Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1482/2024 30.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X3 Kompleksi” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı təhvil verilmiş motorların geri qaytarılması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçıya məxsus 31 (otuz bir) ədəd “Asinxron” markalı elektrik matorlarının və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan şifahi razılaşmaya əsasən cavabdeh 2023-cü ilin ikinci yarısında, müxtəlif tarixlərdə təhvil aldığı və təhvil aldığı gündən 20 gün ərzində təmir edib iddiaçıya təhvil verməli olduğu ümumilikdə 37 ədəd “Asinxron” markalı elektrik matorlarını təmir edib “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı, iddiaçı isə öz növbəsində motorların təmiri üçün nəzərdə tutulmuş müvafiq ödənişi motorlar təhvil verildikdən sonra ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Belə ki, bu günədək təhvil verilmiş ümumilikdə 37 ədəd elektrik motorundan 6 ədədi iddiaçıya qaytarılmış, 31 ədəd elektrik motoru isə bu günədək geri qaytarılmamışdır. Cavabdehə qeyd olunan motorların təhvil verilməsi tərəfimizdən məhkəmə təqdim edilən və cavabdehin imzası ilə təsdiq edilmiş aktlar və qaimələrlə öz təsdiqini tapmaqdadır. Cavabdehə dəfələrlə zəng vasitəsilə, ünvanına pretenziya məktubu göndərilməklə və digər vasitələrlə borcun qaytarılması tələb olunsa da bu günədək heç bir nəticəsi olmamışdır. İş materialları və təqdim olunmuş sübutlarla da bir daha müəyyən edilir ki, cavabdeh bu günədək müxtəlif yalan vədlər və bəhanələr gətirərək bizə təhvil verməli olduğu 31 ədəd “Asinxron” markalı elektrik motorlarını təhvil verməkdən yayınmışdır və hal-hazırda öz qanunsuz hərəkətini davam etdirir. Bununla da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh "xxxx" MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın əsassız olduğunu nəzərə alıb iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlara qarşı qaldırılmış iddianın tam qanunsuz və əsasız olduğunu bildirir və iddianı qəti surətdə rədd edirlər. Ərizəyə əlavə etdiyi sübutlarla qarşı tərəfin ona borclu olduğunu aralarındakı müqavilə şərltlərinin iddiaçı tərəfindən pozulduğunu qeyd edir. “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə uzun müddətdir ki, podrat müqaviləsi əsasında işləyirlər. Bir-birlərini yaxşı tanıdıqlarından aralarında etibar və inam olub. Dəfələrlə olub ki, ona pul köçürmədən iddiaçının elektrik motorlarını təmir edib qaytarmış, sonradan pulu hesabına köçürmüşlər. Heç bir vaxt aralarında narazışılıq olmamışdır. Son zamanlarda yəni, xx.xx.2023-cü il və ondan əvvəl də yenə 6 mator cəmi 12 mator (dəyəri 10.804 manat) təmir edib pulunu ödəməsələrdə onlara təhvil vermişdir. Bir ildən artıqdır ki, pulu ala bilmir. əvvəllər tezliklə ödəyəcəklərini düsələr də sonradan həmin pulların başqa müəssisənin ödəyəcəyini bildirdilər. Əlavə olaraq ona 4 ədəd motor təmir etməyi tapşırdılar. Aralarındakı etibara görə pulun ödəməsələr də həmin motorları təmir etmişlər. Ona məlum olmuşdur ki. iddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti başqa şəxslərlə müqavilə bağlayıb onlarla işləmək istəyir. Bu haqda isə ona heç bir nə şifahi nə də yazılı xəbər verilməyib. Həmin mühərrikləri ondan istəyəndə pulunu ödəməklərini xahiş etmişdir. Yenə ödəyəcəyik vədi verəsələr də ödəməyiblər. O da motorları qaytarmamışdır. İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bildirir ki, müqavilənin vaxtı bitib, amma müqavilənin şərtində qeyd edilib ki, müqavilənin bitməsinə 15 gün qalmış yazılı surətdə xəbər verilməli, bu haqda bildiriş göndərimədiyi halda bu müqavilədə göstərilən eyni müddətdə uzadılmış sayılır. İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin belı bir xəbərdarlığı olmayıb, əksinə 34 motoru da təmir etməyi ona həvalə edib. Deməli müqavilənin müddəti uzadılmış sayılır. Sadəcə pulunu ödəməkdən yayınmaq üçün bir bəhanədir. Müqavilənin 2-ci şərtində 15 gün müddətində təmir üçün verdiyi motorların pulunu müəssisəyə ödəmək qeyd edilib. Lakin ildən artıq vaxt keçməsinə baxmayaraq ona olan borclarını, həmçinin 34 motorun pulu ödəmədən ondan almaq istəyir. İddiaçı iddia edir ki, onların motorlarını qaytarmır. Mülki Məcəllənin 757-ci maddəsində qeyd edir ki, podratçının hazırladığı daşınar əşyaya girov hüququ vardır. O da ildən artıqdır ki, borcunu ödəmədiyindən, müqavilənin şərtlərini pozub, tenderi udduğuna baxmayaraq başqa şəxdlərlə müqavilə bağladıqlarını bildiyindən müqavilənin şərtlərinə uyğun olarq borcunu ödədikdən sonra motorları qaytaracağını dəfələrlə iddiaçıya telefon vasitəsilə bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında iddiaya etiraz etdiyini, iddiaçı tərəfindən təmir olunması məqsədilə ona 51 ədəd mator verildiyini, həmin matorlardan 20 ədədini qaytardığını, lakin 31 ədəd matorun təmin xərcləri ödənilmədiyindən həmin matorları iddiaçıya qaytarmadığını qeyd etdi. Eyni zamanda, izahatında iddiaçının ona təmir etdiyi matorlara görə 10.000 manatdan yuxarı borcunun olduğunu bildirdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, etiraz ərizəsini, etiraz ərizəsinə əlavə edilmiş sənədləri, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 25.05.2021-ci il tarixli xidmət müqaviləsindən görünür ki, “İcraçı” “Sifarişçi”nin tapşırığı əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşması protokolunda göstərilmiş xidmətlərin yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. - 27.12.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, “X3 Kompleksi” MMC ilə "xxxx" MMC bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol hazırlanmışdır. Protokol iddiaçı tərəfindən imzalanmamışdır. - Malların təhvil-təslim aktlarından görünür ki, “X3 Kompleksi” MMC tərəfindən 40 ədəd elektrik matorları cavabdeh "xxxx" MMC-yə təhvil verilmişdir. - 14.07.2023-cü il tarixli qaimə-fakturadan görünür ki, “X3 Kompleksi” MMC tərəfindən "xxxx" MMC-yə 480 manat məbləğində ödəniş edilmişdir. - 28.09.2023-cü il tarixli qaimə-fakturadan görünür ki, “X3 Kompleksi” MMC tərəfindən "xxxx" MMC-yə 280 manat ödəniş edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan şifahi razılaşmaya əsasən cavabdeh 2023-cü ilin ikinci yarısında, müxtəlif tarixlərdə təhvil aldığı və təhvil aldığı gündən 20 gün ərzində təmir edib iddiaçıya təhvil verməli olduğu ümumilikdə 37 ədəd “Asinxron” markalı elektrik matorlarını təmir edib “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı, iddiaçı isə öz növbəsində motorların təmiri üçün nəzərdə tutulmuş müvafiq ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəflər arasında olan müqaviləyə əsasən müqavilə şərtlərini pozaraq təmir xərclərini cavabdehə tam şəkildə ödəməmiş, cavabdeh isə bunun müqabilində iddiaçıya məxsus 31 ədəd elektrik matorlarını özündə saxlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 757-ci maddəsinə əsasən, əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər. Qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış şifahi xidmət müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətlərin əvəzi olaraq cavabdehə ödəniləcək məbləğ iddiaçı tərəfindən tam şəkildə ödənilmədiyindən cavabdeh iddiaçının sifarişi əsasında təmir etdiyi matorlara girov hüququndan istifadə edərək iddiaçıya məxsus elektrik matorlarını öz tələblərinin təminatı üçün özündə saxlamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin (podratçının) podrat müqaviləsi üzrə vəzifələri olduğu kimi həm də təmir etdiyi iddiaçıya (sifarişçiyə) məxsus daşınar əşyaya girov hüququ vardır. Girov hüququ ilə bağlı məhkəmə qeyd edir ki, girovun əsas xüsusiyyəti ondan ibarətdir ki, o, öhdəlik formasında hüquq münasibətidir, yəni girov öhdəliyidir. Girovun əmələ gəlmə əsasları dedikdə, girov öhdəliyinin yaranmasına dəlalət edən hüquqi faktlar çıxış edir. Girov öhdəliyi iki cür hüquqi fakt əsasında yaranır. Yəni, girov öhdəliyinin əmələ gəlməsinin iki cür üsulu vardır: müqavilə və qanun. Qanun əsasında yaranan öhdəlik qanuni girov öhdəliyi və ya qanuni girov hüququ adlanır. Hazırkı işdə də olduğu kimi girov öhdəliyi qanun əsasında da yarana bilər (Mülki Məcəllənin 757-ci maddəsi) və cavabdehin girov hüququnun yaranması üçün ayrıca girov müqaviləsinə ehtiyac yoxdur. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra etmiş, bunun nəticəsində cavabdehin iddiaçıdan müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, iddiaçı isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı “X3 Kompleksi” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı təhvil verilmiş motorların geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan iddia rədd edilməlidir. Məhkəmə iddiaçıya izah edir ki, təmir üçün cavabdehə verilmiş 31 ədəd matorun dəyəri ödənildikdən sonra onun həmin matorların geri qaytarılması, dəymiş ziyanla bağlı kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı “X3 Kompleksi” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı təhvil verilmiş matorların geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1482/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1482/2024
30.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver