Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-13/2023 15.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, Cavabdеh Cavabdeh4 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı – kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, Cavabdeh4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 020R********** saylı krеdit razılaşması üzrə 4.705,58 manat məbləğində krеdit bоrcu, 1.418,39 manat məbləğində faiz bоrcu və 2.600,92 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 7.984,06 manat məbləğində krеdit bоrcu, 2.104,11 manat məbləğində faiz bоrcu və 3.661,10 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 17.252,85 manat məbləğində krеdit bоrcu, 4.826,14 manat məbləğində faiz bоrcu və 9.176,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53.729,38 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, tutmanın Cavabdeh4 məxsus olan KAMAZ 4311AC xüsusi təyinatlı markalı, 99MC220 dövlət qeydiyyat nişanlı və KAMAZ 55111 yük markalı, 15BN151 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması və ümumilikdə cəmi 53.729,38 manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin qeyd edilmiş nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 020L**********39 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddətayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 020R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 19.294,42 manat ödəmiş, onun 4.705,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ciiltarixə 427 gün üçün hesablanmış faiz borcu 1.418,39 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 427 gün üçün hеsablanmış cərimə 2.600,92 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 020R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 6.015,94 manat ödəmiş, onun 7.984,06 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 405 gün üçün hesablanmış faiz borcu 2.104,11 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 405 gün üçün hеsablanmış cərimə 3.661,10 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 020R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 22.800 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 5.547,15 manat ödəmiş, onun 17.252,85 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinəəsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 432 gün üçün hesablanmış faiz borcu 4.826,14 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 432 gün üçün hеsablanmış cərimə 9.176,23 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kreditmüqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi (Masallı regional “ASAN Xidmət”mərkəzində notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilib) əsasında KAMAZ 4311AC Xüsusi təyinatlı, tip- Qazma qurğusu, buraxılış ili- 2004, ban- KA.**********5153, Şassi XTC43114C32184879, rəngi- açıq boz, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı 99MC220, buraxılış ili 2004-ci il olan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Lənkəran Regional Qİ və TBŞ tərəfindən verilmiş AA № 073681 saylı çıxarışa əsasən Cavabdeh4 məxsus olan KAMAZ 4311AC Xüsusi təyinatlı, tip- Qazma qurğusu, buraxılış ili2004, ban-KA.**********5153, Şassi XTC43114C32184879, rəngi- açıq boz, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı 99MC220, buraxılış ili 2004-ci il olan nəqliyyat vasitəsi Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cı bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şəxsin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh- ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2021-ci tarixində qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə xx.xx.2021-ci il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır. İpoteka verən Cavabdeh4 arvadı X2 xx.xx.2018-ci il tarixində Masallı regional “ASAN Xidmət” mərkəzində notariat kontoruna ərizə ilə müraciət edərək, Cavabdeh4 məxsus olan KAMAZ 4311AC Xüsusi təyinatlı, tip-Qazma qurğusu, buraxılış ili-2004, ban- KA.**********5153, Şassi XTC43114C32184879, rəngi-açıq boz, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı 99MC220, buraxılış ili 2004-cü il olan nəqliyyat vasitəsinin İddiaçı QSCnin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. (Razılıq ərizəsinin surəti ərizəyə əlavə olunur). Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi (Cəlilabad rayon notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilib) əsasında KAMAZ55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678,Ban KAB**********0065,ŞassiXTC55111C22165518, Rəngi açıq tüstü, icazə verilmiş maksimal kütlə 22200 kq, yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı 15BN151 olan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Lənkəran Regional Qİ və TBŞ tərəfindən verilmiş AA № 073681 saylı çıxarışa əsasən Cavabdeh4 məxsus olan KAMAZ55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678, Ban KAB**********0065, Şassi XTC55111C22165518, Rəngi açıq tüstü, icazə verilmiş maksimal kütləsi 22200 kq, yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı 15BN151 olan nəqliyyat vasitəsi Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoetka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh- ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2021-ci tarixində qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə xx.xx.2021-ci il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır. İpoteka verən Cavabdeh4 arvadı X2 xx.xx.2018-ci il tarixində Cəlilabad rayon notariat kontoruna ərizə ilə müraciət edərək, Cavabdeh4 məxsus olan KAMAZ55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678,Ban KAB**********0065, Şassi XTC55111C22165518, Rəngi açıq tüstü, icazə verilmiş maksimal kütlə 22200 kq, yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı 15BN151 olan nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pоzulmuş şəxsin оna vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tamödənilməsinitələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, оnun pоzulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, cavabdeh оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, о cümlədən müəyyənləşdirilmiş müddətdə icraedilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditоr cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə cavabdehin deyil, məhz kreditоrun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafelərini nəzərə alaraq tənasübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həmdə hissə-hissə icranı tələb edə bilər. Bu kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 400 manat haqq ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahat verərək kredit müqavilələri üzrə əsas və faiz borcunu qəbul etdiyini, həmin borcları 2-3 ay ərzində ödəyəcəyini qeyd edərək məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh4 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 020L**********39 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə, 200.000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018ci il tarixli, 020R********** saylı kredit razılaşmasına əsasən, 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 24.000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018ci il tarixli, 020R********** saylı kredit razılaşmasına əsasən, 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 14.000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 020R********** saylı kredit razılaşmasına əsasən, 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 22.800 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 020L**********39 saylı, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, KAMAZ 4311AC Xüsusi təyinatlı, tip- Qazma qurğusu, buraxılış ili- 2004, ban- KA.**********5153, Şassi XTC43114C32184879, rəngi- açıq boz, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı 99MC220, buraxılış ili 2004-ciil olan nəqliyyat vasitəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 42.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X2 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən, Cavabdeh4 məxsus olan 99MC220 dövlət nömrəli nəqliyyat vasitəsini İddiaçı QSC-yə kredit təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İşin materiallarında olan AA133200 nömrəli, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Kamaz43114C, 99MC220 dövlət nömrəli nəqliyyat vasitəsi İddiaçı QSC -nin xeyrinə yüklü edilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, KAMAZ55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678,Ban KAB**********0065, Şassi XTC55111C22165518, Rəngi açıq tüstü, icazə verilmiş maksimal kütlə 22200 kq, yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı 15BN151 olan nəqliyyat vasitəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 14.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X2 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən, Cavabdeh4 məxsus olan 15BN151 dövlət nömrəli nəqliyyat vasitəsini İddiaçı QSC-yə kredit təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İşin materiallarında olan AA133494 nömrəli, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Kamaz55111, 15BN151 dövlət nömrəli nəqliyyat vasitəsi İddiaçı QSC -nin xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə müraciət etmişdir. İş materiallarında olan arayışının surətindən görünür ki, Cavabdeh4 020R********** saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə 4.705,58 manat əsas, 1.418,39 manat məbləğində faiz borcu, 2.600,92 manat məbləğində cərimə borcu, cəmi 8.724,89 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan arayışının surətindən görünür ki, Cavabdeh4 020R********** saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə 7.984,06 manat əsas, 2.104,11 manat məbləğində faiz borcu, 3.661,10 manat məbləğində cərimə borcu, cəmi 13.749,27 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan arayışının surətindən görünür ki, Cavabdeh4 020R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 17.252,85 manat əsas, 4.826,14 manat məbləğində faiz borcu, 9.176,23 manat məbləğində cərimə borcu, cəmi 31.255,22 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 yanvar 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixənədək banka kredit borcunun olması, borc ödənilmədiyi halda müqaviləyə xitam verilməsi, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 məlumatlandırılmışlar. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/5223 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 020R********** saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 4.705,58 manat, faiz borcu üzrə 1.283,73 manat; 020R********** saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 7.984,06 manat, faiz borcu üzrə 2.083,36 manat; 020R********** saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 17.252,85 manat, faiz borcu üzrə 5.071,29 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınan əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh4 mülkiyyətində olan Kamaz43114C, 99MC220 dövlət nömrəli nəqliyyat vasitəsinin likvid dəyəri 6.270 manat, Cavabdeh4 mülkiyyətində olan Kamaz55111, 15BN151 dövlət nömrəli nəqliyyat vasitəsinin detallarının hər biri cavabdeh tərəfindən satılmış və bu səbəbdən dolayı olaraqda ekspertlər tərəfindən heç bir qiymətləndirilmə işi aparılması mümkün olmamışdır. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 500 manat məbləğində təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh4 mülkiyyətində olan Kamaz43114C, 99MC220 dövlət nömrəli nəqliyyat vasitəsinin likvid dəyəri 6.270 manat, Cavabdeh4 mülkiyyətində olan Kamaz55111, 15BN151 dövlət nömrəli nəqliyyat vasitəsinin detallarının hər biri cavabdeh tərəfindən satılmış və bu səbəbdən dolayı olaraqda ekspertlər tərəfindən heç bir qiymətləndirilmə işi aparılması mümkün olmamışdır. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 300 manat cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətə əsasən, iş üzrə təkrar qiymətləndirilmə təyin edilməsi və qiymətləndirilmənin aparılmasının başqa qiymətləndirici təşkilata həvalə edilməsi xahiş edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş təkrar qiymətləndirilmə ekspertizasının təyin edilməsi barədə vəsatəti məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(121)-842/2022 saylı qərardadı ilə təmin edilərək, təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı məhkəməyə ünvanlanmışdır. Məhkəmə, ilk öncə iddia tələbinin kredit razılaşmalarının ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv edilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin 020R********** saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 4.705,58 manat, faiz borcu üzrə 1.283,73 manat; 020R********** saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 7.984,06 manat, faiz borcu üzrə 2.083,36 manat; 020R********** saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 17.252,85 manat, faiz borcu üzrə 5.071,29 manat borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissələrdə qismən təmin edilərək, cavabdehdən göstərilən 020R********** saylı kredit müqaviləsi üzrə 4.705,58 manat məbləğində əsas borc, 1.283,73 manat məbləğində faiz borcu, 020R********** saylı kredit müqaviləsi üzrə 7.984,06 manat məbləğində əsas borc, 2.083,36 manat məbləğində faiz borcu və 020R********** saylı kredit müqaviləsi üzrə 17.252,85 manat məbləğində əsas borc, 4.826,14 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Cavabdeh4 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh4 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə 020R********** saylı krеdit razılaşması üzrə cərimənin 2.600,92 manat məbləğində deyil, 260 manat, 020R********** saylı krеdit razılaşması üzrə 3.661,10 manat məbləğində deyil, 370 manat, 020R********** saylı krеdit razılaşması üzrə cərimənin 9.176,23 manat məbləğində deyil, 920 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən nəqliyyat vasitələrinə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən nəqliyyat vasitələrinə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən nəqliyyat vasitələrinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş göstərilən nəqliyyat vasitələrinin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 34.1.3cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə eyni zamanda hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetlərindən **-MC-*** dövlət qeydiyyat nişanlı, KAMAZ 43114C markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti məhkəmə tərəfindən, **-BN-*** dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 markalı yük özüboşaldan nəqliyyat vasitəsinin qiyməti isə icra zamanı müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan məhkəmənin qərardadı ilə göstərilən daşınan əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMCnin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh4 mülkiyyətində olan Kamaz 43114C, ** MC *** dövlət nömrəli nəqliyyat vasitəsinin likvid dəyəri 6.270 manat, Cavabdeh4 mülkiyyətində olan Kamaz 55111, ** BN *** dövlət nömrəli nəqliyyat vasitəsinin detallarının hər biri cavabdeh tərəfindən satılmış və bu səbəbdən dolayı olaraqda ekspertlər tərəfindən heç bir qiymətləndirilmə işi aparılması mümkün olmamışdır. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 500 manat məbləğində təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, Kamaz 43114C, ** MC *** dövlət nömrəli nəqliyyat vasitəsinin ilkin satış qiyməti məhkəmə tərəfindən 6.270 manat məbləğində müəyyən edilməklə, ipoteka predmeti açıq hərracdan satılmalı və həmin nəqliyyat vasitəsinin satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. İddianın Kamaz 55111, ** BN *** dövlət nömrəli nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərək, ipoteka predmeti hərracda satılarkən, əmlakın qiymətləndirilməsinə zərurət olduqda, hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Göstərilən Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Göründüyü kimi, məhkəmə qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Göstərilən Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd edilən Qanunun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Kamaz 55111, ** BN *** dövlət nömrəli nəqliyyat vasitəsi barədə heç bir məlumat təqdim edilmədiyinə görə qiymətləndirilmə aparılmadığından, qeyd edilən nəqliyyat vasitəsinin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə deyil, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərkən, hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətinin, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınar əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul vəsaiti Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manatın 100 (yüz) manatı müştərək qaydada cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, 45 (qırx beş) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 020R********** saylı, 020R********** saylı kredit razılaşmaları və 020R**********S saylı, 020R**********SA saylı, 020R**********S saylı, 020R**********SA saylı sazişlər ləğv edilsin. Cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 020R********** saylı krеdit razılaşması üzrə 4.705,58 manat əsas borc, 1.283,73 manat faiz borcu, 260 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 020R********** saylı krеdit razılaşması üzrə 7.984,06 manat əsas borc, 2.083,36 manat faiz borcu, 370 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 020R********** saylı krеdit razılaşması üzrə 17.252,85 manat əsas borc, 4.826,14 manat faiz borcu, 920 manat cərimə borcu və 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 40.085,72 (qırx min səksən beş manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh4 mülkiyyətində olan **-MC-*** dövlət qeydiyyat nişanlı, KAMAZ 43114C markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinə və **-BN-*** dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 markalı yük özüboşaldan nəqliyyat vasitəsinə yönəldilsin. Cavabdeh4 məxsus **-MC-*** dövlət qeydiyyat nişanlı, KAMAZ 43114C markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 6.270 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Cavabdeh4 məxsus **-BN-*** dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 markalı yük özüboşaldan nəqliyyat vasitəsinin ilkin satış qiyməti icra zamanı müəyyən edilməklə açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh4 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 (bir yüz) manatı cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada, 45 (qırx beş) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınar əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaiti Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına ((Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-13/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-13/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver