Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1351/2020 13.11.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsi və bağlanmış icarə müqaviləsinə əsasən ödənilməmiş 718 manat icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Biləsuvar rayonu, İsmətli kənd sakini Cavabdeh İddiaçı başçısının xx xxxx 2007-ci il tarixli 347 saylı sərəncamı ilə davar saxlamaq məqsədi ilə dövlət fond torpaqlarından icarəyə verilmiş 120 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, xx xxxx 2007-ci il tarixli 1317 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsi və bağlanmış torpaq icarə müqaviləsinə əsasən ödənilməmiş 718 manat icarə haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh xəbərdarlıq məktubu ünvanlanaraq, 718 manat icarə haqqı borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə, torpaq icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının büdcəyə ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinin 2.13-cü bəndinə əsasən, tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlmirsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısından, həmçinin əlavə olunmuş sənədlərdən iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin mövcud olduğu müəyyən edilmir. Qanunvericiliyin tələbinə və tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən, icarə hüququna xitam verilməsi, icarə haqqının tutulması, xüsusən də icarə müqaviləsinin ləğvi ilə bağlı müqavilə tərəfi və hazırki iş üzrə iddiaçı kimi məhz İddiaçı tərəfindən Cavabdeh müraciət edilə və yalnız bundan sonra məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi isə hazırki iş üzrə nə müqavilə tərəfi, nə də iddiaçıdır. Belə olan halda, hazırki iş üzrə məhz İddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarından olmadığındanməhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsi və bağlanmış icarə müqaviləsinə əsasən ödənilməmiş 718 manat icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1351/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1351/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver