Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-14/2024 30.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s. tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı -8. Cavabdeh9.972,80 manat əsas, 1.063,25 manat faiz, 581,50 manat cərimə, 1.364,98 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 12.982,53 (on iki min doqquz yüz səksən iki manat, 53 qəpik) məbləğində kredit borcunun, 29 (iyirmi doqquz) manat dövlət rüsumu və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) iləCavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.20155ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 14.500 AZN (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 9.972,80 manat əsas, 1.063,25 manat faiz, 581,50 manat cərimə, 1.364,98 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 12.982,53 (on iki min doqquz yüz səksən iki manat, 53 qəpik) borcu mövcuddur. Tərəfimizdən cavabdehə xx.xx.20155-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvana məktub göndərilmişdir, ancaq ilkin mediasiya sessiyasına Cavabdeh gəlməmiş. Tərəfimizdən ilkin mediasiya sessiyasına iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, heyvandalığın inkişafı məqsədilə 14.500 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi üzrə onun xx.xx.2021-ci il tarixə banka 9.972,80 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 1.063,25 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 581,50 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 1.364,98 manat faiz borcu olmaqla, ümumi borc 12.982,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziya bildirişindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 12.982,63 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10055 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh iddiaçı "Zaminbank” ASC-nə borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 10.6131,92 manat, faiz borcu üzrə 996,71 manat, maliyyə arayışı tərtib olunan tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 10.294,22 manat, hesablanmış faiz borcu üzrə 1.196,70 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6892 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh iddiaçı "Zaminbank” ASC-nə borcu xx.xx.2015-ci il tarixə əsas borc üzrə 5.352,19 manat, faiz borcu üzrə 317,29 manat, maliyyə arayışı tərtib olunan tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 5.352,19 manat, hesablanmış faiz borcu üzrə 491,51 manat faiz borcu, faiz borcu 5 %-lə 174,22 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2911 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh iddiaçı "Zaminbank” ASC-nə borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 10.631,92 manat, faiz borcu üzrə 996,71 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 10.078,63 manat, hesablanmış faiz borcu üzrə 0 manat faiz borcu, faiz borcu 5 %-lə 1.387,23 manat məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini Cavabdeh təklif etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mediasiya üçün müraciətin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ilə aralarında olan mübahisənin həlli məqsədi üçün mediasiya sessiyalarının keçirilməsi üçün Mediasiya Şurasına müraciət edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşdən görünür ki, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayış 07 mart 2023-cü il tarixində iddiaçıya təqdim edilmişdir (i.v. 134-135). İş materiallarından görünür ki, cavabdeh X1 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh heyvandalığın inkişafı məqsədilə illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 14.500 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2911 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, kredit müqaviləsinə əsasən əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sözügedən rəyi ilə əsas borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi üzrə 9.972,80 manat əsas, 996,71 manat faiz və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.364,98 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı xx.xx.2015-ci il tarixli, 0177/15saylı kredit müqaviləsi üzrə 9.972,80 manat əsas, 996,71 manat faiz və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.364,98 manat borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia əsaslı olduğundan cavabdehin vəkilinin “iddia müddətinin keçməsinə dair” ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddia müddətinin axımı qanunvericilikdə nəzərdə tutulan qaydada dayandığından iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona xx.xx.2018-ci il tarixədək qaytarılması şərtilə, illik 6 faiz hesablanmaqla 14.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 43 manat məbləğində kredit ödənişi etmişdir. Həmin tarixdən sonra borcun etirafını göstərən hər hansı hərəkət olmamışdır. Belə olan halda, iddiaçı üçün 3 illik iddia müddətinin axımı xx.xx.2018-ci ildən başlamışdır. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı məsələyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tətbiqini zəruri hesab edir. Belə ki, “Mediasiya haqqında” Qanuna əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (35.1); mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur (35.2); bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir (32.4.2); bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir (32.1.9); tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir (29.2); mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır (21.5). Məhkəmə, iş materiallarında olan sənədlərə və yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən qeyd edir ki, iddia müddətinin keçməsinə 11 gün qalmış, yəni xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilməklə mediasiya prosesi başlanıldığından iddia müddətinin axımı həmin tarixdən dayandırılmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın xx.xx.2023-cü il tarixində iddiaçıya təqdim edilməsi ilə iddia müddətinın axımı bərpa edilmişdir. İddiaçı arayışı aldıqdan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehin vəkilinin “iddia müddətinin tətbiqinə dair” ərizəsi əsassızdır. Məhkəmə, cavabdehin vəkilinin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın mediasiya prosesi barədə təklifin göndərildiyi tarixdən uzun müddət keçdikdən sonra verilməsinə dair etirazına münasibət bildirərək qeyd edir ki, arayışın gec verilməsində iddiaçının hər hansı təqsirli hərəkətləri müəyyən olunmur. Belə olan halda, iddiaçı mülki hüquqi məsuliyyət daşıya bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin 250 manatı Cavabdeh, 50 manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci və 27,63 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi üzrə 9.972,80 manat məbləğində əsas borc, 996,71 manat faiz borcu, 35 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.364,98 manat faiz borcu, 100 manat məbləğində mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi 27,63 manat olmaqla, ümumilikdə 12.497,12 (bir on iki min dörd yüz doxsan yeddi manat, on iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia 66,54 manat faiz borcunun, 546,50 manat cərimə borcunun və 1,37 manat dövlət rüsumunun cavabdehdən tutulması hissələrində təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 250 (iki yüz əlli) manatı Cavabdeh, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-14/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-14/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver