Məhkəmə qərarları › İş №e-2-2(121)-1479/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1479/2024

15.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1479/2024 15.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Şirkətinin vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MŞS/MT023/2023-00396 saylı barışıq sazişinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 10 mart 2023-cü il tarixdə mediatorun iştirakı ilə "xxxx" şirkəti ilə İddiaçı arasında “mediasiya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri, Azərbaycan xiyabanı 163-də yerləşən "xxxx" Şirkətinin nümayəndəsi Vəkil, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf İddiaçı "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etməsi, ikinci tərəf X5, birinci tərəf “Araz Şöhrət" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirməsi və bu tələbi tam olaraq qəbul etməsi, ikinci tərəf İddiaçı, birinci tərəf “Araz-Şöhrət" Şirkətinə dəymiş ziyanı hissə-hissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "Araz-Şöhrət” Şirkətinin nümayəndəsi Vəkil təklif etməsi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Vəkil, ikinci tərəf İddiaçı təklifini qəbul etməsi və onunla razılaşması, ikinci tərəf İddiaçı 2023-cü ilin aprel ayının 1-dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "xxxx" Şirkətinin məhkəməyə müraciət elmək huququnun yaranması, ikinci tərəf İddiaçı buna etirazının olmaması, tərəflərin bir-birlərinə qarşı başqa təklifləri və tələblərinin olmaması və onların barışıq sazişini imzalamaları" barədə MŞS/MT023/2023- 00396 saylı barışıq sazişi bağlanılmışdır. Qeyd edir ki, məhkəmə qərardadı ilə təsdiq edilmiş MŞS/MT023/2023-00396 saylı barışıq sazişi təhdid altında, onun iradəsinə zidd şəkildə bağlanılmışdır. Belə ki, İddiaçı 2005-ci ildən Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində 29 nömrəli piştaxtada qızıl-zinət əşyaların satışı ilə (sahibkarlıq fəaliyyəti ilə) məşğul olmuşdur və hazırda da orada fəaliyyətini davam etdirir. 18 oktyabr 2016-cı il tarixdə saat 05 radələrində ticarət mərkəzi yanmışdır. Yanğına səbəb "xxxx" şirkətinin elektrik montyoru X6 tərəfindən elektrik xəttinin yolverilməz üsulla çəkilməsi və şirkətin rəhbərliyinin bu cür pozuntuya nəzarət etməməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2-2(121 )-334/2023 №-li iş üzrə 04 avqust 2023-cü il tarixli, 10/4974 №-li ekspert rəyindən müəyyən olunur ki, “... elektrik montyoru X6 tərəfindən İddiaçı istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparıİmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”ının 1.2, 1.9 bəndlərinin tələbləri "xxxx" Şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulmuşdur.” Sadə sözlə deyilsə, barışıq sazişində göstərilən 525 000 manat məbləğində ziyan iddiaçı tərəfindən deyil, elektrik montyoru və "xxxx" Şirkətinin vəzifəli şəxsləri tərəfindən müəssisəyə vurulmuşdur. Lakin bu halları nə mediator, nə də ki "xxxx" Şirkəti nəzərə almamışdır. Bundan başqa iddiaçının "xxxx" Şirkətinin ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı, gələcəkdə ticarət mərkəzindən çıxarılma riski və s. hallar onu MŞS/MT023/2023-00396 saylı barışıq sazişini təhdid altında və iradəsinə zidd şəkildə bağlamağa məcbur etmişdir. Cavabdeh "xxxx" Şirkətinin vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi yazılı etirazında iddianı qəbul etmədiklərini bildirmiş və əlavə etmişdir ki, iddia əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. İddiada göstərilənlər isə iddiaçının formal mülahizələridir. Belə ki, 18 oktyabr 2015-ci il tarixdə Saatlı şəhəri, H.Əıiyev prospektində yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Saatlı rayon məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmünə əsasən 2 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət əməli nəticəsində "xxxx" şirkətinə məxsus ticarət mərkəzinə 525000 manat maddi ziyan dəymiş və "xxxx" şirkəti cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Dəymiş ziyanın ödənilməsi ilə bağlı "xxxx" şirkəti tərəfindən mediasıya təşkilatına müraciət edilmiş və mediasiya prosesi zamanı "xxxx" şirkəti ilə İddiaçı arasında 10 mart 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişini könüllü qaydada icra etməmişdir. Bu səbəbdən "xxxx" şirkətinin direktoru tərəfindən İddiaçı barışıq sazişinin könüllü icra olunması üçün məktub göndərilmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Bundan sonra "xxxx" şirkəti mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Saatlı rayon məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsinə əsasən "xxxx" şirkətinin iddiası təmin edilərək barışıq sazişi təsdiq edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin edilməmişdir. Hazırda İddiaçı qanuni qüvvəyə minmiş Saatlı rayon məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli l(055)-46/2016 saylı hökmünə əsasən zərərçəkmiş şəxs "xxxx" şirkətinə 525000 manat maddi ziyan vurmuş təqsirli şəxsdir. Lakin buna baxmayaraq İddiaçı "xxxx" şirkətinə vurduğu 525000 manat maddi ziyanı müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır. İddiaçı barışıq sazişinin etibarsız sayılması barədə iddia ərizəsində qeyd edir ki, barışıq sazişini təhdid altında və iradəsinə zidd şəkildə bağlamışdır. İddiaçı məhkəmə iclası zamanı qeyd etmişdir ki, barışıq sazişini sığorta şirkətinin pul tələbini ona qarşı yönəltməməsi üçün Vüqar Məmmədovun sözünə inanaraq bağlamışdır. İddiaçı iddia ərizəsində bu halları qeyd etsə də nədənsə məhkəməyə bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona qarşı edilmiş təhdidin məhz nədən ibarət olmasını və hansı halın iradəsinə zidd olduğunu açıqlaya bilməmişdir. İddiaçı qeyd etdiklərinin əksinə olaraq həm Saatlı rayon məhkəməsində verdiyi izahatında, həmçinin də apellyasiya şikayətində mediasiya prosesinə könüllü olaraq gedib barışıq sazişini bağladığını qeyd etmişdir. İddiaçı barışıq sazişinin etibarsız sayılması barədə iddia ərizəsinə nəzər yetirdikdə müəyyən etmək olur ki, İddiaçı barışıq sazişinin etibarsızlığını yox, "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə təqsirliliyini mübahisələndirir. Nadirin qeyd etdiyi bu hallar isə hazırkı iş üzrə araşdırılası hallar deyildir, onu görə ki, təqsirliliklə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Bundan başqa maraqlısı budur ki, İddiaçı 8 ilə yaxın bir müddətdə cinayət işi üzrə təqsirliliyini bir dəfə də olsun mübahisələndirməmişdir. Yalnız söğorta təşkilatı subroqasiya qaydasında "xxxx" şirkətinə iddia qaldırdıqdan sonra Nadir bu fikirə gəlmişdir. Qanunvericiliyin tələbinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsə və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 18 oktyabr 2015-ci il tarixdə "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə isə zərərvuran şəxs yalnız İddiaçı müəyyən edilmişdir. Bu da onu göstərir ki, sığorta təşkilatı qarşısında yeganə maddi məsuliyyət daşıyan şəxs İddiaçıdur. Bütün bunlar onu göstərir ki, İddiaçı barışıq sazişinin etibarsız sayılması barədə iddia ərizəsində və hazırkı iş üzrə məhkəmə iclaslarında qeyd etdikləri əsassızdır və heç bir mötəbər sübutla təsdiq olunmur. İddiaçı məhkəmə iclasında məhkəməyə ünvanladığı yazılı izahatının məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, işlədiyi bazarda baş vermiş yanğın hadisəsi ilə bağlı "xxxx" ASC Saatlı rayon Mediasiya Təşkilatına müraciət edərək zərərçəkənlərə verilmiş sığorta ödənişini ondan və "xxxx" şirkətindən geri istəmişdir. Bundan sonra "xxxx" şirkətinin rəhbərliyi ona belə bir təklif etmişdir ki, aralarında formal olaraq barışıq sazişi imzalasınlar və həmin sazişdən görünsün ki, Şirkət ondan dəymiş zərərin ödənilməsini tələb edir. Bununla da "xxxx" şirkəti və o, "xxxx" ASC-nin iddiasından yayına biləcəklər. O, Şirkətin rəhbərliyinə inanıb barışıq sazişini imzalamışdır. Həmin vaxt Şirkətin direktor müavini Vüqar Məmmədov onu inandırmışdır ki, bu saziş formal olaraq bağlanılır və barışıq sazişində göstərilən borc məbləği ondan tələb edilməyəcəkdir. Şirkətlə belə bir razılığa gəlməyinin səbəbi onlarla uzun müddət bir yerdə işləmələri, bir-birlərini tanımaları olmuşdur. Sonradan "xxxx" ASC ona və Şirkətə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin prosesin gedişində "xxxx" ASC-nin nümayəndəsi bazarda baş vermiş yanğın hadisəsi ilə bağlı iş üzrə ekspertizanın keçirilməsini xahiş etmişdir, İddiaçı ekspertizanın təyin edilməsinə etiraz etməmişdir. Buna görə Şirkətin rəhbəri onu yanına çağıraraq ekspertizanın təyin olunmasına etiraz etmədiyinə, "xxxx" ASC ilə eyni mövqedən çıxış etdiyinə görə barışıq sazişində göstərilən məbləğdə borcun tutulması tələbi ilə ona qarşı məhkəmədə iddia qaldıracaqlarını bildirmişdir. Bir daha bildirir ki, cavabdehlə aralarında imzalanmış barışıq sazişi yalnız "xxxx" ASC-nin zərərçəkmişlərə ödənilmiş sığorta ödənişlərinin ondan və Şirkətdən tələb etməsinin qarşısını almaq məqsədi ilə bağlanmışdır, sonradan o, Şirkətin baş vermiş yanğın hadisəsində təqsirinin müəyyən edilməsi ilə nəticələnmiş ekspertizanın təyin edilməsinə razılığını bildirdiyi üçün, cavabdeh aralarında olan razılığı pozaraq formal olaraq bağlanmış barışıq sazişi üzrə ondan vurulmuş ziyana görə pul ödənilməsini tələb edir. Cavabdeh "xxxx" şirkətinin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında yazılı çıxışında göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, barışıq sazişi iddiaçıya hər hansı bir təzyiq və ya aldatma tətbiq edilmədən, iddiaçının sərbəst iradəsi ilə bağlanmışdır. İddiaçının bazarda baş vermiş yanğında yeganə təqsirli şəxs olması və buna görə də məhkum olunması qüvvədə olan məhkəmə hökmü ilə təsbit olunmuşdur. Qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmiş hallar isə yenidən müzakirə oluna bilməz. Buna görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında tərəflərindən "xxxx" şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında tələb irəli sürdüklərini, qəbul edilmiş məhkəmə qərarlarına əsasən 18 oktyabr 2015-ci il tarixdə “Araz- Şöhrət” şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsində “Araz- Şöhrət” şirkətinin rəhbərliyinin təqsirinin olmasının da müəyyən edildiyini, çıxarılmış məhkəmə qərarları ilə onların iddia tələblərinin təmin olunduğunu bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, işdə iştirak edən tərəflərin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və hazırda ünvan 2 ünvanı üzrə qeydiyyatda olmaqla yaşayır. İş materiallarından görünür ki, "xxxx" Şirkəti xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) kommersiya hüquqi şəxslərinin reyestrində qeydiyyata alınmışdır və şirkətin qanuni nümayəndəsi X2r. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(055)- 46/2016 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin maddə ilə o, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan "xxxx" Şirkəti ilə İddiaçı arasında mediator X3 iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023-00396 nömrəli barışıq sazişindən görünür ki, həmin Sazişlə tərəflər, mediasıya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri, Azərbaycan xiyabanı 163-də yerləşən "xxxx" şirkətinin nümayəndəsi Vəkil, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf İddiaçı "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etməsi, ikinci tərəf İddiaçı, birinci tərəf "xxxx" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirməsi və bu tələbi tam olaraq qəbul etməsi, ikinci tərəf İddiaçı, birinci tərəf "xxxx" Şirkətinə dəymiş ziyanı hissə-hissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Vəkil təklif etməsi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Vəkil, ikinci tərəf İddiaçı təklifini qəbul etməsi və onunla razılaşması, ikinci tərəf İddiaçı 2023-cü ilin aprel ayının 1-dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "Araz-Şöhrət” Şirkətinin məhkəməyə müraciət etmək hüququnun yaranması, ikinci tərəf İddiaçı buna etirazının olmaması, tərəflərin bir-birlərinə qarşı başqa təklifləri və tələblərinin olmaması barədə razılığa gəlmişlər. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)- 1290/2023 nömrəli qətnaməsi ilə, ərizəçi "xxxx" Şirkətinin, “Araz-Şöhrət» şirkəti ilə İddiaçı arasında 10 mart 2023-cü il tarixdə bağlanmış MŞS/MT023/2023-00396 saylı barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-354/2024 nömrəli qətnaməsi ilə, ərizəçi "xxxx" Şirkətinin (maraqlı şəxs İddiaçı) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(121)-334/2023 nömrəli qətnaməsi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı subroqasiya qaydasında vurulmuş zərərin əvəzi olaraq 41.196 manat məbləğində pul, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat olmaqla, ümumilikdə 41.409,59 (qırx bir min dörd yüz doqquz manat, əlli doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 nömrəli qətnaməsi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)-334/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)-334/2023 saylı qətnaməsi mübahisələndirilən – iddianın cavabdeh "xxxx" Şirkətinə qarşı təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdehlər "xxxx" şirkətindən və İddiaçı subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat, ümumilikdə 41409 (qırx bir min dörd yüz doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-402/2024 nömrəli qərarından çıxarışa əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" şirkətinə və İddiaçı qarşı “pul” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarının xronoloji ardıcıllığı belədir ki, İddiaçı (bundan sonra – iddiaçı) fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu cavabdeh "xxxx" Şirkətinə (bundan sonra – cavabdeh) məxsus olan ticarət mərkəzində (bazarda) 18 oktyabr 2015-ci il tarixdə yanğın hadisəsi baş vermiş, nəticədə həmin bazarda fəaliyyət göstərən çox sayda şəxsə, o cümlədən iddiaçıya və cavabdehə, həmçinin bazarın yaxınlığında yerləşən əmlak sahiblərinə maddi ziyan vurulmuşdur. Baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi açılmış və iddiaçı həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2016-cı il tarixdə çıxarılmış hökmlə iddiaçı Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) törətməkdə təqsirli bilinmiş və 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü tarixdə "xxxx" ASC cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, 18 oktyabr 2015-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində "xxxx" ASC-də sığorta təminatı almış ticarət mərkəzinin yaxınlığında yerləşən əmlaklar üzrə üç nəfər şəxsə ümumilkdə 41196 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir və həmin ödənişlər subroqasiya qaydasında cavabdehlərdən tutulmalıdır. xx.xx.2023-cü il tarixdə "xxxx" Şirkəti ilə İddiaçı arasında mediasiya vasitəsi ilə barışıq sazişi bağlanmış, sazişə əsasən İddiaçı baş vermiş yanğın hadisəsi nəticəsində "xxxx" Şirkətinə 525000 manat məbləğində ziyan vurduğunu qəbul etmiş və dəymiş ziyanı hissə-hissə olmaqla 30 il müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)- 334/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iş üzrə iddiaçının vəsatəti və İddiaçı razılığı ilə əlavə məhkəmə yanğın-texniki ekspertizası təyin edilmişdir və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1.xx.xx.2015-ci il tarixində Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" Şirkətinin vəzifəli şəxsləri və elektrik işçisi X6 tərəfindən normativ aktların tələbləri pozulmuşdurmu? Əgər pozulmuşdursa, bu pozuntular nədən ibarətdir? 2. xx.xx.2015-ci il tarixində Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" Şirkətinin vəzifəli şəxsləri və elektrik işçisi X6 tərəfindən normativ aktların tələbləri pozulduğu halda bu pozuntularla baş vermiş yanğın hadisəsi arasında səbəbli əlaqə varmı?”. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/4974 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində ticarətlə məşğul olan İddiaçı, istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrin şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisi verilməsi üçün alyümin kabellə çəkilmiş elektrik xəttini “Elektrik qurğularının quraşdırma qaydaları”na uyğun quraşdırıb istismar etməyərək, ticarət mərkəzinin ərazisində yerləşən digər ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə ona məxsus alyümin kabelə “soyuq burma” üsulu ilə mis naqillərlə elektrik xətlərinin birləşməsinə, həmin xətlərin yanar materiallardan olan digər ticarət obyektlərinin üzəri ilə çəkilməsinə icazə verdiyinə, eləcə həmin xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elektrik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 6.1, 6.2, 6.4, 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21 və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndlərinin tələbləri pozulmuşdur. "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində İddiaçı istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.4, 6.5 bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin tələbləri qərardadın təsviri hissəsində göstərildiyi kimi həmin xəttin çəkilməsini həyata keçirmiş elektrik montyoru X6 tərəfindən pozulmuşdur. Qərardadın təsviri hissəsində göstərildiyi kimi, elektrik montyoru X6 tərəfindən İddiaçı istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparılmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9-cu bəndlərinin tələbləri "xxxx" Şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 6.1, 6.2, 6.4, 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndinin tələblərinə riayət olunmaması yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır.” Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, ərizəçi "xxxx" şirkətinin xüsusi icraat qaydasında ərizəsi təmin edilərək “Araz-Şöhrət» şirkəti ilə İddiaçı arasında 10 mart 2023cü il tarixdə bağlanmış MŞS/MT023/2023-00396 saylı barışıq sazişi təsdiq edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iş üzrə iddia tələbi cavabdeh İddiaçı münasibətdə təmin, "xxxx" Şirkətinə münasibətdə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilərək, iddia hər iki cavabdehə münasibətdə təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, 08 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsində İddiaçı ilə yanaşı bilavasitə "xxxx" şirkəti də məsuliyyət daşıyır. Kollegiya qeyd edir ki, işin hallarına əsasən X6 "xxxx" şirkətində elektrik montyoru işləmişdir. Belə ki, işdə olan FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2015-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, X6 "xxxx" şirkətində elektrik montyoru işləmişdir. Habelə yuxarıda qeyd edilən yanğın hadisəsi üzrə araşdırma zamanı əldə edilmiş istintaq ifadələrindən aşkar olur ki, şirkətin nümayəndələri X6 ilə xx.xx.2009-cu il tarixdə müqavilə bağlamış, bundan sonra o, həmin şirkətdə xidmət etmişdir. Bununla yanaşı, X6 xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə istintaqa verdiyi ifadələrdə bazarda müqavilə əsasında elektrik montyoru işlədiyini və İddiaçı məxsus piştaxtaya elektrik naqillərini özünün çəkdiyini etiraf etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 03 noyabr 2023-cü il tarixli 3-17-5/2-44188/2023 saylı məktubundan da müəyyən edilir ki, "xxxx" şirkəti ilə xx.xx.2016-cı il tarixdə nəzarətçi-elektrik X6 arasında əmək müqaviləsi bağlanmışdır. ...Kollegiya qeyd olunanlara əsasən belə yekun qənaətə gəlir ki, X6 və "xxxx" şirkətini arasında əvvəllər, yəni məlum yanğın hadisəsi baş verdiyi vaxt mülki-hüquqi müqavilə (tapşırıq müqaviləsi) mövcud olmuş, sonrakı tarixlərdə isə o, şirkətin əmək müqaviləsi əsasında işçisi olmuşdur. Baş vermiş yanğın hadisəsində məsuliyyəti İddiaçı əlavə bilavasitə Ə.Qubadov yox, onun çalışdığı şirkət, yəni işəgötürən "xxxx" şirkəti də daşıyır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-402/2024 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh "xxxx" Şirkəti ilə aralarında bağlanmış barışız sazişinin formal xarakter daşıdığını, belə ki, həmin sazişi bağlamaqda əsil məqsədlərinin onlara qarşı subroqasiya qaydasında iddia irəli sürmüş "xxxx" ASC-ni tələbindən yayındırmaq məqsədi olduğunu, "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən dəfələrlə ona qarşı hər hansı bir tələblərinin olmadığının bildirildiyini və faktiki olaraq da uzun müddət ərzində ona qarşı belə bir tələbin irəli sürülmədiyini, lakin "xxxx" ASC-nin onlara qarşı subroqasiya tələbi üzrə başlanmış məhkəmə prosesində "xxxx" Şirkətinin və Şirkətin əməkdaşının yanğın hadisəsində təqsirli olub-olmamasının müəyyən edilməsi barədə ekspertiza təyin olunmasına etiraz etmədiyinə görə Şirkətin aralarında olan razılaşmanı pozaraq ona qarşı barışıq sazişi üzrə tələb irəli sürdüyünü, 525000 manat məbləğində zərərin tamamilə ödənilməsini öz üzərinə götürməsi üçün heç bir səbəb olmadığını, bu məbləğdə zərərin ödənilməsinin onun imkanları xaricində olduğunu, bunun yalnız "xxxx" ASC-də yalnış təsəvvür yaradılması məqsədi daşıdığını, buna görə də barışıq sazişinin etibarsız hesab edilməli olduğunu iddia edir. Cavabdeh "xxxx" Şirkəti isə tərəflər arasında bağlanmış barışıq sazişinin hər hansı bir başqa məqsəd güdmədiyini, məhkəmə hökmü ilə müəyyən edilmiş halı, yəni iddiaçının baş vermiş yanğın hadisəsində və bunun nəticəsində vurulmuş ziyanda yeganə təqsirli şəxs olmasını nəzərə alaraq, Şirkətə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə sazişin bağlandığını bildirir. Məhkəmə müəyyən edir ki, baxılan işin əsas mübahisəli məqamı tərəflər arasında bağlanmış barışıq sazişinin etibarlılığı ilə bağlı tərəflərin iddia və etirazları təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, baxılan iş üzrə mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış barışıq sazişinə hüquqi qiymət verilməlidir. Məhkəmə, tərəflər arasında imzalanmış barışıq sazişinə hüquqi qiymət verilməsi üçün ilk növbədə barışıq sazişinin mövcud qanunvericilikdə nəzərdə tutulmuş anlayışına və hüquqi xarakterinə aydınlıq gətirilməsini zəruri hesab edir. Bununla belə, mübahisələndirilən barışıq sazişinin mediasiya prosesində mediatorun iştirakı ilə bağlandığını, eləcə də sonradan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq edildiyini nəzərə alaraq əvvəlcə həmin sazişin etibarlılığı ilə bağlı məsələnin məhkəmə qaydasında baxıla bilməsinin hüquqi əsaslarına toxununlmalıdır. Məhkəmə tərəfindən xüsusi icraat qaydasında təsdiq edilmiş mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin sonradan onun iştirakçıları tərəfindən mübahisələndirilməsinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “'Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli Ne 01/2024 qərardadı ilə öz hüquqi həllini tapmışdır. Belə ki, adı çəkilən qərardadın 39, 44 və 47-ci bəndlərində göstərilənlərə əsasən, mediasıya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Adı çəkilən qərardadla belə nəticəyə gəlinmişdir ki, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər. Beləliklə müəyyən olunur ki, məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin sonradan onun iştirakçıları tərəfindən mübahisələndirilməsi mümkündür və həmin mübahisələr mülki qanunvericiliyin əqdlərin etibarlılığına dair məsələləri tənzimləyən müvafiq normalarının tələbləri tətbiq edilməklə baxılaraq həll edilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə bir neçə növ barışıq sazişi nəzərdə tutulmuşdur. Bunların ortaq xüsusiyyətləri yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında mübahisənin və ya qeyri-müəyyənliyin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil etsə də, bağlanma vaxtı, şəraiti, şərtləri və məcburi icra qüvvəsinə malik olub-olmaması meyarlarına görə bir-birlərindən fərqlənirlər. Məsələn, adi mülki hüquqi əqd kimi bağlanan barışıq sazişi (razılaşması) ilə, mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişi öz hüquqi qüvvəsinə və tərəflərə münasibətdə məcburi davranış qaydaları ehtiva etməsinə görə fərqlənirlər. Eləcə də, məhkəmə prosesində bağlanılan və məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin məcburi icra qüvvəsi ilə, yenə tərəflərin öz aralarında məhkəmədən əvvəl və ya kənar bağladıqları barışıq sazişinin icra edilməsində dövlət məcburiyyət tədbirlərinin tətbiqi ilə bağlı məsələlər başqa-başqadır. Bu baxımdan məhkəmə, mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin özünəməxsus xüsusiyyətləri barədə bəzi məsələlərin qeyd olunmasını zəruri hesab edir. Mübahisələrin alternativ həlli üsullarından biri olan mediasiya prosesinin nəticələrindən biri də mediasiyaya müraciət edən şəxslər arasında barışıq sazişinin bağlanması yolu ilə mediasiya prosesinin yekunlaşdırılmasıdır. Belə bir sazişin bağlanması mediasiya prosesinin müsbət nəticə ilə yekunlaşmasını, tərəflərin mübahisənin öz aralarında həllinə dair razılığa gəlmələrini təsdiqləyir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə əsasən, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” tərəflər arasında yaranmış mübahisənin məhkəməyə verilməsinə qədər və ya məhkəmədə işə baxılan zaman tətbiq edilə bilər. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən, tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, mübahisə tərəfləri könüllü şəkildə mediatora müraciət etməklə mediasiya prosesinə başlayaraq aralarında olan mübahisə və ya anlaşılmazlığı barışıq sazişi bağlamaqla həll edə bilərlər. Uğurlu mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin şərtləri tərəflər üçün məcburi xarakter daşıyır və müəyyən müddət ərzində saziş könüllü şəkildə icra olunmalıdır. Tərəflərdən biri sazişi icra etməkdən yayındığı təqdirdə, sazişin digər tərəfi barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edə bilər. Barışıq sazişi qanuna zidd deyildirsə məhkəmə onu təsdiq edir və məhkəmə qərarının qüvvəyə minməsi ilə barışıq sazişinin dövlət məcburiyyət tədbirləri tətbiq edilməklə məcburi qaydada icrası təmin edilir. Məhkəmə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin özünəməxsus xüsusiyyətlərini vurğulamaqla yanaşı qeyd edir ki, barışıq sazişi hüquqi mahiyyəti etibarı ilə əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər barışıq sazişinə də şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu, iradə bəyanlarının uydurma və ya yalan olmaması kimi əsas tələblər barışıq sazişinin də etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri şərtlərdir. Lakin qeyd edilməlidir ki, barışıq sazişinin əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, sazişi bağlayan tərəflər arasında artıq mövcud olan mübahisəli mülki hüquq münasibətlərinin qarşılıqlı razılıq və güzəştlər yolu ilə nizama salınmasında, həll edilməsində özünü göstərir. Belə ki, bütün növ barışıq razılaşmalarının ümumiləşdirilmiş leqal anlayışını verən Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Qeyd edilən xüsusiyyətlərindən çıxış edərək söyləmək olar ki, barışıq sazişinin etibarlı hesab edilməsi üçün bütün əqdlər üçün zəruri olan etibarlılıq şərtləri ilə yanaşı, barışıq sazişinin bağlanmasına səbəb olan həqiqi münasibətlərin müəyyən edilməsi, onların xarakterinin aydınlaşdırılması, həmin münasibətlərin qanunilik prinsiplərinə uyğun olub-olmamasına qiymət verilməsi vacibdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əqd üzrə hüquq münasibətlərinə daxil olarkən onun iştirakçılarının həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu, iradə bəyanlarının uydurma və ya yalan olmaması kimi şərtlər əqdlərin etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün tələb olunan başlıca şərtlərdəndir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsində nəzərdə tutulur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir (324.3). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5). Məhkəmə qeyd edir ki, barışıq sazişi ikitərəfli əqd olması etibarı ilə mülki hüquqi mənada müqavilə hesab edildiyinə görə mülki qanunvericiliyin müqavilələrin forma və məzmunlarına dair, müqavilələrin təfsirinə dair tənzimləyici normaları barışıq sazişinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci və 389.2-maddələrinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, əqdlərin etibarlılıq şərtləri içərisində tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi qədər, onların həqiqiliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əqdin iştirakçılarının qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyini pozulması əqdin mübahisələndirilməsinə səbəb olacaqdırsa, əqd bağlanarkən bəyan edilən qarşılıqlı iradə ifadələrinin qeyri-həqiqi olması əqdin yalan və ya uydurma xarakterdə olması səbəbindən əhəmiyyətsizliyi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli qərarında göstərilmişdir ki, “Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Plenum adı çəkilən qərarında daha sonra vurğulayır ki, “Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır.” Məhkəmə, tərəflərin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri dəlillərə baxılan işin müəyyən edilmiş faktiki hallarına və yuxarıda şərh olunanlara əsasən qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi onun işitrakçılarının həqiqi niyyətini əks etdirmədiyinə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığına görə əhəmiyyətsiz əqd hesab edilməlidir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün hər bir tərəfin gətirdikləri dəlilləri ayrıayrı qiymətləndirməyi zəruri sayaraq qeyd edir ki, iddiaçının tərəflər arasında bağlanmış barışıq sazişinin formal olduğuna, həmin sazişin cavabdehin təkidi ilə "xxxx" ASC-də yalnış təsəvvür yaratmaq məqsədi ilə bağlandığına dair iddiası işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, cavabdeh "xxxx" Şirkətinə məxsus olan ticarət mərkəzində yanğın hadisəsi 18 oktyabr 2015-ci il tarixdə baş verməsinə və həmin yanğın hadisəsində İddiaçı təqsirli hesab edilməsinə dair hökmün 22 sentyabr 2016-cı il tarixdə çıxarılmasına baxmayaraq, "xxxx" Şirkəti tərəfindən İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı mediasıya təşkilatına müraciət, xx.xx.2023-cü tarixdə "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətindən sonra, 2023-cü ilin mart ayında edilmişdir. Göstərilən müddət ərzində İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı hər hansı bir tələb irəli sürülməsinə dair sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, işdə olan İddiaçı məhkum edilməsi haqqında Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(055)-46/2016 nömrəli hökmündən görünür ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" Şirkətinin nümayəndəsi (direktor müavini) X8 verdiyi ifadəsində təqsirləndirilən şəxs İddiaçı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Baxılan iş üzrə məhkəmə iclasında isə cavabdehin nümayəndəsi cinayət işinə baxılarkən İddiaçı qarşı heç bir tələb və şikayətlərinin olmadığını bildirdikləri, keçən müddət ərzində ona qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir tələb irəli sürmədikləri halda, sonradan 7 ilə yaxın müddət keçdikdən sonra hansı səbəbdən ona qarşı tələblə çıxış etmələrinə açıqlıq gətirə bilməmişdir. Bununla yanaşı, işdə olan ərizəçi "xxxx" Şirkətinin barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)-1190/2023 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə keçirimiş məhkəmə iclasında ərizəçi "xxxx" Şirkətinin nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəni İddiaçı sığorta təşkilatı ilə eyni mövqedən çıxış etdiyinə görə verdiklərini etiraf etmişdir. Belə ki, ərizəçi "xxxx" Şirkətinin nümayəndəsi Vəkil həmin iş üzrə verdiyi izahatında bildirmişdir ki, "xxxx" ASC "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində yanmış mağaza sahiblərinə sığorta ödənişi etdikdən sonra mediasıya təşkilatına müraciət edərək cavabdeh şəxsdən, İddiaçı sığorta ödənişini tələb etmişdir. Lakin sığorta təşkilatı tərəfindən "xxxx" şirkəti də cavabdeh şəxs kimi işə cəlb edilmişdir. "xxxx" şirkəti bununla razılaşmamış və mediasiya prosesində razılaşma əldə olunmamışdır. Daha sonra kommersiya məhkəməsinə müraciət olunmuşdur və hazırda "xxxx" şirkəti də həmin işdə cavabdehdir. Hətta sığorta təşkilatı "xxxx" şirkətinin direktorunu, montyor işləyən şəxsi və daha bir neçə nəfər şəxsi də cavabdeh kimi işə cəlb etmək üçün vəsatət qaldırmış, lakin vəsatət təmin edilməmişdir. Hazırda həmin iş üzrə yekun qərar çıxarılmamışdır. Bundan sonra "xxxx" şirkəti İddiaçı da sığorta təşkilatı kimi hərəkət etdiyini, sığorta ödənişinin "xxxx" şirkəti tərəfindən ödənilməsini tələb etdiyini görərək ondan dəymiş ziyanı tələb etmişlər və bunun üçün mediasiya təşkilatına müraciət etmişlər. Bundan sonra şirkətlə İddiaçı arasında 10 mart 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır.” Məhkəmə, cavabdehin iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi dəlilləri işin müəyyən edilmiş hallarını nəzərə alaraq qitymətləndirərək bu qənaətə gəlir ki, həmin dəlillər əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh hansı səbəbdən cinayət işi üzrə məhkəmə prosesində iddiaçıya qarşı hər hansı bir tələblərinin olmadığını bildirdikləri və bundan sonra uzun müddət ərzində iddiaçıya qarşı dəymiş ziyanın ödənilməsinə dair tələblə çıxış etməmələri halında, barışıq sazişinin niyə məhz "xxxx" ASC-nin onlara və İddiaçı qarşı subroqasiya qaydasında tələb irəli sürdükdən sonra bağlandığına dair baxılan işin mühüm əhəmiyyət kəsb edən halına aydınlıq gətirə bilməmişdir. Halbuki, iddia tələbinin əsas arqumenti, barışıq sazişinin formal bağlandığına dair iddiaçının bildirdiklərinin əsas motivi, yanğın hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddiaçıya qarşı cavabdehin sığorta şirkətinin onlara qarşı subroqasiya qaydasında zərərin ödənilməsi barədə tələb irəli sürməsinə qədər heç bir tələbinin olmamasından, həmin sazişin yalnız sığorta təşkilatının onlara qarşı tələbindən yayınılması məqsədi ilə bağlandığından ibarətdir. Cavabdeh tərəfindən qeyd olunan suallara mötəbər dəlillərlə öz təsdiqini tapan və ya ən azından ağlabatanlıq meyarlarına uyğun olan cavabların verilə bilinməməsi iddiaçının barışıq sazişinin formal xarakter daşımasına dair iddiasının əsaslı hesab edilə bilməsi üçün zəmin yaradır. Məhkəmə qeyd edir ki, cavabdehin iddia tələbinə qarşı irəli sürdüyü əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının bazarda baş vermiş yanğında yeganə təqsirli şəxs olması və buna görə də məhkum olunması qüvvədə olan məhkəmə hökmü ilə təsbit olunmuşdur. Qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmiş hallar isə yenidən müzakirə oluna bilməz. İddiaçı barışıq sazişini hər hansı bir təhdid altında və iradəsinə zidd şəkildə bağlamamışdır. İddiaçı məhkəmə iclası zamanı barışıq sazişini sığorta şirkətinin pul tələbini ona qarşı yönəltməməsi üçün Vüqar Məmmədovun ("xxxx" Şirkətinin direktor müavini) sözünə inanaraq bağladığını bildirsə də, bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona qarşı edilmiş təhdidin məhz nədən ibarət olmasını və hansı halın iradəsinə zidd olduğunu açıqlaya bilməmişdir. İddiaçı qeyd etdiklərinin əksinə olaraq həm Saatlı rayon məhkəməsində verdiyi izahatında, həmçinin də apellyasiya şikayətində mediasiya prosesinə könüllü olaraq gedib barışıq sazişini bağladığını qeyd etmişdir. Məhkəmə, cavabdehin ilk dəlilinə qiymət verərək qeyd edir ki, İddiaçı baş vermiş yanğın hadisəsində təqsirli olması hazırda qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmiş işin mübahisəsiz hallarından birini təşkil edir. Bu hal məhkəmə üçün məcburi olmaqla heç bir şəkildə baxılan iş üzrə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı yanğın hadisəsində təqsirliliyinin müəyyən edilməsi, həmin hadisənin baş verməsində digər şəxslərin də sonradan mülki araşdırma və ya cinayət təqibi nəticəsində təqsirli hesab edilə bilinmələrini istisna etmir. Buna görə də, qeyd olunan hökmlə İddiaçı yanğın hadisəsində təqsirli bilinərək məhkum edilməsi faktı yalnız onun təqsirliliyi baxımından preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli qərarında bu nəticəyə gəlmişdir ki, “Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.” Beləliklə şərh olunanlardan aydın olur ki, cinayət işi üzrə çıxarılmış hökmlə yalnız müəyyənləşdirilən hallar, o cümlədən təqsirləndirilən şəxslərin dairəsi digər işlər üzrə preyudisiallıq əhəmiyyətinə malikdir. Məhkəmə, həmçinin qeyd edir ki, işdə olan və baxılan iş üzrə preyudisial əhəmiyyət daşıyan digər məhkəmə qərarları ilə baş vermiş yanğın hadisəsində İddiaçı ilə yanaşı, "xxxx" Şirkətinin vəzifəli şəxslərinin və elektrik işçisi X1 da təqsirli olması faktı təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-402/2024 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməsi, cavabdehlər "xxxx" Şirkətindən və İddiaçı subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinin qət edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)- 25/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, 08 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsində İddiaçı ilə yanaşı bilavasitə "xxxx" şirkəti də məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, yuxarıdakı abzasda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar, baxılan iş üzrə İddiaçı baş vermiş yanğın hadisəsində yalnız onun deyil, "xxxx" Şirkətinin də bu hadisədə təqsirli olması və bu xüsusatlardan çıxış edərək yanğın hadisəsi nəticəsində vurulmuş ziyanı tamamilə öz üzərinə götürməsi barədə "xxxx" Şirkəti ilə bağladığı barışıq sazişinin formal xarakter daşıması barədə iddiasının əsaslı olduğunu şərtləndirir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, cavabdehin iddia tələbinə qarşı etirazının digər hissəsini təşkil edən iddiaçının barışıq sazişini hər hansı bir təhdid altında və iradəsinə zidd şəkildə bağlamamasına dair dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, işin müəyyən edilmiş halları ilə iddiaçının barışıq sazişini mediasiya təşkilatına gedərək və öz iradəsini bəyan edərək imzalaması öz təsdiqini tapsa da, iddiaçının həmin sazişi bağlamasına dair iradəsinin formalaşmasına əsas olan hal və motivlər, eləcə də sazişi bağlamaqda güddüyü (cavabdehlə birgə) əsil niyyəti sazişin formal xarakter daşımasına, tərəflərin hər ikisinin sazişi bağlamaqda məqsədlərinin üçüncü şəxsdə yalnış təsəvvürün yaradılmasına yönəldiyinə dəlalət edir. Belə ki, iddiaçı və cavabdehin izahatlarından göründüyü kimi iddiaçı uzun müddət cavabdehə məxsus olan ticarət mərkəzində işləmişdir və hazırda da orada fəaliyyətini davam etdirir. İddiaçı yanğın hadisəsində onun da ciddi zərərə məruz qaldığını, məhkumluq həyatı çəkdyini, hadisə nəticəsində zərər çəkmiş şəxslərdən bəzilərinə dəymiş ziyanı ödədiyini, maddi vəziyyətinin çətin olduğunu, yeganə dolanışıq yerinin cavabdehə məxsus bazar olduğunu bildirərək, barışıq sazişini imzalamağa məcbur olduğunu qeyd edir. Həmçinin bildirir ki, cavabdeh Şirkətin rəhbərliyi ilə uzun müddət münasibətlərinin olduğuna görə onlara inanmış və barışıq sazişinin sığorta təşkilatının tələbindən yayınmaq məqsədi ilə bağlandığını düşünmüşdür. Məhkəmə qeyd edir ki, işin faktiki hallarının yuxarıda qeyd olunmuş xronoloji ardıcıllığından da aydın olur ki, tərəflər arasında barışıq sazişi yanğın hadisəsindən 7 il sonra, məhz sığorta təşkilatının İddiaçı və "xxxx" Şirkətinə qarşı iddia ilə çıxış etməsindən sonra bağlanmışdır. Sazişin bağlanmasının motiv və məqsədinin yanğın hadisəsi nəticəsində əmələ gəlmiş zərərin tamamilə İddiaçı üzərinə qoyulmaqla, həmçinin hadisə nəticəsində "xxxx" Şirkətini yalnız zərərə məruz qalan tərəf kimi göstərməklə, sığorta şirkətinin subroqasiya qaydasında tələbindən yayınmaq olduğu işin halları ilə tam sübut olunur. Beləliklə, şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, yalnız görünüş üçün, digər şəxslərdə yalnış təsəvvür yaradılması məqsədi ilə bağlandığı üçün uydurma əqddir və buna görə də əhəmiyyətsizdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3 və 337.4-cü maddələrinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-cü maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli qərarında şərh olunduğu kimi, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamət əqdin iştirakçılarının görüntüdə bağlandıqları əqdlə yanaşı həmin əqdin arxasında gizlədikləri və həqiqi iradələrini ifadə edən başqa bir müqavilənin olmasıdır. Digər əlamətlər isə yalan və uydurma əqdlərdə eynilik təşkil edir. Həmin əlaməltəri isə Konstitusiya Məhkəməsinin Plenumu belə qeyd etmişdir ki, “Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.” Məhkəmə qeyd edir ki, baxılan işdə mübahisələndirilən barışıq sazişinin uydurma xarakterdə olmaqla əhəmiyyətsiz əqd hesab edilməsini şərləndirən əsas əlamət, onun üçüncü şəxslərdə (sığorta təşkilatında) yalnış təsəvvür yaratmaq məqsədi ilə bağlanmasıdır. Məhkəmə yuxarıda şərh olunanları və sadalanan hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək bu nəticəyə gəlir ki, mübahisələndirilən barışıq sazişinin bağlanması üçün əsas olmuş münasibətləri yaradan hallar tərəflərin həqiqi iradələrinə uyğun olmadığına, saziş qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığına və nəticədə formal və uydurma xarakter daşıdığına görə özlüyündə əhəmiyyətsiz əqddir və buna görə də onun etibarsızlığı faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə "xxxx" Şirkəti arasında 10 mart 2023-cü il tarixdə Sabirabad 1 X4 bağlanmış MŞS/MT 023/2023-00396 nömrəli “Barışıq Sazişi” etibarsız hesab edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar