Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1525/2021 28.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı “X18 X3” X16 nümayəndəsi X6, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “X18 X3” X16 Cavabdehnə qarşı - pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X18 X3” X23 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 154.700 (bir yüz əlli dörd min yeddi yüz) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçın xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 X3 (iddiaçı) tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman Araz çayının hövzəsində yerləşən “İmişli” yatağında 30 yanvar 2019-cu il tarixli 01152 “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə Cavabdeh MMC -yə (cavabdeh) ayrılmış yer təki sahəsindən kənarda 44 200 m qum-çınqıl qarışığı hasil etdiyi aşkar etmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Əraziyə keçirilən baxış zamanı mərz nişanlarının mövcud olmadığı, istismar zamanı kənara çıxma hallarına yol verildiyi müəyyən olunmuşdur. İstismar işləri “Dağ-mədən ayırması Aktı” ilə hüquqi şəxsə verilmiş sahənin daxilində 0.87 ha sahədə orta istismar dərinliyi 5.2 metr olmaqla 45 240 m , xaricində isə 0.85 ha sahədə orta istismar dərinli 5.2 metr olmaqla 44 200 m həcmində aparılmışdır. İstismar işləri hidrotmexaniki üsulla aparılır. 29 sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X12 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 25.03.2021-ci il tarixədək dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X12 27 may 2021-ci il tarixli 72 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 44 200 m * 5 manat * 0.7 =154 700 manat. Ümumilikdə 154 700 (bir yüz əlli dörd min yeddi yüz) manat məbləğdə ziyan müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış 28 oktyabr 2021-ci il tarixli iddia ərizəsinə etirazda qeyd edilir ki, İmişli rayon İcra Hakimiyyətinin 30 oktyabr 2002-ci il tarixli 243 saylı sərəncamına əsasən İmişli ayon Şahverdili kənd sakini X9 qum-çınqıl materialları istehsalı üçün Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından 4,0 hektar torpaq sahəsi ayrılmışdır. 24 oktyabr 2002-ci il tarixdə İmişli rayonun baş memarı, rayon torpaq və Xəritəçəkmə şöbəsinin müdri, Dövlət yanğın Təhlükəsizliyi xidmətinin rəisi, Gigiyena və Epidomologiya mərkəzinin direktoru, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin iştirakı ilə İmişli şəhərində tərtib edilmiş aktdan görünür ki, İmişli rayon Şahverdili kənd sakini X7 ərizəsinə əsasən torpaq sahəsi ayrılması məqsədi ilə Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından 4,0 ha torpaq sahəsi ayrılıb müəyyən edilmiş, X9 ona verilən ərazi göstərilmiş, lakin ərazinin kordinatları müəyyən edilməmişdir. Yalnız İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən verilmiş Planda, X9 verilmiş torpaq sahəsi göstərilmişdir. Həmin plandan görünür ki, X9 verilən torpaq sahəsi Araz çayının sahili boyu uzanır. Bundan sonra X14 Cavabdeh MMC-ni təsis edərək, müvafiq dağ-mədən işlərinin aparılmasını icazəsini verən lisenziyalar alaraq, fəaliyyətə başlayır. Hər dəfə də, lisenziya alınanda Dağ-mədən ayırması aktı tərtib edilir və “Yerin təki” haqqında qanun 10-cu maddəsinə uyğun olaraq dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyən edilir və bu barədə qeyd aktlrarda öz əksini tapır. Yəni, Cavabdeh MMC-nin fəaliyyə göstərdiyi sahə guya müəyyən edilir. Baxmayaraq ki, X9 torpaq sahsə ayrılan zaman hər hasm kordinatlar müəyyən edilməmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyiinin əməkdaşlarıda bu kordinatları müəyyən etməmişlər. 2004-2013-cü illərdə Cavabdeh MMC fəaliyyətdə olur və bu müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəfələrlə monitorinqlər və yoxlamalar olur. Hər dəfə də hər hansı qanun pozuntusu aşkar olunmur. 2013-cü ildən sonra Cavabdeh MMC maddi durumu ilə əlaqədar fəaliyyəti dayandırır və rəsmi olaraq 2023-cü ilə qədər fəaliyyəti dayandırılmış hüquqi şəxs kimi hesab olunur. 29 sentyabr 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyiinin X18 X1 əməkdaşları əraziyə gələrək, akt tərtib edərək guya “İmişli” yatağında 30 yanvar 2019-cu il tarixli 01152 “Dağ-mədən ayırması” Aktı DMAA) ilə o Cavabdeh MMC -yə (cavabdeh) ayırmış yer təki sahəsindən kənarda 44 200 m qum-çınqıl qarışığı hasil etdiyi aşkar etmişdi və onların hesablamalarına görə qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana gorə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 44 200 m3 * 5 manat * 0.7 =154 700 manat. Ümumilikdə 154 700 (bir yüz əlli dörd min yeddi yüz) manat məbləğdə ziyan müəyyən edirlər. İlk növbədə qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyiinin əməkdaşları heç vaxt Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi ərazinin kordinatların ölçməyiblər. Onlar yalnız İmişli rayon İHB-nin Memarlıq və tikinti şöbəsinin verdiyi və Cavabdeh MMC-yə aid olmayan kordinatlar üzrə hesablamalar aparıblar. Çünki, heç İmişli rayon İHB- nin Memarlıq və tikinti şöbəsi də əraziyə baxış keçirdərək kordinatları müəyyən etməmişdir. Həmin kordinatlara diqqət yetirsək görərik ki, torpaq sahələri Araz çayının sahili boyu yerləşmir, hansı ki, Malik Əzimova verilən torpaq sahələri Azar çayının yatığından və Araz çayımın sahilindən verilib. Bu hal bir daha təsdiq edir ki, həmin kordinatlar həqiqəti əks etirmir. Bundan başqa Cavabdeh MMC 2013-cü ildən fəaliyyətin dayandırıb, yoxlama və akt tərtib edilən zaman Cavabdeh MMC-nin hər hansı fəaliyyəti olmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 izahatında iddia tələblərini müdafiə etdiyini və müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək Cavabdeh MMC-nin fəaliyyətinin 12.03.2020-ci il tarixdən 12.03.2025-ci il tarixədək dayandırıldığını, iddia qaldırılarkən qazıntı işlərinin kimin tərəfindən aparılması barədə sübutların məhkəməyə təqdim olunmadığını bildirərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 2002-ci il tarixli 243 sayı sərəncamından görünür ki, İmişli rayon Şahverdili kənd sakini X9 qum-çınqıl materialları istehsalı üçün Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından müvəqqəti 4,0 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan X14 ilə İmişli Rayon İcra Hakimiyyəti arasında bağlanmış 12 aprel 2004-cü il tarixli, 36 N-li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilə İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 2002-ci il tarixli 243 sayı sərəncamı əsasında 15 il müddətinə bağlanmış, icarə haqqı 30 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən icarə əsasında 4 (dörd) ha torpaq sahəsini icarəçinin uzunmüddətli istifadəsinə vermişdir. İş materiallarında olan X14 ilə İmişli Rayon İcra Hakimiyyəti arasında bağlanmış 02 iyun 2018-ci il tarixli, 26 N-li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilə İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 2002-ci il tarixli 243 sayı sərəncamı əsasında 45 il müddətinə bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən icarə əsasında 4 (dörd) ha torpaq sahəsini icarəçinin uzunmüddətli istifadəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması barədə 01152 №-li aktın surətindən görünür ki, “İmişli” qum-çınqıl yatağından 4,0 hektar sahə qum-çınqıl hasilatı məqsədi ilə Cavabdeh MMC-yə markşeyder planı ilə 5 il müddətinə verilmişdir. Akt 30 yanvar 2019-cu il tarixdə 1152 № ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 X1 29 sentyabr 2020-ci il tarixli, 63240 saylı aktının surətində qeyd edilir ki, Cavabdeh MMC-nin fəaliyyətinə baxış keçirilən zaman bir qayda olaraq obyektin reallığı müəyyən etmək məqsədi ilə həmin fiziki şəxsə və ya MMC-yə məxsus sənədlərin təqdim edilməsi bildirildi. Nümayəndə tərəfindən İmişli rayonu İcra Hakimiyyətinin 30 oktyabr 2002-ci il tarixli 243 .nömrəli sərəncam, torpaq sahəsinin icarəyə verilməsi haqqında 02 iyun 2018-ci il tarixli 26 nömrəli müqavilə, İmişli rayonu Şahverdili kənd sakini X9 Araz çayı yatağından qum-çınqıl çıxarmaq məqsədi ilə ayrılmış 4,0 hektar torpaq sahəsinin planı, 01152 nömrəli, 30 yanvar 2019-cu il tarixli Dağ-mədən ayırması aktı, 2019-cu il üçün Dağmədən işlərinin inkişafı planı sənədi, 2019-cu il tarixli Ekoloji pasport, mark şeyderiya planı, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə, 2018-ci il üçün 5GK forması, Əzimov Malikə məxsus şəxsiyyət vəsiqəsi, Cavabdeh MMC-yə məxsus müəssisədəki payların alqı-satqı müqaviləsi təqdim olundu. Sənədlərə baxış keçirən zaman müəyyən olundu ki, torpaq sahəsi Əzimov Malik adına “Dağ-mədən” ayırması isə Cavabdeh MMC-nin adınadır. Cavabdeh MMC - nin Əzimov Malikə məxsus olan bütün payları 02 aprel 2019-cu ildə X2. Əraziyə baxış zamanı mənə nişanlarının almadığı müəyyən olundu. Cavabdeh MMC-nin əsas istismar işləri aparılan sahədə qanunla müəyyən edilmiş sərhədlər daxilində 0,87 ha orta istismar dərinliyi 5,2 metr olmaqla 45240 m3 hasilat, qanunla müəyyən edilmiş sərhədlər xaricində 0,85 hektar orta istismar dərinliyi 5,2 m olmaqla 44200 m3 hasilat aparılmışdır. Ərazidə istismar işləri hidromexaniki üsulla aparılan 2-ci 2 ha-lıq istismar işləri aparılmayan sahə ilə istismarçı razılaşmır. Bildirir ki, həmin sahənin koordinatı səhv vurulub. İş materiallarında olan X18 X1 İdarə Heyətinin 23 dekabr 2020-ci il tarixli, 23/20 saylı qərarın surətindən görünür ki, “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən Cavabdeh MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüququn 3 ay müddətinə dayandırlması qərara alınmışdır. İş materiallarında olan X18 X1 İdarə Heyətinin 27 may 2021-ci il tarixli, 72 saylı “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” idarə heyətinin qərarının surətindən görünür ki, 30 yanvar 2019-cu il tarixli 01152 nömrəli “Dağ-mədən ayırması” aktı ilə Cavabdeh MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyinin X8 Görülməsi və X13 Agentliyi tərəfindən Cavabdeh MMC-yə TDN 13/607 nömrəli, 01 iyul 2008-ci il tarixli lisenziya verilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi qeyd etmişdir ki, Cavabdeh MMC-nin adına hər hansı bir torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması barədə məlumat aşkarlanmadı. İş materiallarında olan olan Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi qeyd etmişdir ki, Cavabdeh (VÖEN **********) 15.11.2002-ci il tarixdə dövlət qeydiyyatına, 21.01.2003-cü il tarixdə vergi uçotuna alınmışdır. Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 12.03.2020-ci il tarixdən 12.03.2025-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırmış vəziyyətdədir. Cəmiyyətin fəaliyyət növləri “çınqıl və qumun hasilatı” (əsas fəaliyyət növü), “ixtisaslaşdırılmış topdansatış”, “yaşayış və qeyri-yaşayış binalarının tikintisi”, dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi”, “digər iribuynuzlu mal-qaranın və camişların yetişdirilməsi”dir. Cəmiyyətin təsisçiləri X14 və X11, rəhbəri X5r. Qeydiyyat məlumatlarında dəyişiklik 09.04.2019-cu il tarixdə (təsisçi və rəhbər), 12.06.2020-ci il tarixdə (təsisçı və rəhbər), 02.02.2021-ci il tarixdə (təsisçi əlavə olundu) olmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması əsas şərtlərdən biridir. İlkin olaraq qanunsuz hərəkət və ya hərəkətsizliklə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hazırki halda iddiaçı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqi şəxsə ziyan vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci və 23-cü maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, iddiaçıya ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində “baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir” qeyd edilməsinə baxmayaraq həmin texnikaların Cavabdeh MMC-yə məxsus olmasını, həmin texnikalar tərəfindən Cavabdeh MMC-yə ayırmış yer təki sahəsindən kənarda 44 200 m3 qum-çınqıl qarışığı hasil edildiyi iş materialları ilə müəyyən etmək qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəfindən sübut kimi təqdim edilən fotoşəkillər qeyd olunan işlərin kim tərəfindən aparılmasını təsdiq etmir. Eyni zamanda, peyk görüntülərində göstərilən ərazinin koordinasiyları qeyd edilməmiş, peyk görüntülərində göstərilən ərazinin Cavabdeh MMCnin istifadəsində olmasını, həmçinin iddia edilən peyk görüntüləri vasitəsilə müşahidə edilən istismar sahəsinin Cavabdeh MMC-nin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində mövcud olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması da sübut olunmalıdır. Hazırda işdə iddiaçı tərəf 154.700 manat məbləğində maddi ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu sübuta yetirə bilmədiyindən, dəymiş ziyanın əvəzinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Eyni zamanda, məhkəmə bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məlumatına əsasən cavabdehin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 12.03.2020-ci il tarixdən 12.03.2025-ci il tarixədək dayandırılmışdır. İddiaçı tərəfindən isə Cavabdeh MMC-nin fəaliyyətinə 29 sentyabr 2020-ci il tarixində baxışın keçirilməsi və bu məqsədilə 29 sentyabr 2020-ci il tarixli, 63240 saylı aktın tərtib edilməsi anlaşılan deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmadığından, o cümlədən cavabdehin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 12.03.2020-ci il tarixdən 12.03.2025-ci il tarixədək dayandırıldığından iddia təmin oluna bilməz. Həmçinin, məhkəmə iddiaçının iddia ərizəsində maddi hüquq norması kimi istinad etdiyi “Yerin təki haqqında” Qanunun 48-ci maddəsinin 3-cü hissəsinə münasibət bildirirərək qeyd edir ki, həmin Qanunun 48-ci maddəsinin 3-cü hissəsinə əsasən, vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikasının “Yerin təki haqqında” Qanunu 13 fevral 1998-ci il tarixdə qüvvəyə minmişdir. Lakin, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 22 yanvar 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərman ilə təsdiq edilmiş və 01 sentyabr 2000-ci il tarixindən qüvvədədir. Bu səbəbdən məhkəmə işə baxan zaman eyni vaxtda tətbiq etməsi mümkün olmayan eyni münasibətləri tənzim edən iki normativ hüquqi aktdan yeni qəbul edilmiş normativ hüquqi aktı tətbiq etməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyası qanunun 10.5-ci maddəsinə əsasən, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X18 X3” X16 Cavabdehnə qarşı - pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1525/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1525/2021
28.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver