Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1477/2025 03.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X9 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 22.485 manat məbləğində borcun və ödənilmiş 158 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Ağcabədi rayonu Təzəkənd kəndində kənd təsərrüfatı bitkilərinə aid olan dərman və digər avadanlıqların satışı mağazası vardır. Cavabdehi tanıyır, onun həmkəndlisidir, münasibəti həmişə yaxşı olub və cavabdeh soğan əkib becərməklə məşğul olur. 2021-ci ilin fevral ayının əvvəllərindən başlayaraq 2022-ci ilin iyul ayının axırlarınadək cavabdeh iddiaçının mağazasından ayrıayrı vaxtlarda nisyə olaraq, 22.485 manat məbləğində toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar almış, pulunu isə məhsulu yığıb satandan sonra, yəni 2022-ci ilin son aylarında (noyabr-dekabr) ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh hər dəfə mağazadan toxum və ya digər avadanlıqlar götürdükdə mağazada nisyə dəftərində qeydiyyat aparılmışdır. Cavabdeh məhsulu becərib yığmış və məhsulu satandan sonra dəfələrlə ondan götürdüyü malların pulunu ödəməyi xahiş etmişdir. Lakin hər dəfə bir bəhanə gətirərək məhsulu satdığını, lakin ziyanlıq etdiyini, yəni çəkdiyi xərci götürə bilmədiyini bəhanə edərək, pulunun olmamasını və ona bir az möhlət verməyi xahiş edərək, yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Qonşuluğu nəzərə alıb, bir müddət cavabdehi gözləmişdir. Lakin hazıradək cavabdeh borcunu ödəməmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Sonradan cavabdeh Bakı şəhərinə işləmək adı ilə getmişdir. Dəfələrlə telefon vastəsi ilə cavabdehdən borcunu ödəməyi xahiş və tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 2024-cü ilin mart ayında onu hədələdiyi ilə bağlı onun barədə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində izahat verərkən guya cavabdehə satılmış bitki dərmanının vaxtı keçdiyinə görə soğan məhsulunun məhv olmasını bildirmiş, ancaq cavabdeh hər dəfə ondan aldığı dərmanı aparılan araşdırma zamanı cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcunun olmasını bir daha etiraf etmişdir. Ancaq yenə də borcunu ödəməmişdir. Ona görə də cavabdehdən borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin cavabdehin ondan nisyə olaraq soğan toxumu və digər zəruri avadanlıqları almasını həmin vaxtı mağazada satıcı işləyən X8, Cavabdeh qardaşı X4 və sonradan yaranmış mübahisənin şahidi olmuş çox saylı şahidlər təsdiq edə bilərlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İzahatında həmçinin göstərmişdir ki, mallar nisyə satılarkən cavabdehə elektron qaimə-faktura göndərilməmiş, habelə mallar cavabdehə “malların təhvil-qəbul aktı” üzrə təqdim edilməmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili Vəkil1 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və məhkəmədən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin vəkilinin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçı (onun nümayəndəsi və vəkili) tərəf tərəfindən məhkəməyə təqdim edilmiş Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Cavabdeh və X2 müraciətləri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə Nazim ondan 22.485 manatlıq təsərrüfata aid olan toxum, rezin borular, dərmanlar və s. avadanlıqlar almış və ziyanlıq etdiyini bəhanə gətirərək indiyə qədər ödəməmişdir. 2023-cü ildə Ağcabədi rayonu, Şənlik kənd sakini X3 tanışı vasitəsi ilə tanımışdır. Elmidar Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində müvəqqəti istifadə üçün torpaq sahəsi götürüb soğan əkəcəyini bildirmişdir. Elmidar ondan sadəcə 1.000 manatlıq toxumu nəğd ödəniş edib almışdır. Daha sonra isə yenə Elmidar ondan 9.661 manatlıq toxum, rezin borular, dərmanları nisyə alıb, soğanı çıxarıb satdıqda pulunu verəcəyini bildirmişdir. Lakin soğan məhsulunu yığıb, satışda borcu ödəməmişdir. Elmidar ona soğanın yaxşı olduğunu və kisəni 12 manatdan satdığını ona demişdir. Lakin vədd etdiyi vaxtda heç bir ödəniş etməmişdir. Ondan dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirmişdir. Son vaxtlar isə Nazim ona vatsap vasitəsi ilə yazaraq pulu onun verəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda isə nə Elmidarın, nə də özünün heç bir ödəniş etməyəcəyini bildirib, onu təhqir edib, hədələmişdir. Hazırda isə onun müraciəti ilə tanış olmuş və Elmidara təhqiqata təqdim etdiyi “rocket” adlı dərmanı satmamışdır. Həmin dərmanın zavodu bağlanmışdır. O, həmin dərmandan sonuncu dəfə 2020-2021-ci illərdə satmışdır. Elmidar və Nazim borclu olduqları pulları istəməsin deyə onu şərləmişdirlər. Nazim və Elmidarın yalnış söylədiyini, onlara həmin dərmanı satmadığını bildirmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh araşdırma zamanı izahatında göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə soğan əkən zaman ondan təxminən 22.000 manatdan nisyə boru, toxum, dərman və s. şeyləri almışdır. 2023cü tarixində X5 ilə Ağcabədi rayonu Kəhrizli kənd ərazisində müvəqqəti təxminən 10 ha yaxın torpaq sahəsi icarəyə götürüb soğan əkmək qərarına gəlmişdirlər. Elmidar İddiaçı 1.000 manatlıq soğan toxumu almışdır. Yerdə qalan toxum, boru və dərman məhsullarını Elmidar nisyə götürmüşdür. Elmidarın hazırda Anara 9.600 manat borcu vardır. 2023-cü ilin iyul ayında əkdiyi soğana bit düşmüşdür. Elmidar da Anardan dərman alıb gətirmiş və soğana vurulmuşdur. Təxminən 1 həftə içində soğan məhv olmağa başlamışdır. Onlar elə düşünmüşlər ki, həmin dərman soğana əks təsir göstərmişdir. Onlar bu haqda Anara və başqa şəxsə heçnə deməmişlər. Soğanın bir hissəsini satmışlar. Lakin yenə də ziyan etmişlər. Bundan sonra Elmidarla Bakı şəhərinə gedib, usta işləməyə başlamışlar. Lakin Anar ona olan Elmidarın 9.600 manat borcuna görə onları narahat etməyə başlamışdır. Hətta “onları tutduracaq” sözünü demişdir. Anar onu təhqir etmişdir. Anar “whats app” vasitəsi ilə səslər ataraq hədələmişdir. Bununla bağlı heç kimin məlumatı yoxdur və Elmidar dərmanı tək nisyə almışdır. Onun Anara 22.000 manatdan çox borcu vardır. Göstərilən qərardan eyni zamanda görünür ki, X5 araşdırma zamanı izahatında göstərmişdir ki, 2023-cü ilin fevral ayında Ağcabədi rayonu, Ş.Təzəkənd kənd sakini Cavabdeh ilə şərik olaraq Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində icarəyə torpaq götürüb, soğan əkmək qərarına gəlmişdir. Onlar həmin sahəyə lazım olan toxum, dərman və borunu Ağcabədi rayon Ş.Təzəkənd kənd sakini İddiaçı götürmüşlər. O, həmin vaxt Anardan 1.000 manat ödəniş edib, soğan toxumu almış, qalan malları isə nisyə almışdır. Onun Anara 9.000 manatdan çox pul borcu qalmışdır. 2023-cü illin iyul ayında soğana bit düşmüş, o da Anarın yanına gedib bildirdikdə ona “rocket” adlı dərman vermişdir. O həmin dərmanı soğana vermiş, lakin 1 həftə sonra soğanın saralıb məhv olduğunu görmüşdür. O, bu haqda Anara heçnə deməmişdir. Həmin soğan məhsullardan bir qismini isə yığıb, satmışdır. Bundan sonra Nazimlə birlikdə Bakı şəhərinə gedib usta işləmişlər. Həmin vaxtdan Anara borcu olan 9.000 manatdan çox pulu verə bilmədiyi üçün Anar mütəmadi olaraq, Elmidara zəng edib onu narahat etmişdir. Şəriki Nazimə isə “onu və Elmidarı tutduracaq” deyə bildirmişdir. Anarın ona verdiyi dərmanın istifadə müddəti bitmişdir. O, dərmanı Anarın mağazasında özündən almış, həmin vaxt yanında heç kim olmamış və bu haqda sadəcə şəriki Nazimin xəbəri olmuşdur. Onlar Anarı şərləmir, onun Anara 9.000 manatdan çox borcu vardır və Nazimin isə 22.000 manat borcu vardır. Qeyd edilən qərardan həmçinin görünür ki, X8 araşdırma zamanı izahatında göstərmişdir ki, xeyli müdətdir, İddiaçı Ağcabədi rayonu Ş.Təzəkənd kənd ərazisində yerləşən təsərrüfat və bitkiçiliyə aid mallar satılan mağazasında işçi işləyir. X5 adlı şəxs 2023-cü il tarixində müxtəlif vaxtlarda mağazadan 9.661 manatlıq nisyə mal almış və hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Həmin qərardan eyni zamanda görünür ki, X7 araşdırma zamanı izahatında göstərmişdir ki, 2023-cü ildə Cavabdehla Elmidar Zeynalovun Ağcabədi rayon Kəhrizli kənd ərazisində yerləşən şərik əkdikləri 9 ha soğan sahəsini təxminən 30 dəfə traktoru ilə dərmanlamışdır. 2023-cü ilin may ayında soğana xəstəlik düşmüşdür və 3 ha soğan saralaraq məhv olmuşdur, həmin vaxt onlar soğanın dərman vurulma nəticəsində məhv olması barədə heçnə deməmişdirlər. Soğana dərman vurulma nəticəsində məhv olduğunu düşünmədiyini, Nazim və Elmidarın yalan dediyini və həmçinin onların ona 250 manat borcu qaldığını, müxtəlif bəhanələr gətirərək indiyə qədər ödəmədiklərini bildirmişdir. İş materiallarına əlavə edilən “nisyə dəftəri”ndən çıxarışdan görünür ki, həmin dəftərdə cavabdehə toxum, bitki dərmanları və s. avadanlıqların nisyə verilməsinə dair müvafiq qeydlər aparılmışdır. İş materiallarına əlavə olunan “whats app” vasitəsi ilə yazılan yazışmalarla bağlı çıxarışlardan görünür ki, tərəflər arasında qeyd edilən borcla bağlı yazışmalar aparılmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktub(ları)u göndərilmişdir. İşdən görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən Ağcabədi rayon Polis şöbəsinin 60/2-12089/25 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə toplanmış HK-1/947 saylı materiallar məhkəməyə təqdim edilmişdir. Ağcabədi rayon Polis şöbəsi tərəf tərəfindən məhkəməyə təqdim edilmiş materiallara əlavə edilən Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Cavabdeh və X2 müraciətləri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı izahatında (həmçinin qeyd edilən materiallara əlavə edilmiş əlyazma izahatında) göstərmişdir ki, Cavabdeh onun həmkəndlisidir. 2020 və 2021-ci illərdə Nazim ondan 22.485 manatlıq təsərrüfata aid olan toxum, rezin borular, dərmanlar və s. avadanlıqlar almış və ziyanlıq etdiyini bəhanə gətirərək indiyə qədər ödəməmişdir. 2023-cü ildə Ağcabədi rayonu, Şənlik kənd sakini X3 tanışı vasitəsi ilə tanımışdır. Elmidar Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində müvəqqəti istifadə üçün torpaq sahəsi götürüb soğan əkəcəyini bildirmişdir. Elmidar ondan sadəcə 1.000 manatlıq toxumu nəğd ödəniş edib almışdır. Daha sonra isə yenə Elmidar ondan 9.661 manatlıq toxum, rezin borular, dərmanları nisyə alıb, soğanı çıxarıb satdıqda pulunu verəcəyini bildirmişdir. Lakin soğan məhsulunu yığıb, satışda borcu ödəməmişdir. Elmidar ona soğanın yaxşı olduğunu və kisəni 12 manatdan satdığını ona demişdir. Lakin vədd etdiyi vaxtda heç bir ödəniş etməmişdir. Ondan dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirmişdir. Son vaxtlar isə Nazim ona vatsap vasitəsi ilə yazaraq pulu onun verəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda isə nə Elmidarın, nə də özünün heç bir ödəniş etməyəcəyini bildirib, onu təhqir edib, hədələmişdir. Hazırda isə onun müraciəti ilə tanış olmuş və Elmidara təhqiqata təqdim etdiyi “rocket” adlı dərmanı satmamışdır. Həmin dərmanın zavodu bağlanmışdır. O, həmin dərmandan sonuncu dəfə 2020-2021-ci illərdə satmışdır. Elmidar və Nazim borclu olduqları pulları istəməsin deyə onu şərləmişdirlər. Nazim və Elmidarın yalnış söylədiyini, onlara həmin dərmanı satmadığını bildirmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh araşdırma zamanı izahatında (o cümlədən, göstərilən materiallara əlavə edilmiş əlyazma izahatında) göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 2020 və 2021-ci illərdə soğan əkən zaman ondan təxminən 22.000 manatdan nisyə boru, toxum, dərman və s. şeyləri almışdır. 2023-cü tarixində X5 ilə Ağcabədi rayonu Kəhrizli kənd ərazisində müvəqqəti təxminən 10 ha yaxın torpaq sahəsi icarəyə götürüb soğan əkmək qərarına gəlmişdirlər. Elmidar İddiaçı 1.000 manatlıq soğan toxumu almışdır. Yerdə qalan toxum, boru və dərman məhsullarını Elmidar nisyə götürmüşdür. Elmidarın hazırda Anara 9.600 manat borcu vardır. 2023-cü ilin iyul ayında əkdiyi soğana bit düşmüşdür. Elmidar da Anardan dərman alıb gətirmiş və soğana vurulmuşdur. Təxminən 1 həftə içində soğan məhv olmağa başlamışdır. Onlar elə düşünmüşlər ki, həmin dərman soğana əks təsir göstərmişdir. Onlar bu haqda Anara və başqa şəxsə heçnə deməmişlər. Soğanın bir hissəsini satmışlar. Lakin yenə də ziyan etmişlər. Bundan sonra Elmidarla Bakı şəhərinə gedib, usta işləməyə başlamışlar. Lakin Anar ona olan Elmidarın 9.600 manat borcuna görə onları narahat etməyə başlamışdır. Hətta “onları tutduracaq” sözünü demişdir. Anar onu təhqir etmişdir. Anar “whats app” vasitəsi ilə səslər ataraq hədələmişdir. Bununla bağlı heç kimin məlumatı yoxdur və Elmidar dərmanı tək nisyə almışdır. Onun Anara 22.000 manatdan çox borcu vardır. İş materiallarından görünür ki, cavabdeh Bayramov X6 rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Sənan Məhərrəmov tərəfindən HK-İ/947 saylı araşdırma materialı üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarından Ağcabədi rayon prokurorluğuna xx.xx.2025-ci il tarixli şikayətlə müraciət edərək, qeyd edilən qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin vəkili Vəkil1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı məhkəmədə cavabdehə qarşı 22.485 manat məbləğində pul tələbinə dair iddia qaldırmışdır. Cavabdeh iddiaçıdan 2018-2019-cu illərdə soğan əkmək üçün toxum, bəzi ləvazimatlar götürmüşdür. Cavabdeh həmin məbləğin nə qədər olduğunu xatırlamır, lakin iddiaçının kartına həmin müddətdə ödəmişdir. Uzun müddət keçdiyi üçün həmin məbləğləri ödəməklə bağlı sənədləri təqdim edə bilmirlər. İddiaçıya borcu qalmış olsa idi, iddiaçı bu vaxtadək cavabdehə qarşı hər hansı bir hüquqi tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət edərdi. Hesab edir ki, iddiaçı qərəzli olaraq məhkəməyə müraciət etmişdir. Əgər o, vaxtında məhkəməyə müraciət etsə idi, cavabdeh ödənişlərlə bağlı sübutları məhkəməyə təqdim edərdi. İddiaçı iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarından göründüyü kimi iddia müddətinin axımının dayandırılması üçün heç bir səbəb yoxdur, iddiaçı öhdəliyin icra müddətinin bitməsindən sonra, yəni 2019-cu ilin sentyabr ayından 5 il sonra məhkəməyə müraciət etmiş, üç illik iddia müddətini keçirmişlər, bu halda cavabdehin ödənişlər barədə sübutların məhkəməyə təqdim edilməsini mümkünsüz etmişdir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı 22.845 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə iddiasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373 və 375-ci maddələrinə əsasən iddia müddətini tətbiq etməklə, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, İddiaçı həm yeznəsidir, həm də o, iddiaçının Ağcabədi rayonu, Ş.Təzəkənd kəndində yerləşən mağazasında satıcı vəzifəsində işləmişdir. xx.xx.2016-ci il tarixdən uzun müddət onunla birlikdə işləmişdir. Hazırda “Omar atçılıq”da “çapar” vəzifəsində işləyir. Cavabdeh uşaqlıqdan tanıyır. Hazırki işlə əlaqdar isə 2016-cı ildən münasibətləri daha yaxın olmuşdur. Belə ki, Cavabdeh müxtəlif vaxtlarda ondan 22.485 manat dəyərində nisyə boru, toxum, dərman və s. almışdır. Lakin hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Halbuki sezon sonunda, 2022-ci ilin payız ayında pulu tam şəkildə ödəməli idi. Sonuncu dəfə isə 2023-ci ildə şərikli soğan əkən zaman nisyə mal almışdır. Mallar nisyə satılarkən cavabdehə elektron qaimə-faktura göndərilməmiş, həmçinin mallar cavabdehə “malların təhvil-qəbul aktı” üzrə təqdim edilməmişdir. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndəsinin, cavabdehin vəkilinin izahatları, şahid ifadəsi və iş materiallarına əlavə edilən sənədlərlə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən malların dəyəri iddiaçıya ödənilməmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan qeyd edilən mallar (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) 2021 və 2022-ci illərdə deyil, 2020 və 2021-ci illərdə alınmışdır. Bu hal Ağcabədi rayon Polis şöbəsi tərəf tərəfindən məhkəməyə təqdim edilmiş materiallara əlavə edilən Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı, həmçinin qeyd edilən materiallara əlavə edilmiş tərəflərin əlyazma izahatları ilə təsdiq olunur. Belə ki, iş üzrə iddiaçı (onun nümayəndəsi və vəkili) tərəf tərəfindən məhkəməyə təqdim edilmiş Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətində bu “2021 və 2022-ci illərdə” kimi göstərilmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı malların sonuncu dəfə alındığı vaxtdan, yəni 2021-ci il tarixdən başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2025-ci il tarixdə, yəni 4 ildən sonra məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qıldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti keçdiyindən, iddia müddətinin bərpası üçün əsas olmadığından və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə eyni zamanda iddianın 158 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 158 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1477/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1477/2025
03.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver