Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1406/2023 14.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 214.55 manat məbləğində kredit bоrcu, 47.6 manat məbləğində faiz bоrcu və 15.79 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 277 (iki yüz yetmiş yeddi) manat 94 (doxsan dörd) qəpik məbləğində bоrcun, Cavabdeh və müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 592.62 manat məbləğində kredit bоrcu, 116.41 manat məbləğində faiz bоrcu və 28.91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 737 (yeddi yüz otuz yeddi) manat 94 (doxsan dörd) qəpik məbləğində bоrcun; ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddia tələbinin xahiş hissəsi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan kağız daşıyıcıda tərtib olunmuş iddia ərizəsinin elektron “scan” edilmiş variantının xahiş hissəsində qeyd olunan məbləğlər fərqlidir. Belə ki, elektron qaydada verilmiş iddia ərizəsində İddiaçı QSC Cavabdeh İddiaçı QSC-nin xeyrinə 214.55 manat məbləğində kredit bоrcu, 47.6 manat məbləğində faiz bоrcu və 15.79 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 277 (iki yüz yetmiş yeddi) manat 94 (doxsan dörd) qəpik məbləğində bоrcun, Cavabdeh və müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 592.62 manat məbləğində kredit bоrcu, 116.41 manat məbləğində faiz bоrcu və 28.91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 737 (yeddi yüz otuz yeddi) manat 94 (doxsan dörd) qəpik məbləğində bоrcun; ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin elektron “scan” edilmiş variantında isə İddiaçı QSC cavabdehlər X1, müştərək qaydada İddiaçı. Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 004R213021471 saylı kredit razılaşması üzrə 592,62 manat məbləğində kredit borcu, 80,18 manat məbləğində faiz borcu və 20,97 manat məbləğində cərimə borcu olmaqla, - 004R********** saylı kredit razılaşması üzrə 214,55 manat məbləğində kredit borcu, 51,39 manat məbləğində faiz borcu və 15,79 manat məbləğində cərimə borcu olmaqla. ümumilikdə cəmi 975 (doqquz yüz yetmiş beş) manat 50 (əlli qəpik) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia ərizələrinin xahiş hissələrində uyğunsuzluq vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə qeyd edir ki, məhz hansı, yəni elektron qaydada verilmiş iddia ərizəsinin, yoxsa “scan” edilmiş iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin iddiaçı tərəfindən elektron qaydada vergi ödəyicisi olan Cavabdeh (VÖEN:**********) çatdırılmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267-269 və 284-3.5-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1406/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1406/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver