Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1275/2021 22.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məlikova (Ağayeva) Pərvin Nazim qızına və Cavabdeh4 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra İddiaçı QSC BOKT” adlandırılacaq) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məlikova (Ağayeva) Pərvin Nazim qızına və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 06.05.2015-ci il tarixli S-16-2015 saylı kredit müqaviləsi üzrə, 6.998,99 manat əsas borcun, 3.444,10 manat faiz borcunun, cəmi 10.443,09 manat borc məbləğinin tutulması, borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Salyan rayonu, Həsənli kəndində yerləşən fərdi yaşayış evinə, habelə onun və ailə üzvləri Cavabdeh2 Ərəstun qızının, Cavabdeh4 və X3 paylı mülkiyyətində olan 0,26 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 10.443,09 manat borcun və 30,0 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 06.05.2015-ci il tarixli S-16-2015 saylı kredit müqaviləsi üzrə, 6.998,99 manat əsas borcun, 427,29 manat faiz borcunun, cəmi 7.426,28 manat borcun, eləcədə, kredit müqaviləsinin icra müddəti bitdikdən sonra, kreditin gecikdirilməsi ilə bağlı illik 5 faizlə hesablanmış 978,16 manat borcun, ümumilikdə 8.404,44 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Salyan rayonu, Həsənli kəndində yerləşən fərdi yaşayış evinə, habelə onun və ailə üzvləri Cavabdeh2 Ərəstun qızının, Cavabdeh4 və X3 paylı mülkiyyətində olan 0,26 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 8.404,44 manat borcun və 30,0 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Salyan filialı iləCavabdeh1 arasında bağlanmış 06 may 2015-ci il tarixli _S-16-2015_ saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədi ilə illik 6%-lə 36 ay müddətinə 12000,0 (on iki min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Salyan rayonu, Həsənli kəndində yerləşən fərdi yaşayış evi onun və onun ailə üzvləri Cavabdeh2 Ərəstun qızının, Cavabdeh4 və X3paylı mülkiyyətində olan 0,26 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Salyan filialı ilə ipotekaqoyanlar arasında 06 may 2015-ci il tarixli -S-16-2015 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Salyan filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh1 06 may 2015-ci il tarixli _S-16-2015_ saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan əsas borcu 6998,99 manat, faiz borcu 427,29 manat, ,kreditin gecikdirilməsi ilə bağlı illik 5 faizlə hesablanmış 978,16 manat, cəmi borcu 8.404,44 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. a tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC BOKT-un nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, ipoteka predmetinin ilkin satış qiymətinin 25.000 manat qiymətləndirilməsinə razılıq verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək, ipoteka predmetinin ilkin satış qiymətinin 25.000 manat qiymətləndirilməsinə razılıq verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 may 2015-ci il tarixli, S-16-2015 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən borcalana iri buynuzlu heyvanların alınması üçün 06 may 2018-ci il tarixədək, illik 6 faizlə 12.000 manat kredit verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 707101 saylı məxaric qəbzinin surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən Cavabdeh1 12.000 (on iki min) manat məbləğində pul verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında olan 06 may 2015-ci il tarixli, S-16-2015 saylı ipoteka müqaviləsinə əsasən Salyan rayonu, Həsənli kəndində mülkiyyətində olan 0,26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79,2 kv.m yaşayış, 39,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 0,26 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Salyan rayonu, Həsənli kəndində yerləşən 0,26 hektar torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X4 ümumi birgə, həmin 0,26 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79,2 kv.m yaşayış, 39,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X4 Salyan rayonu, Həsənli kəndində mülkiyyətlərində olan 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı SKT-nin Salyan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 20.05.2021-ci il tarixli, 143 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı QSC BOKT Cavabdeh1 məktub ünvanlayaraq ona aralarında bağlanmış 06 may 2015-ci il tarixli, S-16-2015 saylı kredit müqaviləsinə əsasən borcunun olduğu bildirilmiş, həmin borcun 10 iş günü müddətində ödənilməsini ondan tələb edilmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh1 İddiaçı Səhmdar Kredit Təşkilatına 01.09.2021-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 12.000 manat kredit verilmişdir. Həmin kredit məbləğindən Cavabdeh1 6.998,99 manat əsas borcu, 427,29 manat faiz borcu, 978,16 manat müqavilənin vaxtı bitdikdən sonra ödənilən 5% məbləğində, ümumilikdə 8.404,44 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan iddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı 22.10.2021-ci il tarixli ərizədən görünür ki, hazırkı iş üzrə ipoteka predmeti olan əmlakın 25.000 manat dəyərində qiymətləndirilməsi ilə razı olduğunu və həmin əmlakın yenidən qiymətləndirilməsinə zərurət olmadığını bildirimişdir. İş materiallarında olan Cavabdeh1 məhkəməyə ünvanladığı 22.10.2021-ci il tarixli ərizədən görünür ki, hazırkı iş üzrə ipoteka predmeti olan əmlakın 25.000 manat dəyərində qiymətləndirilməsi ilə razı olduğunu və həmin əmlakın yenidən qiymətləndirilməsinə zərurət olmadığını bildirimişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında bağlanmış 06 may 2015-ci il tarixli, S-16-2015 saylı kredit müqaviləsi üzrə 6.998,99 manat əsas, 427,29 manat faiz, 978,16 manat kreditin gecikdirilməsi ilə bağlı illik 5 faizlə hesablanmış borcunun olması iş materialları ilə, həmçinin Cavabdeh1 02 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında veridyi izahat ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 6.998,99 manat əsas, 427,29 manat faiz, 978,16 manat kreditin gecikdirilməsi ilə bağlı illik 5 faizlə hesablanmış borcun ödənilməsinə dair hissələri əsaslıdır. Odur ki, iddianın həmin hissələri təmin edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılaşmasına uyğun olaraq müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin tərəflərin yazılı ərizələri əsasında 25.000 manat olması ilə bağlı razılaşaraq müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Bundan başqa İddiaçı QSC BOKT tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş 30.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 6.998,99 manat əsas borc, 427,29 manat faiz borcu və kredit müqaviləsinin icra müddəti bitdikdən sonra kreditin gecikdirilməsi ilə bağlı illik 5%-lə hesablanmış 978,16 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 8.434,44 (səkkiz min dörd yüz otuz dörd manat, qırx dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 25.000 (iyirmi beş min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh1 məxsus Salyan rayonu, Həsənli kəndində mülkiyyətində olan 0,26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79,2 kv.m. yaşayış, 39,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh1, Cavabdeh2 Ərəstun qızının, Cavabdeh4 və Məlikova (Ağayeva) Pərvin Nazim qızının paylı mülkiyyətində olan 0,26 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan borc ödənilsin. Fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1, paylı mülkiyyətdə olan torpaq sahəsinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1, Cavabdeh2, Məlikova (Ağayeva) Pərvin Nazim qızına və Cavabdeh4 paylarına mütənasib olaraq qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1275/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1275/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver