Məhkəmə qərarları › İş №e-2-2(121)-16/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-16/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-16/2024 14.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Abşeron rayonu X13 nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Abşeron rayonu X13 Cavabdeh qarşı – icarə müqavilələrinin ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahələrindən çıxarılması, icarə haqqının tutulması və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Abşeron rayonu X16 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (X9) Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha torpaq sahəsi, 2.24 ha torpaq sahəsi və 0.3120 ha torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, 1.3182 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 2№ icarə müqaviləsinin, 2.24 ha torpaq sahəsi icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 1№ icarə müqaviləsinin, 0.3120 ha torpaq sahəsi icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 8 № icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına (X9) icarə hüquqlu verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nörməli xx.xx.2011-ci il tarixli çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması və ödənilməmiş 12352 manat icarə haqqının və ödənilmiş olan 210 manat mediasiya haqqının Cavabdeh (X5) tutularaq iddiaçı X14 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon X16 tərəfindən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 2.24 ha torpaq sahəsi 99 il müddətində xx.xx.2011-ci il tarixli 1№ icarə müqaviləsi əsasında, 1.3182 ha torpaq sahəsi 99 il müddətində xx.xx.2011-ci il tarixli 2№ icarə müqaviləsi əsasında, 0.3120 ha torpaq sahəsi 99 il müddətində xx.xx.2011-ci il tarixli 8№ icarə müqaviləsi əsasında Cavabdeh (X9 ) icarəyə verilmiş, cavabdeh həmin icarə müqavilələrinə uyğun olaraq ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nörməli xx.xx.2011-ci il tarixli icarə hüquqlu çıxarışlar əldə etmişdir. Lakin cavabdeh həmin torpaq sahələrindən nə təyinatı üzrə istifadə etmiş, nə də ki aylıq icarə haqqlarını vaxtında ödəmişdir. Hal-hazırkı dövrə cavabdehin ödənilməmiş icarə haqqı 12352 manat təşkil etməkdədir. Torpaq sahələri uzun illərdir ki, təyinat üzrə istifadə edilmədiyindən həmin torpaq sahələri eroziyaya uğrayır. Bu isə kənd təsərrüfatlı torpaqların məhsuldarlığını aşağı salır. Bələdiyyə ərazisində olan torpaqlara nəzarəti həyata keçirir. Torpaq sahəsinin mülkiyyətçisi kimi bu nəzarət daha güclüdür. Bu səbəbdən Bələdiyyə həmin torpaq sahələrinin təyinatı üzrə istifadəsində maraqlıdır. Bu istifadə uzun illər ərzində həyata keçirilmədiyindən eyni zamanda icarə haqqları vaxtında ödənilmədiyindən həmin icarə müqavilələri ləğv edilməli, müvafiq çıxarışlar ləğv edilməli və ödənilməmiş icarə haqqı ödənilməldir İddiaçı tərəfindən işin kommersiya məhkəmələrinə aidiyyatını nəzərə alaraq müvafiq mediasiya təşkilatına müraciət edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli “İlkin mediasiyya sessiyasında iştirak edilməməsi barədə” Arayış iddiaçıya təqdim edilmişdir Bundan sonra İddiaçı tərəfindən Cavabdehin VÖEN hesabına pretenziya məktubu göndərilmiş və 3 gün vaxt qoyulmuşdur. Lakin bugünə kimi heç bir cavab tədbiri görülməmişdir. Cavabdeh X5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək X8 qarşı qaldırdığı 12.352 manat icarə haqqının şişirdilmiş olduğunu qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslanmışdır ki, iddiaçı Abşeron Rayonu X13 cavabdeh X3 qarşı qaldırdığı iddia ilə əlaqədar bildirir ki, həqiqətən Abşeron Rayon X16 ilə onun arasında xx.xx.2011-ci il tarixdə Abşeron Rayonu X13 mülkiyyətində olan 2.24 ha., 1.3182 ha. və xx.xx.2021-ci il tarixdə 0.3120 ha. torpaq sahələrini 99 il müddətinə icarəyə götürmüşdür. İcarəyə götürdüyü torpaq sahəsində (0.31 ha.) kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə sahəsi 300 m2 olan tövlə və sahəsi 200 m2 olan naxırçı evi tikmək üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Abşeron RİH xx.xx.2011- ci il tarixli, 518 sayli sərəncamı ilə ona bu icazəni vermişdir. Abşeron ərazisində fəaliyyət göstərən "xxxx" Mənzil-Tikinti Kooperativi müvafiq eskiz layihəsi hazırlamışdır. Tikintiyə başlamaq məqsədi ilə tikintinin koordinatları müəyyən etmək üçün X13 və Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin Abşeron ərazi idarəsinin nümayəndələrini həmin əraziyə dəvət etmişdir. 0.31 ha. torpağın koordinatlarım müəyyən edərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi ona təhvili verilərkən səhvə yol verilibmiş. Torpaq faktiki olaraq Müşviq qəsəbəsindən axıb gələn çirkab sularının altında qalır. Bu səbəbdən orada heç bir tikinti işləri aparmaq və təsərrüfat işləri ilə məşğul olmaq mümkün deyil. Ona söz verdilər ki, digər sahədən torpaq ayrılacaq. Uzun müddət X12 yeni yararlı torpaq sahəsi ayırmaq üçün verdiyi vədlərə əməl etmədi.Hər il 3171 (üç min yüz yetmiş bir manat) olmaqla bir neçə il icarə haqqım ödəmişdir.X16 15 fevral 2021-ci il tarixli 06 saylı protokounun 04 saylı qərarına əsasən ondan 14513,60 (on dörd min beş yüz on üç) manat borcun ödənilməsi haqqında tələb irəli sürmüşdür. O bu məbləğin şişirdilmiş olduğuna görə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmişdir.Sumqayıt İnzibati Məhkəməsi (iş 2-1(118)-203\2022) xx.xx.2022-ci il tarixli iclasında onun etirazı ilə bağlı ekspertiza təyin edilməsi haqqında qərar vermişdir. İqtisadi ekspertizalar şöbəsinin böyük eksperti, 1-ci dərəcəli ədliyyə qulluqçusu X15 24 iyun 2022-ci il tarixdə ekspert rəyini Sumqayıt inzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə təqdim etdi.Ekspertiza rəyində bildirilir: Abşeron rayon X13 15 fevral 2021 -ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarı ilə X5 barəsində hesablanmış borc məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanmaması müəyyən edildi.Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərə məhkəmə iclası təyin etməyinə baxmayaraq X13 nümayəndəsi iclaslara gəlməmişdir. Ekspert rəyi onları qane etmədiyindən bu işin Sumqayıt İnzibati Məhkəməsinidə baxışda olmasına baxmayaraq X17 Şirvan Koommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-16/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı Abşeron rayonu X13 cavabdeh X3 qarşı – torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, icarə müqaviləsinin ləğv edilməsi, çıxarışların ləğv edilməsi və.s tələbinə dair iddia ərizəsi “cavabdeh X1 adına (X9) icarə hüququ üzrə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nörməli xx.xx.2011-ci il tarixli Çıxarıların ləğv edilməsi” hissəsində iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Abşeron rayonu X13 nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını və son 3 il ərzində hesablanmış 9.264 manat icarə haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək Abşeron rayonu X16 ilə 1.3182 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 2 saylı, 2.24 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 1 saylı və 0.3120 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 8 saylı icarə müqaviləsi bağladığını, lakin 0.3120 ha torpaq sahəsindən istifadə etmədiyini bildirdi. Bununla yanaşı, cavabdeh son 3 il ərzində icarə haqqını ödəmədiyini, borcunun təxminən 9.000 manata yaxın olduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, 0.3120 ha torpaq sahəsi Abşeron rayonu X13 mülkiyyətindədir. İşdə olan Abşeron rayonu X16 ilə X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 0.3120 ha torpaq sahəsi 99 il müddətinə, icarə haqqı illik 260 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.3120 ha torpaq sahəsi üzrə icarə hüququ X1 xeyrinə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, 1.3182 ha torpaq sahəsi Abşeron rayonu X13 mülkiyyətindədir. İşdə olan Abşeron rayonu X16 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 1.3182 ha torpaq sahəsi 99 il müddətinə, icarə haqqı illik 1080 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha torpaq sahəsi üzrə icarə hüququ Cavabdeh xeyrinə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, 2.24 ha torpaq sahəsi Abşeron rayonu X13 mülkiyyətindədir. İş materiallarında olan Abşeron rayonu X16 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 2.24 ha torpaq sahəsi 99 il müddətinə, icarə haqqı illik 1837 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 2.24 ha torpaq sahəsi üzrə icarə hüququ Cavabdeh xeyrinə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli rəyindən görünür ki, istənilən torpaq sahəsi bələdiyyənin ehtiyat fondunda olmaqla, torpaq uçot materiallarında yararsəz torpaq sahəsi kimi qeydiyyata alınmışdır. Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məqədilə açıq torpaq müsabiqəsi vasitəsilə icarə qaydasında uzun müddətli icarəyə verilməsinə DTXK-nın Abşeron rayon şöbəsi etiraz etmir. İş materiallarında olan 4 saylı Abşeron Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X4 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi sxemdə göstərilmişdir. Elektron məlmat bazasına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X4 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar katqeoriyasına aidir (sahibkarlıq).2. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı şıxarışa əsasən cavabdeh X4 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi sənəd üzrə X4 icarəsindədir. 3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X4 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsinin koordinatları daxilində ev, anbar tikililəri mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2023- cü il tarixli, 3-16-16/2-10/7935 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-12576/23 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı,0176342 saylı çıxarışa əsasən cavabdeh X2 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi sxemdə göstərilmişdir. Elktro məlumat bazasında əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X2 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir (sahibkarlıq). Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X2 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsinin sənəd üzrə X2 icarəsində olduğu müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X2 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsinin koordinatları daxilində ev, anbar tikililərin mmövcud olmadığı müəyyən edilir. İş materiallarında olan Abşeron rayonu X16 tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli, 1 saylı icarə müqaviləsi, xx.xx.2011-ci il tarixli saylı icarə müqaviləsi və xx.xx.2011-ci il tarixli 8 saylı icarə müqaviləsi əsasında ümumi göstərilməklə cavabdehin 2019-2022-ci illər üzrə icarə haqqı borcu 12.352 manat təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abşeron rayonu X16 tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar Cavabdeh ilə Abşeron rayonu X16 arasında xx.xx.2011-ci il tarixli, 1 saylı, xx.xx.2011-ci il tarixli 2 saylı, xx.xx.2011-ci il tarixli, 8 saylı icarə müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən və Abşeron rayonu X13 mülkiyyətində olan 2.24 ha, 1.3182 ha və 0.3120 ha torpaq sahələri 99 ilədək Cavabdeh icarəyə verilmişdir. Qeyd olunan torpaq sahələri cavabdehin istifadəsində olsa da cavabdeh icarə müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Məhkəmə, ilk öncə iddiaçının “hal-hazıradək ödənilməmiş 12.352 manat icarə haqqının ödənilməsi” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 0.3120 ha torpaq sahəsinin illik icarə haqqının 260 manat, xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 1.3182 ha torpaq sahəsinin illik icarə haqqının 1.080 manat və xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 2.24 ha torpaq sahəsinin illik icarə haqqının 1837 manat olması barədə razılığa gəlmişlər. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışında cavabdehin ümumilikdə 12.352 manat borcunun olduğu qeyd olunsa da iddiaçının nümayəndəsi-vəkilinin məhkəmə iclasında verdiyi izahatında cavabdehdən 9.264 manat pulun tutulmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, 9.264 manat məbləğində icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, iddiaçının “hal-hazıradək ödənilməmiş 12.352 manat icarə haqqının ödənilməsi” tələbi qismən əsaslıdır. Buna görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin, iddianın müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün Abşeron rayonu X16 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 2 saylı, xx.xx.2011-ci il tarixli, 01 saylı və xx.xx.2011-ci il tarixli, 8 saylı icarə müqavilələrinin ləğv edilməsi hissəsini əsaslı hesab edir. Belə ki, Abşeron rayonu X16 ilə Cavabdeh arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 2.24 ha, 1.3182 ha və 0.3120 ha torpaq sahəsi 99 ilədək icarəyə verilməsi ilə bağlı icarə müqavilələr bağlanılmışdır. Cavabdeh Abşeron rayonu X16 ilə icarə müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, icarə haqqını qeyd edilən müqavilələrdə göstərilən müddətdə və miqdarda icarəyəverənə ödənilməsini təmin etməmişdir. Bu hal cavabdehin məhkəmə iclasında verdiyi izahatla da öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2011-ci il tarixli, 1 saylı, xx.xx.2011-ci il tarixli, 2 saylı və xx.xx.2011-ci il tarixli, 8 saylı icarə müqavilələrinin ləğv edilməsinə əsas kimi cavabdehin həmin müqavilələr üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsinə, yəni icarə haqqının ödənilməməsinə istinad etmişdir. Məhkəmə, eyni zamanda müəyyən etdi ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı, müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdeh isə iddiaya dair etiraz təqdim edərək müqavilənin ləğvi üçün əsasların olmadığını ifadə etmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, mübahisə olunan icarə müqaviləsi məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilələrin ləğv edilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış icarə müqavilələrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh icarə müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın “torpaq sahələrinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə tərəflər arasında sözügedən torpaq sahələrinin icarəyə verildiyi barədə müqavilələrin bağlandığı müəyyən olunur. Cavabdeh icarə müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, icarə haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda icarəyəverənə ödənilməsini təmin etməmiş və nəticədə cavabdehin 9.264 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, cavabdehin icarəyə götürdüyü torpaq sahələrindən istifadəyə görə borcunun yarandığı işin mübahisəsiz halını təşkil edir. Belə olan təqdirdə cavabdehin Abşeron rayonu X13 mülkiyyətində olan, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələrinin iddiaçıya təhvil verməsi üçün hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının “cavabdeh tərəfindən Abşeron rayonu X13 mülkiyyətində olan, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələrinin iddiaçıya təhvil verilməsi” tələbi təmin edilməli və cavabdeh Abşeron rayonu X13 mülkiyyətində olan, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələri iddiaçıya geri qaytarmalıdır. Məhkəmə, iddianın “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha torpaq sahəsi, 2.24 ha torpaq sahəsi və 0.3120 ha torpaq sahəsi üzərində cavabdehin istifadə hüququna xitam verilməsi” hissəsinə də münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müvafiq icarə müqavilələrinin ləğvi üçün əsaslar mövcud olduğundan və həmin torpaq sahələri iddiaçıya geri qaytarılmalı olduğundan iddiaçının qeyd olunan tələbi təmin edilərək Cavabdeh Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən Abşeron Rayonu X13 mülkiyyətində olan 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələri üzərində istifadə hüququna xitam verilməlidir. Məhkəmə, cavabdehin etirazını və yuxarıda sadalanan halları birgə araşdıraraq hesab edir ki, etirazda qeyd olunan hallar iddianın rədd olunması üçün əsaslı deyildir. Çünki, cavabdeh X2 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsinin həm sənəd üzrə, həm də ekspert rəyi ilə X2 icarəsində olduğu müəyyən edilir. Bununla yanaşı, cavabdeh tərəfindən 0.3120 ha torpaq sahəsinin iddiaçıya geri qaytarıldığı, habelə həmin torpaq sahəsi ilə bağlanmış icarə müqaviləsinin ləğv edildiyi işdə olan sənədlərlə müəyyən olunmur. Məhkəmə, eyni zamanda iddia tələbinin 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, cavabdehdən 210 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Abşeron Rayonu X16 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 2 saylı, xx.xx.2011-ci il tarixli, 1 saylı və xx.xx.2011-ci il tarixli, 8 saylı icarə müqavilələri ləğv edilsin. Cavabdeh Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən Abşeron Rayonu X13 mülkiyyətində olan 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələri üzərində istifadə hüququna xitam verilsin. Cavabdeh tərəfindən Abşeron Rayonu X13 mülkiyyətində olan 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələri iddiaçı Abşeron Rayonu X14 geri qaytarılsın. Cavabdeh 9.264 manat məbləğində icarə haqqı və mediasiya xərci olaraq ödənilmiş 210 manat olmaqla, ümumilikdə 9.474 (doqquz min dörd yüz yetmiş dörd) manat məbləğində pul tutularaq iddiaçı Abşeron Rayonu X14 ödənilsin. İddia 3.088 manat icarə haqqının cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar