Məhkəmə qərarları › İş №e-2-2(121)-1655/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1655/2024

11.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1655/2024 11.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barəsində ilkin iddiasına; Cavabdeh İddiaçı qarşı – qəbzin etibarsız hesab edilməsi barəsində qarşılıqlı iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 550.000 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 840 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi barəsində ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi bir müddətdir ki, tanıyır. Cavabdeh restoran biznesi ilə məşğul olur. Cavabdeh iddiaçıdan 2021-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək şəxsi problemlərinin həlli üçün və restoran biznesini genişləndirmək üçün hissə-hissə olmaqla, ümumilikdə 500.000 manat borc pul almışdır. Cavabdeh almış olduğu borcu hissə-hissə olmaqla 24 ay müddətinə üzərində əlavə 50.000 manat qoymaqla iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh borcundan hər ay minimum 25000-30000 manat məbləğində pul ödəmədiyi təqdirdə, ödəməli olduğu bütün məbləğin, yəni 550.000 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehin iddiaçıdan 500.000 manat məbləğində borc pul almasını, borcunu ödəmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulmasına etiraz etmədiyini sübut edən özü tərəfindən imzalanmış akt da mövcuddur. Cavabdeh ödəməli olduğu məbləği 2023-cü ilin sentyabr ayınadək ödəyib yekunlaşdırmalı olduğu halda bu günə qədər iddiaçıya bir manat belə ödəniş etməmişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Səfərov X1 Tural Vaqif oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından tərtib edilmiş “pulun etirafı barədə” xx.xx.2021-ci il tarixli qəbzin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilkin iddia tələbi üzrə İddiaçı borc pul almamış, bu şəxs Cavabdeh biznes ortağı olmuş, onunla bir neçə restoranda iş birliyi qurmuş və əldə edilmiş gəlirlərin 50 faizi restoran sahibinə çatmış, qalan 50 faizini isə aralarında bölmüşdürlər. Biznes fəaliyyətinin tənzimlənməsi və əldə edilmiş gəlirlərin, xərclərin bölünməsi ilə bağlı sənədləşmə işlərinin aparılmasında hüquqşünas Xətai Yusubov onlara yardım etmiş və hər dəfə Cavabdeh iş yerində olmadığı üçün qabaqcadan imzasını bir neçə boş kağızlara atmaqla, X.Yusubova təqdim etmiş və həmin kağızlar da X.Yusubovda olmuşdur. Qarşı tərəfin təqdim etdiyi həmin qəbzdə də ilkin iddia ərizəsi üzrə cavabdehin imzası və xətti olmuşdur, lakin ondan yuxarıda kompüter vasitəsi ilə yazılan sözlər həmin qəbzə sonradan əlavə edilmişdir. İddia ərizəsindən məlum olmuşdur ki, Cavabdeh imzaladığı həmin boş kağızı digər sənədlərlə birlikdə Xətai Yusubov İddiaçı biznes ortağı və dost kimi qəbul edərək ona vermiş, bu şəxsin belə bir saxtakarlıq edəcəyini ağlına belə gətirməmişdir. Cavabdeh İddiaçı 500.000 manat almamışdır, o şəxs dayısından 80.000 manat pul götürərək tərəflərin şərikli biznes fəaliyyətinə qoymuş və bunun əvəzində 5 ay müddətində 130.000 manat pulu ümumi gəlirdən götürməklə dayısına qaytarmışdır. Lakin bu dəfə İddiaçı Cavabdeh külli miqdarda pul qoparmaq üçün imza olan bir kağıza sonradan kompüter vasitəsi ilə ağlasığmaz bir məbləği əlavə edərək iddia qaldırmışdır. Həmin qəbz məhkəmə qaydasında etibarsız sayılmalı və bu saxtakarlığı etmiş İddiaçı barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməlidir. Qeyd edilən xüsusatları təsdiqləyən şahid və sübutlar da vardır və məhkəməyə təqdim ediləcəkdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi. İlkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında həmçinin göstərdi ki, cavabdeh borclu olduğu 550.000 manat məbləğində pul vəsaitindən 50.000 manatını sonradan ona qaytarmışdır. Məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etdi. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda, izahatında göstərdi ki, pandemiya dövründə avtomobillərini İddiaçı almışdır. İddiaçı ilə birlikdə Sumqayıt şəhərində parkın yanında obyekt götürmüşlər. Restoran işlətməmişdən qabaq müvafiq qurumlardan icazə almadıqları üçün müxtəlif cərimələr yazılmışdır. O, restoranın fəaliyyətində şou proqramların aparılmasına və işçilərə nəzarət etmiş, restoranın kassasına və bazarlığına İddiaçı nəzarət etmişdir. Qəbzdə olan imzanın “Spring” hotelin restoranının müqaviləsinə atdığı imza olmuşdur. Belə ki, o, boş kağıza imza etmişdir. Yəni, qəbzdə olan yazını boş vərəqə yazaraq imzalamışdır və bunu “Spring” hotelin restoranının işlədilməsi ilə bağlı müqavilə üçün etmişdir. Həmin restoranın müqaviləsini Xətai adlı vəkil gətirmiş və boş kağız olduğunu qeyd etmişdir. Səhəri günü məclisdə olmalı olduğu üçün, həmçinin münasibətləri yaxşı olduğu üçün, o cümlədən Xətai Yusubov İddiaçı tanışı olduğu üçün ona etibar etmişdir. Bütün hüquqi məsələləri Xətai aparmışdır. O, imzaladığı müqavilə Xətai Yusubovda, həmçinin “Spring” hotelin restoranındadır. Onu restoranla bağlı müqaviləyə imza etmək adı ilə aldatmışlar. “Borcun etirafı barədə” xx.xx.2021-ci il tarixli qəbzdən xx.xx.2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, həmin qəbz barədə məlumat onun işçisinin e-mailinə gəlmişdir. İddiaçının təqdim etdiyi “borcun etirafı barədə” xx.xx.2021-ci il tarixli qəbzdən məzmunca fərqli olan başqa qəbzlər də mövcuddur. Həmin qəbzlər ona köməkçisi Eldəniz tərəfindən təqdim edilmişdir. Belə ki, İddiaçı e-mail ünvanın giriş məlumatları Eldənizdə olduğundan, Eldəniz Turalın e-mail ünvanına daxil olaraq həmin qəbzləri çıxarıb ona təqdim etmişdir. Onun Eldənizdən başqa da şahidləri vardır. Belə ki, onun imzası ilə təsdiqlənən eyni məzmunlu boş kağızların olmasını sübuta yetirən şahidləri var. İddiaçı onu birgə iş qurmasından istifadə etməklə bu qəbzi aldadaraq əldə etmişdir. Məhkəmə iclasına tək gəlməli olduğunu düşündüyü üçün şahidləri iclasa gətirməmişdir. Xətai adlı vəkilə zəng edərək bir dəfə danışmış, lakin, Xətai onun sonrakı telefon zənglərinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq, hesab edir ki, ilkin iddia qismən əsaslıdır, qarşılıqlı iddia isə əsassızdır. Buna görə də ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli “aldığım pulun etirafı barədə qəbz”in əslindən görünür ki, həmin qəbzdə “mən xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh xx xxx 1986-cı il təvəllüdlü İddiaçı həqiqətən də 2021-ci ilin mart ayından 05 sentyabr 2021-ci il tarixə qədər hissə-hissə olmaqla, ümumilikdə şəxsi problemlərimin həlli məqsədilə və restoran biznesimi genişləndirmək üçün 500.000 manat pulu borc şəklində təhvil aldım. Almış olduğum 500.000 manat pulu hissə-hissə olmaq şərtilə 24 ay müddətində üzərində 50.000 manat olmaqla, ümumilikdə 550.000 manatı İddiaçı qaytarmağı öz öhdəmə (üzərimə) götürürəm. Əgər hər ay minimum 550.000 manat puldan cəhd edərək 25.000-30.000 manat ödəməsəm, məhkəmə qaydasında bütün pulunun (yəni 550.000 manatın) birdəfəyə tələb edilməsinə də etiraz etmirəm” yazılmışdır. Qəbzdən həmçinin görünür ki, cavabdeh həmin qəbzdə öz xətti ilə “Yuxarıda yazılanlar mənim sözlərimlə yazılıb, razıyam” yazısını yazaraq, qəbzi imzalamışdır. İş materiallarında olan və cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli “aldığım pulun etirafı barədə qəbz”in surətindən görünür ki, həmin qəbzdə “mən xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh xx xxx 1986-cı il təvəllüdlü İddiaçı həqiqətəndə 2021-ci ilin mart ayından 05 sentyabr 2021-ci il tarixə qədər hissə-hissə olmaqla, ümumilikdə şəxsi problemlərimin həlli üçün və restoran biznesimi genişləndirmək məqsədilə 500.000 manat pulu borc şəklində təhvil aldım. Almış olduğum 500.000 manat pulu hissə-hissə olmaq şərtilə 24 ay müddətində üzərində 50.000 manat olmaqla, ümumilikdə 550.000 manatı İddiaçı qaytarmağı öz öhdəmə (üzərimə) götürürəm.” yazılmışdır. Həmin qəbzin surətindən həmçinin görünür ki, cavabdeh qeyd edilən qəbzdə öz xətti ilə “Yuxarıda yazılanlar mənim sözlərimlə yazılıb, razıyam” yazısını yazaraq, qəbzi imzalamışdır. Qeyd edilən qəbzin və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş digər qəbzin surətlərindən həmçinin aydın olur ki, həmin qəbz xx.xx.2021-ci il tarixində e-mail vasitəsi göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə (“Spring” hotelin rəhbəri X3 ilə) İddiaçı və Cavabdeh arasında “Spring” hotelin restoranının işlədilməsi ilə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən tərəflər arasında bağlanmış müqavilə öhdəliyinin müddəti 1 il olacaq, xx.xx.2021-ci ildən etibarən imzalanır və xx.xx.2022-ci il tarixə qədərdir. Ümumi əldə olunan gəlirin 40%-i İddiaçı və ortağı Cavabdeh, yerdə qalan 60%-isə sahibkar X2 aiddir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 550.000 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, tərəflərin izahatları, iş materiallarında olan sənədlər və işin həqiqi halları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 2021-ci ilin mart ayından xx.xx.2021-ci il tarixə qədər hissə-hissə olmaqla, ümumilikdə şəxsi problemlərinin həlli məqsədilə və restoran biznesini genişləndirmək üçün 500.000 manat pulu borc şəklində almış, aldığı 500.000 manat pulu hissə-hissə olmaq şərtilə 24 ay müddətində üzərində 50.000 manat olmaqla, ümumilikdə 550.000 manatı iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə cavabdehin iddiaçıya qeyd edilən məbləğdə borcunun olması barədə sadə yazılı qəbz (əqd) tərtib edilmiş və cavabdeh həmin qəbzi (əqdi) öz imzası ilə təsdiq etmişdir. Məhkəmə ilk növbədə qarşılıqlı iddianın dəlillərini araşdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbz (sadə yazılı əqd) əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd edilən qəbz (əqd) cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən sənəddir və həmin qəbz (əqd) cavabdeh tərəfindən könüllü şəkildə öz xətti ilə (qəbzin aşağı hissəsindən) yazılaraq imzalandığından, onun əldə edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “borcun etirafı barədə” xx.xx.2021-ci il tarixli qəbz (əqd) mülki qanunvericiliyin tələblərinə uyğundur və onun etibarsızlığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan əsaslar müəyyən olunmadı. Ona görə ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən əqdin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, qeyd edilən əqd imzalanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Həmçinin, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəflər (cavabdeh) səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, göstərilən əqdin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, əqd qanunidir. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə, cavabdeh (yəni, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) “borcun etirafı barədə” xx.xx.2021-ci il tarixli qəbzdən xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş, lakin hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi (yəni, qarşılıqlı iddia ərizəsi) ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mübahisə tərəfi olan qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh (yəni, iddiaçı) isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, maraqlı şəxsin iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ onun əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin normada müəyyən edilmiş 1 illik müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü nəzərdə tutulmamışdır. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində həmin əqdi mübahisələndirmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Cavabdehin (yəni, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının) məhkəmədə verdiyi izahatından, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərin surətlərindən aydın olmuşdur ki, o, “borcun etirafı barədə” xx.xx.2021-ci il tarixli qəbzdən xx.xx.2021-ci il tarixdən məlumatlı olmuşdur. Belə olduğu təqdirdə iddiaçı (yəni, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) öz hüquqlarının cavabdeh (yəni, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) tərəfindən pozulduğunu xx.xx.2021-ci il tarixində bilmiş, hazırkı iddianı (qarşılıqlı iddianı) isə xx.xx.2024-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 2 il 9 ay sonra qaldırmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, iddiaçının (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının) cavabdehə qarşı əqdin etibarsız hesab edilməsini tələb etmək hüququ müddətin keçməsinə görə qüvvədən düşdüyündən, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə həmçinin ilkin iddianın dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Göstərilən Məcəllənin 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Borcun etirafı haqqında müqavilədə tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Yəni, yazılı şəkildə tərtib edilmiş və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş borcun etirafı haqqında müqaviləyə (əqdə) əsasən borclu başlıca əqddən irəli gələn müəyyən borcu etiraf edir. Borclu başlıca əqddən təcrid edərək seçdiyi borcu etiraf edir və bu əqdin etibarlılığı öz əsası olan əqdin məqsədindən asılı deyildir. Qeyd edilən əqd üzrə öhdəliklərin cavabdeh tərəfindən icra olunmaması işin materialları ilə təsdiq olunur. Odur ki, iddiaçı pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulmasına dair ilkin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı məhkəmədə verdiyi izahatında cavabdehin borclu olduğu 550.000 manat məbləğində pul vəsaitindən 50.000 manatını sonradan ona qaytardığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hissədə ilkin iddia qismən təmin edilərək, cavabdehdən 500.000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, ilkin iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 840 manat dövlət rüsumunun 790 manatı (yəni, 500.000 manata münasibətdə) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin ilkin iddiaya etirazının və qarşılıqlı iddiaya etirazının dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdeh qarşılıqlı iddia ərizəsində “iddiaçıdan borc almadığını, iddiaçının onun biznes ortağı olmasını, onunla bir neçə restoranda iş birliyi qurmuş və əldə edilmiş gəlirlərin 50 faizinin restoran sahibinə çatmasını, qalan 50 faizinin isə aralarında bölmüşdürülməsi”ni göstərmişdir. Lakin, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “borcun etirafı barədə” qəbz xx.xx.2021-ci il tarixdə imzalanmış, tərəflər arasında ortaqlığın olması ilə bağlı müqavilə (yəni, "xxxx" MMC ilə İddiaçı və Cavabdeh arasında “Spring” hotelin restoranının işlədilməsi ilə bağlı bağlanmış müqavilə) isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Digər tərəfdən, “borcun etirafı barədə” xx.xx.2021-ci il tarixli qəbzdən aydın olur ki, cavabdeh həmin qəbzdə öz xətti ilə “Yuxarıda yazılanlar mənim sözlərimlə yazılıb, razıyam” yazısını yazaraq, qəbzi imzalamışdır. Halbuki, təyin edilmiş məhkəmə (hazırlıq və baxış) iclaslarında cavabdeh “Qəbzdə olan yazını boş vərəqə yazaraq imzaladığını və bunu “Spring” hotelin restoranının işlədilməsi ilə bağlı müqavilə üçün etdiyi”ni bildirmişdir. Lakin, "xxxx" MMC ilə İddiaçı və Cavabdeh arasında “Spring” hotelin restoranının işlədilməsi ilə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən aydın olur ki, həmin müqavilə Cavabdeh tərəfindən imzalanmış və orada “Yuxarıda yazılanlar mənim sözlərimlə yazılıb, razıyam” yazısı mövcud deyildir. Bundan əlavə, cavabdeh qarşılıqlı iddia ərizəsində “iddiaçının dayısından 80.000 manat pul götürərək tərəflərin şərikli biznes fəaliyyətinə qoymasını və bunun əvəzində 5 ay müddətində 130.000 manat pulu ümumi gəlirdən götürməklə dayısına qaytarmasını” göstərsə də, iddiaçının dayısından həqiqətən pul alması və həmin məbləği geri qaytarmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh imzası ilə təsdiqlənən eyni məzmunlu boş kağızların olmasını sübuta yetirən şahidlərin (o cümlədən, şahid qismində Xətai Yusubovun, özünün köməkçisi Eldəniz adlı şəxsin və s.) olmasına, iddiaçının onu birgə iş qurmasından istifadə etməklə bu vərəqləri aldadaraq əldə etməsinə istinad etmiş olsa da, bu halların sübutu kimi hər hansı bir sənəd və ya şahid təqdim etməmiş, yalnız ümumi sözlərlə bildirmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən, cavabdehin qarşılıqlı iddia ərizəsində və izahatında göstərdiyi “hər dəfə iş yerində olmadığı üçün qabaqcadan imzasını bir neçə boş kağızlara atmaqla, vəkil Xətai Yusubova təqdim etməsi, təqdim edilmiş həmin qəbzdə də onun imzası və xəttinin olması, lakin ondan yuxarıda kompüter vasitəsi ilə yazılan sözlərin qəbzə sonradan əlavə edilməsi”nə dair dəlillərini məhkəmə ağılabatan mühakimə hesab etmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslıdır, qarşılıqlı iddia əsassızdır. Buna görə də ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. 500.000 manat məbləğində pul vəsaiti və 790 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı – pulun etirafı barədə xx.xx.2021-ci il tarixli qəbzin etibarsız hesab edilməsi barəsində qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar