Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-145/2021 16.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən 7.128,80 manat əsas borc, 496,87 manat müddət sonuna hesablanan faiz borcu, 918,91 manat məbləğində cərimə borcu və 1.044,45 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış borc olmaqla, ümumilikdə 9.589,03 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan, İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,035 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh3 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh3 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 26.11.2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 15.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 ilə 08.12.2014-cü il tarixli, 6471 saylı zaminlik müqaviləsi və Cavabdeh3 ilə 08.12.2014-cü il tarixli, 598 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan, İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,035 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3A nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 15.000 (on beş min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 08.12.2014-cü il tarixli, 11 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh3 15.000 manat kredit verilmişdir. İş materiallarında olan 08.12.2014-cü il tarixli, 6471 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli, 598 saylı ipoteka müqaviləsinə əsasən, 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh3 məxsus, İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində, 0,035 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 176,2 m2 ümumi, 80,1 m2 yaşayış və 96,1 m2 yardımçı sahədən ibarət 3A nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 13.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0.035 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3A nömrəli fərdi yaşayış evi “İddiaçı ASC-nin İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 23.10.2020-ci il tarixli, **********053 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsi üzrə cavabdehin 16.10.2020-ci il tarixə banka 7.128,80 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 496,87 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 918,91 manat, həmçinin Mülki Məcəllənin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.044,45 manat olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 9.589,03 manat təşkil edir. İş materialında olan 26.10.2020-ci il tarixli, **********192 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanılmış 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə banka 7.128,80 manat əsas, 496,87 manat məbləğində faiz borcu, 918,91 manat cərimə və 1.044,45 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 9.589,03 manat məbləğində kredit borcunun olması barədə cavabdehlər xəbərdar edilmiş, qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən, əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 26.10.2020-ci il tarixli, **********206 saylı bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsi əsasında aldığı 15.000 (on beş min) manat kredit müqaviləsi üzrə cəmi 9.589,03 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3 məlumatlandırılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli, **********251 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-ə ünvanlanmış 22.02.2021-ci il tarixli, **********70 saylı məktubdan görünür ki, Cavabdeh3 mülkiyyətində olan daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan 16.02.2021-ci il tarixli ərizədə məhkəmə-mühasibatlıq (borcun hesablanmasına) və əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının təyin olunmasına (ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsinə) zərurət olmamadığı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanan 16.02.2021-ci il tarixli ərizədə iş üzrə kredit borcunun yenidən hesablanması üçün məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasına zərurət olmadığı, 7.128,80 manat əsas borcu və 496,87 manat faiz borcunu qəbul etdiyi, 918,91 manat cərimə borcunu və 1.044,45 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunu qəbul etmədiyi, həmçinin ona məxsus İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3A saylı fərdi yaşayış evinin qiymətinin 40.000 manat müəyyən edilməsinə razı olmadığı bildirilmiş və həmin evin yenidən qiymətləndirilməsi xahiş olunmuşdur. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrıayrılıqda məhkəməyə ünvanlanan 16.02.2021-ci il tarixli ərizələrdə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına zərurət olmadığı, lakin məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının təyin olunması (evin yenidən qiymətləndirilməsi) xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 iyul 2021-ci il tarixli, 246/ZB/21 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli, 598 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində, 0,035 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 176,2 m2 ümumi, 80,1 m2 yaşayış, 96,1 m2 yardımçı sahədən ibarət 3A nömrəli fərdi yaşayış evinin likvid dəyəri 66.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh3 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Həmçinin İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında 08 dekabr 2014-cü il tarixli, 598 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh3 məxsus, İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində, 0,035 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 176,2 m2 ümumi, 80,1 m2 yaşayış, 96,1 m2 yardımçı sahədən ibarət 3A nömrəli fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 tərəflər arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli, 371 SF saylı kredit müqaviləsi üzrə 7.128,80 manat əsas, 496,87 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 1.044,45 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Həmçinin məhkəmə nəzərə alır ki, Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, 7.128,80 manat əsas və 496,87 manat faiz borcunu qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 7.128,80 manat məbləğində əsas borcun, hesablanmış 496,87 manat məbləğində faiz borcun və müqavilə müddəti bitdikdən sonra hesablanmış 1.044,45 manat faiz borcunun ödənilməsinə dair hissələri əsaslıdır. Odur ki, iddianın həmin hissələri təmin edilməlidir. Məhkəmə iddianın 918,91 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 918,91 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 26.11.2017-ci il tarixdə başa çatmış, lakin iddiaçı yalnız 30.11.2020-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 08 dekabr 2014-cü il tarixli, 598 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə qismən əsaslıdır. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli, ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka predmetinin, yəni Cavabdeh3 məxsus İddiaçı ASC-nin İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində, 0,035 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 176,2 m2 ümumi, 80,1 m2 yaşayış, 96,1 m2 yardımçı sahədən ibarət 3A nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi olan 1 mərtəbəli, 5,7 m2 sahədən ibarət sanitar qovşağın ilkin satış qiyməti 66.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə həmçinin tutmanın torpaq sahəsinə yönəldilməsi hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli, 598 saylı ipoteka müqaviləsi bağlanılsa da, müqavilədə ipoteka predmeti yalnız Cavabdeh3 məxsus, İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində, 0,035 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 176,2 m2 ümumi, 80,1 m2 yaşayış və 96,1 m2 yardımçı sahədən ibarət 3A nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi olan 1 mərtəbəli, 5,7 m2 sahədən ibarət sanitar qovşaq qeyd olunmuşdur. Qeyd olunan müqavilədə torpaq sahəsi ipoteka predmeti olmamışdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 2,72 manatı iddiaçıya aid edilməli, 27,28 manatı isə Cavabdeh3 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 170 manat hissəsi Cavabdeh3, 80 manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 7.128,80 manat əsas borc, 496,87 manat faiz borcu, 50 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.044,45 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,28 manat olmaqla, cəmi 8.747,4 (səkkiz min yeddi yüz qırx yeddi manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 66.000 (altmış altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh3 məxsus İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində, 0,035 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 176,2 m2 ümumi, 80,1 m2 yaşayış, 96,1 m2 yardımçı sahədən ibarət 3A nömrəli fərdi yaşayış evinə və fərdi yaşayış evinin tərkib hissəsi olan 1 mərtəbəli, 5,7 m2 sahədən ibarət sanitar qovşağa yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 7.128,80 manat əsas borc, 496,87 manat faiz borcu, 50 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.044,45 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,28 manat olmaqla, cəmi 8.747,4 (səkkiz min yeddi yüz qırx yeddi manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 66.000 (altmış altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh3 məxsus İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində, 0,035 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 176,2 m2 ümumi, 80,1 m2 yaşayış, 96,1 m2 yardımçı sahədən ibarət 3A nömrəli fərdi yaşayış evinə və fərdi yaşayış evinin tərkib hissəsi olan 1 mərtəbəli, 5,7 m2 sahədən ibarət sanitar qovşağa yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 170 (bir yüz yetmiş) manat hissəsi Cavabdeh3, 80 (səksən) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-145/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-145/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver