya rublu məbləğində pul vəsaiti köçürülmüşdür.

15. İş materiallarına əlavə edilmiş (“İcarəçi”) Cavabdeh ilə (“İcarəyəverən”) X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 311 nömrəli “İcarə Müqaviləsi”ndən görünür ki, X6 özünə məxsus “Mercedes Aktros 1844 LS yəhərli dartıcı” markalı, 53-BC- 557 dövlət qeydiyyat nişanlı və “SCHMİTZ - yarımqoşqu” markalı, 53ZB557 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini icarəyə vermişdir. Həmin müqavilənnin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, Bu müqavilə xx.xx.2024-cü il tarixdən qüvvəyə minir və icarənin müddəti 3 il təşkil edir.

16. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin buraxılış kartı ilə bağlı məlumat verilməsi barədə məktubuna əsasən, Cavabdeh MMC-nin müraciəti əsasında **-BC-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində beynəlxalq yükdaşımalarına dair buraxılış kartı verilmişdir. Sözügedən buraxılış kartı Cavabdeh MMC-nin müraciəti əsasında xx.xx.2024-cü il tarixində ləğv edilmişdir.

17. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsininin istintaq Şöbəsinin müstəntiqi Kənan Yasinlinin xx.xx.2025-ci il tarixli, ********** saylı məktubundan görünür ki, onun trəfindən Qarayev Bəxtiyar oğlunun AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq aparılır.

18. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokol”un surətindən görünür ki, X3 öz ifadəsində bildirmişdir ki, onun Bakı şəhər sakini X6 ilə ədavət və düşmənçiliyi yoxdur, onunla 2024-cü ilin avqust ayında tanışı Araz vasitəsilə tanış olmuşdur. Tural özünə məxsus X7 1844 LS yəhərli dartıcı markalı, 53-BC- 557 d.q.n avtomobilini idarə etmək üçün sürücü axtarırdı və o, Turala sürücü işlədiyini bildirmiş, sonra onlar razılaşmışlar və 2024-cü ilin avqust ayının 18-də Tural Qarayev ona məxsus avtomobili idarə etmək üçün Bəxtiyar Məmmədəli oğluna etibarnamə verərək X7 1844 LS yəhərli dartıcı markalı **-BC-*** d.q.n avtomobili Masazır rayonunda təhvil vermiş, o da, avtomobili götürdükdən sonra Sumqayıt şəhərinə gedərək orada 1 gün ərzində yük götürmüş, sonra isə xx.xx.2024-cü il tarixdə Samur keçid məntəqəsindən keçərək Moskva şəhərinə yola düşmüşdür. Onunla birlikdə 4 yük avtomobilidə eyni yükdən götürərək Moskva şəhərinə yola düşmüşlər, lakin o, yol getdiyi müddətdə onlardan ayrı düşmüşüdür. xx.xx.2024-cü il tarixdə yükü aparıb Moskva şəhərində boşaltmış, sonra Tural ona zəng edərək başqa bir yükü götürüb qayıtmağını demiş, o da, Tural dediyi ünvana gedərək yük yükləmiş, sonra Azərbaycana gəlmək üçün yola düşmüşdür. 2024-cü ilin avqust ayının təxminən 29-30-da Tambov oblastında olan zaman axşam yeməyi yemək üçün yol kənarında dayanacaqda avtomobilini saxlamış, orada 3 dənə başqa Tırında dayandığını görmüş, o həmin şəxslərə yaxınlaşmış və onlarla danışan zaman həmin şəxslərin erməni olduğunu görmüş, onu yeməyə dəvət etmişlər, o da onlarla razılaşaraq oturub birlikdə yemək yemiş, sonra onlar ona qumar oynamağı təklif etmişlər o da onlarla razılaşmış, onlar birlikdə qumar oynamış və həmin zaman onlarla birlikdə o konyak içmiş, 3-cü stəkan konyakı içdikdən sonra o heç nəyi xatırlamır, birdə iki gün sonra idarə etdiyi avtomobilin kabinasında oyanmışdır. O, avtomobildən düşüb baxdıqda, avtomobilin qoşqusunun yerində olmadığını görmüş, Sonra mobil telefonuna baxmış və orada Aşot adlı şəxsin mobil nömrəsini görmüş, o, Aşota zəng eləmiş və avtomobilin yükünün harada olmasını soruşmuş, o da onun yanında olan şəxsə yükü bağışladığını demiş, o isə, elə bir şey olmadığını, onun sərxoş olduğunu demiş və Aşota yükün harada olmasını soruşmuş, o da yükün yerini votsapla atmış, lakin ona qərara gəldi ki, Qazaxıstana gedsin və Azərbaycana qayıtmasın, buna görədə Qazaxıstana getmiş və orada olan tanışları vasitəsilə avtomobilin ön hissəsini də 2000 dollara satmış, həmin vaxtdan etibarən Qazaxıstanda və Gürcüstanda olmuş, lakin sonra qərara gəlmiş ki, Azərbaycana qayıdaraq avtomobilin sahibi ilə razılaşsın, Azərbaycana gələn zaman aeroportda polislər tərəfindən saxlanılmışdır.

19. İş materiallarına əlavə edilmiş Tural Qasımovun AR DİN-nə E-müraciətin surətindən görünür ki, müraciətində ona məxsus olan Mercedes Aktros markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 işlətmək məqsədilə yalnız sürmək və yükü aparıb boşaldıb ordan aparmaq üçün etibarnamə verdiyini, lakin həmin şəxs yükü boşaldıb, sonra Bakıya yük götürməli olduğu halda, yükü Moskvada satmış, sonra maşınla Qazaxıstan Respublikasına getmiş və maşını da Qazaxıstan Respublikasında satdığını bildirmişdir.

20. Şirvan Kommersiya Məhkəməsi tərəfindən 05 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhər Baş Gömrük İdarəsinə “Mercedes Benz” ACTROS 1844LS markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı və yarımqoşqu **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətlərdə ölkə daxilindən, ölkə xaricinə yük daşıma fəaliyyəti həyata keçirilib keçirilməməsi, əgər yük daşıma fəailyyəti qeyd edilən müddətlərdə həyata keçirilmişdirsə aparılan gömrük rəsmiləşdirilməsinə dair sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı verilmiş sorğu əsasında məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, 53BC557/53ZB557 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məktubda qeyd olunan tarixlər aralığında “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılışı xx.xx.2024-cü il tarixində, saat 16:27 radələrində və xx.xx.2024-cü il tarixində, saat 02:13 radələrində həyata keçirilmişdir. Nəqliyyat vasitəsinin müvafiq buraxılış kartına dair məlumatların əldə olunması mümkün olmamışdır.

21. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş gömrük rəsmiləşdirilməsinə dair sənədlərdən görünür ki, 53BC557/53ZB557 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılarkən gömrük rəsmiləşdirilməsinə təqdim olunmuş əmtəə-nəqliyyat qaimələrində (CMR) üzərində Cavabdeh LLC” yazıları olan ştempeldən istifadə olunmuşdur.

22. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 165 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 850.1-ci maddəsinə əsasən, Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. - 852.1 və 852.2-ci maddələrinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. - 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ - 854.7-ci maddəsinə əsasən, qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər. - 859.1-ci maddəsinə əsasən, Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 780.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. - 780.4-cü maddəsinə əsasən hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

24. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun:

1.0.9-cı maddəsinə əsasən, daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. 4.0.6-cı maddəsinə əsasən, beynəlxalq daşımalar– avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları hesab olunur. 37.1-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. -40.6-cı maddəsinə əsasən, beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi tərtib olunur.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın:

-38.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. -38.6-cı bəndinə əsasən, daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur. -39.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. -39.2-ci bəndinə əsasən, yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir. 42.1-ci bəndinə əsasən, Daşıyıcının vəzifələri: 42.1.8-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş müddətdə yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmaq; 42.1.10-cu bəndinə əsasən, yükgöndərənlərə və ya yükalanlara daşıyıcı tərəfindən vurulmuş real zərərin əvəzini ödəmək; 48.2. Daşıyıcının avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarından irəli gələn məsuliyyəti. 48.1-ci bəndinə əsasən, Daşıyıcı aşağıdakılara görə məsuliyyət daşıyır: 48.2.1-ci bəndinə əsasən, əmtəə-nəqliyyat qaiməsinin və ya ona əlavə edilmiş sənədlərin itirilməsinə; 48.2.2-ci bəndinə əsasən, yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə; 48.2.3-cü bəndinə əsasən, gömrük qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. 48.3-cü bəndinə əsasən, Avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün “İcazə” blankı almış daşıyıcılar, həmin “İcazə” blankını (jurnalını) düzgün istifadə etməli, lazımi vəziyyətdə saxlamalı və vaxtında təhvil verməlidirlər. 48.4-ci bəndinə əsasən, Daşıyıcı yükün itirilməsi və ya çatdırılmanın gecikdirilməsinə görə aşağıdakı hallarda məsuliyyət daşımır: 48.4.1-ci bəndinə əsasən, itirilmə və ya çatdırılmanın gecikdirilməsi yükgöndərənin (yükalanın və ya ekspeditorun) təqsiri üzündən, yükə xas olan qüsur və ya qarşısıalınmaz qüvvə səbəbindən baş verdikdə; 48.4.2-ci bəndinə əsasən, yükgöndərənlə razılaşdırılmaqla və əmtəə-nəqliyyat qaiməsində göstərilməklə (əskiklik yol verilən normadan artıq olduğu və ya yük yeri itirilmiş hallar istisna olmaqla), tenti örtüsü olmayan avtonəqliyyat vasitəsindən istifadə edildikdə; 48.4.3-cü bəndinə əsasən, yükün qablaşdırılmaması və ya qablaşdırılmasının zədələnməsi yükün zədələnməsinə və ya korlanmasına səbəb olduqda; 48.4.4-cü bəndinə əsasən, itirilmə və ya korlanma yükün təbii xüsusiyyətləri — korroziyası, çürüməsi, quruyub azalması və sıxılması və ya parazitlərin və gəmiricilərin təsiri (əgər daşıma yükün istinin, soyuğun və ətraf havanın rütubətli təsirindən qorunması üçün xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsilə yerinə yetirilirsə, daşıyıcı bu maddəyə istinad edə bilməz) nəticəsində baş verdikdə; 48.4.5-ci bəndinə əsasən, yük yerlərinin qeyri-qənaətbəxş nömrələnməsi və ya markalanması nəticəsində yük əskik çıxdıqda; 48.4.6-cı bəndinə əsasən, itirilmə və ya çatdırılmanın gecikdirilməsi canlı heyvanların daşınması (daşıyıcı öz xeyrinə bu bəndə yalnız o halda istinad edə bilər ki, o, şərait nəzərə alınmaqla, görməli olduğu bütün tədbirləri gördüyünü və təlimata uyğun olaraq hərəkət etdiyini sübuta yetirə bilsin) nəticəsində baş verdikdə.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı:

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun Qərarının:

10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

31. Məhkəmə ilkin olaraq qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (yük daşınması müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir.

32. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir.

33. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir.

34. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən metal borular satın alması, buna görə satıcıya 1,332, 021.32 rubl ödəməsi, alqısatqıdan sonra metal boruların Azərbaycan Respublikasına nəql olunması üçün xx.xx.2024-cü il tarixdə Cavabdeh icarəsində olan “Mercedes Aktros 1844 LS yəhərli dartıcı” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı və “SCHMİTZ - yarımqoşqu” markalı, **- ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənməsi, daşınma haqqının 1750 ABŞ dolları olmaqla təyinat yerində ödənilməli olması, nəqliyyat vasitəsi yola çıxdıqdan sonra hələ Rusiya Federasiyası ərazisində olarkən yükün itirilməsi işin mübahisəsiz hallarını təşkil edir.

35. Məhkəmə hesab edir ki, işin mübahisəli halını isə, iddiaçı ilə cavabdeh arasında yükün daşınması ilə bağlı müqavilə münasibətlərinin mövcud olub-olmaması və itirilmiş yükə görə cavabdehin məsuliyyət məsələsi təşkil edir. Belə ki, iddiaçı ona məxsus yükün Rusiya Federasiyası ərazisində cavabdehin tabeliyində olan yük maşınına yüklənərək Azərbaycana yola salındıqdan sonra həmin yük itirildiyinə görə çatdırılması bu günə qədər icrasız qaldığı üçün yükün dəyərinin ödənilməsini tələb edir. O, iddiasının sübutu olaraq **********5 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinə (CMR), metal boruların alqı-satqısına dair müqaviləyə, satın alınan mallarn dəyəri olan 1,332, 021.32 rubl ödəməsini təsdiq edən sənədə və Cavabdeh MMC-nin müraciəti əsasında **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində beynəlxalq yükdaşımalarına dair buraxılış kartı verilməsi və sözügedən buraxılış kartının Cavabdeh MMC-nin müraciəti əsasında xx.xx.2024-cü il tarixində ləğv edilməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin buraxılış kartı ilə bağlı məlumat verilməsi barədə məktuba istinad edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir və iddiaçı ilə aralarında yükün daşınması müqaviləsindən irəli gələn hansı bir münasibətin yaranmadığına, ümumiyyətlə tərəflər arasında yükün daşınmasına dair müqavilənin olmamasına, iddiaçının yüklərini həmişə daşıyan şirkətin "xxxx" MMC olduğuna və mübahisəli yükün daşınmasını da "xxxx" MMC-nin təşkil etməsinə, **********5 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində (CMR-də) əks olunan ştamp Cavabdeh MMC-yə məxsus olmamasına, həmçinin yükün daşındığı nəqliyyat vasitəsinin sahibi Tural Qasımovun AR DİN-nə edilmiş müraciətinə və Abşeron rayon Polis İdarəsində istintaqı aparılan sürücü Qarayev Bəxtiyar oğlunun AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə “Təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokol”unda göstərilənlərə istinad edir və hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur.

36. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını ilk növbədə yük daşınması müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı fəslinin 2-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə ilk növbədə yük daşınması müqaviləsinə dair maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Baxılan işdə yük avtomobil nəqliyyatı vasitəsi ilə daşındığına görə mübahisəyə, həmçinin yüklərin avtomobil nəqliyyatı ilə daşınmasına dair münasibətləri tənzimləyən sahəvi normativ aktların tələbləri tətbiq edilməlidir.

37. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsasını və müvafiq subyektiv hüquqa malik olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə, yük daşınması müqaviləsinə uyğun olaraq yük daşınması xidmətinin lazımınca göstərildiyini, yaxud həmin öhdəliyin icrasından hər hansı bir əsasla azad olduğunu və ya qeyd olunan öhdəliyin onun risk dairəsinə daxil olan öhdəlik olmadığını sübut etmək vəzifəsi isə sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür.

38. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus yükün Rusiya Federasiyası ərazisində cavabdehin icarəsində olan və cavabdehin müraciəti əsasında beynəlxalq yükdaşımalarına dair buraxılış kartı verilmiş nəqliyyat vasitəsinə yüklənməsi və tərəflər arasında yükün daşınmasına dair müqavilədən irəli gələn münasibətlərin mövcudluğu yuxarıda sadalanan sübutetmə vasitələri ilə tam təsdiqini tapmışdır.

39. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin şifahi etirazının əsası kimi istinad etdiyi hallar iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Məhkəmə, ilk növbədə cavabdehin iddiaçı ilə aralarında yük daşınmasına dair müqavilə öhdəliyinin yaranmaması ilə bağlı arqumentinə tənqidi yanaşaraq qeyd edir ki, işdə olan əmtəə-nəqliyyat qaiməsi (CMR) tərəflər arasında beynəlxalq yük daşınmasına dair müqavilə münasibətlərinin mövcud olmasına dəlalət edir. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi tərtib olunur. Yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. Daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur.

40. Məhkəmə, eyni zamanda cavabdehin istinad etdiyi digər dəlillərə - iddiaçının yüklərini həmişə daşıyan şirkətin "xxxx" MMC olmasına və mübahisəli yükün daşınmasını "xxxx" MMC-nin təşkil təşkil etməsinə, **********5 nömrəli beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsində (CMR-də) əks olunan ştamp Cavabdeh MMC-yə məxsus olmamasına, həmçinin yükün daşındığı nəqliyyat vasitəsinin sahibi Tural Qasımovun AR DİN-nə edilmiş müraciətinə və Abşeron rayon Polis İdarəsində istintaqı aparılan sürücü Qarayev Bəxtiyar oğlunun AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə “Təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokol”unda göstərilənlərə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin yükün daşınmasına dair tapşırığı biləvasitə iddiaçıdan deyil, üçüncü bir şəxsdən almış olması cavabdehi yükün daşınması tapşırığını vicdanla yerinə yetirmək məsuliyyətindən azad etmir. Belə ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə, vəkalət verən vəkalət alanı icranı üçüncü şəxslərə verməyə vəkil edə bilər (MM 780.1.1. maddə). Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər (MM780.4-ci maddə). Əlavə olaraq, nəzərə alınmalıdır ki, iddiaçının əvvəllər başqa yüklərin daşınması üçün "xxxx" MMC və ya başqa bir şirktlə yük daşınması müqavilələri bağlaması, onun başqa hüquqi şəxslərlə belə tipli müqavilələr bağlamaq hüququnu məhdudlaşdırmır.

41. Məhkəmə, həmçinin **********5 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində (CMR-də) əks olunan ştampın Cavabdeh MMC-yə məxsus olmamasına dair cavabdehin dəlinə münasibət bildirərək qeyd edir ki, işin obyektiv araşdırılması məqsədilə məhkəmənin sorğusu əsasında iş materiallarına daxil edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin sorğuya cavab məktubuna əlavə olan yükdaşıma üzrə aparılan gömrük rəsmiləşdirilməsinə dair sənədlərdən, o cümlədən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR-dən) müəyyən olunur ki, **-BC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə başqa bir yükün Azərbaycan Respublikasından Rusiya Federasiyasına daşınması zamanı gömrük rəsmiləşdirilməsinə təqdim edilmiş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaimələrində də (CMR-də) Cavabdeh LLC” yazıları olan istifadə olunmuşdur. Hansı ki, həmin yükdaşımaların həyata keçirilməsi cavabdehin iddiaçıya məxsus yükü daşımağa qəbul etdiyi və Cavabdeh MMC-nin müraciəti əsasında **-BC-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə verilmiş beynəlxalq yükdaşımalarına dair buraxılış kartının qüvvədə olduğu dövrə düşür. AR MMnin 854.7-ci maddəsinə əsasən, qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.

42. Beləliklə müəyyən olunur ki, tərəflərin münasibətlərinin hüquqi əsasını yük daşınması müqaviləsi təşkil edir və sözügedən münasibətlərin mövcudluğu əmtəənəqliyyat qaiməsi (CMR) ilə tam təsdiq olunur. Buna görə də, yükün daşınmasına dair müqavilə münasibətlərinin olmaması barədə cavabdehin dəlilləri əsassızdır.

43. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus yükün təyinat yerinə çatdırılması cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğundan, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 42.1.8-ci və 42.1.10-cu bəndlərində müqavilə ilə müəyyən edilmiş müddətdə yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmaq və yükgöndərənlərə və ya yükalanlara daşıyıcı tərəfindən vurulmuş real zərərin əvəzini ödəmək daşıyıcının vəzifələri və həmin Qaydaların 48.2-ci bəndində yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə görə Daşıyıcının avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarından irəli gələn məsuliyyəti olaraq müəyyən edildiyindən, həmçinin AR Mülki Məcəlləsinin 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəməli olduğundan, iddiaçı cavabdehə qarşı hazırki iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malikdir.

44. Hazırda iddiaçı ona məxsus yükün itirilməsinə görə dəymiş ziyanın əvəzi olaraq cavabdehdən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 1332021,32 Rusiya rublu tələb edir.

45. Məhkəmə iddianın həcmi ilə bağlı əsaslılığına dair qeyd edir ki, iddiaçının satın aldığı malların dəyərinin 1332021,32 Rusiya rublu təşkil etməsi və həmin mallara görə satıcıya qeyd olunan məbləğdə ödəniş etməsi iş materalları ilə təsdiq olunduğundan və bu, işin mübahisə edilməyən halını təşkil etdiyindən, iddiaçı qeyd olunan məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə xərcləri:

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 165 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

Nəticə:

47. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və Cavabdehndən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 1332021,32 Rusiya rublu və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh MMC-dən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 1332021,32 (bir milyon üç yüz otuz iki min iyirmi bir, 32) Rusiya rublu və ödənilmiş dövlət rüsumuna görə 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar