Məhkəmə qərarları › İş №e-2-2(121)-1612/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1612/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1612/2022 18.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 008R********** saylı krеdit razılaşması üzrə 3.739,96 manat məbləğində krеdit bоrcunun, 273,61 manat məbləğində faiz bоrcunun və 553,52 manat məbləğində cərimə borcu olmaqla, - 008R********** saylı krеdit razılaşması üzrə 6.598,1 manat məbləğində krеdit bоrcunun, 676,41 manat məbləğində faiz bоrcunun və 1.018,02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.859,62 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 008R********** saylı krеdit razılaşması üzrə 3.739,96 manat məbləğində krеdit bоrcunun, 273,61 manat məbləğində faiz bоrcunun və 553,52 manat məbləğində cərimə borcu olmaqla, - 008R********** saylı krеdit razılaşması üzrə 6.598,1 manat məbləğində krеdit bоrcunun, 676,41 manat məbləğində faiz bоrcunun və 1.018,02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.859,62 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 bildirdi ki, cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilmişdir. Hazırda cavabdehlərin iddiaçıya borcları yoxdur. Odur ki, elektron qaydada məhkəməyə təqdim etdikləri ərizəni müdafiə edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və işin məhkəmədən geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 008R********** saylı krеdit razılaşması üzrə 3.739,96 manat məbləğində krеdit bоrcunun, 273,61 manat məbləğində faiz bоrcunun və 553,52 manat məbləğində cərimə borcu olmaqla, - 008R********** saylı krеdit razılaşması üzrə 6.598,1 manat məbləğində krеdit bоrcunun, 676,41 manat məbləğində faiz bоrcunun və 1.018,02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.859,62 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar