Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-124/2021 03.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı – ödənilməmiş icarə haqqının dövlət büdcəsinə ödənilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı – Biləsuvar rayon İcra Hakimiyyət başçısının xx.xx.1999-cu il tarixli 1943 saylı sərəncamı ilə əkinçilik məqsədi ilə dövlət fond torpaqlarından icarəyə verilmiş 10 hektar torpaq sahəsi ilə əlaqədar xx.xx.2001-ci il tarixli 53 nömrəli bağlanmış torpaq icarə müqaviləsinə əsasən ödənilməmiş 630 manat torpaq icarə haqqının Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçrilir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında” 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli 291 nömrəli Fərmanın 13cü hissəsinə görə dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istina olmaqla dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Azərbaycan Respublikası Vergilər Nazirliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış torpaq icarə müqaviləsinə əsasən hər il üçün 63 manat ödəməli olduğu icarə haqqını tam şəkildə ödəməmişdir. Hal-hazırda Cavabdeh icarə haqqı üzrə 630 manat ödənilməmiş borcu qalmışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2020-ci il tarixli **********712300 nömrəli məktubla rayon İcra Hakimiyyətinə müraciət edərək icarə haqqı üzrə yaranmış 630 manat borcun dövlət büdcəsinə ödənilməsi ilə bağlı borclu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsini və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə prossesinə 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı Başçısının xx.xx.1999-cü il tarixli 1943 saylı sərəncamı ilə 10 hektar torpaq sahəsi Biləsuvar şəhər sakini Cavabdeh icarəyə verilmişdir. Cavabdehla xx.xx.2001-ci il tarixli 53 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Cavabdeh icarəsində olan 10 hektar torpaq sahəsi üzərində icarə hüququna İddiaçı Başçısının xx.xx.2013-cü il tarixli 30 nömrəli sərəncamı ilə xitam verilmişdir. Cavabdeh ötən dövr ərzində bağlanmış torpaq icarə müqaviləsinin tələblərinə mütəmadi olaraq əməl etməmişdir. Belə ki, icarə müqaviləsinin 2.4-cü bəndinində bir il üçün hesablanmış 63 manat icarə haqqını icarə müqaviləsinin 2.8-ci maddəsinin tələbinə uyğun olaraq hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödəməli olduğu halda ödəməmişdir. Nəticədə 630 manat icarə haqqı ödənilməmiş qalmışdır. Cavabdeh xərərdarlıq olunsa da, Fizuli Əliyev ötən müddət ərzində xəbərdarlıqla bağlı heç bir fikrini bildirməmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddiaçının, əsl olan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasına razı olmadığını bildirərək, məhkəmədən mövcud iddia tələbi əsasında işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı başçısı tərəfindən təsdiq edilmiş Cavabdeh dövlət fond torpaqlarından kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə müvəqqəti istifadə üçün ayrılmış torpaq ayrılmasına dair yerin seçilməsi barədə xx.xx.1999-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh dövlət ehtiyat fond torpaqlarından kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə müvəqqəti istifadə üçün 10 hektar yer seçilmişdir. İş materiallarında olan İddiaçı başçısının 1943 №-li, xx.xx.1999-cu il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh kənd təsərrüfatı məhsulları istehsal etmək üçün dövlət ehtiyat torpaq fondundan müvəqqəti istifadə etmək məqsədilə 10 il müddətinə 10 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı başçısının xx.xx.1999-cu il tarixli sərəncamı əsasında İddiaçı ilə Cavabdeh arasında 0053 №-li, xx.xx.2001-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı başçısının 30 №-li, xx.xx.2013-cü il tarixli sərəncamının surətindən görünür ki, X2 Dövlət Ehtiyatı Fondundan icarəyə verilmiş 10 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilərək, İddiaçı başçısının xx.xx.1999-cu il tarixli, 1943 saylı sərəncamı və torpaq icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, icarəyə götürülmüş torpaq sahəsinə görə ümumilikdə xx.xx.2020-ci il tarixə torpaq icarə haqqı üzrə 630 manat borcu ödənilməmiş qalmışdır. Borc ödənilmədiyi təqdirdə, Cavabdeh arasına bağlanmış torpaq icarə müqaviləsinə xitam verilməsi və icarə haqlarının büdcəyə ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 10-cu abzasında hissəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 4.0.27-ci maddəsinə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunda nəzərdə tutmuş hallar istisna olmaqla dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq rayon (şəhər) icra hakimiyyəti orqanlarının deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, bununla da, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu o deməkdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən məhkəmə, bu konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə iddiaçının əvəz olunması məsələsini həll edilməlidir. Lakin, məhkəmə iclasında iddiaçının nümayəndəsi mövcud iddia tələbi üzrə iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi) deyil, İddiaçı olduğunu, onun əsl olan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasına razı olmadığını bildirərək, məhkəmədən mövcud iddia tələbi əsasında işə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi İddiaçı əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadığından, bununla da, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən, mövcud iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı torpaqdan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulmasına dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia rədd edilməlidir. İddia digər tərəfdən ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiaçının mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının iddia qaldırmaq hüququ yoxdur. Odur ki, iddia əsassız olduğundan və iş üzrə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı – Biləsuvar rayon İcra Hakimiyyət başçısının xx.xx.1999-cu il tarixli 1943 saylı sərəncamı ilə əkinçilik məqsədi ilə dövlət fond torpaqlarından icarəyə verilmiş 10 hektar torpaq sahəsi ilə əlaqədar xx.xx.2001-ci il tarixli 53 nömrəli bağlanmış torpaq icarə müqaviləsinə əsasən ödənilməmiş 630 manat torpaq icarə haqqının Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-124/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-124/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver