Məhkəmə qərarları › İş №e-2-2(121)-1177/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1177/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1177/2022 27.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı ASC-nin Cavabdehnə qarşı – kredit müqavilələri üzrə yaranmış faiz borcunun tutulması tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə (VÖEN: **********) qarşı Cavabdeh MMC–dən İddiaçı ASC-nin xeyrinə 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25 noyabr 2015-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 27739.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olan borcun tutulması; Cavabdeh MMC–dən İddiaçı ASC-nin xeyrinə 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13 fevral 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7394.3 manat məbləğində əldən çıxmış fayda olan borcun tutulması; Cavabdeh MMC–dən İddiaçı ASC-nin xeyrinə 11 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11 iyun 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 29230.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olan borcun tutulması; Cavabdeh MMC–dən İddiaçı ASC-nin xeyrinə 08 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 08 iyul 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9424.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olan borcun tutulması; Cavabdeh MMC–dən İddiaçı ASC-nin xeyrinə 22 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 22 noyabr 2016-cı il tarixdən 14 aprel 2022ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 24909.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olan borcun və 452.61 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC 25 noyabr 2014-cü il tarixli 6-BİZ-18-0-2301-14 (Ə18) №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC dən illik 16%lə 12 ay müddətinə 100.000 ABŞ dolları məbləğində, 13 fevral 2015-ci il tarixli 6-BİZ-19-0- 212-15 (Ə18) №-li kredit müqaviləsinə əsasən illik 22 %-lə 12 ay müddətinə 30.000 manat məbləğində, 11 iyun 2015-ci il tarixli 6-BİZ-20-0-330-15 (Ə20) №-li kredit müqaviləsinə əsasən illik 16%-lə 12 ay müddətinə 100.000 ABŞ dolları məbləğində, 08 iyul 2015-ci il tarixli 6-BİZ-21-0-475-15 (Ə21) №-li kredit müqaviləsinə əsasən illik 22%-lə 12 ay müddətinə 48.000 ABŞ dolları məbləğində və 22 iyul 2015-ci il tarixli 6-BİZ-22-0-517-15 (Ə22) №-li kredit müqaviləsinə əsasən illik 22%-lə 16 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Hal-hazırda 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 25 noyabr 2015-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 27739.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 13 fevral 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 7394.3 manat məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 11 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 11 iyun 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 29230.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 08 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMCnin banka gecikdirilmiş vaxt üçün 08 iyul 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 9424.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 22 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 22 noyabr 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 24909.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadeh Cavabdeh MMC-nin arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddianın əsassız olduğunu bildirərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-BİZ-18-0-2301-14 (Ə18) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 16 faiz dərəcəsi ilə, 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 100.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-BİZ-19-0-212-15 (Ə18) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 22 faiz dərəcəsi ilə, 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 30.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-BİZ-20-0-330-15 (Ə20) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 16 faiz dərəcəsi ilə, 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 100.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-BİZ-21-0-475-15 (Ə21) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 22 faiz dərəcəsi ilə, 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 48.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-BİZ-22-0-517-15 (Ə22) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 22 faiz dərəcəsi ilə, 16 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 100.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4588 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 27.739.50 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4587 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 7.394.30 AZN borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4586 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 11 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 29.230.65 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4589 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 9.424.50 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4585 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 22 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 24.909.80 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 21 iyul 2022-ci il tarixli KBD 8427 nömrəli “icra vəziyyəti barədə” arayışında qeyd edilmişdir ki, Şirvan Apelliyasiya Məhkəməsinin 2- 2( 106)-32/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə 2000 ABŞ Dolları, (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində), 11 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə 2000 ABŞ Dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində), 22 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə 2000 ABŞ Dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində), "xxxx" İKB ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi banka 99 999.18 ABŞ dolları əsas, 29407.62 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 131.406.80 ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində); 2015-ci il 11 iyun tarixli kredit müqaviləsi üzrə banka 100000 ABŞ Dolları əsas, 35797.84 ABŞ Dolları faiz, 2000 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 137797,84 ABŞ Dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində), 22.07.20!5-ci il tarixli kredit müqaviləsi üzrə banka 92245,62 ABŞ dolları əsas, 37240,99 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 131486,61 ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində) cavabdeh “Azəripamservis" MMC-dən tutlaraq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-nin mülkiyyətindəki Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857,9 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəlməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə ödənilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 350 000 manat müəyyən edilməsi, qeyri-yaşayış binası satıldıqdan bir ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması, tutmanın "xxxx" MMC-nin mülkiyyətindəki ** AC *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, boz göy metal rəngli, “mitsubishi L200” yük sərnişin markalı, avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə ödənilməsi, tutmanın "xxxx" MMCnin mülkiyyətindəki 129 ədəd neft çıxarma üçün avadanlıqlara (avadanlıqların siyahısı 14 dekabr 2011-ci il tarixli, 6-BİZ-7-0-36-11 (G) saylı girov müqaviləsinə 1 nömrəli əlavədə əks olunur), 63 ədəd neft çıxarılması üçün avadanlıqlara (avadanlıqların siyahısı 24 may 2012-ci il tarixli, 6-BİZ-7-0-36-11 (G)-A saylı girov müqaviləsinə 1 nömrəli əlavədə əks olunur), neft çıxarılması üçün 74 adda, 17355 ədəddən ibarət, o cümlədən 11 adda, 35 ədəddən ibarət əsas, 63 adda, 17320 ədəddən ibarət köməkçi avadanlıqlara və 2 adda 44880 metrdən ibarət kabelə (avadanlıqların siyahısı 17 dekabr 2012-ci il tarixli, 6-BİZ-7-0- 36-11 (G)-B saylı girov müqaviləsinə 1 nömrəli əlavədə əks olunur) yönəldilməsi, girov qoyulmuş əşyaların ilkin satış qiyməti 1.714.290 manat məbləğində müəyyən edilmiş, açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi, əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Neftçala rayon İcra Şöbəsinə göndərilmişdir. Borcluya könüllü icra müddəti verilməklə icraata başlama haqqında qərar qəbul edilmiş və icra olunması üçün tərəflərə göndərilmişdir. Könüllü icra müddəti ərzində tələb icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilmiş və icra sənədi üzrə tələb yönəlmiş Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyri-yaşayış binası açıq hərrac vasitəsilə satılması üçün icra şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Hərracda alıcı olmadığından ipoteka predmeti “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tələbkar Banka təklif olunmuşdur. “Yelo Bank" ASC X5 13 noyabr 2020-ci il tarixli 38/06 saylı Protokolla Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyri-yaşayış binasını əldə etmişdir. Daha sonra 22 fevral 2021 -ci il tarixli **********67-06301 reyestr nömrəli Çıxarışla həmin əmlak üzərində özünün mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan sonra icra sənədi üzrə tələb yönəlmiş işin icrası ilə bağlı “Azəripamservis" MMC-nin mülkiyyətindəki **-AC-*** dövlət qeydiyyat nişanlı. 2007-ci il buraxılışlı, boz göy metal rəngli, “mitsubishi L200” yük sərnişin markalı, avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satışının təşkil olunmasından ötrü avtonəqliyyat vəsiləsinin axtarışı elan olunmuşdur. Həmçinin, icra sənədi üzrə tələb yönəlmiş avadanlıqların açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi məqsədilə Xəzər rayon İcra Şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Avadanlıqların hərracda alıcısı olmadığından “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tələbkar Banka təklif olunmuşdur. Qeyd olunan əmlakların balansa götürülməsinə Bank tərəfindən müsbət münasibət bildirilmədiyindən icra sənədi bu hissədə Xəzər rayon İcra Şöbəsi tərəfindən geri qaytarılmışdır. Yuxarıda qeyd olunduğu kimi Şirvan Apelliyasiya Məhkəməsinin 2-2(106)- 32/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirləri Neftçala icra şöbəsinin icraatındadır və icra tədbirləri davam etdirilir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 25 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ASC icra sənədinin, tələb yönəlmiş avtomobilə münasibətdə icra olunması üçün aidiyyəti üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 28 mart 2022-ci il tarixli məktubun surətində qeyd edilmişdir ki, icra sənədi üzrə Xəzər rayon ərazisində yerləşən avadanlıqlara münasibətdə icra olunması üçün Xəzər rayon icra şöbəsinə göndərilmişdir. Qeyd olunan avadanlıqlar açıq hərracda satılmamış və Bank tələbkar olaraq balansa qəbul etməmişdir. Bu səbəbdən icra sənədi üzrə Xəzər rayon icra şöbəsinin icraatında görülməli olan icra tədbiri qalmadığından icra sənədinin, tələb yönəlmiş digər əmlaka (avtomobilə) münasibətdə icra olunması üçün borclunun qeydiyyatda olduğu Neftçala rayon icra şöbəsinə gönədərilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4088/5A nömrəli məktubun surətindən görünür ki, Xəzər rayon icra şöbəsi Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-32/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsini geri qaytarmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2- 2(106)-32/2019 saylı məktubunun surətindən görünür ki, icra sənədi Cavabdeh MMC-dən pulun tutulması hissəsində icra edilməsi üçün geri qaytarılmalı olduğundan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2(106)-32/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın qaytarılması barədə qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-32/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün X5 38/06 nömrəli protokolun surətindən görünür ki, Neftçala rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında ipoteka predmeti (ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası) hərraca çıxarılmış və ipoteka predmetinin ilkin hərrac qiyməti 350.000 manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 297.500 manat olması, ipoteka predmetinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 223.125 manat qiymətə tələbkar əldə etmək hüququ bildirilmişdir. İş materiallarında olan “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” 13 noyabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, borclu Cavabdeh MMC-yə məxsus Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən qeyri-yaşayış binası 223.125 manat qiymətə tələbkar İddiaçı ASC tərəfindən alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı ASC-nin tam mülkiyyətində olması xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materialında olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, bildirişdə qeyd olunan borcların 5 gün müddətində İddiaçı ASC-yə ödənilməsi tələb olunmuş, borc ödənilmədiyi təqdirdi qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlərin icrasına başlanılacağı bildirilmişdir. İş materiallarında olan “ilkin mediasuya prosesində iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mdiasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat dövlət rüsumu məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 42,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2- 2(106)-32/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış yuxarıda qeyd olunan kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcları olmaqla, ümumilikdə 131.486,61 ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində) məbləğində pulun cavabdeh “Azeripamservis" MMC-dən tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-nin mülkiyyətindəki Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857,9 kv.mdən ibarət qeyri-yaşayış binasına yönəlməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə ödənilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 350 000 manat müəyyən edilməsi, qeyri-yaşayış binası satıldıqdan bir ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması, tutmanın "xxxx" MMC-nin mülkiyyətindəki **- AC-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, boz göy metal rəngli, “mitsubishi L200” yük sərnişin markalı, avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə ödənilməsi, tutmanın "xxxx" MMCnin mülkiyyətindəki 129 ədəd neft çıxarma üçün avadanlıqlara, 63 ədəd neft çıxarılması üçün avadanlıqlara, neft çıxarılması üçün 74 adda, 17355 ədəddən ibarət, o cümlədən 11 adda, 35 ədəddən ibarət əsas, 63 adda, 17320 ədəddən ibarət köməkçi avadanlıqlara və 2 adda 44880 metrdən ibarət kabelə yönəldilməsi, girov qoyulmuş əşyaların ilkin satış qiyməti 1.714.290 manat məbləğində müəyyən edilmiş, açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi, əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. Daha sonra icra sənədi icra olunması üçün Neftçala rayon İcra Şöbəsinə göndərilmişdir. Könüllü icra müddəti ərzində tələb icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilmiş və icra sənədi üzrə tələb yönəlmiş Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyri-yaşayış binası açıq hərrac vasitəsilə satılması üçün icra şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Hərracda alıcı olmadığından ipoteka predmeti “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tələbkar-iddiaçıya təklif olunmuşdur. İddiaçı X5 13 noyabr 2020-ci il tarixli 38/06 saylı Protokolla Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyriyaşayış binasını əldə etmişdir. Daha sonra 22 fevral 2021 -ci il tarixli **********67-06301 reyestr nömrəli çıxarışla həmin əmlak üzərində özünün mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan sonra icra sənədi üzrə tələb yönəlmiş işin icrası ilə bağlı “Azeripamservis" MMC-nin mülkiyyətindəki **-AC-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, boz göy metal rəngli, “Mitsubishi L200” yük sərnişin markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satışının təşkil olunmasından ötrü avtonəqliyyat vəsitəsinin axtarışı elan olunmuşdur. Halbuki, məhkəmə iclasında cavabdehin nümayəndəsi avtonəqliyyat vəsitəsinin axtarışı ilə bağlı məlumatının olmadığını, həmin avtonəqliyyat vəsitəsinin hal-hazırda Sabirabad rayonunda yerləşdiyini bildirdi. Həmçinin, icra sənədi üzrə tələb yönəlmiş neft çıxarılması üçün avadanlıqların açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi məqsədilə Xəzər rayon İcra Şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Avadanlıqların hərracda alıcısı olmadığından “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tələbkar-iddiaçıya təklif olunmuşdur. Lakin qeyd olunan neft çıxarılması üçün avadanlıqların balansa götürülməsinə iddiaçı tərəfindən müsbət münasibət bildirilmədiyindən icra sənədi bu hissədə Xəzər rayon İcra Şöbəsi tərəfindən geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı özünün kreditor hüquqlarından istifadə etməklə müqavilələr üzrə cavabdehin ödəməli olduğu pul vəsaitinin tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun ödənilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. X4 Məhkəməsinin 2-2(106)-32/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icraya göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin icra sənədinə əsasən əmlakların açıq hərracdan satışına və onun tələbkara verilməsinə cavabdeh hər hansı maneə törətməmiş, nəticədə iddiaçı ona təklif olunan Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyri-yaşayış binasını təhvil götürməklə müvafiq icra proseduru qismən başa çatdırılmışdır. Kredit müqavilələrinin təminatı olaraq girov qoyulmuş neft çıxarılması üçün avadanlıqların icra mərhələsində iddiaçı tərəfindən əldə edilməməsi məhkəmə tərəfindən anlaşılan deyildir. Həmçinin, məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi də həmin əmlakların əldə edilməsində maraqlı olmadıqlarını bildirdi. Halbuki, Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İddiaçı tərəfindən qeyd olunan avadanlıqların özünün subyektiv səbəbləri nəticəsində əldə edilməməsi iddiaçının cavabdehə qarşı öz hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsini istisna etmir. Eyni zamanda, kredit müqavilələrinin təminatı olaraq girov götürülmüş daşınar əmlakların bazar qiymətini və satış imkanlarını qiymətləndirmək iddiaçının vəzifəsidir. Bununla bağlı gələcəkdə baş verə biləcək iqtisadi dəyişikliklərlə əlaqədar risklərin qiymətləndirilməsi də iddiaçının üzərinə düşür. Belə ki, 30 yanvar 2019-cu il tarixli “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən banklarda kredit risklərinin idarə edilməsi bankın risklərin idarə edilməsi sisteminin tərkib hissəsidir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən banklarda kredit risklərinin idarə edilməsi sisteminə daxil olan elementlərdən biri də təminatın qiymətləndirilməsidir. Həmin Qaydaların 8.1.3-cü bəndinə əsasən təminat qismində daşınar əmlak çıxış etdikdə, onun yüklülüyü Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində yoxlanılır, habelə onun bazar qiyməti, satış imkanları və əmlakın saxlanmasına nəzarət olunur. Qeyd olunan Qaydaların 10.1-ci bəndinə əsasən bank kredit riskinin monitorinqini təmin edən prosedurlara və informasiya sisteminə malik olmalıdır. Kredit risklərinin monitorinqi məqsədilə iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar qiymətinə təsiri ölçülməlidir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəliklərinin pozulub-pozulmamasına və həmin öhdəliyə əsasən pulun tutulmasına artıq bir dəfə qiymət verilmiş, bu zaman iddiaçı əlavə olaraq MM-nin 445.7-ci maddəsinə əsasən 5 faiz miqdarında zərərin ödənilməməsini tələb etməmiş, qətnamə ilə müqaviləyə əsasən əsas borcdan əlavə, faiz və öhdəliyin vaxtında icra olunmamasına görə dəbbə pulu da tutulmuşdur. Cavabdehdən kredit borcunun tutulması barədə Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda istinad edilən icra sənədi icraya yönəldilmiş və qismən icra olunmuşdur. Məhkəmə qətnaməsinin icra olunmayan hissəsi isə birbaşa iddiaçının subyektiv yanaşmasına əsasən icra olunmamışdır. Hazırki iş üzrə aparılmış məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəmə qətnaməsinin icrasını gecikdirəcək və ya ona maneə yaradacaq hər hansı bir pozuntunun törədildiyi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, borc müqaviləsinin predmeti olan pul məbləğinin borclu tərəfindən kreditora qaytarılması müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olur. Bu zaman öhdəliklərin xitamı borcun qaytarılmasının üsulundan asılı olmayaraq baş verir. Borcun vaxtından əvvəl borclunun təşəbbüsü ilə, kreditorun tələbi və ya məhkəmə qərarına əsasən qaytarılmasının əhəmiyyəti yoxdur. Nə qədər ki, borc müqaviləsinin predmeti hər hansı bir pul məbləğidir və razılaşdırılmış müddət ərzində həmin pul məbləğinin borc alanda qalması borc müqaviləsinin mahiyyətini təşkil edir, borcun qaytarılması (əsaslarından asılı olmayaraq) tərəflər arasında mövcud müqavilənin ləğvini şərtləndirir, müqavilənin ləğvi ilə eyni zamanda müqavilə öhdəliklərinə də xitam verilir. Borc məhkəmə qərarı əsasında tutulduqda da məhkəmə qərarı qüvvəyə mindiyi andan öhdəliklərə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə, qeyd edir ki, müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclu, artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıyır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin mübahisəli hüquq münasibətlərinə qətnamə ilə artıq qiymət verildiyindən, həmin qətnamənin icrasından sonra qaldırılan zərərin tutulması tələbinin təmin edilməsi üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtləri mövcud olmadığından sözügedən kredit müqavilələri üzrə cavabdehin üzərinə əlavə öhdəliklərin qoyulması qanunsuz və əsassızdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42,61 manat dövlət rüsumu və 410 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı – kredit müqavilələri üzrə yaranmış faiz borcunun tutulması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar