Məhkəmə qərarları › İş №e-2-2(121)-1516/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1516/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1516/2023 17.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 400,000 Avro məbləğində pul vəsaitinin (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun) alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və EAGO şirkəti arasında 23 aprel 2018-ci il tarixdə sonuncunun rəsmi nümayəndəsi ilə birlikdə “Məsləhət Xidmətləri göstərməsi üzrə” müqavilə bağlanmış və həmin müqavilə ilə əlaqədar İddiaçı EAGO şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi və Layihə Koordinatoru kimi EAGO şirkəti ilə “Layihənin Koordinasiyası üzrə müqavilə” bağlamış və hər iki müqavilə üzrə Cavabdeh MMC ödəməyə borclu olduğu 400.000 avronu ödəməyə rəsmi məktublarda söz versə də, müxtəlif bəhanələrlə ödənişdən yayınmışdır. Belə ki, 23 aprel 2018-ci il tarixdə “Avesta Konserni”nin ofisində çoxsaylı şəxslərin iştirakı ilə Cavabdeh MMC adından X9 və EAGO şirkəti (36 rue Colette, Angers, France) adından şirkətin prezidenti Sami AbiKhalil arasında Biləsuvar rayonunda Logistika Mərkəzinin ümumi Məsləhət xidmətləri ilə bağlı ******* avro dəyərində rəsmi müqavilə imzalanmışdır. Cavabdeh MMC-nin təsisçisi X3 razılığı, şahidliyi və rəsmi iştirakı ilə 23 aprel 2018-ci il tarixində eyni saatda və eyni məkanda EAGO şirkəti və İddiaçı arasında “Layihənin Koordinasiyası üzrə müqavilə” bağlanmışdır. Müqavilədə qeyd olunmuşdur ki, Şirkət (EAGO) Azərbaycanın Biləsuvar rayonunda “AZ Logistics Center” adlı X1 biznesindədir, buna əsasən tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Şirkət (EAGO) Biləsuvar rayonunda “AZ Logistics Center” adlı logistika mərkəzi üçün xidmətlər siyahısında göstərilən xidmətləri təmin etmək və yerinə yetirmək üçün Layihə Koordinatorunu Məsləhətçi kimi işə cəlb edir və Layihə Koordinatoru bununla bağlı tapşırığı qəbul edir. Müqavilə 18 ay müddətinə bağlanıb və qüvvəyə mindiyi tarixdən başlayır və xidmətlər başa çatana və ya Müqavilə ləğv edilənə qədər qüvvədə qalır. Sami AbiKhalilin adından göstəriləcək Xidmətlərə görə yerli Layihə Koordinatoruna 400000 avro məbləğində xidmət haqqı on səkkiz aya bölünərək Layihə Koordinatorundan çıxılacaq vergilər daxil olmaqla aylıq hesab-fakturalar əsasında Cavabdeh MMC tərəfindən birbaşa ödənməlidir. “X8 " MMC bu məbləği Sami AbiKhalilin məbləğindən tutmalı və birbaşa İddiaçı bank hesabına ödəməlidir. Layihə Koordinatoru Məsləhətçi adından Bakı və Biləsuvarda xidmətlər göstərdiyi üçün onun bank hesabına Bakıda ödəmək birbaşa Sifarişçinin (Cavabdeh MMC) üzərinə düşür. Layihə Koordinatoru üçün ödəniş tikinti şirkəti tərəfindən sahədə tikinti işlərinin gedişindən asılı olmamalı və yalnız müddətə əsaslanan koordinasiya, sənədləşmə işləri və əlaqələndirmə xidmətlərindən asılı olmalıdır. Layihə Koordinatoruna ödəniş yalnız hesab-fakturalar vasitəsilə həyata keçirilir. Bütün belə hesab-fakturalar Məsləhətçi EAGO tərəfindən hesab-fakturalar alındıqdan sonra 5 təqvim günü ərzində ödənməlidir. Məsləhətçi (Sami AbiKhalil) və Layihə Koordinatoru birgə hesab-fakturalar da təqdim edə bilərlər. Cavabdeh MMC-nin adından İsrail Əhmədov və EAGO adından Sami AbiKhalil arasında imzalanmış müqavilədə və Məsləhətçinin Layihə Koordinatoru İddiaçıla bağladığı müqavilədə də, eyni zamanda Məsləhətçinin Sifarişçiyə təqdim etdiyi çoxsaylı rəsmi məktublarda da təsdiq edilir ki, Layihə Koordinatoruna ödəniş yalnız Cavabdeh MMC tərəfindən aparılmalıdır. 23 aprel 2018-ci il tarixdən başlayaraq qeyd edilən müqavilə üzrə Layihə Koordinatoru kimi Cavabdeh MMC-nin ofis və sahədəki işçiləri ilə qarşılıqlı əlaqədə əvvəl ünvan 1 ünvanında yerləşən ofisdə, sonra isə 2019-cu ildə ünvan 2 ünvanında yerləşən ofisdə Biləsuvardakı logistika mərkəzinə aid layihə ilə əlaqədar işləməyə başlamışlar. 2018-ci ilin may ayından başlayaraq EAGO adından Sami AbiKhalil tərəfindən məsləhət xidmətlərinin ödənişi ilə bağlı göndərilmiş rəsmi hesab-fakturaları elektron qaydada Cavabdeh MMC-yə təqdim edilsə də, cavabdeh maliyyənin açılmasından sonra ödəniş aparılacağına yazılı söz vermişdir. Cavabdeh MMC üçün Aid Consulting məsləhətçi şirkətinin bir qanunsuz və saxta sənədində isə 2018 ildə X2 artıq milyonlarla pul xərcləndiyi göstərmişdir. Sual olunur ki, vəsait olduğu halda niyə EAGO və iddiaçı üçün hesab-fakturaların pulu indiyədək ödənmir? Cavabdeh MMC-nin xahişi ilə Məsləhətçi Sami AbiKhalil logistika mərkəzi üçün Avropada mütəxəssislərin köməyi ilə əhəmiyyətli sənədlər hazırlamış, iddiaçı isə Dubay və Fransa ilə Sifarişçi arasında gedən bütün danışıqları idarə edərək təşkilatçılıq həyata keçirmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400.000 Avro pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk öncə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olub-olmamasına məhkəmə xüsusi diqqət yetirməlidir. Çünki, iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1. iddiaçının hazırkı iddianı qaldırmaqda müvafiq subyektiv hüquqlara malik olub-olmaması, yəni əqd üzrə pul tələbi hüququnun mövcudluğu; 2. əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdeh tərəfin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. Belə ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə hüququnu istisna edir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Oxşar hüquqi mövqe “L.İ.Binnətovanın şikayıti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da ortaya qoyulmuşdur. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir. İddia tələbindən və iş materiallarına əlavə edilmiş müqavilələrdən göründüyü kimi “EAGO” şirkəti ilə Cavabdeh MMC arasında 23 aprel 2018-ci il tarixdə 18 ay müddətinə məsləhətçi xidməti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin tam məbləği 2.000.000 Avro təşkil edir. Azərbaycandakı nümayəndənin müqavilə məbləği olan 400.000 Avro sifarişçi tərəfindən bir başa nümayəndənin bank hesabına ödənilməlidir. Həmin müqavilənin 10-cu maddəsinə əsasən tərəflərdən hər hansı biri bu Müqavilənin öhdəliklərini pozduqda və digər tərəfin bu pozuntu barədə qeydiyyatlı məktubu alınmasını təsdiq etdiyindən 30 gün sonra pozuntu düzəldiyi halda, şikayətçi tərəf bu müqavilənin şərtlərinə və xüsusi şərtlərə birtərəfli qaydada xitam verə bilər. İş materiallarına əlavə edilmiş “EAGO” şirkəti ilə Kamal Abbasov arasında layihə koordinasiyası üzrə müqavilənin 3-cü bəndinə əsasən Layihə koordinatorunun haqqı X13 adından göstəriləcək xidmətlərə görə yerli layihə koordinatoruna 400.000 Avro məbləğində xidmət haqqı 18 aya bölünərək aylıq əsaslı hesab faktura əsasında Cavabdeh MMC tərəfindən ödənilməlidir. Cavabdeh MMC bu məbləği cənab X13 məbləğindən tutmalı və birbaşa cənab Kamal Abbasovun bank hesabına ödəməlidir. Hər iki müqaviləyə nəzər salsaq görərik ki, Cavabdeh MMC iddiaçı K.Abbasov arasında müqavilə öhdəlikləri yaranmamış, iddiaçının iddia etdiyi xidmətlər onun “EAGO” şirkəti ilə arasında olan öhdəlik münasibətləri əsasında aparılmışdır. Belə olan halda, hazırkı iddia tələbi ilə çıxış edə biləcək şəxs “EAGO” şirkəti olmalı və ya Cavabdeh MMC deyil “EAGO” şirkəti olmalıdır. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş, “EAGO” şirkətinin direktoru tərəfindən imzalanmış 18 iyul 2022-ci il tarixli məktubunda qeyd edilir ki, onun məsləhətçi fəaliyyəti 2018-ci ilin dekabr ayının sonundan etibarən İsrail Əhmədovun verdiyi vədlərə əməl etmədiyi üçün onun tərəfindən dayandırılmışdır (yəni birtərəfli qaydada xitam verilmişdir)... Qeyd edilənləri nəzərə alaraq, hesab edirəm, hazırda 23 aprel 2018-ci il tarixli müqaviləyə əsaslanan istənilən tələb üzrə iddia müddəti ötürüldüyündən, iş üzrə iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsinin aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti аşаğıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin7 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı işüzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göründüyü kimi qanunverici müqavilə tələbləri üzrə 3 illik iddia müddət müəyyən etmiş, iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Belə ki, 2018-ci ilin dekabr ayından xitam verilmiş müqavilə üzrə iddia müddəti 2021-ci ilin dekabr ayı, hətta həmin müqaviləyə xitam verilməsə belə 2022-ci ilin oktyabr ayında iddia müddəti bitmiş hesab olunmalı və həmin müqavilə üzrə bu müddətlərdən sonra olunan bütün müraciətlər 3 illik müddəti ötürməklə verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarını əsas tutaraq İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kommersiya iş üzrə iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun Cavabdeh MMC ilə iş münasibətləri 2017-ci ildən etibarən başlamışdır. Həmin vaxtdan o, cavabdehə tərcüməçilik xidmətləri göstərmişdir. EAQO şirkəti ilə onun münasibətləri isə sonradan, EAQO şirkəti ilə Cavabdeh MMC arasında iş birliyinə dair danışıqlar başladıqdan sonra yaranmışdır. O, EAQO şirkəti ilə müqavilə bağlayaraq həmin şirkətlə Cavabdeh MMC arasında əlaqələndirici olmuş, həmin şirkətlərin birgə fəaliyyətlərinin həyata keçirilməsi üçün EAQO şirkətinin yerli koordinatoru olaraq işləmişdir. Həyata keçirilən işlərin görülməsində onun xüsusi xidmətləri olmuşdur. Gördüyü xidmətlər cavabdeh tərəfindən bəyənilmiş, bununla əlaqədar olaraq cavabdeh bir neçə dəfə EAQO şirkətinin rəhbərinə yazdığı məktubda öz minnətdarlığını bildirmişdir. Bundan əlavə cavabdeh həmin məktublarında həm EAQO şirkətinə, həm də ona xidmət haqqını ödəyəcəyinə vəd vermişdir. EAQO şirkəti 2018-ci ilin sonlarında Cavabdeh MMC ilə əməkdaşlığına son qoysa da, o, öz fəaliyyətini davam etdirmiş, logistika mərkəzinin inşası istiqamətində Cavabdeh MMC-nə xidmət göstərməkdə davam etmişdir. Lakin sonradan Cavabdeh MMC verdiyi vədə əməl etməyərək ona xidmət haqqını ödəməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında hazırki tələblə çıxış etməsi üçün İddiaçı subyektiv hüququnun olmadığını, belə bir hüququn olması halında isə iddia müddətinin ötürüldüyünü bildirdi və iddanın rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən iddiaçı və nümayəndələrin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, 128505 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Aslanov X4 rayonundan məcburi köçkündür. İş materiallarında olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan EAGO şirkəti (“Məsləhətçi”) və Cavabdeh MMC (“Sifarişçi”) arasında bağlanmış, azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiqləndiyi xx.xx.2018-ci il tarixli müqavilənin: 1-ci bəndinə əsasən, bu müqavilə ilə Sifarişçi bu müqavilənin əlavə hissəsi kimi ayrıca imzalanacaq xüsusi/ayrıca şərtlər müqavilə hissəsində təfərrüatlı xidmətlərin icrasını qəbul edən məsləhətçiyə səlahiyyət verir. Məsləhətçi xidmətləri özü tərəfindən və ya bunun üçün yaxşı mütəxəssisi (mütəxəssisləri) seçməklə həyata keçirməyi öhdəsinə götürür; 2-ci bəndinin 2-ci cümləsinə əsasən, missiya Sifarişçinin ofisində yerinə yetirildikdə, məsləhətçinin nümayəndəsi adekvat iş şəraiti ilə təmin edilməlidir və nümayəndənin Məsləhətçi ilə müqaviləsinin tam məbləğindən asılı olarq sifarişçi aylıq hesab-fakturalar əsasında birbaşa sifarişçi tərəfindən ödəniş alacaq. Bu paraqrafdakı bəyanat hər hansı gələcək düzəlişin mövzusu oa bilməz. 3-cü bəndinə əsasən, bu müqavilə 22 aprel 2018-ci il tarixindən qüvvəyə minir və 18 ay müddətində davam edəcək. Sifarişçi bütün dizayn işlərini məsləhətçinin yoxlama baxışı üçün yekunlaşdırmağı öhdəsinə götürür. Bu müqavilənin uzadılması və ümumi müqavilə məbləğinə hər hansı düzəliş yazılı şəkildə təqdim olunacaq və hər iki tərəfindən qəbul ediləcək. 8-ci bəndinə əsasən, xidmət təminatçısı tərəfindən bu müqavilə müddətində göstərilən xidmətlərin haqqı bu Müqavilənin tam məbləği olan 2.000.000 avro məbləği əsasında hesab-fakturalara bölünəcək və bu müqaviləyə digər missiyalar əlavə edildikdə bu məbləğ artırılacaq. Azərbaycandakı Nümayəndənin müqavilə məbləği olan 400.000 avro sifarişçi tərəfindən birbaşa Nümayəndənin bank hesabına ödənilməlidir. Məsləhətçi və Nümayəndənin hər ikisinə ödəniş hesab-fakturanın qəbul edildiyi tarixdə ayrıca yerinə yetirilməlidir.Bu tariflərə Məsləhətçinin və onun təyin etdiyi nümayəndələrin çəkdiyi bütün xərclər, o cümlədən səyahət xərcləri, məsləhətçinin qərara aldığı beynəlxalq sərgi və tədbirlərdə iştirak daxildir. Hər ayın sonunda xidmət təminatçısının/məsləhətçinin fəaliyyət hesabatı Sifarişçiyə təqdim olunacaq. Sifarişçi lazım olduqda düzəliş etdikdən sonra bu sənədi provayderə/məsləhətçiyə qaytarmağa razılaşır. Fəaliyyət hesabatının qəbulu xidmət təminatçısı/məsləhətçi tərəfindən göstərilən xidmətin tanınmasını nəzərdə tutur və hesab-faktura üçün əsas yaradır. İş materiallarında olan EAGO şirkəti və EAGO-nun Azərbaycan Nümayəndəsi cənab İddiaçı arasında bağlanmış, azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiqləndiyi xx.xx.2018-ci il tarixli “Layihənin koordinasiyası üzrə” müqavilənin preambulasından görünür ki, bu müqavilə bir tərəfdən cənab X15 (bundan sonra Şirkətin Məsləhətçisi adlanacaq), digər tərəfdən cənab İddiaçı (bundan sonra Layihə Koordinatoru, EAQO-nun Azərbaycan nümayəndəsi) arasında bağlanarkən, EAQO şirkəti ilə "X8” MMC arasında 22 aprel 2018-ci il tarixdə imzalanmış müqavilənin imzalandığı nəzərə alınmışdır. “Layihənin koordinasiyası üzrə” müqavilənin: 1-ci bəndinə əsasən, Şirkət Biləsuvar rayonunda “AZ Logistics Center” adlı Logistika mərkəzi üçün xidmətlər siyahısında göstərilən xidmətləri təmin etmək və yerinə yetirmək üçün layihə Koordinatorunu Məsləhətçi kimi işə cəlb edir və Layihə Koordinatoru bununla bağlı tapşırığı qəbul edir; 2-ci bəndinə əsasən, bu müqavilə 18 ay müddətinə bağlanıb və qüvvəyə mindiyi tarixdən başlayır və xidmətlər başa çatana və ya bu müqavilə ləğv edilənə qədər qüvvədə qalacaq; 3-cü bəndinə əsasən, X13 adından göstəriləcək xidmətlərə görə yerli Layihə Koordinatoruna 400.000 avro məbləğində xidmət haqqı 18 aya bölünərək Layihə Koordinatorundan çıxılacaq bütün vergilər də daxil olmaqla, aylıq əsaslı hesab-fakturalar əsasında "X8” MMC tərəfindən ödənməlidir. Cavabdeh MMC bu məbləği cənab X13 məbləğindən tutmalı və birbaşa cənab İddiaçı bank hesabına ödəməlidir. Layihə koordinatoru Məsləhətçi adından Bakı və Biləsuvarda xidmətlər göstərdiyi üçün onun bank hesabını bırbaşa Bakıda ödəmək Sifarişçinin (Cavabdeh MMC-nin) üzərinə düşür. Layihə Koordinatoru üçün ödəniş tikinti şirkəti tərəfindən sahədə tikinti işlərinin gedişindən asılı olmamalı və yalnız müddətə əsaslanan koordinasiya, sənədləşdirmə işləri və əlaqələndirmə xidmətlərindən asılı olmalıdır. Layihə Koordinatoru xidmətlərin yerinə yetirilməsi zamanı uyğun şəkildə çəkilmiş bütün xərclərin əvəzini almaq hüququna da malikdir. Layihə Koordinatoruna ödəniş yalnız hesab-fakturalar vasitəsilə həyata keçirilir. Bütün belə hesab-fakturalar Məsləhətçidən (X15) hesab-fakturalar alındıqdan sonra 5 təqvim günü ərzində ödənməlidir. Məsləhətçi (X15) və Layihənin Koordinatoru birgə hesab-fakturalar da təqdim edə bilərlər. İş materiallarında olan ingilis dilindən tərcümə edilmiş EAGO şirkətinin Cavabdeh MMC-nə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda, verilmiş suallara cavab verildiyinə görə təşəkkür edildiyi, tikintisi planlaşdırılan logistik mərkəzin maliyyələşdirilməsi ilə bağlı bəzi sualların aydınlaşdırılmasının xahiş edildiyi; xx.xx.2018-ci il tarixli məktubda, göndərilmiş layihə çizgidəki planlara görə təşəkkür edildiyi, lakin layihədə bəzi adların tərcümə edilə bilinməməsi nəzərə alınaraq onların ingilis dilinə tərcümə edilməsinin xahiş edildiyi, layihə haqqında daha ətraflı cavabların gözlənildiyi; xx.xx.2018-ci il tarixli məktubda, göndərilmiş hesab-fakturalara uyğun olaraq məsləhətçi haqları ilə bağlı külli miqdarda pulun ödənilməsinə borclu olunduğu, 22 aprel 2018-ci ildə imzalanmış müqavilədə nəzərdə tutulmuş və 0251 nömrəli rəsmi məktubla təsdiq edilmiş öhdəliyə əməl edilməsinin xahiş olunduğu, layihə ilə bağlı son gedişatlar barədə məlumat verilməsinin xahiş edildiyi, ən son xəbərlərin çatdırılmasının, razılaşdırıldığı kimi Abu- Dabidə görüşün təşkil edilməsinin, xx.xx.2018-ci il tarixli, 0251 nömrəli məktubda təsdiqlənmiş ödəmə öhdəliyinə uyğun olaraq ödəniş etmək üçün dəqiq tarixli bilet göndərilməsinin xahiş edildiyi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən “X5 Outlooks”-a (EAQO) ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli məktublarda təqdim edilən tövsiyyə və suallarla bağlı cavablar verilmişdir; xx.xx.2018-ci il tarixli məktubda, X15 və onun yerli layihə kordinatorunun xidmət haqqının X6 üzrə maliyyənin ilk ödənişində dərhal ödənilməsi öhdəliyi qeyd olunmuşdur; xx.xx.2018-ci il tarixli məktubda, şirkətin icazə sənədlərinin əldə edilməsi bir neçə ay vaxt apardığı üçün tam işə başlaya bilmədiklərini, bunları nəzərə alaraq, müqavilə vaxtının 2 ay artırılması xahiş edilmiş; xx.xx.2018-ci il tarixli məktubda, hesab-fakturalar üzrə köməkçi sənədlərin alındığı, ödənişin maliyyənin açılmasından sonra aparılacağı, hazırda layihələrlə əlaqədar sənədlərin tamamlandığını, işlərin dayandırılmaması xahiş edilmiş; xx.xx.2018-ci il tarixli məktubda, Cavabdeh MMC-nin EAGO-a və Layihə Koordinatoruna (cənab İddiaçı) ödəniş üçün məsuliyyət daşıdığı bildirilmişdir. İş materiallarında olan EAGO şirkətinin prezidenti X13, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda, X11 Abi Xalili aldatdığı, xeyli vaxtını aldığı, işlərin haqqının ödənmədiyi, bu hərəkətlərin qeyri-qanuni olduğu, nə baş verməsindən asılı olmayaraq X10 Aslanova ödəniş etməli olduğu qeyd olunmuşdur. İş materiallarında olan EAQO şirkətinin prezidenti X13 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda, şirkətin (EAGO) qanuni Nümayəndəsi, Layihə Koordinatoru-Məsləhətçi cənab İddiaçı müqavilələrin son müddətinə qədər, 18 aydan çox Cavabdeh MMC üçün işlədiyi və hətta yerli yazışmaları idarə edib, sifarişçiyə əlavə köməkçi iş kimi müxtəlif investorlarla danışıqlar prosesində bütün vacib köməkliyi təmin etdiyi, cavabdehin indiyədək hər hansı etiraz məktubu və ya müqavilələrin vaxtından əvvəl rəsmi ləğvi barədə heç bir dəlil-sübut təqdim etmədiyi, cavabdehin xx.xx.2018-ci il tarixli, 0279 saylı məktubu ilə hər iki tərəfin müqavilə haqqı üçün məsuliyyət daşıdığını bildirdiyi, xx.xx.2019-cu il tarixli məktubla cavabdehə xatırlatma yazıldığını, lakin rəsmi cavab verilmədiyini bildirmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli, 1/KAB/İAİ nömrəli; xx.xx.2018-ci il tarixli, 2/KAB/İAİ nömrəli; xx.xx.2018-ci il tarixli, 3/KAB/İAİ nömrəli; xx.xx.2018-ci il tarixli, 4/KAB/İAİ nömrəli; xx.xx.2018-ci il tarixli, 5/KAB/İAİ nömrəli; xx.xx.2018-ci il tarixli, 6/KAB/İAİ nömrəli; xx.xx.2018-ci il tarixli, 7/KAB/İAİ nömrəli; xx.xx.2018-ci il tarixli, 8/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 9/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 10/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 11/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 12/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 13/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 14/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 15/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 16/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 17/KAB/İAİ nömrəli; xx.xx.2019-cu il tarixli, 18/KAB/İAİ nömrəli hesab fakturalara əsasən, İddiaçı göstərdiyi xidmətlər müqabilində ona, bir aylıq ödəniş məbləği 22.222 avro olmaqla, 18 ay müddətinə cəmi 400.000 avro ödəniş edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2543\2021 nömrəli qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh X7 qarşı “cavabdehdən 200000 (iki yüz min) avro məbləğində pulun ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)- 1016\2021 nömrəli qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh X7 qarşı “cavabdehdən 200000 (iki yüz min) avro məbləğində pulun ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-1235\2023 nömrəli qərardadından görünür ki, həmin qərardadla İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, EAGO şirkəti və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018 müqavilə əsasında EAGO şirkəti və EAGO-nun Azərbaycan Nümayəndəsi cənab İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “layihənin kordinasiyası üzrə” müqaviləsi üzrə yaranmış borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. Məhkəmənin iş materiallarında olan sənədlərə və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, İddiaçı, Cavabdeh MMC ilə Fransa Respublikasında yaşayan X14 məxsus olan “X5 Outlooks” (EAQO) şirkəti arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, onunla “EAQO” şirkəti arasında xx.xx.2018-ci il tarixində bağlanmış “Layihənin koordinasiyası üzrə” müqaviləyə istinad edərək, həmin müqavilə üzrə öhdəliklərini icra edib cavabdehə müxtəlif növ xidmətlər göstərdiyini, lakin qeyd olunan müqavilələrdə onun xidmət haqqının cavabdeh tərəfindən ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq xidmət haqqının ödənilmədiyini, nəticədə cavabdehin ona ödənilməyən 400000 avro məbləğində borcunun olduğunu iddia edir, Cavabdeh MMC isə iddia tələbini qəbul etməyərək, iddiaçı ilə onun arasında müqavilə bağlanmadığını, iddiaçının tələb etdiyi məbləğdə xidmət göstərməsini təsdiq edən sübutların olmadığını, iddiaçının hər hansı bir tələbi olarsa bunu onlara qarşı deyil, “EAQO” şirkətinə qarşı irəli sürə biləcəyini, bununla yanaşı onlara qarşı həmin tələbin irəli sürülməsi üçün iddiaçının qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirir. Məhkəmə, iddiaçının öz tələbinin faktiki əsası kimi istinad etdiyi əsas dəlillərin “EAQO” şirkəti ilə cavabdeh arasında bağlanmış müqavilənin və həmin müqaviləyə əsasən “EAQO” şirkəti ilə iddiaçı arasında bağlanmış müqavilənin təşkil etməsini, həmçinin iddiaçının hazırki tələb irəli sürə bilməsi üçün subyektiv hüququnun mövcud olub-olmamasının həmin müqavilələrə əsasən müəyyən edilə bilinməsini nəzərə alaraq hesab edir ki, mübahisənin qanuni və obyektiv həllinə nail olmaq üçün ilk növbədə adları çəkilən müqavilələrə hüquqi qiymət verilməsi, həmin müqavilələrə əsasən yaranmış münasibətlərin xarakterinin müəyyən edilməsi zəruridir. Məhkəmə, ilk olaraq “EAQO” şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə hüquqi qiymət verərək qeyd edir ki, adı çəkilən müqavilənin şərtlərinə əsasən, “EAQO” şirkəti, inşası nəzərdə tutulan logistika mərkəzinin layihələndirilməsi prosesinin beynəlxalq standartlara uyğun yerinə yetirilməsinin təmin edilməsi üçün ümumi məsləhət verilməsi, bununla əlaqədar podratçılara və subpodratçılara müvafiq tövsiyələrin verilməsi və ümumi koordinasiya xidmətlərinin icra edilməsi öhdəliyini, Cavabdeh MMC isə bu xidmətlərin qarşılığında görülən xidmətlərə dair təqdim edilən hesab-fakturalara uyğun muzd ödənilməsi öhdəliyini öz üzərlərinə götürmüşlər. Məhkəmə, işin bu qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, adı çəkilən müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində 40-cı fəslində nəzərdə tutulan tapşırıq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtləri uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1 və 783.2-ci maddələrinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə hesab edir ki, “EAQO” şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Layihənin koordinasiyası üzrə” müqavilə də, özündə tapşırıq müqaviləsinin elementlərini ehtiva etdiyinə və tapşırıq üzrə öhdəlikləri nəzərdə tutduğuna görə hüquqi xarakteri etibarı ilə tapşırıq müqaviləsi olaraq xarakterizə edilməlidir. Belə ki, həmin müqavilənin şərtlərinə görə, İddiaçı, “EAQO” şirkəti ilə Cavabdeh MMC arasında mövcud olan müqavilə üzrə “EAQO” şirkətinin həyata keçirəcəyi xidmətlər çərçivəsində, “EAQO” şirkətinin yerli nümayəndəsi qismində ona tapşırılan xidmətlərin icra edilməsini öhdəsinə götürür, “EAQO” şirkətinin adından gördüyü xidmətlərin haqqı isə Cavabdeh MMC tərəfindən ona ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı hazırki tələbi irəli sürə bilməsi üçün subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsində, yuxarıda adları çəkilən müqavilələrin həm ayrı-ayrılıqda, həm də birgə şərh edilməsi vacib olan müvafiq şərtləri həlledici əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə onların arasında hər hansı bir müqavilə bağlanmadığına, iddiaçı qarşısında öhdəlik götürmədiklərinə görə, iddiaçının onlardan xidmət haqqı və ya hər hansı bir digər ödəniş tələb etmək hüququ (subyektiv hüququ) da yarana bilməzdi. Bundan başqa tərəf olmadıqları müqavilə üzrə onların üzərinə hər hansı bir vəzifə qoyulması da qəbul edilə bilməz. Məhkəmə, cavabdehin bu qeyd olunan arqumentləri ilə əlaqədar vurğulayır ki, mülki qanunvericilik mülki hüquq və vəzifələrin əsasən mülki hüquq münasibətlərinin iştirakçıları arasında yarana biləcəyini müəyyən edir. Mülki hüquq münasibətlərinin subyektləri özlərinin sərbəst iradəsi ilə müvafiq vəzifələrin və digər öhdəliklərin daşıyıcıları ola bilərlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə həmin Məcəllənin 387.3-cü maddəsinə qeyd olunur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə cavabdeh, “EAQO” şirkəti ilə İddiaçı arasında bağlanmış müqavilədə tərəf kimi iştirak etməsə də, həmin müqavilənin bağlanması üçün əsas alınmış “EAQO” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədə (8-ci maddədə) “EAQO” şirkətinin Azərbaycandakı Nümayəndəsinin müqavilə məbləği olan 400000 avro məbləğində vəsaitin onun tərəfindən ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı məhz bu öhdəliyə dair müqavilə şərtini əsas tutaraq hesab edir ki, onun həyata keçirdiyi yerli nümayəndəlik xidmətinin haqqı cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı bu arqumentində haqlıdır. Belə ki, Cavabdeh MMC “EAQO” şirkəti ilə bağladığı müqavilədə, “EAQO” şirkətinin yerli nümayəndəsinin xidmət haqqını ödəmək öhdəliyini öz üzərinə götürdüyü üçün, “EAQO” şirkətinin istər mülki müqaviləyə əsasən, istərsə də əmək müqaviləsinə əsasən təyin etdiyi yerli nümayəndəsinə göstərdiyi xidmətin müqabilində Cavabdeh MMC tərəfindən haqqın ödənilməsini müəyyən etməsi qanunsuz hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Məhkəmə, tərəflərin daxil olduqları müqavilə münasibətlərinin hüquqi qiymətləndirilməsinin davamı olaraq başqa bir əhəmiyyət kəsb edən xüsusata, iddiaçının şərh olunan müqavilələrə əsasən xidmət haqqının ödənilməsinə dair tələbini Cavabdeh MMC-nə qarşı irəli sürə bilməsinə hüquqi ixtiyarının olub-olmamasına münasibət bildirilməsini vacib hesab edir. Məhkəmə, iddiaçının yuxarıda adları çəkilən müqavilələr üzrə tələb hüququnun yarandığını müəyyən etməklə yanaşı hesab edir ki, həmin tələbi iddiaçı baxılan iş üzrə seçdiyi cavabdehə, yəni Cavabdeh MMC-nə qarşı irəli sürə bilər. İşdən görünür ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında birbaşa müqavilə münasibətləri yaranmamışdır. Həmin münasibətlərin şərh olunan müqavilələrə əsasən dolayısı ilə yaranmasına baxmayaraq, iddiaçı məhz həmin müqavilələrə istinad edərək cavabdehə qarşı tələb irəli sürür. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC ilə “EAQO” şirkəti arasında bağlanmış müqavilənin “maliyyə şərtləri” adlanan 8-ci maddəsində “EAQO” şirkəti onun müəyyən edəcəyi yerli nümayəndəsinin xidmət haqqının Cavabdeh MMC tərəfindən ödəniləcəyi barədə şərt qoymuşdur və Cavabdeh MMC həmin şərti qəbul edərək müqaviləni imzalamışdır. Bu xüsusat mahiyyət etibarı ilə üçüncü şəxsin xeyrinə qeyd-şərtin qoyulmasıdır. Bu halda üçüncü şəxsin həmin qeyd-şərtə istinad edərək xeyrinə qoyulmuş şərtin borcludan icrasını tələb etməsi qanuni hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403.1-ci maddəsinə əsasən, üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Həmin Məcəllənin 403.2-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Məhkəmə, şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, adı çəkilən müqavilələrin şərtlərinə görə formal olaraq iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ yaranmışdır və iddiaçının həmin tələbi baxılan iş üzrə cavabdehə qarşı yönəltmək hüququ vardır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, baxılan iş üzrə mübahisənin predmetini iddiaçı tərəfindən hansı xidmətlərin həyata keçirilməsinin və həmin xidmətlərin dəyərini təşkil edən haqqın (muzdun) məbləğinin müəyyən edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehə tələb olunan məbləğdə xidmət göstərilməsini sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, qeyd olunan məbləğdə xidmət göstərilməsinin həyata keçirildiyini iddiaçı iddia edir. İşin hallarından görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi yuxarıda şərh olunan müqavilələrə, cavabdehə ünvanladığı hesab-fakturalara və cavabdehin məktublarında xidmət haqqının ödənilməsi ilə bağlı etirafedici qeydlərə istinad edərək hesab edir ki, bu arqumentlərə əsasən cavabdehin ona 400000 avro məbləğində muzd ödəmək öhdəliyinin olması öz təsdiqini tapır. Məhkəmə, iddiaçının istinad etdiyi dəlilləri araşdırıb, onlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, ilk olaraq iddiaçının istinad etdiyi müqavilələrin, xüsusilə həmin müqavilələrdə cavabdeh tərəfindən iddiaçıya müvafiq muzd ödəmək vəzifəsinin nəzərdə tutulduğu şərtlərin mötəbərliliyi mübahisəlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının cavabdehdən muzd ödənilməsi tələbinin faktiki əsasını təşkil edən “EAQO” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilənin, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərcüməçinin etdiyi imzanın həqiqiliyinin təsdiq edildiyi Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsindən görünür ki, həmin müqavilənin “Maliyyə şərtləri” adlanan 8-ci maddəsinin birinci abzasında qeyd olunmuşdur ki, “Xidmət təminatçısı tərəfindən bu müqavilə müddətində göstərilən xidmətlərin haqqı bu Müqavilənin tam məbləği olan 2.000.000 avro məbləği əsasında hesab-fakturalara bölünəcək və bu müqaviləyə digər missiyalar əlavə edildikdə bu məbləğ artırılacaq. Azərbaycandakı Nümayəndənin müqavilə məbləği olan 400.000 avro sifarişçi tərəfindən birbaşa Nümayəndənin bank hesabına ödənilməlidir. Məsləhətçi və Nümayəndənin hər ikisinə ödəniş hesab-fakturanın qəbul edildiyi tarixdə ayrıca yerinə yetirilməlidir. Bu tariflərə Məsləhətçinin və onun təyin etdiyi nümayəndələrin çəkdiyi bütün xərclər, o cümlədən səyahət xərcləri, məsləhətçinin qərara aldığı beynəlxalq sərgi və tədbirlərdə iştirak daxildir. Müstəsna olaraq, Fransa və Paris regionu xaricində sifarişçi tərəfindən xüsusi olaraq tələb olunan səyahət xərcləri təsdiqedici köməkçi sənədlər təqdim edildikdən sonra xidmət təminatçılarına\məsləhətçiyə qaytarılacaqdır. Çəkilmiş bütün xərclər tələb olunan zaman sifarişçiyə təqdim edilməlidir.” Məhkəmə qeyd edir ki, vizual baxış zamanı həmin müqavilənin ingilis dilində olan əslinin 8-ci maddəsində, müqavilənin yuxarıda qeyd olunan tərcümə nüsxəsinin 8-ci maddəsinin birinci abzasının 2-ci və 3-cü cümlələrinin, yəni “Azərbaycandakı Nümayəndənin müqavilə məbləği olan 400.000 avro sifarişçi tərəfindən birbaşa Nümayəndənin bank hesabına ödənilməlidir. Məsləhətçi və Nümayəndənin hər ikisinə ödəniş hesab-fakturanın qəbul edildiyi tarixdə ayrıca yerinə yetirilməlidir.” cümlələrinin yer almadığı müşahidə olunur. Həmçinin, qeyd olunan uyğunsuzluqlar müqavilənin 2-ci maddəsinin ikinci abzasında da mövcuddur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, müqavilənin əslı ilə tərcüməsi arasında 8-ci maddədə olan uyğunsuzluqlar adi vizual müşahidə ilə müəyyən edilə bilindiyinə görə, bu barədə mütəxəssis rəyinin alınmasına prosessual qənaət prinsipinə əməl edilməsi baxımından lüzum yoxdur. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş adı çəkilən müqavilənin xx.xx.2018-ci il tarixdə Bakı şəhərində bağlandığı qeyd olunan nüsxəsini mötəbər sübut kimi qəbul etmir və gəldiyi bu nəticəni onunla əsaslandırır ki, əvvəla həmin nüsxənin əsli məhkəməyə təqdim edilməmiş, surəti isə lazımi qaydada təsdiq edilməmişdir. Digər tərəfdən isə həmin nüsxə ilə, əsli və notarial qaydada təsdiq edilmiş tərcüməsi təqdim olunmuş digər nüsxənin məhz 2-ci və 8-ci maddələrinin mətnləri arasında olan uyğunsuzluqların səbəbini iddiaçı məhkəmə prosesində izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, “EAQO” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilənin əsli ilə, həmin müqavilənin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərcüməçinin etdiyi imzanın həqiqiliyinin təsdiq edildiyi Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsində aşkar edilən uyğunsuzluq iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun formal deyil, həqiqətən mövcud olmasının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, şərh olunduğu kimi, iddiaçı məhz həmin müqavilə şərtinə və həmin müqavilə şərtinin əsas götürüldüyü “EAQO” şirkəti ilə onun arasında bağlanmış müqaviləyə istinad edərək cavabdehə qarşı tələb irəli sürür. Belə olan halda, iddiaçının əslində mövcud olmayan müqavilə şərtinə istinad edərək cavabdehin ona muzd ödəmək öhdəliyinin daşıyıcısı olmasını iddia etməsi əsassız hesab edilməlidir. Məhkəmə, iddiaçının öz tələbinin faktiki əsası kimi istinad etdiyi digər dəlilə, cavabdehə ünvanladığı hesab-fakturalara qiymət verərək qeyd edir ki, iddiaçı həmin fakturaların hansı tarixlərdə cavabdehə göndərildiyini, onların cavabdehə çatdırılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı həmin fakturaları özünün elektron poçtu vasitəsi ilə cavabdehin elektron poçtuna göndərməsini qeyd etsə də, bu barədə sübutun olmadığını bildirmişdir. Məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli “Layihənin koordinasiyası üzrə” müqavilənin 3-cü bəndinə əsasən, X13 adından göstəriləcək xidmətlərə görə yerli Layihə Koordinatoruna (iddiaçıya) 400000 avro məbləğində xidmət haqqının 18 aya bölünərək Layihə Koordinatorundan çıxılacaq bütün vergilər də daxil olmaqla, aylıq əsaslı hesabfakturalar əsasında "X8” MMC tərəfindən ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, iddiaçı göstərdiyi xidmətlərə dair hesab-fakturaları cavabdehə göndərməsinə dair sübutu məhkəməyə təqdim edə bilmədiyinə görə, onun həmin hesab-fakturalara əsasən öz tələbini sübut etməsi öz təsdiqini tapmır. Məhkəmə, cavabdehin məktublarında xidmət haqqının ödənilməsi ilə bağlı etirafedici qeydlərə dair iddiaçının tələbinin əsası kimi istinad etdiyi dəlilinə münasibətdə qeyd edir ki, həmin məktublarda görülən xidmətlərə görə razılıq ifadə olunduğu, xx.xx.2018-ci il tarixli məktubda isə Cavabdeh MMC-nin EAGO-a və Layihə Koordinatoruna (cənab İddiaçı) ödəniş üçün məsuliyyət daşıdığının qeyd olunduğu müəyyən edilsə də, həmin məktublarda görülən xidmətlərin dəyəri, ödəniləcək məbləğlərlə bağlı hər hansı bir qeyd aşkar edilməmişdir. Buna görə də, istinad olunan məktubların məzmunundan cavabdehin ödəməyi öhdəsinə götürdüyü xidmət haqqının məbləğini, görülən xidmətlərin dəyərini müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, sözügedən məktublar, həmin məktubların məzmunları nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin etirafı kimi qəbul edilə bilməz. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında iddiaçıya borclu olduqlarını qəbul etməmiş, iddianı bütövlükdə rədd etdiklərini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, adı çəkilən məktublar iddia tələbinin faktiki əsasının sübutu kimi əhəmiyyət kəsb etmirlər. Məhkəmə şərh olunanları yekunlaşdıraraq bu qənaətə gəlir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və buna görə də onun iddiası əsassız sayılmalıdır. Hazırki mübahisəyə iddia müddətinin tətbiqinə dair məsələylə əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan xidmət haqqının ödənilməsi öhdəliyinin mövcud olduğunu mübahisələndirməklə yanaşı, həmin xidmət haqqının tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün əsaslandığı hər iki müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış, hər iki müqavilənin qüvvədə olduğu müddət bağlandığı tarixdən etibarən 18 ay müddətində müəyyən edilmişdir. Məhkəmə, bu qaydada hesablama aparıldığı zaman iddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilələr üzrə iddia müddətini ötürdüyü qənaətinə gəlir. Belə ki, müqavilələrin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Müqavilə şərtləri ilə ayrı qayda nəzərdə tutulmadığına görə, həmn müqavilələr üzrə iddia müddətinin axımının başlanğıcı müqavilələrin qüvvədə olduğu son tarix olan xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bununla da müəyyən olunur ki, iddiaçının, cavabdehə qarşı müqavilə üzrə öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ son olaraq xx.xx.2019-cu il tarixdən etibarən əmələ gəlmişdir və həmin hüquq üzrə iddia müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə bitmişdir. İşdən görünür ki, iddiaçının hazırki iddiası ilə bağlı ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixdə keçirilmişdir, borcun ödənilməsinə dair xəbərdarlıq məktubu (pretenziya) iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə göndərmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə bitmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə, iddiaçının iddia ərizəsi ilə 2021-ci ilin mart ayında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə, sonradan 2021-ci ilin aprel ayında Ağdam Rayon Məhkəməsinə müraciət etdiyinə görə, iddia müddətinin axımının kəsilməsi ilə bağlı iddiasını əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunan maddi hüquq normasının məzmunundan görünür ki, məhkəməyə iddia ərizəsinin verilməsi iddia müddətinin axımının kəsilməsi üçün kifayət deyildir. Qanun, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda müddətin axımının kəsildiyini nəzərdə tutmuşdur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməməsinin hallarından biri də, iddianın məhkəmə tərəfindən baxılmamış saxlanılması halıdır. Bu halda, Mülki Məcəllənin 381.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İşdə olan məhkəmə qərarlarının surətlərindən görünür ki, qeyd olunan hər iki iş üzrə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Bu isə iddiaçının müəyyənləşdirilmiş qaydada, yəni iddia ərizəsinin tərtib olunması, məhkəməyə verilməsi, kommersiya mübahisələrinə dair işlərdə məhkəməyə qədər prosedur qaydalara riayət edilməsi ilə bağlı prosessual məsələləri tənzimləyən mülki-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə, iddia ilə məhkəməyə müraciət etmədiyini göstərir. Buna görə də, iddiaçının, sonradan geri qaytarılan iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini əsas tutaraq iddia müddətinin axımının kəsilməsi barədə irəli sürdüyü dəlil əsaslı hesab edilə bilməz. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, həmçinin iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi, eləcə də iddia müddətinin bərpası üçün üzürlü hallar aşkar edilməmişdir. Buna görə də, iddia müddətinin tətbiqinə dair Cavabdeh MMC-nin ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia tələbi əsassız olmaqla yanaşı, iddia müddəti keçdiyinə görə həmin tələb üzrə hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını da iddiaçı itirmişdir. Buna görə də, iddiaçının həmin iddiası təmin edilə bilməz. Beləliklə məhkəmə yekunda bu nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyinə görə həmin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu və işə baxılması ilə əlaqədar digər məsrəflər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1, 89.2 və 89.3-cü maddələrinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar