Məhkəmə qərarları › İş №e-2-2(121)-1303/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1303/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1303/2024 20.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı – cavabdehlərdən müştərək qaydada 008R********** saylı krеdit razılaşması üzrə 17.739,48 manat krеdit bоrcu, 1.738,46 manat faiz bоrcu və 3.522,06 manat cərimə olmaqla, cəmi 23.000 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 159 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 60 manat rüsum və 144 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 62 saylı evin 81 saylı mənzilinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 77 saylı mənzilinə, Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 16 saylı evin 31 saylı mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 72/74 saylı binanın 24 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə 23.000 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 159 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 60 manat rüsum və 144 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə tutulması; Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 62 saylı evin 81 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 saylı evin 77 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 16 saylı evin 31 saylı mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 72/74 saylı binanın 24 saylı mənzilinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 və Cavabdeh5 həmin mənzillərdən çıxarılması, mənzillərin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2017ci il tarixli 008L**********05 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 1.000.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 42 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladığı xx.xx.2020-ci il tarixli 008R**********S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 482.260,52 manat ödəmiş, onun 17.739,48 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcu 1.738,46 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə hеsablanmış cərimə 3.522,06 manat təşkil edir. Uzunmüddətli kreditmüqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 62 saylı evin 81 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 675 №-li reyestr kitabının 63680 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2017-ci il tarixli RX № ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 62 saylı evin 81 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh2 və həmin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış Cavabdeh3 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşlər. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 77 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşıCavabdeh1 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 008M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 16 saylı evin 31 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh5 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 008M**********02 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 72/74 saylı binanın 24 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh5 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 008L**********05 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması əsasında 42 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500.000 manat məbləğində krеdit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2017-ci il tarixdə bağlanmış 008L**********05 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 ilə xx.xx.2020-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində istifadədə olan 0.1308 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 62 nömrəli, 5 mərtəbəli binada 38.74 kv.m ümumi sahə, 26.26 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 81 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə bağlanmış 008L**********05 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 41.3 kv.m ümumi sahə, 81 nömrəli xüsusi mülkiyyətli mənzil xx.xx.2017-ci il tarixdə bağlanmış 008L**********05 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 16 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 39.01 kv.m ümumi sahə, 27.21 kv.m yaşayış sahəsi, 11.8 kv.m yardımçı sahədən ibarət 31 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə bağlanmış 008L**********05 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ev 62, 31 nömrəli mənzil İddiaçı QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh4 xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0.12346 ha torpaq sahəsində yerləşən, 72/74 nömrəli, 9 mərtəbəli binada 64.74 kv.m ümumi sahə, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 24 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə bağlanmış 008L**********05 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh4 xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İşə əlavə olunan arayışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixinə 17.739,48 manat məbləğində əsas, 1.738,46 manat məbləğində faiz, 3.522,06 manat məbləğində cərimə olmaqla, cəmi 23.000 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 62 saylı evin, 81 nömrəli mənzilin bazar dəyəri 86.000 manat, likvid dəyəri 72.000 manat məbləğində; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 saylı evin, 77 nömrəli mənzilin bazar dəyəri 80.000 manat, likvid dəyəri 70.000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 62 saylı evin, 31 nömrəli mənzilin bazar dəyəri 70.000 manat, likvid dəyəri 66.000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 72/74 saylı evin, 24 nömrəli mənzilin bazar dəyəri 128.000 manat, likvid dəyəri 115.200 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən müşayiət məktubundan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 1.600 manatın 800 manatı iddiaçı tərəfindən ödənilmiş, digər hissə olan 800 manatın isə cavabdehdən tutulması xahiş edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5143 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 29.002,15 manat, faiz borcu üzrə 101,51 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 19.441,39 manat, faiz borcu üzrə 1.428,94 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 19.441,39 manat, faiz borcu üzrə 2.366,45 manat müəyyən edilir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin surətindən görünür ki, cavabdehin müqaviləyə əsasən müqavilənin bitmə tarixinə faiz borcunun 101,51 manat olması müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən müqavilə üzrə əsas borc üzrə 17.739,48 manat, faiz borcuna görə 101,51 manat məbləğində pul tutulmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin müddəti xx.xx.2023-cü il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, xx.xx.2019-cu il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilələrin qüvvədə olma müddəti ərzində faizləri tələb etmək hüququna malik olsa da, müqavilələrin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Buna görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının kredit razılaşması üzrə göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə kredit müqaviləsinə əsasən cərimənin 3.522,06 manat məbləğində deyil, 246 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh(lər) kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 iddiaçıya olan kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzər(lər)inə götürmüşdür(lər). Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakın boşaldılmaqla cavabdehlərin çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak, həmin əmlak(lar)ın mülkiyyətçi(ləri)si tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “əmlak(lar)ın alıcıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlak(lar)ın təhvil verilməsi üçün həmin əmlak(lar)a tutma yönəldilməli və o(onlar) satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi(lər) (hüquq sahibi) daxil olmalıdır, həmçinin, əmlak(lar)da olan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi(lər) əmlak(lar)ın on(lar)a təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak(lar) satılmamış, münasibətlərə yeni mülkiyyətçi(lər) daxil olmamış, sabiq mülkiyətçi(lər) və orada olan şəxslər yeni mülkiyyətçi(lər) qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlak(lar)ın alıcıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “əmlak(lar)ın alıcıya təhvil verilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və 144 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 159 manat dövlət rüsumunun 144,26 manatı (yəni, 18.086,99 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı QSCyə, 80 manatı cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq (ödənilməmiş məbləğ) 800 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 008R********** nömrəli kredit razılaşması üzrə 7.739,48 manat əsas borc, 101,51 manat faiz borcu, 246 manat cərimə, cəmi 8.086,99 manat məbləğində pul vəsaiti və 100,87 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. 60 manat məbləğində ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 144 manat məbləğində xidmət haqqı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzilə; Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə; Cavabdeh4 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilə və ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilsin. Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 72.000 manat məbləğində; Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 70.000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 66.000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 115.200 manat məbləğində olmaqla açıq hərracdan satılsınlar və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 008R********** nömrəli kredit razılaşması üzrə 8.086,99 manat məbləğində pul vəsaiti, 100,87 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu, 60 manat məbləğində ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 144 manat məbləğində xidmət haqqı İddiaçı QSC-yə ödənilsin. Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzilinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaqla qeyd edilən mənzil boşaldılsın. Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaqla qeyd edilən mənzil boşaldılsın. Cavabdeh4 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaqla qeyd edilən mənzil boşaldılsın. Cavabdeh4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaqla qeyd edilən mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı QSC-dən, 80 manatı isə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 800 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar