Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1446/2024 25.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9 İyun 2023-cü il tarixli, RBMF-2426 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1843,96 (min səkkiz yüz qırx üç manat, 96 qəpik) manat, faiz borcuna görə 245,26 (iki yüz qırx beş manat, 26 qəpik) manat, dəbbə borcuna görə 78,54 (yetmiş manat 54 qəpik) manat, cəmi 2167,76 (iki min yüzaltmış yeddi manat 76 qəpik) manat məbləğində pulun və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı eyni əsas və məzmunlu iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1400/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü (işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədin iddia ərizəsinə əlavə edilmədiyi üçün) və 150.1.6-cı maddəsinin tələbinə (cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilmədiyi üçün) əməl edilməməsi əsasları ilə, həmin Məcəllənin 152.1.4 və 152.1.6-cı maddələrinə əsasən geri qaytarılmışdır. Qəbul edilmiş məhkəmə aktında şərh olunanlara baxmayaraq İddiaçı ASC xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən yenidən eyni prosessual pozuntulara yol verərək Cavabdeh1 tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədi və Cavabdeh1 ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə bir daha iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi həmin əsasla geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə, müvafiq izah verilməsinə baxmayaraq eyni məzmunlu nöqsanlara yol verilməklə tərtib olunmuş iddia ərizəsini məhkəməyə təkrar təqdim etməklə əsassız olaraq məhkəmənin iş yükünün artmasına səbəb olduğuna görə, eyni nöqsanlara yol verildiyi təqdirdə İddiaçı ASC-nə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən 500 manatadək cərimə ediləcəyi barədə xəbərdarlıq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1446/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1446/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver