Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-165/2025 08.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı - 005R********** saylı krеdit razılaşması üzrə 25.155,12 manat məbləğində krеdit bоrcu, 3.772,13 manat məbləğində faiz bоrcu və 935,46 manat məbləğində cərimə borcu olmaqla, 29.862,71 manat məbləğində borcun; 005R********** saylı krеdit razılaşması üzrə 7.114,94 manat məbləğində krеdit bоrcu, 1.056,79 manat məbləğində faiz bоrcu və 375,68 manat məbləğində cərimə borcu olmaqla, 8.547,41 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə cəmi 38.410,12 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 205,23 manat məbləğində dövlət rüsumunun tutulması; tələbin Cavabdeh2 mülkiyyətində olan MAN markalı,19-464 yük modelli, yəhərli dartıcı tipli,ağ rəngli, 1998-ci il buraxılışlı **-VC-*** dövlət qeydiyyat nişanlı; MAZ markalı, 953000 yarımqoşqu modelli, özüboşaldan tipli, sarı rəngli, 2008-ci il buraxılışlı **-ZK-*** dövlət qeydiyyat nişanlı; Renault markalı, Logan Minik modelli, universal tipli, ağ rəngli, 2013-cü il buraxılışlı **-OA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə 38.410,12 manat məbləğində borcun və 205,23 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2021ci il tarixli 005L**********38 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35.000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 9.844,88 manat ödəmiş, onun 25.155,12 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 253 gün üçün hesablanmış faiz borcu 3.772,13 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 253 gün üçün hеsablanmış cərimə 935,46 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9.000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1.885,06 manat ödəmiş, onun 7.114,94 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 264 gün üçün hesablanmış faiz borcu 1.056,79 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 264 gün üçün hеsablanmış cərimə 375,68 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 005M**********01, 005M**********02 və 005M**********01 saylı ipoteka müqaviləsi əsasında MAN markalı,19-464 yük modelli, yəhərli dartıcı tipli, ağ rəngli, 1998-ci il buraxılışlı **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, MAZ markalı, 953000 yarımqoşqu modelli, özüboşaldan tipli, sarı rəngli, 2008-ci il buraxılışlı **- ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Renault markalı, Logan Minik modelli, universal tipli, ağ rəngli, 2013-cü il buraxılışlı **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan iddiaçı tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh2 ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. MAN markalı,19-464 yük modelli, yəhərli dartıcı tipli,ağ rəngli, 1998-ci il buraxılışlı **-VC-*** dövlət qeydiyyat nişanlı, MAZ markalı, 953000 yarımqoşqu modelli, özüboşaldan tipli, sarı rəngli, 2008-ci il buraxılışlı **- ZK-*** dövlət qeydiyyat nişanlı və Renault markalı, Logan Minik modelli, universal tipli, ağ rəngli, 2013-cü il buraxılışlı **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iddiaçı qarşısında ipoteka ilə yüklü edilərkən X3 notariat kontoruna ərizə təqdim edərək əmlakların ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən, yəni kredit razılaşmaları üzrə əsas borcun ondan tutulması hissələrində qəbul edərək, iddianın qalan hissələrinə etiraz etdi. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005L**********38 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 300.000 manat məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 005L**********38 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005M**********01, 005M**********02 və 005M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan MAN 19-464 yük, yəhərlidartıcı tip, ağ rəngli, buraxılış ili 1998, **********B281 mühərrik nömrəli, **-VC-*** dövlət qeydiyyat nişanlı, WMAT32M139M238637 şassi nömrəli nəqliyyat vasitəsi; MAZ 953000 yarışqoşqu, özüboşaldan tip, sarı rəngli, buraxılış ili 2008, **-ZK-*** dövlət qeydiyyat nişanlı, YZM**********0696 şassi nömrəli nəqliyyat vasitəsi və Renault Logan minik markalı, universal tip, ağ rəngli, buraxılış ili 2013, ban nömrəsi VF17SRAW449646618, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYPİ-nin kompüter çıxarışından görünür ki, DİN DYPİ Qeydiyyat-imtahan şöbəsinin kompüter uçot bazasının məlumatları üzrə xx.xx.2022-ci il tarixli, AA 144084 nömrəli “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışa əsasən, Cavabdeh2 adına mülkiyyətində olan MAN 19-464, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYPİ-nin kompüter çıxarışından görünür ki, DİN DYPİ Qeydiyyat-imtahan şöbəsinin kompüter uçot bazasının məlumatları üzrə xx.xx.2022-ci il tarixli, AA 144086 nömrəli “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışa əsasən, Cavabdeh2 adına mülkiyyətində olan MAZ 953000 yarışqoşqu, **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYPİ-nin kompüter çıxarışından görünür ki, DİN DYPİ Qeydiyyat-imtahan şöbəsinin kompüter uçot bazasının məlumatları üzrə xx.xx.2022-ci il tarixli, AA 144085 nömrəli “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışa əsasən, Cavabdeh2 adına mülkiyyətində olan Renault Logan, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan X1 Abşeron rayon 1 saylı notariat ofisində imzaladığı xx.xx.2022-ci il tarixli ərizələrin surətlərindən görünür ki, əri Cavabdeh2 məxsus 10VC660 qeydiyyat nişanlı, istehsal tarixi 1998, şassi WMAT32M139M238637, rəngi ağ olan MAN markalı; 10ZK745 qeydiyyat nişanlı, istehsal tarixi 2008, şassi YZM**********0696, rəngi sarı olan MAZ markalı və 99OA797 qeydiyyat nişanlı, buraxılış ili 2013, rəngi ağ olan Renault Logan minik markalı nəqliyyat vasitələrinin İddiaçı QSC-də və onun istənilən filialında ipotekaya qoyulmasına razılıq vermişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit razılaşmanın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 35.000 manat məbləğində kredit vəsaiti aylıq 1.9167% faiz olmaqla, 36 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 35.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 25.155,12 manat məbləğində əsas, 3.772,13 manat məbləğində faiz, 935,46 manat məbləğində cərimə olmaqla, cəmi 29.862,71 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit razılaşmanın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 9.000 manat məbləğində kredit vəsaiti aylıq 1.9167% faiz olmaqla, 24 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 9.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 7.114,94 manat məbləğində əsas, 1.056,79 manat məbləğində faiz, 375,68 manat məbləğində cərimə olmaqla, cəmi 8.547,41 manat məbləğində kredit borcu vardır. İşdən görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2024-cü il tarixli bildiriş göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı BDYPİ-nə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9984 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh2 banka olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 25.155,12 manat, faiz borcu üzrə 2.531,11 manat, xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 25.155,12 manat, faiz borcu üzrə 4.090,05 manat; xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə banka olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7.114,94 manat, faiz borcu üzrə 835,15 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 7.114,94 manat, faiz borcu üzrə 1.276,09 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 7.114,94 manat, faiz borcu üzrə 2.421,61 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınar əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh2 məxsus 2013-cü il buraxılışlı, **-OA-*** dövlət qeydiyyat nişanlı, Logan markalı Renault minik universal nəqliyyat vasitəsinin likvid dəyəri 6.000 manat məbləğində; 2008-ci il buraxılışlı, **-ZK-*** dövlət qeydiyyat nişanlı, MAZ markalı 953000 yarımqoşqu özüboşaldan nəqliyyat vasitəsinin likvid dəyəri 7.000 manat məbləğində; 1998-ci il buraxılışlı, **-VC-*** dövlət qeydiyyat nişanlı, MAN markalı 19-464 yük yəhərli dartıcı nəqliyyat vasitəsinin likvid dəyəri 10.000 manat məbləğində müəyyən olunmuşdur. Rəyə əlavə edilən “qiymətləndirmə xərclərinə dair” bildirişdən görünür ki, 1.500 manat qiymətləndirmə xərclərinin 750 manatı iddiaçı tərəfindən ödənilmiş, qalan hissə olan 750 manat məbləğin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehlərdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh(lər)ə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. İş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsinə əsasən faiz borcunun 2.531,11 manat; xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsinə əsasən faiz borcunun 835,15 manat olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsinə əsasən 25.155,12 manat əsas borc, xx.xx.2023cü il tarixinə 2.531,11 manat məbləğində faiz borcu; xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsinə əsasən 7.114,94 manat əsas borc, xx.xx.2023-cü il tarixinə 835,15 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə cərimənin 375,68 manat məbləğində deyil, 356 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdür. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınar əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınar əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdeh(lər)dən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 205,23 manat məbləğində dövlət rüsumunun 200,78 manatı (yəni, 36.927,78 manat məbləğinə münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 750 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı iddiaçıdan, 40 manatı isə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 005R********** saylı kredit razılaşması üzrə 25.155,12 manat əsas borc, 2.531,11 manat faiz borcu, 935,46 manat cərimə, cəmi 28.621,69 manat məbləğində kredit borcu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. 005R********** saylı kredit razılaşması üzrə 7.114,94 manat əsas borc, 835,15 manat faiz borcu, 356 manat cərimə, cəmi 8.306,09 manat məbləğində kredit borcu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. 200,78 manat məbləğində dövlət rüsumu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb Cavabdeh2 məxsus MAN 19-464 yük, yəhərlidartıcı tip, ağ rəngli, buraxılış ili 1998-ci il olan, **********B281 mühərrik nömrəli, WMAT32M139M238637 şassi nömrəli, **- VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə; MAZ 953000 yarışqoşqu, özüboşaldan tip, sarı rəngli, buraxılış ili 2008-ci il olan, YZM**********0696 şassi nömrəli, **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Renault Logan minik” markalı, universal tip, ağ rəngli, buraxılış ili 2013-cü il olan, ban nömrəsi VF17SRAW449646618 olan, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Cavabdeh2 məxsus MAN 19-464 yük, yəhərlidartıcı tip, ağ rəngli, buraxılış ili 1998-ci il olan, **********B281 mühərrik nömrəli, WMAT32M139M238637 şassi nömrəli, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 10.000 manat məbləğində; Cavabdeh2 məxsus MAZ 953000 yarışqoşqu, özüboşaldan tip, sarı rəngli, buraxılış ili 2008-ci il olan, YZM**********0696 şassi nömrəli, **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 7.000 manat məbləğində; Cavabdeh2 məxsus “Renault Logan minik” markalı, universal tip, ağ rəngli, buraxılış ili 2013-cü il olan, ban nömrəsi VF17SRAW449646618 olan, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən xx.xx.2022-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 28.621,69 manat məbləğində kredit borcu; xx.xx.2022-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 8.306,09 manat məbləğində kredit borcu və 200,78 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı İddiaçı QSC-dən, 40 manatı isə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 750 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-165/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-165/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver