Məhkəmə qərarları › İş №e-2-2(121)-139/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-139/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-139/2021 10.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə əsasən ödənilməmiş qalan icarə haqqının dövlət büdcəsinə ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı Biləsuvar rayonu Ağayrı kənd sakini Cavabdeh İddiaçı başçısının xx xxx 2002-ci il tarixli, 483 saylı saylı sərəncamı ilə heyvandarlıq məqsədi ilə Dövlət fond torpaqlarından icarəyə verilmiş 100 (bir yüz) hektar torpaq sahəsi ilə bağlı bağlanmış xx xxx 2002-ci il tarixli, 373 nömrəli torpaq icarə müqaviləsinə əsasən ödənilməmiş 1.067,50 manat torpaq icarə haqqının Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh borcunu ödədiyi üçün iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddaçının ərizəsini və qanunverciliyin yuxarıda göstərilən normalarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə əsasən ödənilməmiş qalan icarə haqqının dövlət büdcəsinə ödənilməsi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar