Məhkəmə qərarları › İş №e-2-2(121)-1368/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1368/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1368/2024 17.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3878.57 manat əsas borcun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən (Mərkəzi Bankın uçot dərəcəsinə - 7.75% uyğun olaraq) 300,59 manat faiz borcunun, 60 manat mediasiya xərcinin, ümumilikdə 4239.16 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı eyni əsas və məzmunlu iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-906/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinin tələbinə (cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilmədiyi üçün) əməl edilməməsi əsası ilə, həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı MMC tərəfindən şikayət verilmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-906/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-60/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2-2(121)- 906/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qəbul edilmiş məhkəmə aktlarına və həmin aktlarda şərh olunanlara baxmayaraq İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən yenidən cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə etməmişdir, yuxarıda göstərilən məhkəmə qərarlarında mülki prosessual qanunvericiliyə uyğun hesab edilməyən eyni pretenziya çıxarışını təqdim etmişdir. Məhkəmə bir daha iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilmədiyi əsası ilə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə, müvafiq izah verilməsinə, həmçinin iddia ərizəsinin geri qaytarılmasına dair qərardan vermiş olduğu şikayətin yuxarı instansiya məhkəməsinin qərarı ilə təmin edilməməsinə baxmayaraq, eyni məzmunlu nöqsanlara yol verilməklə tərtib olunmuş iddia ərizəsini məhkəməyə təkrar təqdim etməklə əsassız olaraq məhkəmənin iş yükünün artmasına səbəb olduğuna görə, eyni nöqsanlara yol verildiyi təqdirdə İddiaçınə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən 500 manatadək cərimə ediləcəyi barədə xəbərdarlıq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar