Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-121/2025 01.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı - cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 7.577,1 manat məbləğində krеdit bоrcu, 2.793,81 manat məbləğində faiz bоrcu və 1.346,74 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11.717,65 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125,15 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 oğluna iddiaçı ilə bağladığı xx.xx.2021ci il tarixli 008L**********02 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə X15 oğlu iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.000 manat məbləğində krеdit götürmüşdür. X15 oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. X15 oğlu götürdüyü krеdit bоrcundan 422,9 manat ödəmiş, onun 7.577,1 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, X15 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 728 gün üçün hesablanmış faiz borcu 2.793,81 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 728 gün üçün hеsablanmış cərimə 1.346,74 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə X15 oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X15 oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ№ 258816 saylı ölüm haqqında şəhadətnamədən cavabdeh X15 oğlunun vəfat etdiyi iddiaçıya məlum olmuşdur. Bununla bağlı, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-66- 2/2-148/2023 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum X15 oğlunun istifadəsində olan 0.18 ha torpaq sahəsindən hal-hazırda mərhumun həyat yoldaşı Cavabdeh2 istifadə edir. Belə ki, faktiki vərəsə - Cavabdeh2 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onun tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh2 mərhum X15 oğlunun faktiki vərəsəsi hesab edilir. Göründüyü kimi, X15 oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddiaçı QSC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə X15 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008L**********02 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 100.000 manat məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə X15 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008R********** saylı kredit razılaşması bağlanmışdır. Həmin kredit razılaşması üzrə cavabdeh X15 oğluna 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla 8.000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə X15 oğlu arasında xx.xx.2021-ci il tarixli 008L**********02 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və iddiaçı arasında xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləs(lər)i bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən X15 oğluna 8.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, X15 oğlunun xx.xx.2021-ci il tarixli 008R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 7.577,1 manat məbləğində əsas, 2.793,81 manat məbləğində faiz, 1.346,74 manat məbləğində cərimə olmaqla, cəmi 11.717,65 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh X15 oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin ünvan 1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X15 oğlunun adına vərəsəlik işi açılmamış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ünvan 1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1971ci il təvəllüdlü X15 oğlunun adına xx.xx.2019-cu il tarixdə “VAZ 21074” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Həmçinin, X15 oğlunun adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İşə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 1 saylı ünvan 2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X1 adına (ümumi birgə payda X10, X6 ilə birlikdə) ünvan 4ində 0.18 ha yaşayış məntəqələrinin torpaq sahəsi dair ləğv edilmiş DTXK tərəfindən JN-3269A nömrəli 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Masallı rayon Ərkivan qəsəbə sakini olmuş mərhum X15 oğlunun tikdirdiyi fərdi yaşayış evinin torpaq sahəsi onun mərhumə anası X3 adınadır. Həmin 0.18 ha torpaq sahəsində mərhum X15 oğlunun qardaşları X7 və X4 fərdi yaşayış evi tikdirmişlər. X8 adına olan 0.18 ha torpaq sahəsindən mərhum X15 oğlunun həyat yoldaşı Cavabdeh2 və qardaşları X7 və X4 övladları ilə birgə istifadə edirlər. İşə əlavə edilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1971-ci il təvəllüdlü X15 oğlunun adında qeydiyyat olan nəqliyyat vasitəsi yoxdur. İşə əlavə edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X15 oğlunun miras əmlakına vərəsəlik verilməsinə dair Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisində xx.xx.2023cü il tarixdə 2V-258 reyestr nömrəli vərəsəlik işinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-258 reyestr nömrəli vərəsəlik işinə əlavə edilmiş Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh2 tərəfindən verilmiş ərizəyə əsasən, ünvan 4i ünvanında 0.3501 ha torpaq sahəsindən X15 oğluna düşən paydan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Qeyd edilən vərəsəlik işinin surətindən həmçinin görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X15 oğlunun vərəsələri Masallı rayon, Ərkivan qəsəbəsində qeydiyyatda olan Cavabdeh2, X11, X12 və onların hər biri miras əmlakdan bərabər irs almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.3501 ha olan torpaq sahəsindən X15 oğluna düşən hissədən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi olan arayışa əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, X15 oğlunun adına Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ aşkar edilmiş, lakin arxiv əsaslarında vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilmədiyindən, sorğuda qeyd olunan şəxs olduğunu dəqiqləşdirmək mümkün olmamışdır. İşə əlavə edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri Bağırov Nağdəli Zülfüqar oğlu ilə X13 olan xx.xx.1971-ci il təvəllüdlü X15 oğlunun doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin, Zülfüqar Bağırov ilə 1967-ci il təvəllüdlü Bağırova (Səmədova) Zəminə Şaban qızının nikahı xx.xx.2009-cu ildə Masallı rayonunun Ərkivan icra nümayəndəliyində qeydə alınmışdır və bu nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü Nuray və Suray adlı övladları doğulmuşdur. Eyni zamanda, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, miras qoyan X15 oğlunun mirasına dair xx.xx.2023-cü il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində vərəsəlik işi açılmış, həmin tarixdə vərəsələr Cavabdeh2, X11 və X5 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9421 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2021-ci il tarixli, 008R********** saylı kredit müqaviləsinin şərtləri üzrə X15 oğlunun banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 7.547,04 manat, faiz borcu üzrə 3.930,75 manat; xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 7.547,04 manat, faiz borcu üzrə 4.931,78 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə X15 oğlu arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 008L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsi çərçivəsində 008R********** nömrəli kredit razılaşmasına əsasən bank Zülfüqar Bağırova kredit vəsaiti vermişdir. Qeyd olunan kreditin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. X15 oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, X15 oğlunun arvadı Cavabdeh2 (o cümlədən, qızları X11 və X12) öldüyü zaman Zülfüqar Bağırovun ümumi birgə mülkiyyətində olmuş ünvan 4ində yerləşən ümumi sahəsi 0.3501 ha olan torpaq sahəsindən sahiblik və istifadə etməklə vərəsəliyi faktiki qəbul etmişdir. Həmçinin, notariat ofisində vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh2, X11 və X5 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi olmuş Zülfüqar Bağırovun xx.xx.2022-ci il tarixdə ölməsi ilə həmin torpaq sahəsinə dair vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Zülfüqar Bağırovun arvadı mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə vermiş, beləliklə, arvadı mirası qəbul etmişdir. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədir. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı miras əmlakını qəbul edən Cavabdeh2 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Zülfüqar Bağırov kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Zülfüqar Bağırov öldüyündən, arvadı Cavabdeh2 onun vərəsəsi olduğundan, bununla da, Cavabdeh2 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, kredit borcu qeyd edilən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehlərdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixinə 7.547,04 manat məbləğində əsas, 3.930,75 manat məbləğində faiz borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdeh(lər)dən göstərilən kredit müqaviləsi üzrə 7.547,04 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə kredit müqaviləsinə (razılaşmasına) əsasən cərimənin 1.346,74 manat məbləğində deyil, 94 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X15 oğlu kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 borclu X15 oğlunun iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan X15 oğlunun pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarının 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 125,15 manat məbləğində dövlət rüsumunun 121,3 manatı (yəni, 10.434,85 manat münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 008R********** saylı kredit razılaşması üzrə 7.547,04 manat əsas borc, 2.793,81 manat faiz borcu, 94 manat cərimə, cəmi 10.434,85 manat məbləğində pul vəsaiti və 121,3 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-121/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-121/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver