Məhkəmə qərarları › İş №e-2-2(121)-15/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-15/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-15/2023 07.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 28L000000091 saylı krеdit xətti müqaviləsi, xx.xx.2019-cu il tarixli 022R********** saylı və xx.xx.2019-cu il tarixli 055R********** saylı krеdit razılaşmalarına xitam verilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə - 022R********** saylı krеdit razılaşması üzrə 28.742,23 manat məbləğində krеdit bоrcu, 3.432,75 manat məbləğində faiz bоrcu və 5.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37.174,98 manat borcun, 055R********** saylı krеdit razılaşması üzrə 4.796,31 manat məbləğində krеdit bоrcu, 658,08 manat məbləğində faiz bоrcu və 1.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6.454,39 manat borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 43.629,37 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 150 manat xidmət haqqının tutulması, tutmanın İmişli şəhəri, Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evinə və İmişli şəhəri, Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 43.629,37 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 150 manat xidmət haqqının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, İmişli şəhəri, Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılmaları və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 28L000000091 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 022R********** saylı krеdit razılaşması əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 022R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 11.257,77 manat ödəmiş, onun 28.742,23 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 357 gün üçün hesablanmış faiz borcu 3.432,75 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 357 gün üçün hеsablanmış cərimə 5.000 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 055R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 055R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 25.203,69 manat ödəmiş, onun 4.796,31 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 246 gün üçün hesablanmış faiz borcu 658,08 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 246 gün üçün hеsablanmış cərimə 1000 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 28M000000033 nömrəli ipoteka müqaviləsi əsasında İmişli şəhəri, Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 2№-li reyestr kitabının 161№-li vərəqində qeydiyyata alınmış və RX0017080№-li çıxarışa əsasən İmişli şəhəri, Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evinin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. İmişli rayon İHB şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1226 saylı forma 2 arayışına əsasən İmişli şəhəri, Bülbül küçəsi ev 11 ünvanında qeydiyyatda olan Cavabdeh1 həmin ev İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa krеdit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 28M000000034 nömrəli ipoteka müqaviləsi əsasında İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 hatorpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binası (təyinat ticarət) İddiaçıQSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 1№lireyestr kitabının 144№-li vərəqində qeydiyyata alınmış və RX 0017081№-li çıxarışa əsasən İmişli şəhəri, Q.İsmayılzadə küçəsində 0.0127 hatorpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasının Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Mülkiyyətçinin həyat yoldaşı Cavabdeh1 həmin qeyri-yaşayış binası İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bu kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixliarayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 200 manat haqq ödənilmişdir. Sonradan iddiaçı “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 28L000000091 saylı kredit xətti müqaviləsi, xx.xx.2019-cu il tarixli 022R********** saylı və xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 022R********** sayh kredit razılaşması üzrə 21549.80 manat kredit borcu, 3432.75 manat faiz borcu və 5000 manat cərimə borcu olmaqla, cəmi 29982.60 manat, - 055R********** saylı kredit razılaşması üzrə 1899.82 manat kredit borcu, 658.08 manat faiz borcu və 1000 manat cərimə borcu olmaqla, cəmi 3557.90 manat, olmaqla iki kredit razılaşması üzrə ümumilikdə cəmi 33540 (otuz üç min beş yüz qırx) manat 50 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 150İ manat xidmət haqqının tutulması; tutmanın İmişli şəhəri Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 sayh fərdi yaşayış evinə və İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 33540 (otuz üç min beş yüz qırx) manat 50 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 150 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; İmişli şəhəri Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılmaları və hərracın nəticələri üzrə alıcıya təhvil yerilməsi, İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının “iddia tələbinin azaldılması barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, iş ekspertizada olduğu dövrdə cavabdehlər tərəfindən 10089 (on min səksən doqquz) manat məbləğində ödəniş həyata keçirilmiş, həmin ödənişin 7192.50 manat hissəsi xx.xx.2019cu il tarixli 022R********** saylı kredit razılaşması üzrə əsas borcdan, 2896.50 manat hissəsi isə xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşması üzrə əsas borcdan silinmişdir. Ona görə də hazırda kredit borcunun tutulmasına dair hissədə iddia tələblərinin azaldılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək iddia tələbini əsas və faiz borcuna münasibətdə qəbul etdiyini, lakin hesablanmış cərimə borcu ilə razılaşmadığını bildirərək məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini, “iddia tələbinin azaldılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 28L000000091 saylı kredit müqaviləsinə əsasən, 120 ay müddətinə 300.000 manat məbləğində krеdit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012ci il tarixli, 28L000000091 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 022R********** saylı kredit razılaşmasına əsasən, 22 ay müddətinə, aylıq 1.5% faiz dərəcəsi ilə, 40.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012ci il tarixli, 28L000000091 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşmasına əsasən, 24 ay müddətinə, aylıq 1.5% faiz dərəcəsi ilə, 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 28S000000278 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 28S000000279 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 28M000000033 saylı, xx.xx.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, İmişli şəhəri, Bülbül küçəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84.1 kv.m yaşayış, 95.6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 30.245,60 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli ərizəyə əsasən, Cavabdeh3 məxsus olan İmişli şəhəri, Bül-Bül küçəsi, ev 11 ünvanında yerləşən fərdi-yaşayış evini İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kredit təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Bülbül küçəsi 11 nömrəli fərdi yaşayış evi İddiaçı QSC -nin xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 28M000000034 saylı, xx.xx.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində 0,0127 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan 115.8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 108 saylı qeyri-yaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 41.244 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 108 saylı qeyri-yaşayış binası İddiaçı QSC -nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli ərizəyə əsasən, Cavabdeh3 məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 108 saylı qeyri-yaşayış binası İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kredit təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İş materiallarında olan arayışının surətindən görünür ki, Cavabdeh3 055R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 4.796,31 manat əsas, 658,08 manat məbləğində faiz borcu, 1.000 manat məbləğində cərimə borcu, cəmi 6.454,39 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan arayışının surətindən görünür ki, Cavabdeh3 022R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 28.742,23 manat əsas, 3.432,75 manat məbləğində faiz borcu, 5.000 manat məbləğində cərimə borcu, cəmi 37.174,98 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixənədək banka kredit borcunun olması, borc ödənilmədiyi halda müqaviləyə xitam verilməsi, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məlumatlandırılmışlar. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/4853 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 022R********** saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə və 022R**********S saylı xx.xx.2020-ci il tarixli sazişə əsasən xx.xx.2022-ci il tarixə, əsas borcu üzrə 29.433,66 manat, faiz borcu üzrə 5.298,06 manat; 055R********** saylı xx.xx.2019-cu il tarixli və 055R**********S saylı xx.xx.2020-ci il tarixli sazişə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 5.989,40 manat, faiz borcu üzrə 188,67 manat kredit razılaşması və borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh3 mülkiyyətində olan İmişli şəhəri, İmişli şəhəri, Bül-Bül küçəsi, ev 11 ünvanında yerləşən fərdi-yaşayış evinin likvid dəyəri 64.800 manat, Cavabdeh3 mülkiyyətində olan İmişli şəhəri, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 108 saylı qeyri-yaşayış binasının likvid dəyəri 85.500 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 500 manat məbləğində təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin 022R********** saylı kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2022ci il tarixə əsas borcu üzrə 29.433,66 manat, faiz borcu üzrə 5.298,06 manat; 055R********** saylı kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 5.989,40 manat, faiz borcu üzrə 188,67 manat borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissələrdə qismən təmin edilərək, cavabdehdən göstərilən 022R********** saylı kredit müqaviləsi üzrə 21.549,80 manat məbləğində əsas borc, 3.432,75 manat məbləğində faiz borcu və 055R********** saylı kredit müqaviləsi üzrə 1.899,82 manat məbləğində əsas borc, 188,67 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Cavabdeh3 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh3 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan normalar əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh3 ilə bağlanmış xx.xx.2012-ci il tarixli 28L000000091 saylı kredit xətti müqaviləsinin, xx.xx.2019-cu il tarixli 022R********** saylı və xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşmalarının ləğv edilməsi barədə tələb də əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə 022R********** saylı kredit razılaşması üzrə cərimənin 5.000 manat məbləğində deyil, 500 manat, 055R********** saylı kredit razılaşması üzrə 1.000 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 21 manat dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun 15 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 170 manat isə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin “ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın bu hissəsi də təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakın boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “əmlakların iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin əmlakı 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakın iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manatı müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, 50 (əlli) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 28L000000091 saylı kredit xətti müqaviləsi, xx.xx.2019-cu il tarixli, 022R********** saylı və xx.xx.2019-cu il tarixli, 055R********** saylı kredit razılaşmalarına xitam verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 022R********** saylı krеdit razılaşması üzrə 21.549,80 manat əsas borc, 3.432,75 manat faiz borcu, 500 manat cərimə borcu, 055R********** saylı krеdit razılaşması üzrə 1.899,92 manat əsas borc, 188,67 manat faiz borcu, 100 manat cərimə borcu, 15 manat dövlət rüsumu, 200 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 170 manat dövlət rüsumu olmaqla, ümumilikdə 28.056,14 (iyirmi səkkiz min, əlli altı manat, on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh3 məxsus İmişli şəhəri, Bülbül küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84.1 kv.m. yaşayış, 95.6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinə və İmişli şəhəri, Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq sahəsində yerləşən 115.8. kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 108 saylı qeyri-yaşayış binasına yönəldilsin. Cavabdeh3 məxsus İmişli şəhəri, Bülbül küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84.1 kv.m. yaşayış, 95.6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 64.800 manat məbləğində və İmişli şəhəri, Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq sahəsində yerləşən 115.8. kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 108 saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 85.500 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3 qaytarılsın. İmişli şəhəri, Bülbül küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84.1 kv.m. yaşayış, 95.6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılsın. İmişli şəhəri, Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq sahəsində yerləşən 115.8. kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 108 saylı qeyri-yaşayış binasına tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binası boşaldılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manatı müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, 50 (əlli) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar