Məhkəmə qərarları › İş №e-2-2(121)-125/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-125/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-125/2025 31.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və HTM Holdinq MMCdən cəmi 602.759,01 manat borc olmaqla – bundan 269.326,67 manat əsas, 292.509,65 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 40922,69 manat faiz borcunun, iş üzrə ödənilmiş 893 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli 002/2019 saylı Kredit müqaviləsinə əsasən borcalana 04 aprel 2020-ci il tarixinədək illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 250.627 (iki üz əlli min altı yüz iyirmi yeddi) AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2020-ci il tarixinə artırılmışdır. xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2021-ci il tarixinə artırılmışdır. Cavabdeh "xxxx" MMC-nin 002/2019 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında 04 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə tam məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən borcverən müəyyən edilən hallarda borcalandan kreditin dərhal qaytarılmasını, eləcədə çatacaq faizlərin ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit xətti müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan qanunvericiliyə uyğun olaraq kredit xəttinin məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********249 saylı xx.xx.2024-cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmişlər və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə "xxxx" MMCnin kredit üzrə cəmi borcu 602.759,01 (altı yüz iki min yeddi yüz əlli doqquz manat sıfır bir qəpik) manat təşkil edir. Bundan 269.326,67 (iki yüz altmış doqquz min üç yüz iyirmi altı manat altmış yeddi qəpik) manat əsas, 292.509,65 (iki yüz doxsan iki min beş yüz doqquz manat altmış beş qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 40.922,69 (qırx min doqquz yüz iyirmi iki manat altmış doqquz qəpik) manat borc təşkil edir. Məhkəmə aktının elanı üçün təyin edilmiş iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər iclasda iştirak etməmişlər. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə əsasən, "xxxx" MMC-nə illik 18% ödənilmək şərtilə 250627 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsi üzrə 247192,05 manat qalıq borcunun istifadə müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsi üzrə 247192,05 manat qalıq borcunun istifadə müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin məzmunu “Zamin” Cavabdeh1, “Borc verən” İddiaçı ASC Neftçilər filialı ilə “Borc alan” "xxxx" MMC Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə əsasən 6 ay müddətinə, illik 18% hesablanmaqla verilmiş 250627 manat məbləğində olan vəsaitə görə daşıdığı məsuliyyət təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 002/2019 saylı zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin məzmunu “Zamin” Cavabdeh1, “Borc verən” İddiaçı ASC Neftçilər filialı ilə “Borc alan” "xxxx" MMC Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə əsasən 6 ay müddətinə, illik 18% hesablanmaqla verilmiş 250627 manat məbləğinin xx.xx.2020-ci il tarixinə olan qalıq 247192,05 manat məbləğinə olan vəsaitə görə daşıdığı məsuliyyət təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 002/2019 saylı zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin məzmunu “Zamin” Cavabdeh1, “Borc verən” İddiaçı ASC Neftçilər filialı ilə “Borc alan” "xxxx" MMC Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə əsasən 6 ay müddətinə, illik 18% hesablanmaqla verilmiş 250627 manat məbləğinin xx.xx.2020-ci il tarixinə olan qalıq 247192,05 manat məbləğinə olan vəsaitə görə daşıdığı məsuliyyət təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit müqaviləsinə üzrə borcu ümumilikdə 602759,01 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-2651/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 9/567 nömrəli rəydən görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə olan borcu, əsas borc üzrə 250627 manat, faiz borcu 58569,60 manat, xx.xx.2024-cü il tarixə olan borcu, əsas borc üzrə 250627 manat, faiz borcu 48569,38 manat, illik 5% ilə hesablanmaqla faiz borcu 38081,38 manat təşkil edir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə borc (kredit) verməyi, cavabdeh "xxxx" MMC isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh "xxxx" MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının "xxxx" MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışında”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, "xxxx" MMC-nin əsas və faiz borcundan ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh "xxxx" MMC tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış əsas və faiz borcunun həcmi ilə bağlı qeyd edir ki, iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizasının gəldiyi nəticəyə əsasən əsas borcun 250627 manat məbləğində, istifadə faizinin 48569,60 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı ekspertizanın rəyini mübahisələndirməmiş, bununla da gəlinən nəticə ilə razılaşdığını nümayiş etdirmişdir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə tutulacaq əsas və faiz məbləğləri ekpert rəyində qeyd edilən məbləğlərdə müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin kredit müqaviləsinin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış gecikdirmə faizinin tutulması hissəsini də qismən əsaslı hesab edərək qeyd edir ki, 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyinə görə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməli, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehin (zaminin) iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh1 imzaladığı zaminlik müqaviləsi ilə borclu "xxxx" MMC-nin kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsi üzrə 247192,05 manat qalıq borcunun istifadə müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bununla da, zaminliklə təminat verilmiş əsas öhdəliyin icrası vaxtının xx.xx.2021-ci il tarixdə başa çatdığı müəyyən olunur. Beləliklə aşkar edilir ki, zaminlik müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı zaminə qarşı tələbini ilk olaraq xəbərdarlıq formasında xx.xx.2024-cü il tarixində irəli sürmüşdür, iddia tələbi ilə məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır, buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 04 oktyabr 2019-cu il tarixli 002/2019 nömrəli kredit müqaviləsi üzrə 250627 manat məbləğində əsas borc, 48569,60 manat məbləğində faiz borcu, 38081,38 manat məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizi, ödənilmiş 893 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 338170,98 manat pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə və Cavabdeh1 münasibətdə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar