Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-120/2022 09.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh "xxxx" MMC-yə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı – 26500 manat əsas icarə haqqı borcu, 990 manat ƏDV borcu, müqavilə üzrə hesablanmış 7155 manat gecikmə faizi, ümumilikdə 34645 manat məbləğində borcunun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 224 manat məbləğində dövlət rüsumunun, eləcə də mediasiya xərcini təşkil edən 200 manat, ümumilikdə 424 manat xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 16.09.2019-cu il tarixli, RPO 16/09/19 saylı iş maşınlarının icarə müqaviləsinə əsasən CATERPİLLAR markalı 320 model ekskavatorunu 12 ay müddətinə aylıq icarə haqqı 3235,29 ABŞ dollarına, (ödəniş günü üçün Azərbaycan Mərkəzi Bankının məzənnəsinə əsasən manatla) cavabdehə icarəyə verilmişdir. Qeyd edilən texnika təhvil-təslim aktları ilə cavabdehə təhvil verilmişdir. Qeyd edilən icarəyə verilmiş texnikanın icarəsinə görə ödəniş gününün məzənnəsinə uyğun olaraq 67199 manat əsas məbləğ, 12095,82 manat ƏDV olmaqla, cəmi 79294,82 manat təşkil etmişdir. Cavabdehə elektron qaimələr əsasında ehtiyat hissələrinin satışı və servis xədmətlərinin göstərilməsi həyata keçirilmiş və cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir: 1. 03.10.2019-cu il tarixli, EBAA seriyalı 709507 nömrəli, 2594,82 manatlıq; 2. 01.11.2019-cu il tarixli, EBAB seriyalı, 976454 nömrəli, 6490 manatlıq; 3. 02.12.2019-cu il tarixli, EBAD seriyalı, 251371 nömrəli, 6490 manatlıq; 4. 08.01.2020-ci il tarixli, EBAE seriyalı, 802547 nömrəli, 6490 manatlıq; 5. 05.02.2020-ci il tarixli, EBAF seriyalı, 902926 nömrəli, 6490 manatlıq; 6. 03.03.2020-ci il tarixli, EBAH seriyalı, 116404 nömrəli, 6490 manatlıq; 7. 02.04.2020-ci il tarixli, EBAİ seriyalı, 354670 nömrəli, 6490 manatlıq; 8. 04.05.2020-ci il tarixli, EBAJ seriyalı, 499588 nömrəli, 5310 manatlıq; 9. 02.06.2020-ci il tarixli, EBAK seriyalı, 654103 nömrəli, 6490 manatlıq;
10. 01.07.2020-ci il tarixli, EBAL seriyalı, 850494 nömrəli, 6490 manatlıq; 11. 04.08.2020-ci il tarixli, EBAN seriyalı, 197792 nömrəli, 6490 manatlıq; 12. 01.09.2020-ci il tarixli, EBAP seriyalı, 433379 nömrəli, 6490 manatlıq; 13. 01.10.2020-ci il tarixli, EAAC seriyalı, 897273 nömrəli, 6490 manatlıq. Qeyd edilən icarə haqqından cavabdeh tərəfindən müxtəlif tarixlərdə 40699,00 manat əsas icarə haqqı borcundan, 11105,82 manat ƏDV ödənişi, ümumilikdə 51804.82 ödəniş edilmişdir. Qalıq məbləği təşkil edən 26500 manat əsas icarə haqqı borcu, 990,00 manat ƏDV borcu, ümumilikdə 27490 manat borc cavabdeh tərəfindən bugünə kimi ödəniş edilməmişdir. Cavabdeh tərəfindən son ödəniş 08.10.2020-ci il tarixdə edilmişdir. İcarə müddətində tərəflər arasında aylar üzrə işlərin yerinə yetirilməsinə dair aktlar da tərtib edilərək təsdiqlənmişdir. Cavabdehə dəfələrlə borcun ödənilməsi xahiş edilmiş və sonunda 03.08.2021-ci il tarixdə və 04.08.2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin buna baxmayaraq borc yenə də ödənilməmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC 26500 manat əsas icarə haqqı borcu və 990 manat ƏDV borcu, ümumilikdə 27490 manat borcunu bugünə kimi ödəməmişdir. Tərəflər arasında imzalanmış 16.09.2019-cu il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi tərəfindən faktura məbləğinin faktura tarixindən 30 iş günü ərzində ödənmədiyi halda İcarəyə verən aylıq 3% gecikmə faizi hesablayır. İcarəçi isə icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan etmişdir. Cavabdeh tərəfindən artıq 9 aydır ki, ödənişi gecikdirir. Belə olan halda gecikməyə görə faiz hesablamaq hüquqları vardır. Gecikmə faizi aşağıdakı kimi müəyyən edilmişdir: 26500 x 3% = 795 x 9 ay =7155 manat. Beləliklə, cavabdehin qeyd edilən borcu gecikdirdiyinə görə 7155 manat gecikmə faizi ödəməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl edərək cavabdehə 06.09.2021-ci il tarixdə mediasiya presesinin tətbiqi barədə təklif göndərilmiş və təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra prosessual qaydalara əməl edilərək 17.09.2021-ci il tarixdə Mediasiya Şurasına müraciət edilmiş, 04.10.2021-ci il tarixdə təyin edilmiş mediator tərəfindən mediasiyaya dəvət məktubu göndərilmiş, 14.10.2021-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirakları təmin edilmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Belə olan halda mediator tərəfindən 14.10.2021-ci il tarixli, 2021-003398 saylı arayış təqdim edilmişdir. Bundan əlavə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir. Belə olan halda ödənilmiş mediasiya xərci də cavabdehdən tutulmalıdır. Bundan əlavə 01.10.2021-ci il tarixdən qüvvəyə minən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən məhkəmədə iddia ərizəsi qaldırmaq üçün həmin Qanunun 8.1.2-ci bəndinə müvafiq olaraq 224 manat dövlət rüsumu ödəyərək cavabdeh üzündən ziyana düşmüşdürlər. Belə olan halda ödənilmiş dövlət rüsumu da, cavabdehdən tutulmalıdır. İddiaçı Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən iddiaçı ilə cavabdeh arasında 16.09.2019-cu il tarixdə bağlanmış RPO 16/9/19 saylı iş maşınları icarə müqaviləsinin surətindən görünür ki, “CATERPİLLAR” markalı, 320 model, seriya nömrəsi ZBN01661 olan ekskavatorunun icarəsi barədə müqavilə bağlanmış və müqaviləyə əsasən icarəçi icarəyə verənə 12 ay müddətinə, aylıq icarə haqqı 3235,29 ABŞ dolları (ödəniş günü üçün olan Azərbaycan Mərkəzi Bankının məzənnəsinə əsasən manatla) məbləğində icarə haqqını ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, 16.09.2019-cu il tarixli, RPO 16/09/19 saylı iş maşınları icarə müqaviləsinə dair İddiaçı Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin səlahiyyətli nümayəndəsi Nicat İsmayılov və alıcı "xxxx" MMC-nin direktoru X1 tərəfindən 17.09.2019-cu il tarixdə təhvil-təslim aktı imzalanmış və müqavilə üzrə satılan CAT 320 (seriya N- ZBB01661) ekskavatoru satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən alınmışdır. İş materiallarında olan RPO 16/9/19 saylı 16.09.2019-cu il tarixli müqaviləyə dair 02.10.2019cu, 01.11.2019-cu, 02.12.2019-cu, 07.01.2020-ci, 03.02.2020-ci, 02.03.2020-ci, 01.04.2020-ci, 05.05.2020-ci, 02.06.2020-ci, 01.07.2020-ci, 04.08.2020-ci və 01.09.2020-ci il tarixli yerinə yetirilmiş işlərə dair aktların surətlərindən görünür ki, (CAT Tırtıllı Ekskavator 320 (S.N:ZBN01661)) 02.10.2019-cu il tarixə 2594,82 manat (ƏDV daxil olmaqla); 01.11.2019-cu il tarixə 6490 manat (ƏDV daxil olmaqla), 02.12.2019-cu il tarixə 6490 manat (ƏDV daxil olmaqla), 07.01.2020-ci il tarixə 6490 manat (ƏDV daxil olmaqla), 03.02.2020-ci il tarixə 6490 manat (ƏDV daxil olmaqla), 02.03.2020-ci il tarixə 6490 manat (ƏDV daxil olmaqla), 01.04.2020-ci il tarixə 6490 manat (ƏDV daxil olmaqla), 05.05.2020-ci il tarixə 5310 manat (ƏDV daxil olmaqla), 02.06.2020-ci il tarixə 6490 manat (ƏDV daxil olmaqla), 01.07.2020-ci il tarixə 6490 manat (ƏDV daxil olmaqla), 04.08.2020-ci il tarixə 6490 manat (ƏDV daxil olmaqla) və 01.09.2020-ci il tarixə 6490 manat məbləğində razılığa gəlmişlər. İşdə olan 03.10.2019-cu il tarixli (EBAA seriyalı, 709507 nömrəli), 01.11.2019-cu il tarixli (EBAB seriyalı, 976454 nömrəli), 02.12.2019-cu il tarixli (EBAD seriyalı, 251371 nömrəli), 08.01.2020-ci il tarixli (EBAE seriyalı, 802547 nömrəli), 05.02.2020-ci il tarixli (EBAF seriyalı, 902926 nömrəli), 03.03.2020-ci il tarixli (EBAH seriyalı, 116404 nömrəli), 02.04.2020-ci il tarixli (EBAİ seriyalı, 354670 nömrəli), 04.05.2020-ci il tarixli (EBAJ seriyalı, 499588 nömrəli), 02.06.2020-ci il tarixli (EBAK seriyalı, 654103 nömrəli), 01.07.2020-ci il tarixli (EBAL seriyalı, 850494 nömrəli), 04.08.2020-ci il tarixli (EBAN seriyalı, 197792 nömrəli), 01.09.2020-ci il tarixli (EBAP seriyalı, 433379 nömrəli), 01.10.2020-ci il tarixli (EBAQ seriyalı, 723620 nömrəli) elektron qaimələrdən görünür ki, İddiaçı Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 03.10.2019-cu il tarixdə 2594,82 manat, 01.11.2019-cu il tarixdə 6490 manat, 02.12.2019-cu il tarixdə 6490 manat, 08.01.2020-ci il tarixdə 6490 manat, 05.02.2020-ci il tarixdə 6490 manat, 03.03.2020-ci il tarixdə 6490 manat, 02.04.2020-ci il tarixdə 6490 manat, 04.05.2020-ci il tarixdə 5310 manat, 02.06.2020-ci il tarixdə 6490 manat, 01.07.2020-ci il tarixdə 6490 manat, 04.08.2020ci il tarixdə 6490 manat, 01.09.2020-ci il tarixdə 6490 manat, 01.10.2020-ci il tarixdə 6490 manat (bundan 5500 manatı icarə haqqı borcu, 990 manatı vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV) dəyərində RPO 16/09/19 nömrəli, 16.09.2019-cu il tarixli müqaviləyə uyğun olaraq icarədar alıcı "xxxx" MMC-yə “malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında elektron qaimələr göndərmişdir. Beləliklə işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış RPO 16/09/19 saylı, 16.09.2019-cu il tarixli iş maşınlarının icarə müqaviləsinə əsasən CATERPİLLAR markalı 320 model ekskavator 12 ay müddətinə aylıq icarə haqqı 3235,29 ABŞ dollarına, (ödəniş günü üçün Azərbaycan Mərkəzi Bankının məzənnəsinə əsasən manatla) cavabdehə icarəyə verilmiş, lakin cavabdeh üzərinə götürmüş öhdəlikləri lazımi qaydada yerin yetirməyərək, icarə haqqını ödəməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının və gecikməyə görə ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında icarə obyekt(lər)ini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı icarə haqqının və gecikməyə görə ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin, iddiaçı tərəfindən EBAQ seriyalı, 723620 nömrəli, 01.10.2020-ci il tarixli “malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında elektron qaimədə əks olunmuş işlərin yerinə yetirilməsini, yəni ay ərzində yerinə yetirilmiş işləri təsdiqləyən hər hansı sübutu məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Belə olan halda, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi işlərin yerinə yetirilməsi halının sübutu kimi qəbul edilə bilməz. Ona görə ki, bunlar cavabdehin ona nə qədər pul ödənilməli olduğunun bildirilməsidir. Lakin həmin məbləğin nəyin əsasında yaranmasını, EBAQ seriyalı, 723620 nömrəli, 01.10.2020-ci il tarixli “malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında elektron qaimənin işlərin yerinə yetirilməsini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimə işin yerinə yetirilməsi barədə digər sübutlar olmadan işin yerinə yetirilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Yəni, elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə elektron qaydada göndərildiyi üçün müşayətedici sənəd deyildir. Belə ki, can Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1.2, 3.7 və 3.9-cu bəndlərinə əsasən, 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə hesab edir ki, iddiaçı 6490 manat (bundan 5500 manatı icarə haqqı borcu, 990 manatı vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV) dəyərində işlərin yerinə yetirilməsinə dair EBAQ seriyalı, 723620 nömrəli, 01.10.2020-ci il tarixli “malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında elektron qaiməni cavabdehə göndərmiş olsa da, ay ərzində yerinə yetirilmiş işlərə dair tərəflərin imzaladığı aktı məhkəməyə təqdim etmədiyindən, iddia qismən təmin edilməklə 21000 manat (yəni, 26500 – 5500 = 21000 manat) icarə haqqı və 5670 manat (21000 x 3% = 630 * 9 ay = 5670 manat) faiz borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, “990 manat ƏDV borcunun cavabdehdən tutulması” hissəsində iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 224 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu və mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumunun və mediasiya xərcinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, 34645 manat məbləğində borc tələbi üzrə 193,93 manat məbləğində dövlət rüsumu ödənilməli olduğundan, iddiaçının cavabdehdən onun xeyrinə 224 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb etməsi əsassızdır. İddia qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 120 manat məbləğində dövlət rüsumu və 130 manat mediasiya xərci tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 21000 manat icarə haqqı, 5670 manat faiz borcu, 120 manat dövlət rüsumu, 130 manat mediasiya xərci, cəmi 26920 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən alınaraq İddiaçı Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Namidar Misirzadə