Məhkəmə qərarları › İş №e-2-2(121)-147/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-147/2023

10.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-147/2023 10.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən əsas borca görə 3.115 manat və ödənilmiş mediasiya rüsumuna görə 60 manat olmaqla, cəmi 3.175 manat pulun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi əqdə əsasən, cavabdeh 2021-ci il mövsümündə xam-pambıq əkilməsi məqsədilə iddiaçı tərəfindən ona avans xidmətlər göstərilməsini xahiş etmiş, bunun müqabilində isə tədarük mövsümü vaxtı xam-pambıq verməklə təhvil götürdüyü avansın dəyərini əvəzləşdirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü bəndinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 3115 manat təşkil edən aqrotexniki xidmətləri təhvil almışdır. Lakin cavabdeh tərəfindən xam-pambıq təhvil verilməmiş və son nəticədə iddiaçıya təhvil götürdüyü avans xidmətlərin dəyərinə görə 3115 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında müqavilə bağlamaq üçün İddiaçınə ərizə yazdığını, lakin onunla müqavilə bağlanılmadığını, ona heç bir xidmət göstərilmədiyini, o cümlədən işdə olan işlərin görülməsinə dair aktları imzalamadığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatı tərəfindən Cavabdeh ünvanlanmış 05 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh 2013-cü ildən hal-hazıradək istifadəsində olan 59,94 ha torpaq sahəsinin 53,83 ha hissəsi 18h saylı qış otlaq sahəsində, 6,11 ha hissəsi 17h saylı qış otlaq sahəsində yerləşməklə dövlət mülkiyyətinə aid olduğundan həmin torpaq sahələrinin 01 dekabr 2020-ci il tarixədək boşaldılması Cavabdeh tələb olunmuşdur. İş materiallarında olan 21284 490 nömrəli, xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə "xxxx" MMC-nin “MKT-Beyləqan” filialına müraciət edərək, aqrotexniki tədbirlərin aparılması ardıcıllığına uyğun olaraq, gələcəkdə zəruri avans vəsaitlərin (toxumluq çiyid, gübrə, dərman, aqrotexniki işlər və pambığın becərilməsində zəruri olan digər tədbirlər üçün) verilməsi şərti ilə onunla Cəmiyyət arasında xam-pambıq alqısatqısına dair müqavilənin bağlanmasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan 64013424 saylı “Ölçü aktı”ndan görünür ki, fermer Cavabdeh istifadəsində olan torpaq sahələrinə "xxxx" MMC-nin “MKT-Beyləqan” filialı tərəfindən baxış keçirilmiş və pambıq əkilməsi məqsədilə ölçülmüşdür. İş materiallarında olan 563290 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 12,50 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 528593 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 6,20 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 607108 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 10 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 464457 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 11,30 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. iş materiallarında olan 527783 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 7 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 527787 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 10 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 438402 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 3,70 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 463038 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 6,50 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 437048 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 6,20 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 463020 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 10,10 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 437041 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 13,10 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 463006 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 8,80 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan 463003 saylı, 02 nömrəli “İş aktı”ndan görünür ki, 14,6 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 4/776 nömrəli ekpsert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 80-81-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli 21284 490 nömrəli ərizələrin sonunda “Cavabdeh” adının qarşısında “(İmza)” qrafalarındakı imzalar, 79-cu vərəqində olan 64013424 nömrəli “Ölçü aktı”nın sonunda “Cavabdeh” adının qarşısında “(İmza)” qrafasındakı imza xx.xx.2021-ci il tarixli 02-607108 nömrəli iş aktında “Cavabdeh” yazılarının üst hissəsindəki imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 66-78-ci vərəqələrində olan 02-563290 nömrəli, 02-528593 nömrəli, 02-527783 nömrəli, 02-527787 nömrəli, 02-438402 nömrəli, 02-463038 nömrəli, 02-437048 nömrəli, 02-463020 nömrəli, 02-463020 nömrəli, 02-437041 nömrəli, 02- 463006 nömrəli, 02-463003 nömrəli “İş akt”larında “Fermerin A.S.A” qrafalarında “Саваланов Асиф”, “Cavabdeh” yazılarının üst hissəsindəki imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 69-cu vərəqində olan xx.xx.2021-ci il tarixli 02-464457 nömrəli iş aktında “Cavabdeh” yazılarının üst hissəsindəki imzanın – Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, cavabdeh müqavilə bağlamaq üçün İddiaçınə ərizə yazsa da onunla 2021-ci il mövsümü üzrə xam pambığın əkilməsi məqsədilə müqavilə bağlanılmamışdır. Bununla yanaşı, iddiaçı tərəfindən göstərilmiş hər hansı xidmət və ya avansın cavabdeh tərəfindən qəbul edilmədiyi də müəyyən olunan hallar sırasındadır. İddiaçı aktlardakı imzaların Cavabdeh məxsus olmadığının müəyyən edildiyi vəziyyətdə bunu sübut edə bilməmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi iş aktlarında olan imzaların Cavabdeh məxsus olmadığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 4/776 nömrəli ekspert rəyində də öz təsdiqini tapır. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 4/776 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində alqı-satqı müqaviləsinin yazılı formada bağlanması ilə bağlı imperativ norma nəzərdə tutulmasa da cavabdehin izahatı və işdə olan sübutlarla tərəflər arasında şifahi müqavilə münasibətlərinin yaranmadığı, o cümlədən iddiaçı tərəfindən cavabdehə münasibətdə işlərin görülmədiyi müəyyən olunur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, 60 manat mediasiya xərci iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar