Məhkəmə qərarları › İş №e-2-2(121)-1418/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1418/2022

14.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1418/2022 14.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən 260.000 manat pulun və 565 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh Hüseyn qızından 260.000 manat pulun və 565 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum həyat yoldaşı X6 ilə 10.05.2017-ci il tarixdə Bakı şəhərində 3 tərəfli müqavilə bağlamışlar. Həmin müqavilənin 3-cü tərəfi isə İddiaçı1 olmuşdur. X6, İddiaçı1 və İddiaçı2 arasında bağlanmış müqaviləyə əsasən Bakı Şəhər Xətai Rayon İcra Başçısının 10.11.2016-cı il tarixli 358 saylı sərəncamına əsasən ünvan 1 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir tikinti işlərinin tam başa çatdırılmasından gələn gəlir və qazancları müqavilədəki tərəflər üzrə düzgün bölüşdürülməsi və ona birgə nəzarəti həyata keçirtmək üçün öz aralarında razılığa gələrək müqavilə bağlamışlar. Binanın tikiləcəyi yer olan torpaq sahəsi üçüncü tərəf İddiaçı1 Nəcmətdin oğlunun istifadəsində idi və həmin torpağı İddiaçı1 şəxsən özü 360.000 manata almışdır. X1 bu işə hələlik heç bir pul yatırmamışdır, şərtləri belə olmuşdur ki, torpağı İddiaçı1 təklif edir, İddiaçı2 8 mərtəbəli binanın 4 mərtəbəsinin tikilmə xərcini çəkir və son 4 mərtəbəsini isə mərhum X6 tərəfindən maliyələşdirilməli idi. Əsas şərtləri ondan ibarət olmuşdur ki, X6 qarabağ veteranı olduğundan bütün sənədləşdirmə işini X3 aına rəsmiləşdirsinlər. Buna əsas məqsədləri ondan ibarət olmuşdur ki, X3 qarabağ veteranı olduğundan ona bu binanın tikintisində müəyyən güzəştlər olacağı idi. 10.05.2017-ci il tarixdə 3 tərəfli müqavilə bağlanan zaman İddiaçı1 360.000 manata aldığı torpaqda binanın tikilməsi üçün razılıq verərək müqavilənin 3-cü tərəfi olmuşdur. İddiaçı2 həmin binanın 4-cü mərtəbəsini tikib başa çatdırandan sonra X4 bildirmişdir ki, artıq o öz işlərini tamamlayır 4-cü mərtəbədən 8-ci mərtəbəyə qədər tikintini yekunlaşdırmaq üçün maliyə vəsaiti ver. X1 min bir bahanə gətirərək hər dəfə vaxtı uzatmışdır. Bu səbəbdən də, İddiaçı2 və mən İddiaçı1 mənzilləri almış sakinlər qarşısında problemlər yaşamışlar. Bu səbəbdən də, iddiaçı olaraq biz İddiaçı2 və İddiaçı1 Cavabdeh mərhum həyat yoldaşı olan X3 yerinə pul vəsaiti qoyaraq binanın 8-ci mərtəbəsini tamamlamışlar. Bundan sonrada X6 yenədə heç bir vəsait xərcləməmişdir, iddiaçı olaraq onlar İddiaçı2 və İddiaçı1 mənzilləri almış sakinlər qarşısında problemlər yaşadıqlarından məcbur olaraq binanın daxilini və xaricini binada yaşayış üçün və sakinlərə təhfil vermək məqsədi ilə öz hesablarına təmir elətdirmişdirlər. Əlavə olaraq binaya qazın, suyun və işığın verilməsi üçün vəsait xərcləmişlər, binanın qarşısının abadlıq işlərini gördürmüşdürlər. Sonda isə mənzillərin kanalizasiya sisteminin qoşulmasını təmin etmişdirlər. İddiaçı olaraq onlar İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir tikinti işlərinin tam başa çatdırılmasına ümumilikdə torpağın alınmasından əlavə 1.260.000 manat pul xərcləmişdirlər. Həmin 1.260.000 manatdan 800.000 manatını İddiaçı1 xərcləmiş, 460.000 manatı isə İddiaçı2 xərcləmişdir. Cavabdeh mərhum həyat yoldaşı olan X6 isə heç bir pul xərcləməmişdir. İlk vaxtlar tikinti gedə-gedə X6 iddiaçı olaraq İddiaçı2 və İddiaçı1 bildirmişdir ki, binanın tikintisində işləyən usta və fəhlələrə əmək müqaviləsi üzrə onların DSMF və Vergilər Nazirliyinə ödənişlərin edilməsi üçün 40.000 manat pul lazımdır. Onlar isə razılaşaraq X4 40.000 manat pul vermişdirlər. Bir müddət sonra X6 onlardan ailə üzvləri ilə birlikdə Türkiyədə istirahət üçün 18.000 manat pul almışdır. Sənədləşdirmə işləri X3 adına aparılsa da onun qarabağ veteranı olduğu üçün ona bu binanın tikintisində heç bir güşəztlər olmamışdır. Əksinə onlar X5 müqaviliyə pul xərcləməyərək cəlb etdikləri üçün onlar xeyli miqdarda maddi ziyan çəkmişdirlər. İddiaçı olaraq mən İddiaçı2 həmin binanın 4-cü mərtəbəsini tikib başa çatdırandan sonra X4 bildirmişdir ki, artıq o öz işlərini tamamlayır 4-cü mərtəbədən 8-ci mərtəbəyə qədər tikintini yekunlaşdırmaq üçün maliyə vəsaiti versin. X1 min bir bahanə gətirərək pulu verməkdən imtina etmiş və onlara bildirmişdir ki, hal-hazırda onlara pul verə bilmir, gələcəkdə satılacaq mənzillərdən əldə olunmuş qazancdan onun payına düşən hissədən onun pulunu götürərlər. Onlar isə məcbur qalıb sənədlər onun adına olduğundan razılaşmışdırlar. Artıq bütün mənzillər satıldıqdan sonra əldə olunmuş qazancdan 40.000 manat və 18.000 manatdan əlavə 198.000 manat X4 pul vermişdirlər və əlavə olaraq 105 kv.m olan 3 otaqlı tam əla təmirli mənzili X4 vermişdirlər. Tikdiklərini binanın sağ hissəsində olan 0.13 ha torpaq sahəsini bir neçə müddət idi ki, özəlləşdirmək istimişlər, lakin özəlləşdirə bilməmişlər. X6 bizə bildirmişdir ki, MTN də yüksək vəzifədə işləyən qohumu var, həmin binanın sağ hissəsində olan 0.13 ha torpaq sahəsini özəlləşdirilməsinə köməklik göstərə bilər və onlardan 260.000 manat pul istəmişdir. İddiaçı olaraq onlar İddiaçı2 və İddiaçı1 isə 26.01.2020-ci il tarixdə razılaşaraq X4 260.000 manat pul vermişdirlər. X6 onu bildirmişdirdi ki, 3 ay müddətində torpağı biz İddiaçı2 və İddiaçı1 Nəcmətdin oğlunun adına özəlləşəcək. Tikdikləri binanın sağ hissəsində olan 0.13 ha torpaq sahəsinin özəlləşməsinin 10.05.2017-ci il tarixdə Bakı şəhərində bağladıqları 3 tərəfli müqaviləyə heç bir qarışacağı yox idi. Əgər həmin torpaq özəlləşsə idi, onlar İddiaçı2 və İddiaçı1 ilə birlikdə yeni 8 mərtəbəli bina tikəcəkdilər. Həmin vaxtdan 3 ay keçdikdən sonra X2 və onun qohumundan heç bir xəbər çıxmamışdır. Artıq özəlləşmə işinin alınmayacağı başa düşdükdən sonra o ondan 260.000 manat pulunu geri tələb etmişdir. X6 pulu qaytarmağı uzadaraq 05.12.2020-ci il tarixə kimi işi uzatmışdır və 05.12.2020-ci il tarixdə o X6 ilə görüşmüşdür. O, ona verdiyi 260.000 manatı axşam saat 17:00 da ona çatdıracağını bildirmişdir. O 17:00 da X4 zəng etmişdir, lakin telefonuna cavab verilməmişdir. Həmin günü axşam onun evinə getmişdir və ailəsi ona bildirmişdir ki, X6 rayona Beyləqana 1 neçə günlük getmişdir. Yenə də o 1-2 gündən bir onun evinə gedərək X5 axtarmışdır. Lakin 25.12.2020-ci il tarixdə qonşuları ona bildirmişdirlər ki, X6 vəfat edib. Onun ölümündən 10 gündən sonra evinə gedərək ailəsi ilə danışmışdır və 260.000 manatı tələb etmişdir. Cavabdeh olan Cavabdeh ona bildirmişdir ki, mərhum həyat yoldaşı olan X6 həmin 260.000 manatı ölümündən bir neçə gün qabaq öz otağına qoymuşdur, X1 vəfat etdiyindən pulun dəqiq yerini bilmirlər və ondan 3-5 gün vaxt istəmişdir ki, pulu evdən tapıb ona çatdıracaqlar. 5 gündən sonra o yenədə Cavabdeh evinə getmişdir, onu aldadaraq bildirmişdir ki, mərhum əri X6 260.000 manat pulu ondan aldıqdan sonra Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti MKTB-nin rəis müavini Teymur Məmmədova vermişdir, Cavabdeh ondan bir neçə gün möhlət istəmişdir ki, 260.000 manat pulu Teymur Məmmədovdan alaraq ona qaytarsın. Lakin üzərindən təxminən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh 260.000 manat pulu geri qaytarmamışdır. Bununla bağlı o Cavabdeh 260.000 manat pulumu dəfələrlə tələb etmişdir. Son vaxtlar isə o Cavabdeh pulunu istəsə də gah hissə-hissə qaytaracağını, gah da verməyəcəyini bildirərək imtina etmişdir. Bu səbəbdən də, aralarında yaranan mübahisəyə görə AR Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Orada onların izahatları alınmışdır. Bakı Şəhər 40 saylı Notariat Ofisinə sorğu ilə müraciət etmiş və 08.07.2021-ci il tarixdə sorğuya cavab verilmiş və orada qeyd edilmişdir ki, 23.12.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi onun arvadı Cavabdeh tanınmışdır. Bu səbəbdən də, X3 vərəsəsi kimi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət etmişdirlər. Cavabdehin hərəkətləri nəticəsində, o sarsıntı və əsəb keçirir, çünki, cavabdehin ona vurduğu mənəvi ziyan əvəz olunmazdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə qeyd edir ki, iddiaçıların cavabdehdən tələb etdiyi pul onların cavabdehlə aralarında mövcud olan və ya mövcud olmuş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən irəli gəlmir. İddiaçıların cavabdehin mərhum əri ilə bu sferada münasibətlərinin olması onun vərəsəsi olan hazırki cavabdehə münasibətdə nəzərə alına bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin fərdi sahibkar statusuna malik olsa da iddiaçılarla onun arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olmadığından, hazırki iş üzrə 2-ci və 3-cü meyar olan “mübahisənin predmeti” və “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh Hüseyn qızından 260.000 manat pulun və 565 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar