Məhkəmə qərarları › İş №e-2-2(121)-1520/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1520/2025

14.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1520/2025 14.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı1, cavabdeh X7 iştirakları ilə, İddiaçı1 cavabdeh X11 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh X11 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 10111 manat pul vəsaitinin və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Şirvan şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəşid Məmmədov arasında malların pərakəndə göndərilməsi işlərinin icrası məqsədilə şifahi olaraq bağlanmış razılaşma şərtlərinə uyğun olaraq tərəfindən 10111 manat pul vəsaiti cavabdeh X11 məxsus AZ71PAHA41040AZNSC********** №li sahibkar hesabına mədaxil edilmiş, lakin həmin razılaşma ilə götürülən öhdəliklər bu günə qədər icra olunmamışdır. Həmin öhdəliklərin icrasız qalması səbəbi kimi mədaxil edilmiş pul məbləğinin müqavilə tərəfi olan Rəşid Məmmədova çatdırılmaması göstərilmiş, belə olduqda isə, sözügedən xüsusat üzrə cavabdeh heç bir hüquqi əsas olmadan İddiaçı1 məxsus 10111 manat pul vəsaiti hesabına eyni həcmdə əsassız olaraq varlanmışdır. Yaranmış tələb üzrə pretenziya qaydasında Əli Hüseynova ünvanlanan xəbərdarlıq məktubuna cavab olaraq həmin məbləğin Rəşid Məmmədova çatdırıldığı mülahizə xarakterli əsaslarla bildirilmiş, bununla belə mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmışdır. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh X13 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən pul köçürməsi onunla heç bir yazılı və ya şifahi razılaşma olmadan həyata keçirilmişdir. İddiaçı ilə onun arasında müqavilə bağlanmamış, hər hansı mal, xidmət və ya digər öhdəlik barədə razılıq olmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən onun bank hesabına köçürülən məbləğ əslində Rəşid adlı üçüncü şəxs tərəfindən təşkil edilmiş əməliyyatla bağlıdır. Bu əməliyyat haqqında öncədən onun məlumatı və razılığı olmamış, həmin vəsait onun tərəfindən tələb edilməmiş və onun xeyrinə istifadə edilməmişdir. Hesab kartına daxil olan vəsait onun iradəsindən kənar köçürülmüşdür və onun tərəfindən sərəncam verilməmişdir. Bu baxımdan iddiaçının pna qarı irəli sürdüyü pul tələbi əsassızdır. Əsassız varlanma nəticəsində tələb yalnız əsassız olaraq əldə edilmiş və saxlanılan əmlak barəsində irəli sürülə bilər. Mən bu vəsaiti əldə etməmiş və saxlamamışam, əksinə vəsaitin onun kartına köçürülməsi onun iradəsindən kənar baş vermişdir. Mülki Məcəllənin 390 və 405-ci maddələrinə əsasən müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında bağlana bilər. Cavabdehlə iddiaçı arasında yazılı və ya şifahi müqavilə mövcud deyil. Müqavilə öhdəliyi olmadan pul köçürülməsi əsasında tələb irəli sürmək qanunsuzdur. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf iddia tələblərini sübut etməlidir. İddiaçı onunla bağlanmış müqaviləni, pul köçürülməsinin X7 xeyrinə ifadəsini və ya hər hansı öhdəliyin mövcudluğunu sübut edən sənəd təqdim etməmşdir. Mülki Prosessual Məcəllənin 46 və 57-ci maddələrinə əsasən, iş üzrə əhəmiyyət kəsb edən şəxs Rəşid adlı üçüncü şəxsdir. Pul köçürülməsinin təşəbbüskarı və əlaqəli şəxs odur. Onun iştirakı olmadan işin obiyektiv araşdırılması mümkün deyil. Bu səbəbdən həmin şəxsin isə üçüncü şəxs qismində cəlb olunması zəruridir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh X13 onun hesab kartına pul köçürülməsindən məlumatlı olmuş, onun razılığı ilə hesab kartına pul mədaxil edilmişdir. Sonda İddiaçı1 iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X13 məhkəmə iclasında iddianı qəbul etmədiyini, onun hesabına mədaxil edilən vəsaitin X4 tərəfindən məxaric edildiyini, bu barədə hesab üzrə çıxarışı məhkəməyə təqdim etdiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına, məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 sahibkarlıq subyekti kimi xx.xx.2020ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, X1 subyekti kimi xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və hal-hazırda Hacıqabul şəhəri, X15 küçəsi 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən X7 bank hesab kartına xx.xx.2024-cü il tarixdə 10111 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan X11 məxsus olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə onun hesabına 10111 manat məbləğində pul vəsaiti mədaxil, xx.xx.2024-cü il tarixdə 10004,62 manat məbləğində pul vəsaiti məxaric edilmişdir. İş materiallarında olan Neftçala rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, İddiaçı1 şikayət ərizəsi əsasında araşdırma aparılmış və mübahisənin mülki xarakterli olduğu bilinərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin şikayət ərizəsi üzrə aparılan araşdırma zamanı İddiaçı1 verdiyi izahatında, Ağdam rayon sakini olan Şirvan şəhərində yaşayan 1992-ci il təvvəlüdlü X3 xeyli müddətdir tanıdığını, onunla aralarında heç bir ədavət və düşmənçilik olmadığını, Nağıyev X8 şəhəri ərazisində mağaza işlətdiyi zaman Məmmədov Rəşidin siqaret satışı ilə məşqul olduğunu, xx.xx.2024-cü il tarixdə X2 İddiaçı1 inam və etibarından su-istifadə edərək, Hacıqabul şəhər sakini olan “Haqqın yolu” adlı marketin sahibi olan “Əli” adlı şəxsin kartına onun 10111 manat pul göndərməsini deyərək bunun əvəzində ona “vest, class, prima, maqna, vinston, İd, vinçestr, sobrania” markalı siqaret malları satacağına dair yalan vəd verib aldatmaqla ona qarşı dələduzluq etdiyini, belə ki, siqaret satışı ilə bağlı nağd pulla alqısatqı olmadığı üçün sonradan bu işlə bağlı məcburi qaydada tanıdığı həmin “Əli” adlı şəxsin “Paşa Bank”a məxsus ticarət kartına pulu atdığını, Rəşiddən pulunu geri istəsə də onun heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu cəmi 10111 manat məbləğində pulun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə cavabdeh X11 xəbərdarlıq edilmişdir. İş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və digər dəlillərə əsasən işin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki halları belədir ki, iddiaçı satış məqsədi ilə müxtəlif növ siqaret almaq üçün satış təmsilçisi işləyən X5 ilə gəldikləri razılığa əsasən 10111 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə X11 məxsus olan bank hesab kartına mədaxil etmişdir Həmin məbləğdən 10004,62 manat xx.xx.2024-cü il tarixdə X11 məxsus olan bank hesabından məxaric edilmişdir. İddiaçı pulu ödəməsinə baxmayaraq sifarış etdiyi malların ona verilmədiyini, bununla yanaşı ödədiyi pul məbləğinin də cavabdeh tərəfindən ona qaytarılmadığını iddia edir. Cavabdeh onun hesabına 10111 manat məbləğində pulun mədaxil edildiyini etiraf etsə də, həmin pulun sonradan X5 tərəfindən məxaric edildiyini, buna görə də həmin pulun ondan tələb edilməsinin əsassız olduğunu bildirir. qaytarılması tələbi üzrə təyinatının məhkəmə iclaslarında verdiyi şifahi izahatlarında kartına siqarət ndan görünür ki, iddiaçı yem məhsullarının satışı ilə məşğul olan cavabdehdən siqaret almaq məqsədi ilə onun bank hesabına 10111 manat məbləğində pul mədaxil etdiyini, lakin cavabdehin tələb olunan malı ona göndərmədiyini, buna görə də ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb etdiyini, bununla bağlı polisə şikayət etdiyini, sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, lakin cavabdeh tərəfindən pulun geri qaytarılmadığını, cavabdeh isə iddiaçı tərəfindən onun bank hesabına mədaxil edilmiş pulun iddiaçı ilə aralarında hər hansı bir alqı-satqı münasibəti ilə əlaqəli olmadığını, həmin pulun ona məxsus olduğunu, iddiaçının onun tapşırığı ilə həmin vəsaiti onun hesabına mədaxil etdiyini iddia edirlər. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, həmin hallara əsasən tələbin maddi hüquqi əsası tapılmalı, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında şifahi və ya yazılı şəkildə bağlanmış müqavilə öhdəlikləri üzrə hüquq münasibətlərinin mövcud olmadığı, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin bank hesab kartına 10111 manat məbləğində pul vəsaitinin mədaxil edildiyi, cavabdehə məxsus olan bank hesabından xx.xx.2024-cü il tarixdə 10004,62 manat məbləğində pulun məxaric edildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdehin baxılan iş üzrə tələbə cavab verməli şəxs olmasının müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı pul məbləğini cavabdehin bundan məlumatlı olması və razılığı ilə onun hesabına köçürdüyünü, lakin bunun qarşılığında nə malı, nə də pulu geri almadığına görə pulun hesabına köçürüldüyü şəxs olaraq iş üzrə cavabdehin həmin pul məbləğini geri qaytarmaqla bağlı öhdəliyini yarandığını, cavabdeh isə sözügedən pul məbləğinin onun hesabına mədaxil edilsə də, ondan özünün faydalanmadığını, pulun digər şəxs tərəfindən məxairc edildiyini iddia edirlər. Məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin əsas qaydasını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, baxılan işdə iddiaçının əsas subetetmə yükü iddia ərizəsində tələb etdiyi pul məbləğini həqiqətən tələbini yönəltdiyi şəxsə verməsini (ödəməsini) sübut etməsindən ibarətdir. Qeyd edildiyi kimi həmin hal, yəni iddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2024-cü il tarixdə 10111 manat məbləğində pul vəsaitini mədaxil etməsi işin mübahisəsiz halıdır. Məhkəmə, baxılan iş üzrə vacib olan bir məqamı xüsusi vurğulamağı zəruri sayır ki, iddiaçı tərəfindən tələb edilən məbləğdə pulun onun hesabına ödənilməsini qəbul edən cavabdeh həmin pul məbləğinin hansı hüquqi əsasla onun hesabına köçürüldüyünü bilməsini və eləcə də sonradan həmin pul məbləğinin iddia etdiyi kimi məhz X5 tərəfindən və cavabdehin özünün hər hansı bir öhdəliyinin icra edilməsi məqsədi ilə məxaric edilmədiyini sübut etməklə mükəlləfdir. Məhkəmə hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, cavabdeh iştirak etdiyi məhkəmə iclaslarında xx.xx.2024-cü il tarixdə onun bank hesabına mədaxil edilmiş 10111 manat məbləğində pulun kimin tərəfindən köçürüldüyünü bilmədiyi üçün həmin pulu qaytara bilmədiyini, yenə əvvəlki izahatlarında pulun onun razılığı ilə hesabına mədaxil edildiyini bildirsə də, sonradan pul köçürmə əməliyyatının başqa şəxs tərəfindən təşkil edilmiş əməliyyatla bağlı olduğunu, bu əməliyyat haqqında öncədən məlumatının və razılığının olmadığını, hesab kartına daxil olan vəsaitin onun iradəsindən kənar köçürüldüyünü və onun tərəfindən sərəncam verilmədiyini bildirmişdir. Lakin, cavabdeh baxılan iş üzrə verdiyi şifahi izahatları ilə yazılı izahatı arasında mövcud olan ziddiyyətli məqamlara aydınlıq gətirə bilməmiş, bununla yanaşı pul vəsaitinin onun hesabına köçürülməsi üçün hüquqi əsasın mövcud olub-olmamasını əvvəlcədən və ya bilavasitə pul məbləği köçürülən zaman bilibbilmədiyini, eləcə də sözügedən pul məbləğinin məhz X5 tərəfindən və cavabdehin özünün hər hansı bir öhdəliyinin icra edilməsi məqsədi ilə məxaric edilmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etməsi ilə əlaqədar tərəflər arasında əsassız varlanma ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə araşdımasının nəticəsi olaraq cavabdehin bunun üçün heç bir hüquqi əsas olmadığını bilərək iddiaçının hesabına pul məbləği əldə edərək varlandığı və həmin məbləği sonradan iddiaçıya qaytarmadığı tam sübut olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, pul tələbinə dair iddia əsaslı hesab edilərək təmin olunmalıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, əsassız varlanma ilə ilə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 14.2 və 14.2.7-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[781] 1091.2-ci maddəsinə əsasən, Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.3-cü maddəsinə əsasən, Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, əsassız varlanma nəticəsində yaranmış pul məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh X6 10111 manat məbləğində pul vəsaiti və ödənilmiş 121 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10232 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar