Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1275/2024 11.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4800 (dörd min səkkiz yüz manat) manat məbləğində borcun və 68 manat məbləğində dövlət rüsumunun, cəmi 4868 manat məbləğində pulun tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 11 iyun 2019-cu il tarixdə, 3M-164 saylı icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin tələblərinə əsasən icarəyə verən Əhmədov X3 şəhəri, Hüsü Hacıyev küçəsi ünvanında yerləşən 44.70 kv.m qeyri-yaşayış icarə obyektini xx.xx.2024-cü il tarixə kimi İddiaçı MMCyə icarəyə verməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinə əsasən icarəçi İddiaçı MMC isə öz növbəsində aylıq 698 AZN məbləğində sabit icarə haqqını icarəyə verən Cavabdeh ödəməlidir. Belə ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus ******************** saylı kart hesabına 12 (on iki) aylıq icarə haqqını avans şəklində 7203.36 AZN məbləğində pul köçürülmüşdür. İllik ödənişdən cəmi 3 (üç) ay keçdikdən sonra, icarəyə verən Cavabdeh 11 iyun 2019-cu il tarixdə, № 3M-164 saylı icarə müqaviləsinin 3.1 a) bəndini yəni “X5 verənin müstəsna nəzarəti altındadır və mülkiyyət hüququ ilə ona məxsusdur bəndini və müqavilənin digər şərtlərini pozmuşdur. Odur ki, icarəyə verən Cavabdeh alqı-satqı yolu ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakı reyestr nömrəsi **********40- 06301-083001, qeydiyyat nömrəsi ********** çıxarışına əsasən X1 adına keçirilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə X2 ilə İddiaçı MMC arasında 3M-605 saylı icarə müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq yerinə yetirilməmişdir. Bununla əlaqədar olaraq, İddiaçı MMC tərəfindən Cavabdeh artıq ödənilən 8 (səkkiz) ayın icarə haqqının yəni 4800 (dörd min səkkiz yüz manat) AZN məbləğində vəsaitin borcu qalmaqdadır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin geri qaytarılması xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 18 mart 2024-cü il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 (on) gün ərzində 4800 (dörd min səkkiz yüz manat) manat məbləğində olan borcun ödənilməsini xahiş etmişik, bundan başqa e-məhkəmə vasitəsi ilə pretenziya cavabdehə göndərilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, ödəniş olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1ndə yerləşən 44.70 kv.m qeyri-yaşayış obyekti xx.xx.2024-cü il tarixə kimi, aylıq icarə haqqı vergilər daxil 698 manat olmaqla İddiaçı MMC-yə icarəyə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 7.203,36 manat məbləğində avans vəsait köçürülmüşdür. İş materiallarından görünür ki, ünvan 1ndə yerləşən 44.70 kv.m qeyri-yaşayış sahəsi ƏMDK yanında DƏDRX-nin xx.xx.2023-cü il tarixli çıxarışa əsasən X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC ilə X2 arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1ndə yerləşən 44.70 kv.m qeyri-yaşayış obyekti xx.xx.2028-ci il tarixə kimi, aylıq icarə haqqı vergilər daxil 698 manat olmaqla İddiaçı MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2019-cu il tarixli icarə müqaviləsinə əsasən 4.800 manat pulun 10 gün müddətinə ödənilməsini, əks halda aidiyyəti üzrə məhkəməyə müracitə olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1ndə yerləşən 44.70 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixə kimi, aylıq icarə haqqı vergilər daxil 698 manat olmaqla İddiaçı MMC-yə icarəyə verilmişdir. Bundan sonra, iddiaçı tərəfindən cavabdehin bank hesabına vergilər daxil olmamaqla 7.203,36 manat məbləğində 1 illik avans vəsait köçürülmüşdür. Cavabdeh ünvan 1ndə yerləşən 44.70 kv.m qeyri-yaşayış sahəsini X1 adına özgəninkiləşdirməsi nəticəsində tərəflər arasında icarə müqaviləsinə xitam verilmiş və 28 noyabr 2023-cü il tarixdə İddiaçı MMC ilə X2 arasında yeni icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər üç ay davam etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı icarə haqqı olaraq qabaqcadan ödədiyi 4.800 manat pulu (vergilər daxil olmadan) cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı icarə müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 4.800 manat icarə haqqının cavabdehdən tələb etməsi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qeyd olunan Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 68 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 68 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4.800 manat əsas borc və 68 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.868 (dörd min səkkiz yüz altmış səkkiz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1275/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1275/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver