Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1319/2025 10.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X13 nümayəndəsi və vəkili X17, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X10, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X10 və X18 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı X13 cavabdehlər X14 və X20 qarşı “dəymiş ziyanın ödənilməsi tələbi”nə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar X10 və X18 cavabdeh X19 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İlkin iddia üzrə iddiaçı, X23 cavabdehlər X15 və X20 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər X25 və X9 dəymiş 52000 manat ziyan pulun və ödənilmiş 246 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçılar X21 və X25 qarşılıqlı iddia üzrə cavabdeh X19 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddia ərizəsinin tam təmin edilməklə, 75600 manat əsas borcun, 5670 manat gecikdirmə faizinin, 333 manat iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 640 manat vəsaitin, ümumilikdə cəmi 82243 manat məbləğində vəsaitin qarşılıqlı iddia üzrə cavabdeh X11 tutularaq qarşılıqlı iddia üzrə iddiaçılar X15 və X20 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Şatıroba kəndində yerləşən "xxxx" MMC kənd təsərrüfatı əhəmiyyətli şirkətinin rəhbəri olmuş, həmin şirkətin balansında olan 3 ədəd fermada ümumilikdə 50000 ədəd toyuq saxlamışdır. 2019-cu ildən etibarən həmin fermada saxladığı toyuqların yemini “X39”nun Cəlilabad filialının rəhbəri Dəyanət Bağırovdan alırmış. Dəyanətin tanışı Fariz adlı şəxsin vasitəsi ilə tanımışdır. Fariz Dəyanətin rəhbəri olduğu şirkətin işçisi olmuşdur. Həmin illər ərzində o dəfələrlə Fariz və Dəyanətdən yemlər alıb, pulunu vaxtı-vaxtında ödəmişdir. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin fevral-mart aylarında o, Dəyanətdən 135000 manat dəyərində toyuq yemi almış, 34000 manatını ödəmişdir. Həmin yemi toyuqlara verildikdən sonra, toyuqların kütləvi ölümü başlamış, ona 52000 manat maddi ziyan dəymişdir. O da bu barədə Dəyanətə və Farizə zəng edərək məlumat vermişdir. Onlar şirkətin baytarları ilə birlikdə fermaya gələrək toyuqlara baxıb getmişlər, lakin ona heç bir təzminat ödəməmişlər. Sonradan, Dəyanətdən dəymiş ziyanın ödənilməsini tələb etdikdə, Dəyanət heç bir günahının olmadığını, bütün məsuliyyətin “X39”nun rəhbərliyinin üzərində olduğunu bildirmişdir. Bundan sonra o “X39”nun rəhbəri Maşalla adlı şəxsi Dəyanətlə birlikdə Bakı şəhərinə çağırmış, onlar onunla Bakı şəhəri, Nərimanov rayonunda “Zoo Park”ın yaxınlığında restoranların birində görüşmüşlər. Həmin vaxt o Maşalladan ziyanın ödənilməsini tələb etdikdə, Maşalla ona dəyən ziyanın hissə-hissə ödənilməsi məqsədi ilə bundan sonra alacağı yemləri 5 faiz ucuz qiymətə verəcəyinə söz vermişdir. Sonra o, Maşalladan bir dəfə təxminən 130000 manat dəyərində cücə yemi almış, lakin həmin yemdə də ziyan etdiyi üçün Maşallaya məlumat vermiş, Maşalla ona heç bir təzminat ödəməsə də o, Maşallaya olan borcunu qaytararaq, hazırda 65000 manat borcu qalmışdır. Bundan sonra Dəyanət ona zəng edərək, 101000 manat borcunu istəmişdir. O da heç bir təzminat vermədiyi üçün Dəyanətə olan borcundan ona dəymiş 52000 manat ziyanı silib, yerdə qalan 49000 manat borcundan 35000 manatını qaytarmışdır. Hazırda onun Dəyanətə 14000 manat borcu qalmışdır. Lakin, Dəyanət ona zəng edərək, 75000 manat borclu olduğunu bildirmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Məcburiyyət qarşısında qalıb, ona dəymiş 52000 manat ziyanın ödənilməsi ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciət etməli olmuşdur.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dəyanət Bağırlı və Fariz Muradovla cavabdeh Ceyhun Nəzərov bir neçə dəfə şifahi nisyə alqı-satqı müqaviləsi bağlamışdırlar. Həmin müqavilələrə əsasən satıcılar (iddiaçılar) razılaşdırılmış növdə və miqdarda toyuq yemini alıcı (cavabdeh) cavabdeh Ceyhun Nəzərovun mülkiyyətinə ötürməyi, alıcı isə bunun müqabilində razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia ərizəsindən və ona əlavə kimi təqdim edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 14 dekabr 2024-cü il tarixli qərardan da göründüyü kimi Ceyhun Nəzərov da tərəflər arasında bir neçə dəfə toyuq yeminin satışına dair alqı-satqı müqaviləsi bağlandığını və 2023-cü ilin fevral ayında Dəyanət Bağırlıdan və Fariz Muradovdan 135000 manat dəyərində toyuq yemi aldığını bildirir. Ceyhun Nəzərov toyuq yeminə görə qarşılıqlı iddiaçılara ödəməli olduğu 135000 manat vəsaitdən 24300 manat, 10000 manat, 25000 manat olmaqla ümumilikdə 59300 manat ödəmişdir. Nəticədə qarşılıqlı iddia üzrə cavabdehin iddiaçılara 75700 manat borcu qalmışdır. İddia ərizəsində Ceyhun Nəzərov ilkin iddia üzrə cavabdehlərə 34000 manatdan əlavə 35000 manat ödədiyini bildirsə də, bu məlumat həqiqəti əks etdirmir. Belə ki, 34300 manatdan (24300 azn + 10000 azn) əlavə 25000 manat ödəmiş və nəticədə 75700 manat borcu qalmışdır. İlkin iddia ərizəsində ziyanla bağlı qeyd edilənlər də, o cümlədən nəzərdə tutulan 52000 manat məbləğində vəsait də öz təsdiqini tapmır. Belə ki, əvvəla Ceyhun Nəzərov satılmış malın qüsuruna dair hər hansı sübut təqdim etməmiş, toyuqlarının kütləvi ölümünü, onların tələf olanlarının sayını, habelə toyuqların ölümü ilə alqı-satqı müqaviləsinin predmeti olan yem arasında səbəbli əlaqəni göstərə bilməmişdir. Tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlandığı üçün Mülki Məcəllənin alqı-satqı müqaviləsini tənzimləyən normaları münasibətə tətbiq edilməlidir. Alqı-satqı müqaviləsi sinallaqmatik, yəni hər iki tərəfə qarşılıqlı öhdəlik yükləyən müqavilə olduğuna görə hər bir tərəf öz öhdəliyinin icrası müqabilində hüququnu tələb edə bilər. Bu səbəbdən müqavilə üzrə satıcı qismində çıxış edən qarşılıqlı iddia üzrə iddiaçılar alıcı qismində çıxış edən cavabdehə təqdim etdikləri toyuq yeminin müqabilində sonuncudan ödənişi həyata keçirməsini istəməkdə haqlıdırlar. Satıcıların (Dəyanət Bağırlı və Fariz Muradov) öz öhdəliklərini icra etməsi alıcının (Ceyhun Nəzərov) imzalayaraq satıcılara göndərdiyi iddia ərizəsi, pretenziyası, onlayn kargüzarlıq sistemindən göndərdiyi iddia ərizəsi, pretenziyası, habelə Şirvan Kommersiya Məhkəməsinə təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Həmin sənədlərə əsasən Ceyhun Nəzərov 2023-cü ilin fevral ayında 135000 manat məbləğində toyuq yemini qəbul etdiyini (Dəyanət Bağırlının və Fariz Muradovun öhdəliklərini icra etdiklərini) bildirir. Göstərilən sənədlərdəki öhdəliyin icrasını təsdiq edən yazılar Mülki Məcəllənin 529.1-ci maddəsində qeyd edilən sənədə bərabər tutulmalıdır. Eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəliyin qismən, yəni ümumilikdə 59300 manat hissədə icra edildiyi də qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən təsdiq edilir. Buna baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh öhdəliyin icrası qismində ümumilikdə 69000 manat məbləğində vəsait ödədiyini iddia etsə də, qarşılıqlı iddia üzrə iddiaçılar bunu qəbul etmir və bu hal öz təsdiqini də tapmır. Digər tərəfdən qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia ərizəsində nisyə alqı-satqı müqaviləsi üzrə ona təhvil verilmiş toyuq yeminin qüsurlu olduğunu və ona 52000 manat məbləğində zərər dəydiyini iddia etsə də, qarşılıqlı iddia üzrə iddiaçılar bunu da qəbul etmir və bu hal da öz təsdiqini tapmır. Məlum olduğu kimi alqı-satqı müqaviləsi üzrə maldakı (toyuq yemi) qüsura dair alıcı tərəfindən iddia irəli sürüldüyü halda sübutetmə yükü alıcının, yəni ilkin iddia üzrə iddiaçının üzərindədir. İlk iddia ərizəsində X29 adlı şəxslə münasibətlərinə, yəni Maşalla adlı şəxsin Ceyhun Nəzərova dəyən ziyanın hissəhissə ödənilməsi məqsədilə müəyyən vədlər verməsinə, ondan 130000 manat məbləğində cücə yemi almasına, daha sonra ona 65000 manat borcu qalmasına və s. iddialarına münasibətdə bildirilir ki, hər hansı üçüncü şəxsin qarşılıqlı iddia üzrə iddiaçılar adından vəd verməsi, təktərəfli iradə ifadəsi ilə hüquqlarını müdafiə etdiyi şəxslər üçün öhdəlik müəyyən etməsi mümkün deyildir və ilk iddia tələbinə aidiyyəti də yoxdur. Beləliklə tərəflərin etirafları ilə öz təsdiqini tapır: a) Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlə bir neçə dəfə şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış və 2023cü ilin fevral ayında bağlanılmış müqavilə xaric öhdəliklər yerinə yetirilmişdir. b) 2023-cü ilin fevral ayında bağlanılmış şifahi alqı-satqı müqaviləsi üzrə qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən 135000 manat məbləğində toyuq yemi qarşılıqlı iddia üzrə cavabdehə təhvil verilmişdir. c) Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 59300 manat ödəniş həyata keçirilmiş, ancaq onun qarşılıqlı iddia üzrə iddiaçılara 75700 manat borcu qalmışdır. İlk iddia ərizəsində 59300 manatdan əlavə olaraq 9700 manat da ödənildiyinə dair iddia və malın qüsuru nəticəsində 52000 manat məbləğində zərər dəydiyinə dair iddia isə öz təsdiqini tapmamışdır. Mülki prosessual məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki prosessual hüququn “etirafın geri dönülməzliyi” prinsipinə əsasən tərəf etiraf etdiyi faktlardan yalnız təqdim etdiyi mötəbər sübutlarla geri dönə bilər. O cümlədən qarşılıqlı iddia üzrə cavabdehin etirafı yalnız onun hüquqları və öhdəlikləri ilə bağlı olmaqla qanuna uyğundur. Qarşılıqlı iddia üzrə cavabdeh 2023-cü ildə təhvil aldığı toyuq yeminin müqabilində ödənişləri gecikdirməkdədir. Ödəniş etməsi barədə ona dəfələrlə müraciətlər olsa da, ödənişləri etməkdən hələ də yayınmaqdadır. Bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçılar gecikdirməyə görə qanuni faizi də ondan tələb etməkdə haqlıdırlar. Qarşılıqlı iddia üzrə cavabdeh 2023-cü ilin fevral ayında təhvil aldığı toyuq yeminə görə ödəməli olduğu 75700 manat məbləği 2 ildir ki, ödəmir. 2023-cü ilin aprel ayından etibarən borc məbləği ondan tələb edildiyi üçün 1 il 6 ay gecikdirmə nəzərə alınmaqla 2023-cü il üçün 6 aylıq (75600 x 2,5 % = 1890 manat), 2024-cü il üçün isə 1 illik (75600 x 5 % = 3780 manat) olmaqla ümumilikdə 5670 manat məbləğində gecikdirmə faizi də tələb edilir. Qarşılıqlı iddianın məhkəməyə təqdim edilməsi üçün 333 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı X13 vəkili və nümayəndəsi X26 iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və verilmiş suallara cavabında əlavə olaraq bildirdi ki, X23 cavabdehlərdən 135000 manat dəyərində toyuq yemi almışdır. Lakin borcun tam olaraq ödənilməsini və satın alınmış yemlərin toyuqların kütləvi tələf olmasına səbəb olmasını təsdiq edən müvafiq sübutları yoxdur. O, həmçinin yemlərin cavabdehə məxsus toyuqların kütləvi tələfinə olmuşdursa, cavabdeh tərəfindən alınan yemləriə görə borcun bir hissəsinin cavabdeh tərəfindən hansı səbəbdən ödənilməsini bilmir. Qeyd edtiklərini nəzərə alaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X22 ilkin iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, X3 toyuq yemləri əslində X20 məxsusdur. Fariz Muradov əvvəllər Ceyhun Nəzərova müxtəlif məbləqlərdə cücə yemi satmışdır. Lakin, Ceyhun həmin dövrdə Fariz Muradova 43000 manat borclu olduğu üçün Fariz Muradov, Ceyhuna cücə yemi satmağı dayandırmışdır. Bundan sonra Ceyhun atası ilə birlikdə ondan xahiş edərək, Ceyhuna cücə yemi verməyini istəmişdir. O, da bunu Fariz Muradovdan xahiş etmiş, Fariz Muradov da onun xahişi ilə Ceyhuna yenidən nisiyə cücə yemi verməyə başlamışdır. Lakin X7 aldığı toyuq yemlərinin pulunu tam olaraq ödəməmişdir. X2 135000 manat məbləğində borcu yaranmışdır. Ceyhun Nəzərov toyuq yeminə görə ödəməli olduğu 135000 manat borcdan 24300 manat, 10000 manat, 25000 manat olmaqla, ümumilikdə 59300 manat ödəmiş, hazırda onun 75700 manat borcu qalmışdır. Həmin toyuq yemlərinin satılmasını o, X16 xahiş etdiyindən, hesab edir ki, onun da X11 toyuq yemlərinin pulunu tələb etməyə haqqı çatır. Satılan toyuq yemləri şifahi alqı-satqı müqavilələri əsasında satılmışdır və həmin yemlər X18 mülkiyyətində olmuş, “X39”na məxsus olmamışdır. O, həmçinin qeyd etdi ki, X7 aldığı toyuq yeminə görə ödəməli olduğun tarixdən 1 il keçmişdir. Belə ki, X7 aldığı toyuq yemlərinin pulunu 2024-cü ilin yanvar ayına kimi ödəməli idi. Göstərilənləri nəzərə alaraq, o, qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər X10 və X18 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini xahiş etdi.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. “Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, X19 xx.xx.2011-ci il tarixdə VÖEN: ********** verilmişdir.
9. “Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, X14 xx.xx.2005-ci il tarixdə VÖEN: ********** verilmişdir.
10. “Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, X20 xx.xx.2018-ci il tarixdə VÖEN: ********** verilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, poils kapitanı Xalid Qurbanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X23 xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə borclu olduğu Dəyanət Bağırovun yanında olan 2 nəfər tanımadığı şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində "Grand" çay evinin qarşısında onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. X13 müraciəti əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığından, tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
12. Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan həmçinin görünür ki, X23 izahatında göstərmişdir ki, Masallı rayonu, Şatıroba kəndində yerləşən "xxxx" MMC kənd təsərrüfatı əhəmiyyətli şirkətinin rəhbəri olmuşdur. O, həmin şirkətin balansında olan 3 ədəd fermada ümumilikdə 50000 (əlli min) ədəd toyuq saxlayırmış. 2019-cu ildən etibarən o, həmin fermada saxladığı toyuqların yemini "X39" nun Cəlilabad filialının rəhbəri Dəyanət Bağırovdan alırmış. O, Dəyanəti tanışı Fariz adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, Fariz Dəyanətin rəhbəri olduğu şirkətin işcisi olmuşdur. Həmin illər ərzində o dəfələrlə Fariz və Dəyanətdən yemlər almış və pulunu vaxtı-vaxtında ödəmişdir. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin fevral-mart aylarında o, Dəyanətdən 135000 manat dəyərində toyuq yemi almış və 34000 manatını ödəmişdir. O, həmin yemi toyuqlara verdikdən sonra toyuqları kütləvi ölməyə başlamış və ona 52000 (əlli iki min) manat maddi ziyan dəymişdir. O da bu barədə Dəyanətə və Farizə zəng edərək məlumat vermişdir. Onlar şirkətin baytarları ilə birlikdə fermaya gələrək toyuqlara baxıb gediblər. Lakin ona heç bir təzminat verməyiblər. Sonradan o, Dəyanətdən dəymiş ziyanın ödənilməsini tələb etdikdə, Dəyanət heç bir günahinin olmadığını, bütün məsuliyyətin X38 rəhbərliyinin üzərində olduğunu bildirmişdir. Bundan sonra o, X38 rəhbəri Maşalla adlı şəxsi Dəyanətlə birlikdə Bakı şəhərinə çağırmışdır. Onlar Bakı şəhəri, Nərimanov rayonunda "Zoo Park" in yaxınlığında restoranların birində görüşmüşdür. Həmin vaxt o, Maşalladan ziyanın ödənilməsini tələb etdikdə Maşalla ona ziyanın hissə-hissə ödənilməsi məqsədi ilə bundan sonra alacağı yemləri 5 faiz ucuz qiymətə verəcəyinə söz vermişdir. Sonra o, Maşalladan bir dəfə təxminən 130000 manat dəyərində cücə yemi almışdır. Lakin, həmin yemdə də ziyan etdiyi üçün Maşallaya məlumat vermişdir. Maşalla ona heç bir təzminat ödəməsə də o, Maşallaya olan borcunu qaytarmışdır və hazırda 65000 manat borclu qalmışdır. Bundan sonra Dəyanət ona zəng edərək, 101000 manat borcunu istəmişdir. O da ona heç bir təzminat verilmədiyi üçün Dəyanətə olan borcundan 52000 manat silmiş və yerdə qalan 49000 manat borcdan 35000 manatını qaytarmışdır. Hazırda onun Dəyanətə 14000 manat borcu qalmışdır. Lakin,Dəyanət ona zəng edərək, 75000 manat borclu olduğunu bildirmişdir.
13. Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan həmçinin görünür ki, X25 izahatında göstərmişdir ki, Ceyhun Nəzərovu 2019-cu ildən etibarən tanıyır. Ceyhun "xxxx" MMC kənd təsərrüfatı əhəmiyyətli şirkətinin rəhbəri olmuşdur. O, 2019-cu ildən etibarən Ceyhun Nəzərova müxtəlif məbləqlərdə cücə yemi satmışdır. Lakin Ceyhun sonradan ona 43000 manat borclu olduğu üçün o, Ceyhuna cücə yemi satmağı dayandırmışdır. Bundan sonra Ceyhun atası ilə birlikdə onun obyektini icarəyə götürdüyü Dəyanət adlı şəxsdən xahiş edərək ona cücə yemi verməyini istəmişdir. O da Dəyanətin razılığı ilə Ceyhuna yenidən nisiyə cücə yemi verməyə başlamışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin fevral-mart aylarında Ceyhun ondan 135000 manat dəyərində toyuq yemi almışdır və həmin borcun bir qismini ödədikdən sonra 110700 manat borclu qalmışdır. Sonradan Ceyhun onunla əlaqə saxlayaraq ondan aldığı cücə yeminin təsirindən cücələrinin ölməsini və ona maddi ziyan dəyməsini bildirmişdir. Həmin vaxt o, Ceyhuna yemin keyfiyyatınə cavabdeh olmadığını bildirərək, bu barədə X36 rəhbərliyinə müraciət eməsini bildirmişdir. Sonradan Ceyhuna zəng edərək borcunu istədikdə Ceyhun həmin borcundan KİA markalı **-RV-*** d.q.n-lı avtomobili 250000 manata hesablayaraq ona olan borcundan silməklə Dəyanətin oğlunun adına sənətləşdirmişdir. xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri, Yasamal rayonunda Dəyanətlə görüşərək əlbəəl 10000 manat pulu Dəyanətə vermişdir. Bundan sonra Ceyhunun ona 75700 manat borcu qalmışdır. Lakin həmin müddətdən etibarən onlar neçə dəfə Ceyhuna zənglər edərək borcularını istəsələr də Ceyhun onların zənglərinə cavab vermədiyi üçün xx.xx.2024-cü il tarixdə onunla birlikdə işləyən Tural Haqverdiyev ***-***-**- ** saylı mobil nömrəsindən Ceyhuna zəng etmişdir. Ceyhun həmin zəngə cavab verdikdə Tural ona Dəyanətin və onun zənglərini hansı səbəbdən açmadığını bildirmişdir. Bundan sonra Ceyhun telefonu söndürmüşdür. Bir neçə dəqiqədən sonra X34 adlı şəxsin mobil nömrəsindən zəng edərək, Masallı rayonunda olduqlarını bildirmiş və məsələni danışmaq üçün onları Masallı rayonuna dəvət etmişdir. Təxminən 2 saat sonra o, Tural və Dəyanətlə birlikdə Masallı rayonunda yerləşən "Grand" çay evinin qarşısında Ceyhunla görüşmüşdür. Təxminən 2 saata yaxın müddətdə çayxanada oturub söhbət etdikdən sonra birlikdə çay evinin qarşısına düşmüşdür. Yekunda Elgün onlara yaxın günlərdə Bakı şəhərinə gələcəyini və Ceyhunun atası ilə söhbət edərək 75700 manat pulu Ceyhunun atasından alaraq qaytaracağını bildirmişdir.
14. İş materiallarından olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, X23 tərəfindən X15 və X20 dəymiş ziyanın ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X21 və X25 məlumatlandırılmışdır.
15. ********** nömrəli qəbzdən görünür ki, X23 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 246 manat dövlət rüsumu ödənilmişdir.
16. **********64 nömrəli qəbzdən görünür ki, X21 tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 333 manat dövlət rüsumu ödənilmişdir.
17. xx.xx.2025 tarixli qəbzdən görünür ki, X25 tərəfindən vəkil tərəfindən göstərilən hüquqi yardıma görə "QANUNÇULUQ" Vəkil Bürosunun hesabına 320 manat ödəniş edilmişdir.
18. xx.xx.2025 tarixli qəbzdən görünür ki, X21 tərəfindən vəkil tərəfindən göstərilən hüquqi yardıma görə "QANUNÇULUQ" Vəkil Bürosunun hesabına 320 manat ödəniş edilmişdir.
b) Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. - 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə, proses iştirakçılarını dinləyib, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir.
23. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, X23 ilə X25 arasında şifahi formada bağlanmış, etibarlı alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış şifahi razılaşmanın şərtlərinə əsasən X25 toyuq yemlərini X13 mülkiyyətinə mülkiyyətinə verməyi, X23 isə həmin yemləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə öhdəsinə götürmüşdür. Odur ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməli və şifahi formada bağlanmış müqavilənin etibarlılığı baxımından nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Alğı-satqı haqqında ümumi müddəaları nəzərdə tutan 29-cu fəsilin 1-ci paraqrafında alqı-satqı müqaviləsinə dair xüsusi forma şərti nəzərdə tutulmamışdır.
24. Məhkəmə, həmçinin işin araşdırılan hallarına əsasən hesab edir ki, tərəflər arasındakı hazırki mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən, bu mübahisənin kommersiya mübahisəsi olmasına şübhə yoxdur.
25. Məhkəmə qeyd edir ki, ilkin iddianın faktiki hüquqi əsasını ilkin iddia üzrə iddiaçının cavabdehlərdən satın aldığı toyuq yemlərinə görə ona məxsus toyuqların kütləvi tələf olması ilə əlaqədar ilkin iddia üzrə iddiaçıya 52000 manat maddi ziyan dəyməsi, qarşılıqlı iddianın faktiki hüquqi əsasını isə, qarşılıqlı iddia üzrə cavabdehin şifahi müqavilə əsasında satın aldığı ümumilikdə 135000 manat dəyərində toyuq yemlərinin dəyərini tam olaraq ödəməməsi təşkil edir.
26. Məhkəmə, müəyyən edilən tərəflər arasındakı faktiki hüquqi münasibətlərin xarakterini nəzərə alaraq hesab edir ki, şifahi müqavilələr əsasında ilkin iddia üzrə cavabdehlərdən satın alınmış toyuq yemlərinin toyuqların kütləvi tələf olmasına səbəb olmasını və bunun nəticəsində 52000 manat maddi ziyan dəyməsini sübut etmək vəzifəsi ilkin iddia üzrə iddiaçının üzərinə, qarşılıqlı iddia üzrə cavabdehə 135000 manat dəyərində toyuq yemlərinin verilməsini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçıların, satın alınmış toyuq yemlərinin dəyərinin ödənilməsini və yaxud həmin öhdəliyin yerinə yetirilməsindən azad olduğunu sübut etmək vəzifəsi isə qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə iddiaçı olan şəxsin üzərinə düşür.
27. Məhkəmə əvvəla ilkin iddiaya hüquqi qiymət verərək qeyd edir ki, işin araşdırılan hallarından ilkin iddia üzrə iddiaçı X23 ilə cavabdeh X21 arasında toyuq yemlərinin alqısatqısına dair hər hansı formada bağlanmış müqavilə mövcudluğu müəyyən edilmir. Belə ki, X23 ilə cavabdeh X21 arasında həmin müqavilə münasibətlərinin təsdiq edə biləcək mötəbər müvafiq dəlillər məhkəməyə təqdim olunmamışdır. Müqavilə münasibətlərinin mövcudluğu, eyni zamanda X12 izahatı ilə də təkzib olunur. Belə ki, o, məhkəmə iclasında izahatında bildirmişdir ki, X3 toyuq yemləri əslində X20 məxsus olmuş, Fariz Muradov əvvəllər Ceyhun Nəzərova müxtəlif məbləqlərdə cücə yemi satmış, lakin, Ceyhun həmin dövrdə Fariz Muradova 43000 manat borclu olduğu üçün Fariz Muradov, Ceyhun Nəzərova cücə yemi satmağı dayandırmış, bundan sonra Ceyhun Nəzərov atası ilə birlikdə ondan xahiş edərək, Ceyhun Nəzərova cücə yemi verməyini istəmiş, Fariz Muradov isə şəxsən onun (X12) xahişi ilə Ceyhun Nəzərova yenidən nisiyə cücə yemi verməyə başlamışdır. X2 135000 manat məbləğində borcu yaranmış, Ceyhun Nəzərov toyuq yeminə görə ümumilikdə 59300 manat ödəmiş, hazırda onun 75700 manat borcu qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi X15 münasibətdə əsaslı deyil.
28. Məhkəmə ilkin iddianı, həmçinin X20 münasibətdə də, əsaslı hesab etmir. X5, məhz X4 aldığı toyuq yemlərinə görə, ona məxsus toyuqların kütləvi tələf olması ilə əlaqədar 52000 manat maddi ziyan dəyməsi hər hansı mötəbər sübutla təsdiq olunmur. Halbuki, AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq, həmçinin hesab edir ki, X23 borcundan 34000 manat ödədiyini bildirməklə, borcunu etiraf etməklə yanaşı, dolayısıyla satın aldığı toyuq yemlərinin ona məxsus toyuqların kütləvi tələf olmasına səbəb olduğuna dair irəli sürdüyü dəlili inkar etmişdir.
29. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, X23 ilə X25 arasında şifahi formada bağlanmış, etibarlı alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğu və X13 135000 manat dəyərində toyuq yemlərinin alması, işin müəyyən edilən hallarından, eləcə də ilkin iddia ərizəsindən müəyyən olunur. Nəzərə alınmalıdır ki, X23 iddia ərizəsində toyuq yemlərini X9 aldığını göstərsə də, sonuncu həmin toyuq yemlərinin X20 məxsus olduğunu və onun xahişi ilə X25 tərəfindən satıldığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X13 135000 manat dəyərində toyuq yemlərinin alması, onun özü tərəfindən də inkar olunmadığından, X25 tərəfindən ona 135000 manat dəyərində toyuq yemlərinin satılması işin araşdırılan halları ilə öz təsdiqini tapır.
30. Məhkəmə, eyni zamanda qeyd edir ki, X13 135000 manat dəyərində toyuq yemlərinin alması sübut olunur, lakin o, satın alınmış toyuq yemlərinin dəyərinin tam olaraq ödənilməsini və yaxud həmin öhdəliyin yerinə yetirilməsindən azad olduğunu sübut edən dəlilləri məhkəməyə təqdim edə bilməmiş, əksinə borcundan 34000 manatı ödədiyini bildirməklə, qarşılıqlı iddia ərizəsində isə, Ceyhun Nəzərovun toyuq yeminə görə ödəməli olduğu 135000 manat vəsaitdən 24300 manat, 10000 manat, 25000 manat olmaqla, ümumilikdə 59300 manat ödədiyi, nəticədə isə onun 75700 manat borcunun qaldığı göstərilir və nəzərə alınmalıdır ki, toyuq yemlərinə görə, X19 məxsus toyuqların kütləvi tələf olması ilə əlaqədar ona 52000 manat maddi ziyan dəyməsi hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Bu səbəbdən məhkəmə 75700 manat borcun ödənilməsini X13 risk dairəsinə daxil olan öhdəliyi hesab edir və məhkəmə qeyd edir ki, o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, X25 X1 toyuq yemlərinin dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin, qarşılıqlı iddia ərizəsindən göründüyü kimi satılan toyuq yemlərinə görə borcun 75700 manat təşkil etməsinə baxmayaraq, X11 75600 manat məbləğində borcun tutularaq qarşılıqlı iddiaçılara ödənilməsi tələb olunur. Tələbin bu həcmdə irəli sürülməsi qanuna və qarşılıqlı iddia üzrə cavabdehin də mənafeyin zidd deyil. AR MPM-nin tələbinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia X11 75600 manat məbləğində borcun tutularaq X20 ödənilməsinə aid hissədə əsaslıdır.
32. Məhkəmə qarşılıqlı iddianı 5670 manat gecikdirmə faizinin tutulmasına aid hissədə qismən əsaslı hesab edir. Ona görə ki, məhkəmə qarşılıqlı iddianı 75600 manat məbləğində borcun tutularaq X20 ödənilməsinə aid hissədə əsaslı hesab etmiş və işin araşdırılan hallarına əsasən X7 aldığı toyuq yemlərinin pulunu 2024-cü ilin yanvar ayına kimi ödəməli olduğundan, qarşılıqlı iddia ərizəsi isə məhkəməyə 2025-ci ilin fevral ayında daxil olduğundan, əsas borcun 1 il (12 ay) müddətə əsassız olaraq gecikdirilməsinə görə illik 5% ilə hesablanan gecikdirmə faizinə görə X13 borcu 3780 manat (75600 manat x 5%/12 ay = 315 manat) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia 5670 manat gecikdirmə faizinin tutulmasına aid hissədə qismən təmin edilməli və 3780 manat gecikdirmə faizi X11 tutularaq X20 ödənilməlidir.
33. Məhkəmə, qarşılıqlı iddianı X11 75600 manat əsas borcun və 5670 manat gecikdirmə faizinin tutularaq X15 ödənilməsinə aid hissədə əsassız hesab edir. Ona görə ki, qarşılıqlı iddia ərizəsində X23 ilə X21 arasında şifahi alqı-satqı müqaviləsinin bağlanmasına istinad olunsa da, məhkəmə araşdırması nəticəsində tərəflər arasında belə bir sövdələşmənin olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında qarşılıqlı iddiaçı X21 toyuq yemlərinin X20 məxsus olduğunu və onun xahişi ilə X18 X19 toyuq yemləri satdığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X25, X11 75600 manat əsas borcun və 5670 manat gecikdirmə faizini tələb etmək üçün subyektiv hüquqa malik olmamışdır.
34. Beləliklə, məhkəmə nelə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli və X11 75600 manat məbləğində əsas borc və 3780 manat gecikdirmə faizi tutularaq X20 ödənilməli, qarşılıqlı iddia qalan hissədə isə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
35. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ilkin iddia təmin edilmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iş üzrə ödənilmiş 246 manat dövlət rüsumu X13 özünə aid edilməlidir.
36. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 333 manat ödənilmiş dövlət rüsumuna gəldikdə isə, məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi X15 münasibətdə təmin edilmədiyindən və həmin dövlət rüsumu yalnız X21 tərəfindən ödənildiyindən, məhkəmə AR MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, ödənilmiş 333 manat dövlət rüsumu X12 özünə aid edilməlidir.
37. Məhkəmə, qarşılıqlı iddiaçılar tərəfindən hüquqi yardımla bağlı çəkilən xərclərə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçılardan X18 vəkilə göstərdiyi hüquqi yardıma görə ödədiyi 320 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti X11 tutularaq, X20 ödənilməli, X15 münasibətdə əsas və faiz borcuna dair hissədə qarşılıqlı iddia təmin edilmədiyindən, onun ödədiyi 320 manat xərc də özünə aid edilməli və həmin hissədə də qarşılıqlı iddia təmin edilməməlidir.
Nəticə
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X11 75600 manat məbləğində əsas borc, 3780 manat illik 5% ilə hesablanan gecikdirmə faizi olmaqla, cəmi 79380 (yetmiş doqquz min üç yüz səksən) manat məbləğində borc və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat (üç yüz iyirmi) manat xərc tutularaq X20 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin iddianın verilməsi üçün ödənilmiş 246 (iki yüz qırx altı) manat dövlət rüsumu X13 özünə aid edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 333 (üç yüz otuz üç) manat dövlət rüsumu X12 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev