Məhkəmə qərarları › İş №e-2-2(121)-1685/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1685/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1685/2024 21.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/801/5200765/160622 nömrəli kredit müqaviləsi, Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, ZM/801/5200839/160622 nömrəli, Cavabdeh3 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, ZM/801/5201431/160622 nömrəli zaminlik müqavilələrinə əsasən əsas məbləğ üzrə 3,516.65 (üç min beş yüz on altı manat altmış beş qəpik) AZN, faiz üzrə 196,62 (bir yüz doxsan altı manat, 62 qəpik) AZN, cərimə üzrə 17,65 (on yeddi manat 65 qəpik) AZN olmaqla, ümumilikdə 3.730,82 (üç min yeddi yüz otuz manat 82 qəpik) AZN məbləğində vəsaitin və 56 AZN məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı eyni əsas və məzmunlu iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1400/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü və 150.1.6-cı maddələrinin tələblərinə (işdə iştirak edən digər şəxs tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya haqqında sənədin elektron qaydada alınması haqqında sənədin iddia ərizəsinə əlavə edilmədiyi əsasları ilə) əməl edilmədiyinə görə, həmin Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən geri qaytarılmışdır. Həmin qərardadda kommersiya mübahisələrinə dair işlərdə sənədlərin təqdim edilməsinə dair mövcud qanunvericilik normalarının tələbləri ətraflı izah edilmişdir. Məhkəmənin yuxarıda göstərilən qərardadında şərh olunanlara baxmayaraq iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən yenidən eyni nöqsanlara yol vermiş, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin iddiaçı tərəfindən elektron qaydada vergi ödəyicisi olan Cavabdeh3 çatdırılmasına dair sənəd və Cavabdeh3 ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə bir daha iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi işdə iştirak edən digər şəxs tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasına dair sənədin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilmədiyi əsası ilə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə, müvafiq izah verilməsinə baxmayaraq eyni məzmunlu nöqsanlara yol verilməklə tərtib olunmuş iddia ərizəsini məhkəməyə təkrar təqdim etməklə əsassız olaraq məhkəmənin iş yükünün artmasına səbəb olduğuna görə, növbəti dəfə eyni nöqsanlara yol verildiyi təqdirdə "xxxx" ASC-nə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən 500 manatadək cərimə ediləcəyi barədə xəbərdarlıq edilməsini zəruri hesab edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də idia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267, 268 və 284-3.5-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar