Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1339/2024 23.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçıin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh İddiaçı MMC-nin xeyrinə2969.07(iki min doqquz yüz altımış doqquz manat) manat pulun və 50 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 211.22.04.001 saylı “ŞƏKƏR ÇUĞUNDURU MƏHSULU ÜZRƏ XİDMƏT və ALQİ-SATQİ MÜQAVİLƏ”sinə əsasən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisində yerləşən 4.20 torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdü. Bildiririk ki, xx.xx.2021-ci tarixli , 211.22.04.001 saylı əkin Müqaviləsi əsas götürələrək, xx.xx.2022-ci il tarixdə Cavabdehlə "xxxx" ASC-nin Gəncə filialı arasında KM-142410 saylı kredit müqaviləsi imzalanmışdır.Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəkər çuğundurunun əkilməsi, becərilməsi və aqrotexniki işlərin görülməsi məqsədilə illik 13.91 faiz dərəcəsi olmaqla 12 aylıq 2800 (iki min səkkiz yüz) manat kredit ayrılmışdır.Kredit müqaviləsinin 4.1-cü bəndinə əsasən Cavabdeh 12 ay müddətində kredit məbləği və hesablanmış faizlərin qeyd-şərtsiz geri ödənilməsini öhdəsinə götürmüşdür.Kredit məbləğinin qaytarılması müqavilənin 7-ci bəndinə əsasən "xxxx" ASCnin Gəncə filialı iləİddiaçı MMC arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, ZM- 142410-03 saylı Zaminlik müqaviləsi ilə təmin olunur. Məlum edirik ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kredit məbləğini vaxtında geri ödəməmişdir. Nəticədə yaranmış 2969.07( iki min doqquz yüz altımış doqquz manat ) manat borc Zaminlik müqaviləsinə 2.3.1 bəndinə əsasən İddiaçı MMC-dən tələb edilmişdir. Zaminlik müqaviləsinə əsasən yaranmış 2969.07(iki min doqquz yüz altımış doqquz manat) manat borc İddiaçı MMC tərəfindən banka tam ödənilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh şəkər çuğundurunun əkilməsi məqsədilə 2.800 manat kredit verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, ZM-142410-03 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh verilmiş 2.969,07 manat kreditin xx.xx.2022-ci il tarixli, ZM-142410-03 saylı zaminlik müqaviləsindən irəli gələn öhdəliyinin həyata keçirilməsi üçün İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə 2.969,07 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya 2.969,07 manat borcunun olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehdən tələb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Cavabdeh şəkər çuğundurunun əkilməsi məqsədilə 2.800 manat kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ZM-142410-03 saylı zaminlik müqaviləsinə əsasən zamin (iddiaçı) xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşımış və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə, iddiaçı (zamin) tərəfindən Cavabdeh verilmiş 2.969,07 manat kreditin xx.xx.2022-ci il tarixli, ZM-142410-03 saylı zaminlik müqaviləsindən irəli gələn öhdəliyinin həyata keçirilməsi üçün "xxxx" ASC-yə 2.969,07 manat məbləğində pul köçürülmüşdür. Hazırda iddiaçı cavabdehin kredit borcu üzrə ödənişləri onun tərəfindən edildiyini iddia edərək, reqres qaydada pul məbləğini tələb etməkdədir. Cavabdehdən reqres qaydada pul tələb etmək üçün iddiaçı tərəfindən kredit borcu üzrə ödənişlərin aparılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən 2.969,07 manat borc pulun iddiaçıya qaytarıldığına dair məhkəməyə hər hansı mötəbər sənədlər təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə zaminliklə bağlı normaların müəyyən olunmasında məqsəd borclunun kreditor qarşısında öhdəliyinin icrasını daha etibarlı təmin etməkdən ibarətdir. Borclu öz öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin norma kreditora zamindən borclunun öhdəliklərinin icrasını tələb etmək hüququ verir. Göstərilən normalar borclunun deyil, ilk növbədə kreditorun mənafeyinin müdafiəsinə xidmət etməklə burada əsas məqsəd kreditor tərəfindən əvvəlcədən verilmiş pul məbləğinin ona qaytarılmasını təmin etməkdən ibarətdir. Zaminliyin mahiyyəti yalnız bundan ibarət olduğundan zaminliklə təmin olunmuş öhdəliklə bağlı mübahisələrə baxarkən onun mahiyyətini, məqsəd və vəzifələri nəzərə alınmalı və mübahisənin qanuni və ədalətli həlli təmin edilməlidir. Məhkəmənin qənaətinə görə formal olaraq iddiaçı qanunvericiliyin tələbləri baxımından zaminlik münasibətləri baxımından zamin kimi borcalanın öhdəliklərinin yerinə yetirdiyinə görə ondan kreditora ödənilmiş məbləği tələb etmək kimi iddia qaldırmaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericilik öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. Buna görə də, iddiaçı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2.969,07 manat məbləğində əsas borc və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.019,07 (üç min on doqquz manat, yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1339/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1339/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver