Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1575/2025 07.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəməmüəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə əkdiyi yonca məhsulunun su verilməməsi nəticəsində vurulmuş 1720 manat maddi ziyanın, ziyanın müəyyən edilməsi üçün "xxxx" MMC-nə ödənilən 125 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 kəndində yaşayan İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı ile məşğul olur, Kənddə torpaq sahəsi vardır və həmin sahədə yonca bitkisi becərir, ona məxsus 2.34 hektar yonca sahəsinin məhsulu susuzluqdan yanaraq məhv olmuşdur. Beyləqan rayon Cavabdeh ilə müqavilələr bağlayaraq və sudan istifadə edərək pulunu ödəməklə torpaqda olan məhsulunu suvarır. Lakin 2023-2024-cü illər mövsümündə yonca sahəsini suvara bilməyib və məhsul olmayıb. Buna görə də, Birlik tərəfindən xeyli miqdarda ziyana düşüb. Həmin torpaq sahəsinə xeyli xərc çəkərək yonca əkib və yüksək səviyyədə məhsuldarlıq gözləyib. Sahənin sulanması üçün hər hektarın becərilməsi üçün xeyli pul xərcləyib. Torpaq sahəsini suvarmaq üçün dəfələrlə cavabdeh Beyləqan rayon Cavabdeh direktoru X10 və Birliyin agenti X5 müraciət edərək su istəyib. Lakin su alaraq yonca mahsulunu sulaya bilməyib. Bir neçə dəfə Beyləqan rayon Cavabdehnə ona məxsus torpaq sahəsində olan məhsuia vurduğu ziyanın ödənilməsini tələb etsə də, heç bir nəticə əldə edə bilməyib. Ona məxsus olan torpaq sahəsinə dəyən ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-nə müraciət etmişdir. "xxxx" MMC-nin rəyi ilə məhsula vurulan ziyanın məbləği 1720 manat hesablanmışdır. Cavabdeh suyun növbəlilik qaydasında verilməsini pozubdur və qonşuluqda olan sahələrə heç bir sey olmamış, onun torpağında olan məhsullar susuzluqdan məhv olmuşdur. Beləliklə, ona məxsus əkin sahələrində suvarılma suyu vaxtında verilmədiyinə görə 1720 manat yonca məhsulunun itkisi baş vermişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsinin məzmuna uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. İş materiallarından görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 kəndi ünvanında yerləşən sahəsi 1,5666 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2012-ci il tarixdə **********85 reyestr nömrəsi ilə mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan JN-165 nömrəli “Torpağa mülkiyyəti hüququna dair Dövlət Aktı”ndan görünür ki, ünvan 1 kəndi ünvanında yerləşən sahəsi 0,79 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə suyun verilməsi üçün 15 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli suyun verilməsi ilə bağlı icra aktının surətindən görünür ki, İddiaçı sahəsinə 1500 kub metr həcmdə su verilmişdir. İş materiallarında olan 2024-cü ilin avqust ayında tərtib olunmuş “Baxış aktı”nın surətindən görünür ki, ünvan 1 kənd sakini İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi ilə əlaqədar Beyləqan DAİM Bitkiçilik sektorunun aparıcı məsləhətçisi X3, Təzəkənd kəndinin İƏD üzrə nümayəndəsinin müavini X12 və İddiaçı aktı tərtib edərək təsdiq etmişlər ki, ünvan 1 kənd sakini İddiaçı 2,34 ha sahəsinə baxış keçirən zaman sahə suvarılmadığı üçün yonca bitkisinin inkişafdan qalması, biçin üçün yararsız hala düşməsi və nəticədə həmin sahədə biçin aparılmasının mümkün olmaması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş “Qiymətləndirmə rəyi”nə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 kəndi ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 2,34 ha əkin sahəsində 2023-cü ilin oktyabr ayında əkilmiş yonca bitkisinin susuzluqdan quruyaraq məhv olması nəticəsində zərərin (əldən çıxmış faydanın) orta bazar qiyməti ilə dəyəri 1720 manat təşkil etmə ehtimalı ağlabatandır. İş materiallarında olan iddiaçıların cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı 1720 manat maddi ziyanın və həmin ziyanın müəyyən edilməsi üçün 125 manat əlavə xərcin 3 gün ərzində ona ödənilməsini xahiş etmişdir. Əks halda öz hüququndan istifadə edərək məhkəməyə müraciət edəcəyi barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddia tələbinin predmetini cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə, iddianın predmeti ilə bağlı gəldiyi qənaətə əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində əldən çıxamış fayda şəklində vurulmuş zərərin yaranması və tələb edilə bilinməsinin normativ tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443, 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddianın uğurluluğu işin faktiki hallarının yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərini ödəməsi ilə mümkündür. Məhkəmə, baxılan işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən qiymətləndirərərk bu nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkmiş şəxsin əmlakında mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərlə əmələ gələn ziyanın aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntusu nəticəsində mülki məsuliyyətin əsaslarını müəyyən edən maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin yaranması, həmin zərərin yaranmasında borclunun təqsirinin müəyyən olunması və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mülki hüquq pozuntusu öhdəlik hüquq münasibətləri üzrə yarana bildiyi kimi (Mülki Məcəllənin 443-cü maddəsi), hüquqa zidd təqsirli hərəkət və ya hərəkətsizliyə yol verilməsi nəticəsində də (Mülki Məcəllənin 1096-cı maddəsi) meydana gələ bilər. Baxılan işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus olan sahənin suvarılmasının təmin edilməsinə dair müqavilə mövcud olmamışdır. İddiaçı suyun verilməsi ilə əlaqədar formalaşmış təcrübəyə görə cavabdehə şifahi müraciət əsasında cavabdehin hesabına müvafiq pul məbləğinin ödənilməsindən sonra əkin sahəsinə suyun verilməsinin həyata keçirildiyini bildirmişdir. İşdə olan mədaxil qəbzindən xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən Cavabdehnə suyun verilməsi üçün 15 manat məbləğində ödəniş edildiyi, suyun verilməsi ilə bağlı icra aktından İddiaçı sahəsinə 2024-cü ilin avqust ayında 1500 kub metr həcmdə su verildiyi, baxış aktında isə 2024-cü ilin avqust ayında sahənin suvarılmadığı üçün məhsulun inkişafdan qalması qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin suyun verilməsi ilə bağlı öhdəliyin daşıyıcı olmasını, həmin öhdəliyin hansı zaman dövrünü əhatə etməsini, öhdəliyin həcmini və bu kimi digər məsələləri müəyyən və təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hüquqa zidd təqsirli hərəkət və ya hərəkətsizliyə yol verilməsi nəticəsində iddiaçıya ziyan vurulması faktı da aşkar edilməmişdir. Beləliklə, şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş xərclər onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1575/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1575/2025
07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver