Məhkəmə qərarları › İş №e-2-2(121)-1464/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1464/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1464/2021 30.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 30 oktyabr 2019-cu il tariхli, 500842-785407/2 nömrəli kredit müqaviləsi üzrə 16.772,52 manat əsas borc və 1.819,38 manat faiz borcu olmaqla, cəmi 18.591,90 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,4 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,4 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə sahibkar fiziki şəxs Cavabdeh1 arasında 30 oktyabr 2019-cu il tariхli, 500842-785407/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə, 18 ay müddətinə, 36.800 manat məbləğində krеdit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,4 kv.m-dən ibarət fərdi yaşayış evi 30 oktyabr 2019-cu il tariхli, 500842-785407/2 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən bankın xeyrinə ipotеkaya qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bank tərəfindən Cavabdeh3 07.04.2021-ci il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi barədə 05.04.2021-ci il tarixli, 001/007/1400/2021 nömrəli bildiriş göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 14.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Qeyd olunanlara əsasən, bank tərəfindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 500842-785407/2 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə, 18 ay müddətinə dövriyyə vəsaitinin alınması məqsədilə 36.800 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, Cavabdeh1 kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 500842-785407/2 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 30 oktyabr 2019-cu il tarixli, 500842-785407/2 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evi İddiaçı ASC-nin Çirvan şəhər filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 30.10.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh2, əri Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,049 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sonrakı ipoteka müqaviləsinə əsasən, İddiaçı ASCnin xeyrinə ipotekaya qoyulmasına razıdır. Sonrakı ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz üzərinə götürür. İş materiallarında olan 29.05.2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 31.10.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evi İddiaçı ASC-nin Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 16.05.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 500842-785407/2 saylı kredit müqaviləsi üzrə cavabdehin 16.05.2021-ci il tarixə banka 16.772,52 manat əsas və 1.819,38 manat faiz borcu olmaqla, cəmi 18.591,90 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 228 gün təşkil edir. İş materialında olan 27.10.2020-ci il tarixli, 001/500/4856/2020 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 500842-785407/2 saylı, 30 oktyabr 2019 tarixli kredit müqaviləsinə əsasən hər ayın 31 tarixində ödəniş cədvəlinə uyğun faiz va əsas borcunun ödənilməsi öhdəliyi götürülmüş, lakin öhdəliyə riayət edilməmiş, 27 oktyabr 2020-ci il tarixə 17.672,52 manat əsas borc, 259,94 manat faiz borcu olmaqla, cəmi 17.932,46 manat borcu qalmışdır. Borcun 7 gün ərzində, 03 noyabr 2020-ci il tarixə kimi borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun məcburi tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh3 məlumatlandırılmışlar. İş materialında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış 05.04.2021-ci il tarixli, 001/007/1400/2021 saylı bildirişdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 500***-*******2 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 22 faiz dərəcəsi ilə, 18 ay müddətinə qaytarmaq şərti ila 36.800 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evi 30 oktyabr 2019-cu il tarixli, 500842- 785407X2 nömrəli sonraki ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipotekaya qoyulmuşdur. Lakin, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliklər lazımi qaydada icra edilməmişdir. Nəticədə Cavabdeh1 kredit müqaviləsi üzrə 31 mart 2021-ci il tarixə banka 16.772,52 manat məbləğində əsas borc, 1.347,89 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 18.120,41 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan borcun bildiriş alındığı gündən sonrakı 3 iş günü ərzində ödənilməsi, həmçinin sözügedən kredit müqavilələri üzrə yaranmış borcun tutulması tələbinə va tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair məhkəmədə iddia qaldırılacağı va banka girov qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında yerleşen 0,049 ha torpaq sahəsi va üzərində olan 92,4 kv.m. ümumi sahədan ibarət fərdi yaşayış evi məhkəmə vasitəsilə hərracda məcburi satışa çıxarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh3 məlumatlandırılmışlar. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış 14 aprel 2021-ci il tarixli, 001/007/1581/2021 saylı ərizədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Daşınmaz Əmlakın qeydiyyatı ilə bağlı ********** saylı ərizə icra edilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən məhkəməyə təqdim olunmuş 14.09.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti kimi onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 46.000 manat müəyyən edilməsi ilə razı olduğunu və məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının təyin edilməsinə ehtiyac olmadığını qeyd etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 16.772,52 manat əsas borcu və 1.819,38 manat məbləğində faiz borcunu qəbul edir. Həmçinin borcun hesablanması ilə bağlı etirazının olmadığını və məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına zərurət olmadığını qeyd etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 30 oktyabr 2019-cu il tariхli, 500842-785407/2 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə, 18 ay müddətinə, 36.800 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 30 oktyabr 2019-cu il tarixli, 500842-785407/2 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında bağlanmış 30 oktyabr 2019-cu il tariхli, 500842-785407/2 saylı kredit müqaviləsi üzrə 16.772,52 manat əsas və 1.819,38 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, həmçinin Cavabdeh1 həmin borc məbləğlərini qəbul və etiraf etdiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 16.772,52 manat məbləğində əsas borcun və 1.819,38 manat faiz borcunun ödənilməsinə dair hissələri əsaslıdır. Odur ki, iddianın həmin hissələri təmin edilməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 30 oktyabr 2019-cu il tarixli, 500842-785407/2 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka predmetinin, yəni Cavabdeh3 məxsus İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 46.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin ipoteka predmeti hərracda satıldıqda Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,4 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən fərdi yaşayış edi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün mülkiyyətçisi tərəfindən ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ipoteka predmetinə tutuma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 16.772,52 manat əsas borc, 1.819,38 manat faiz borcu olmaqla, cəmi 18.591,90 manat məbləğində borc, ipoteka predmetinə tutuma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 46.000 (qırx altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməli həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3 qaytarılmalı, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 16.772,52 manat əsas borc, 1.819,38 manat faiz borcu olmaqla, cəmi 18.591,90 manat məbləğində borc, ipoteka predmetinə tutuma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 46.000 (qırx altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3 qaytarılsın. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,4 kv.m. olan fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar