Məhkəmə qərarları › İş №e-2-2(121)-1617/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1617/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1617/2020 28.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” MMC-yə qarşı müqavilələrin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “X1” MMC-yə qarşı xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələrin ləğv edilməsi, xx.xx.2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 46.479 manat, faiz borcuna görə 1.714,67 manat, cərimə borcuna görə 4.647,90 manat olmaqla, cəmi 52.841,57 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə əsas borca görə 46.479 manat, faiz borcuna görə 1.772,36 manat, cərimə borcuna görə 4.647,90 manat olmaqla, cəmi 52.899,26 manat pulun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cavabdeh “X1” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 22/xx/xx-2252 saylı məktub (pretenziya) mövcud olsa da, həmin məktubla xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələrin ləğv edilməsi “X1” MMC-yə təklif edilməmişdir. Digər tərəfdən, müvafiq təklifin edilməsinə dair hər-hansı digər sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələrin ləğv edilməsi təklifi ilə “X1” MMC-yə müraciət edilmədən, müvafiq tələblə məhkəməyə müraciət edildiyi üçün iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” MMC-yə qarşı müqavilələrin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar