Məhkəmə qərarları › İş №e-2-2(121)-1530/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1530/2023

10.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1530/2023 10.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “təsisçilikdən çıxarılma” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 təsisçiliyindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Cənub Mənzil Tikinti˝ Kooperativi xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Vergi Xidməti 6 saylı Vergilər Baş İdarəsində ********** nömrəli qeydiyyat nömrəsi ilə (VÖEN) qeydiyyatdan keçmişdir. Hazırda Kooperativin təsisçilərinin pay bölgüsü aşağıdakı kimidir: İddiaçı – 8 pay, X2 – 8 pay, Cavabdeh3 – 4 pay, X6 – 2 pay, X1 – 10 pay, X3 – 8 pay. İddiaçı qeyd edir ki, Cavabdeh3 və X4 pay haqları İddiaçı tərəfindən ödənilmişdir. Həmin haqlar sonradan geri qaytarılmalı olsa da, ödənilməmişdir. Öhdəliyin hazırda icrasında maraqsız olan iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh3 və X6 tərəfindən kooperativin üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödənilmədiyindən onlar kooperativin üzvlüyündən çıxarılmalıdırlar. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci və 109.2-ci maddələrinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin Məcəllənin 111.3.3-cü maddəsinə əsasən, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən, kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, kooperativ üzvlərini kooperativin üzvlüyündən çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir və kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş “Cənub Mənzil Tikinti˝ Kooperativinin Nizamnaməsində nəzərdə tutulmuşdur ki, mütləq pay haqqını ödəməyən kooperativ üzvü Ümumi Yığıncağın qərarı ilə üzvlükdən çıxarılır (2.2-ci bənd), kooperativin üzvlüyünə qəbul, üzvlük kitabçasının məzmunu, üzvə veriləcək ödənişlər, üzvlükdən çıxmaq, üzvlərin siyahısının rəsmiləşdirilməsi qaydaları Ümumi Yığıncağın qərarı ilə müəyyən edilir (3-cü bənd). Göründüyü kimi, iddiaçı və cavabdehlərin təsisçiləri (üzvləri) olduqlar kooperativin nizamnaməsi ilə də üzvlükdən çıxarılma məsələləri müstəsna olaraq kooperativin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə hesab edir ki, kooperativ üzvlüyündən çıxarılma kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğuna görə, bu barədə ərizələrə məhkəmə qaydasında baxıla bilməz. Buna görə də, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyi əsası ilə imtina olumalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 təsisçiliyindən çıxarılmaları barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar