Məhkəmə qərarları › İş №e-2-2(121)-1226/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1226/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1226/2020 16.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxx” Kiçik Müəssisəsinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: X1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və “xxxx” Kiçik Müəssisəsinə qarşı cavabdeh “xxxx” Kiçik Müəssisəsindən 177,44 manat əsas borcun, 334 manat faiz borcunun, 61,71manat Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun (illik 5 faiz), ümumilikdə 573,15 manat kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin “xxxx” Kiçik Müəssisəsi ilə bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 1338-8 ABFŞ saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh1 məxsus olan Şirvan şəhəri, Energetik küçəsində mülkiyyətdə olan 0.09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 223.6 m2 yaşayış, 141.2 m2 köməkçi sahədən ibarət 39 saylı bağ evinə yönəldilərək, həmin binanın açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün X1 İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısından, həmçinin əlavə olunmuş sənədlərdən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə göndərilməsi və həmin sənədlərin cavabdehlər tərəfindən alınması, o cümlədən Cavabdeh1 ilə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü və 150.0.7-ci maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddia ərizəsinin cavabdehlər Cavabdeh1 və “xxxx” Kiçik Müəssisəsi tərəfindən alınmasına və iddiaçının cavabdehlə, yəni Cavabdeh1 ilə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarından olmadığındanməhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxx” Kiçik Müəssisəsinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar