Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1572/2022 01.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu iddiaçı X4 cavabdeh X3 qarşı - pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı X8 cavabdeh X3 qarşı cavabdehdən 18.880 manat məbləğində pulun alınaraq ona verilməsi, maddi ziyan kimi 500 manat vəkilə ödənilən pul, 200 manat məbləğində mediasiya üçün dövlət rüsumunun cəmi 700 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Biləsuvar rayonu, Xırmandalı kənd sakini X6 ona borcludur. Belə ki, X5 2021-ci ilin mart ayında məndən 600 manat borc pul istəmiş və tez bir zamanda qaytaracağını bildirmişdir. Amma bugünə qədər borcunu qaytarmamışdır. xx.xx.2021-ci ildə kilosu 5 manatdan olmaqla 6 tona yaxın 27280 manat dəyərində malyuk çəki (sazan) ondan alıb və 1 ay ərzində ödəmək şərtilə razılaşmışlar. 2000 manat ilkin olaraq, 1400 manat pulu iyul ayında vermiş, 2400 manat dəyərində malyuk çəkini qaytarmış və 2600 manat pulu kart vasitəsilə göndərmişdir. Cavabdeh ümumilikdə sonra götürdüyü malın dəyərindən 8400 manat ödəmişdir. Qalan 18.880 (on səkkiz min səkkiz yüz səksən) manat pulu ödəməmişdir. X7 borclarını qaytarmaq üçün ondan 2021-ci ilin aprel ayında 1300 manat borc pul almış və bir gün sonra qaytaracağını bildirmişdir. Amma qaytarmamışdır. Salyan rayon Polis şöbəsinə şikayət etdikdən sonra bu məsələ RPŞdə araşdırılmış və cavabdehlər Biləsuvar rayonu, Xırmandalı kənd sakinləri X6 18880 (on səkkiz min səkkiz yüz səksən) manat və oğlanları X5 600 (altı yüz) manat, X7 1300 (bir min üç yüz) manat borcu qaldığını bildirmişdir və bu barədə izahatları alınmışdır. Hazırki iş üzrə X1 apardığı ilkin mediasiya prosesində iştirak etdik və cavabdehin iştirakı mümkün olmadığından barışıq olmadı və İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış təqdim edildi. 200 manat mediasiya üçün rüsum ödənilmiş və iddia tələbi üzrə 153 manat dövlət rüsumu nəzərədə tutulduğundan Dövlət Rüsmumu haqqında Qanunun 9.1-1 maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, elektron qaydada göndərilmiş iddia ərizəsində iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçı X8 və cavabdeh X6 göstərilməsinə baxmayaraq, iddiaçı və cavabdeh hüquqi şəxs kimi seçilmişdir, həmçinin iddia ərizəsində cavabdeh olaraq X6 göstərilməsinə baxmayaraq cavabdehə qarşı olan tələbin cavabdehə münasibətdə mübahisənin necə yaranması göstərilməmiş, əvəzində “X2 2021-ci ilin mart ayında ondan 600 manat borc pul istədiyini və tez bir zamantda qaytaracağını, amma bu günə qədər borcunu qaytarmadığını, xx.xx.2021-ci ildə kilosu 5 manatdan olmaqla 6 tona yaxın 27280 manat dəyərində malyuk çəki (sazan) ondan aldığını və 1 ay ərzində ödəmək şərtilə razılaşdıqlarını, 2000 manat ilkin olaraq, 1400 manat pulu iyul ayında verdiyini, 2400 manat dəyərində malyuk çəkini qaytardığını və 2600 manat pulu kart vasitəsilə göndərdiyini” qeyd edərək X2 hazırkı tələb üzrə cavabdeh ilə hansı səbəbli əlaqədə olduğunu, iddia ərizəsində yuxarıda göstərilən faktların X5 ilə yoxsa X6 arasında olduğunu, həmçinin iddia ərizəsinin “X7 borclarını qaytarmaq üçün ondan 2021-ci ilin aprel ayında 1300 manat borc pul almış və bir gün sonra qaytaracağını bildirmişdir. Amma qaytarmamışdır” hissəsinin hazırkı tələb üzrə cavabdeh ilə arasında olan səbəbli əlaqəni göstərməyərək mübahisənin düzgün həll edilməsində ziddiyətlərin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə bir daha iddiaçının nümayəndəsinin və vəkilinin diqqətinə çatdırır ki, iş materiallarından iddia ərizəsinin kağız daşıyıca cavabdehə göndərilməsi müəyyən olunsa da iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada cavabdehə göndərilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin nəzərinə çatdırır ki, hazırkı iddia tələbi üzrə artıq Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-959/2022 və e-2- 2(121)-1572/2022 saylı qərardadları ilə iddia ərizəsində olan nöqsanlar göstərilmiş, lakin hazırkı iddia ərizəsi nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Odur ki, məhkəmənin müvafiq qərardadları ilə geri qaytarılmış iddia ərizəsi yenidən məhkəməyə təqdim edilən zaman məhkəmənin qərardadında göstərilən nöqsanlar nəzərə alınmaqla aradan qaldırılmalı, işə düzgün və tezliklə baxılmasına maneçilik törədilməməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X4 cavabdeh X3 qarşı - pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1572/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1572/2022
01.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver