Məhkəmə qərarları › İş №e-2-2(121)-1359/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1359/2020

22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1359/2020 22.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı icarə müqavilələrinə əsasən ödənilməmiş icarə haqqının tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayonu, İsmətli kənd sakini Cavabdeh İddiaçı başçısının xx xxxxxx 2006-cı il tarixli 310 saylı sərəncamı ilə 40 hektar və xx xxxxxx 2006-cı il tarixli 475 nömrəli sərəncamı ilə 40 hektar heyvandarlıq məqsədilə dövlət fond torpaqlarından icarəyə verilmiş, cəmi 80 (səksən) hektar torpaq sahəsi ilə əlaqədar bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 1089 saylı və xx xxxxxx 2006-cı il tarixli, 1143 saylı torpaq icarə müqaviləsinə əsasən ödənilməmiş 456 (dörd yüz əlli altı) manat icarə haqqının Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı başçısının xx xxxxxx 2006-cı il tarixli 310 saylı sərəncamı ilə 40 hektar və xx xxxxxx 2006-cı il tarixli 475 nömrəli sərəncamı ilə 40 hektar torpaq sahəsi Biləsuvar rayonu, İsmətli kənd sakini Cavabdeh heyvandarlıq məqsədilə icarəyə verilmişdir. Cavabdeh ilə xx xxxxxx 2006-cı il tarixli, 1089 saylı və xx xxxxxx 2006-cı il tarixli, 1143 saylı torpaq icarə müqavilələri bağlanmışdır. S.Cərrayılovanın icarəsində olan 80 hektar torpaq sahəsi üzərində icarə hüququna İddiaçı başçısının xx xxxxxxx 2015- ci il tarixli 205 nömrəli sərəncamı ilə xitam verilmişdir. Cavabdeh ötən dövr ərzində bağlanmış torpaq icarə müqaviləsinin tələblərinə mütəmadi olaraq əməl etməmişdir. Belə ki, icarə müqaviləsinin 2.4-cü bəndinində bir il üçün hesablanmış 152 manat icarə haqqını icarə müqaviləsinin 2.8-ci maddəsinin tələbinə uyğun olaraq hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödəməli olduğu halda ödəməmişdir. Nəticədə 456 manat icarə haqqı ödənilməmiş qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq xəbərdarlıq olunsa da, Cavabdeh ötən müddət ərzində xəbərdarlıqla bağlı heç bir fikrini bildirməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Ona görə də işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı başçısının xx.xx.2006-cı il tarixli, 310 saylı sərəncamının surətindən görünür ki, Biləsuvar rayonu, İsmətli kənd sakini Cavabdeh davar saxlamaq üçün 20 №-li Məmi qışlağından 28 hektar, 21 №-li Hacı Mustafa qışlağından 12 hektar olmaqla, cəmi 40 (qırx) hektar qış otlaq sahəsinin 15 (on beş) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı başçısının xx.xx.2006-cı il tarixli, 475 saylı sərəncamının surətindən görünür ki, İddiaçı başçısının xx.xx.2003-cü il tarixli 133 saylı sərəncamı ilə Biləsuvar rayonu, İsmətli kənd sakini Cavabdeh heyvandarlıq məqsədilə 40 hektar torpaq sahəsinə dair bağlanılmış torpaq icarəsi müqaviləsinin qüvvəsinin uzadılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 1089 saylı və xx.xx.2006-cı il tarixli, 1143 saylı torpaq sahəsinin verilməsi haqqında müqavilələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında torpaq icarəsi müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən 80 (40+40) hektar torpaq sahəsi Biləsuvar rayonu İsmətli kənd sakini Cavabdeh heyvandarlıq məqsədilə icarəyə verilmiş, icarəçi hər il icarə haqqını hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı başçısının xx.xx.2015-ci il tarixli, 205 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 1089 nömrəli və xx xxxxxx 2006-cı il tarixli, 1143 nömrəli torpaq icarə müqavilələrinin ləğv edilməsi və onun icarəsində olmuş torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, İddiaçı başçısının sərəncamına əsasən, İddiaçı başçısı ilə Cavabdeh arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi” nə əsasən, xx.xx.2020-ci il tarixə torpaq icarə haqqı üzrə 456 manat borc ödənilməmiş qalmışdır. 7 (yeddi) gün müddətində 456 manat torpaq icarə haqqının dövlət büdcəsinə ödənilməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikasının torpaq qanunverciliyinin tələblərinə müvafiq olaraq icarə müqaviləsinə xitam verilməsi və icarə haqlarının büdcəyə ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İddiaçı tərəfindən elektron qaydada xx.xx.2006-cı il tarixli,1089 saylı və xx.xx.2006-cı il tarixli, 1143 saylı torpaq icarəsi müqavilələrinin, xx.xx.2006-cı il tarixli, 310 saylı, xx.xx.2015-ci il tarixli, 205 saylı sərəncamların, xəbərdarlığın və digər sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli,1089 saylı və xx.xx.2006-cı il tarixli, 1143 saylı torpaq icarəsi müqavilələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əssasən, İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən, torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.2-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən, icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2006-cı il tarixli, 1089 saylı və xx.xx.2006-cı il tarixli, 1143 saylı torpaq icarəsi müqavilələri bağlanılmışdır. Hər bir müqavilə üzrə iddiaçı tərəfindən 40 hektar olmaqla, cəmi 80 hektar torpaq sahəsi Cavabdeh heyvandarlıq məqsədilə icarəyə verilmişdir. Lakin cavabdeh müqavilələr üzrə öhdəliyə əməl etməmiş, onun 456 manat torpaq icarə haqqı borcu qalmışdır. Cavabdehdən borcun qaytarılmasını tələb edilsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə 80 hektar torpaq sahəsi icarəyə verildiyi, lakin cavabdehin istifadəsində olduğu torpaq sahəsinin icarə haqqını ödəmədiyi üçün 456 manat məbləğində borcunun mövcud olduğu müəyyən edildiyindən, həmçinin cavabdeh tərəfindən həmin borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsəsən, büdcə təşkilatları məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, Cavabdeh xx.xx.2006-cı il tarixli, 1089 saylı və xx.xx.2006-cı il tarixli, 1143 saylı torpaq icarəsi müqavilələri üzrə yaranmış 456 manat məbləğində icarə haqqı İddiaçı (dövlət büdcəsinə ödənilməsi üçün) xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2006-cı il tarixli, 1089 saylı və xx.xx.2006-cı il tarixli, 1143 saylı torpaq icarəsi müqavilələri üzrə yaranmış 456 (dörd yüz əlli altı) manat məbləğində icarə haqqı İddiaçı (dövlət büdcəsinə ödənilməsi üçün) xeyrinə tutulsun. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar