Məhkəmə qərarları › İş №e-2-2(121)-1454/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1454/2025

29.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1454/2025 29.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 19509,20 manat əsas borc məbləğinin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 149 manat dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – iddiaçı) ilə fərdi sahibkar – Cavabdeh (VÖEN: **********) (bundan sonra – cavabdeh) arasında 16 yanvar 2024-cü il tarixli, 10011114 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra – müqavilə) bağlanmışdır. Müqavilə üzrə iddiaçı elektronika və məişət texnikalarına aid malları (bundan sonra – mal) cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, malın qiyməti müqavilənin 2.1-ci bəndində qeyd olunan sənədlərə (elektron qaimə- faktura və ya təhvil-təslim sənədi) əsasən müəyyən olunur. Müqavilənin 3.2.1-ci yarımbəndinə əsasən, müstəsna hallarda tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutulan malın dəyərinin ödənişi malın alıcı tərəfindən təhvil alındığı tarixdə (təhvil-təslim sənədində qeyd olunan tarix), lakin bu müqavilənin 3.2.2-ci yarımbəndində qeyd olunan tarixdən gec olmamaq şərti ilə həyata keçirilir. Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd olunur ki, satıcı tərəfindən alıcıya təqdim olunan məhsulların dəyəri 7 gün müddətindən gec olmayaraq ödəniş edilməsi şərti ilə nisyə satışı nəzərdə tutula bilər (5.15-ci bənddə göstərilən hal nəzərə alınmaqla). Müqavilənin 4.8-ci bəndinə əsasən, alıcı satıcının ona satdığı malı öz mülkiyyətinə qəbul edib onun dəyərini bu müqavilənin 3-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 4.11-ci bəndində göstərilir ki, satıcı bu müqavilədən doğan müvafiq hesabatların təsdiq edilməsi məqsədiləalıcıya borclarının vəziyyəti barədə məlumatlarıəks etdirən üzləşmə aktını təqdim edə bilər. Müqavilənin 4.12-ci bəndinə əsasən isə, alıcı, üzləşmə aktını aldığı tarixdən etibarən 5 gün müddətində onun imzalanmış və möhürlə təsdiq edilmiş bir nüsxəsini (və ya əsaslı rədd cavabını) Satıcının faktiki ünvanına qaytarılmasını öz öhdəsinə götürür. Müqavilənin 4.13-cü bəndinə əsasən, Alıcı üzləşmə aktınıaldığı tarixdən etibarən 5 gün müddətində həmin aktı imzalamadıqda və ya əsaslı rədd cavabı təqdim etmədikdə, həmin zaman üzləşmə aktı alıcı tərəfindən imzalanmış və aktda göstərilən borc məbləği alıcı tərəfindən qəbul edilmiş sayılır. Müqavilənin 5.2-ci bəndində isə,əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş müddətdə malın dəyərinin ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,3% miqdarda penya ödəməlidir. Müqavilənin 9-cu bəndinə əsasən, tərəflər arasında bu müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həlledilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Belə ki, iddiaçı müqavilə üzrə sifariş olunan malları Cavabdeh təhvil vermiş, lakin cavabdeh həmin malların dəyərini müqavilənin tərkib hissəsi olan “X3” uyğun olaraq iddiaçıya ödəmədiyindən müqavilə üzrə öhdəliyini pozmuşdur. X1 sifarişin ümumi qiymətinin 29299,2 manat olduğu göstərilmişdir. Təhvil-təslim aktında iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 10011114 saylı bağlanmış alqı-satqı müqaviləsi üzrə göstərilən mallar həqiqətən də xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən tam şəkildə cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən isə təhvil alındığı və malın ümumi məbləğinin 29299,2 manat olduğu təsbit olunmuşdur. xx.xx.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktında isə ümumi borc vəziyyətinin 19509,20 manat olduğu müəyyən olunmuşdur

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İş materiallarında olan İddiaçı MMC MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanılmış 16 yanvar 2024-cü il tarixli, 10011114 saylı malların alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşlər; 3.1-ci bəndinə əsasən, malın qiyməti müqavilənin 2.1-ci bəndində qeyd olunan sənədlərə (elektron qaimə- faktura və ya təhvil-təslim sənədi) əsasən müəyyən olunur; 3.2.1-ci yarımbəndinə əsasən, müstəsna hallarda tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutulan malın dəyərinin ödənişi malın alıcı tərəfindən təhvil alındığı tarixdə (təhvil-təslim sənədində qeyd olunan tarix), lakin bu müqavilənin 3.2.2-ci yarımbəndində qeyd olunan tarixdən gec olmamaq şərti ilə həyata keçirilir. 3.2.2-ci yarımbəndində qeyd olunur ki, satıcı tərəfindən alıcıya təqdim olunan məhsulların dəyəri 7 gün müddətindən gec olmayaraq ödəniş edilməsi şərti ilə nisyə satışı nəzərdə tutula bilər. 4.8-ci bəndinə əsasən, alıcı satıcının ona satdığı malı öz mülkiyyətinə qəbul edib onun dəyərini bu müqavilənin 3-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödənilməsini öz öhdəsinə götürür.

10. İddiaçı MMC MMC (satıcı) və Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Təhvil-Təslim Akt”ına əsasən İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli, 10011114 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində satıcı tərəfindən 29299,20 manat (ƏDV daxil) məbləğində mal təhvil verilmişdir.

11. İş materiallarında olan “X2”ndan görünür ki, İddiaçı Cavabdeh 29299,20 manat (bütün vergilər daxil olmaqla) məbləğində mal verilmişdir.

12. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 550 manat, xx.xx.2024-cü il tarixində 450 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 400 manat, xx.xx.2024-cü il tarixində 550 manat, xx.xx.2024-cü il tarixində 570 manat, xx.xx.2024-cü il tarixində 530 manat, xx.xx.2024-cü il tarixində 2500 manat, xx.xx.2025-ci il tarixində 500 manat, xx.xx.2025-ci il tarixində 500 manat və xx.xx.2025-ci il tarixində 1790 manat olmaqla, cəmi 9790 manat məbləğində pul vəsaiti ödəmişdir.

13. İş materiallarında olan İddiaçı MMC- ilə Cavabdeh arasında imzalanmış “qarşılıqlı üzləşmə akt”ına əsasən, xx.xx.2025-ci il tarixinə Cavabdeh İddiaçı MMC-yə 19509,20 manat borcu qalmışdır.

14. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmişdir.

15. “X4 Haqqında” xx.xx.2025-ci il tarixli, EM-1937VK-10877/25 №-li Müqavilədən və qəbzdən görünür ki, iddiaçı hüquqi yardımla bağlı vəkil Nümayəndə 320 manat ödəniş etmişdir.

16. Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 149 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

20. Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

21. Məhkəmə, tərəflər arasında sahibkarlıq fəaliyyəti sahəsində alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2024-cü il tarixli, 10011114 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (Satıcı) istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə cavabdehə (Alıcıya) alıcıya satmağı, cavabdeh (Alıcı) isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür.

22. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək isə cavabdehin üzərinə düşür.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 29199,20 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam olaraq icra edilməmiş, və cavabdehin 19509,20 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borcun tam və ya qismən ödənilməsini təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarında olan “Qarşılıqlı üzləşmə Aktı”ndan müəyyən olunur ki, o, iddiaçıya 19509,20 manat məbləğində borcu olduğunu təsdiq etmişdir.

24. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 19509,20 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Məhkəmə xərcləri:

25. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 149 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödədiyi 320 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

Nəticə:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh 19509,20 manat borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 manat xərci olmaqla, cəmi 19829,20 (on doqquz min səkkiz yüz iyirmi doqquz manat, iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 149 (bir yüz qırx doqquz) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar