Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1575/2024 14.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı ASC-nin kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olan sənədlərdən görünür ki, İddiaçı ASC (İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov tərəfindən imzalanmış) xx.xx.2024cü il tarixdə X1 (X2 üzvü, Baş risk inzibatçısına) yazılı səlahiyyətə dair qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixədək göstərilmiş etibarnamə vermişdir. Göstərilən etibarnamənin məzmunundan aşkar surətdə göründüyü kimi etibar edən – həmin etibarnamə ilə etibar edilənə iddia ərizələrinin və qarşılıqlı iddianın imzalanması; iddianın predmetinin və əsasının dəyişdirilməsi; məhkəmə aktlarından şikayət verilməsinə (və s.) dair səlahiyyətlər vermişdir. Etibarnamədən həmçinin aydın olur ki, bu etibarnamə ilə verilmiş səlahiyyətlər (etibar edilmişi etibar etmə də daxil olmaqla) etibar edilən tərəfindən tam və ya qeyd-şərtlərlə bankın əməkdaşlarına və zəruri hallarda digər şəxslərə verilə və ötürülə bilər. İddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı ASC (X2 üzvü, Baş risk inzibatçısı Cavid Mirzəyev tərəfindən imzalanmış) xx.xx.2023-cü il tarixdə mövcud iddia ərizəsini elektron qaydada imzalamış Nümayəndə (Kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin müdirinə) yazılı səlahiyyətə dair qüvvədə olma müddəti 1 il göstərilmiş etibarnamə vermişdir. Göstərilən etibarnamənin məzmunundan aşkar surətdə göründüyü kimi etibar edən – həmin etibarnamə ilə etibar edilənə iddia ərizəsinin imzalanması; iddianın predmetinin və ya əsasının dəyişdirilməsi; məhkəmə aktlarından şikayət verilməsinə (və s.) dair səlahiyyətlər vermişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, İddiaçı ASC (X2 üzvü, Baş risk inzibatçısı Cavid Mirzəyev tərəfindən imzalanmış) xx.xx.2024-cü il tarixdə mövcud iddia ərizəsini elektron qaydada imzalamış Nümayəndə (Kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin müdirinə) yazılı səlahiyyətə dair qüvvədə olma müddəti 1 il (yəni, xx.xx.2025-ci il tarixədək) göstərilmiş etibarnamə vermişdir. Göstərilən etibarnamənin məzmunundan aşkar surətdə göründüyü kimi etibar edən – həmin etibarnamə ilə etibar edilənə iddia ərizəsinin imzalanması; iddianın predmetinin və ya əsasının dəyişdirilməsi; məhkəmə aktlarından şikayət verilməsinə (və s.) dair səlahiyyətlər vermişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli etibarnamə üzrə etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıqdır. xx.xx.2023-cü il tarixli etibarnamə isə ümumiyyətlə Cavid Mirzəyevə verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən əvvəl verilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.http://e-qanun.az/files/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Qeyd edilən Məcəllənin 364.4-cü maddəsinə əsasən, etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş və iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmahdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci və 284-1ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, sadələşdirilmiş qaydada verilən kiçik iddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 45,45 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1575/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1575/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver