Məhkəmə qərarları › İş №e-2-2(121)-17/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-17/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-17/2020 04.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh firmasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh firmasına qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasıdan xx.xx.2015-ci il tarixli, 130/15 saylı kredit müqaviləsi üzrə 6.412,14 manatəsas borc, müddət sonuna hesablanmış 959,91 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2.808,46 manatborc, 898,01 manat cərimə olmaqla cəmi 11.078,52 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Firması arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik faiz dərəcəsi 18% ödənilmək şərtilə 17.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh Firması kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu xx.xx.2015-ci il tarixli, 130/15 saylı kredit müqaviləsi üzrə 6.412,14 manatəsas borc, müddət sonuna hesablanmış 959,91 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan2.808,46 manat borc, 898,01 manat manat cərimə, cəmi 11.078,52 manattəşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh firmasının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh firması arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh firmasına 12 ay müddətinə, illik faiz dərəcəsi 18% ödənilmək şərtilə 17.000 manat məbləğində kredit vəsaiti verilmişdir.Əsas və faiz borcunu qəbul edir. Ödənişlərdə problem yaranıb, lakin borcunu ödəməyə hazırdır. Qeyd olunanlara əsasən qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh firması arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 103/15 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh firmasına illik 18 faiz dərəcəsi ilə, 12 ay müddətinə 17.000 (on yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan cari hesabdan çıxarışdan görünür ki, kredit borcu kimi verilən 17.000 manat pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh firmasının bank hesabına köçürülmüşdür. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli, **********276 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh firması arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 103/15 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2019-cu il tarixə banka 6.412,14 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 959,1 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 2.808,46 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 5% olan, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və geçikdirilmiş gün sayısı 0,89 qəpik X 1.009, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 898,01 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 11.078,52 manat təşkil edir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(081)-3620/2016 nömrəli qərarının surətindən görünür ki, İddiaçı ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materialında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh firmasına ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh firmasıaralarında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 103/15 saylıkredit müqaviləsi əsasında aldığı kreditə görə 6.412,14 manatəsas borc, müddət sonuna hesablanmış 959,91 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2.808,46 manatborc, 898,01 manat cərimə olmaqla cəmi 11.078,52 manat məbləğində kredit borcunun olması barədə xəbərdar edilmişdir. Əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh firmasıməlumatlandırılmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 28734 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh Firması arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 103/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh firmasının Ləğv prosesində olan İddiaçı ASC-yə xx xxxxxx 2016-cı il tarixə əsas borc üzrə 6.412,14 manat, faiz borcu üzrə 206,48 manat, xx xxx 2019-cu il tarixə əsas borc üzrə 6.412,14 manat, faiz borcu üzrə 206,48 manat, faiz borcu üzrə (illik 5% hesablamaqla) 885,23 manat borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh Firması arasında xx xxxxxx 2015-ci il tarixli, 103/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh Firmasına illik 18 faiz olmaqla, 12 ay müddətinə, 17.000 manat kredit verilmiş, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 103/15 saylı kredit müqaviləsi üzrə 6.412,14 manat əsas borcunun olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə tam, 959,91 manat faiz borcu hissəsində isə qismən, yəni 206,48 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı cavabdehdən həmçinin, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 2.808,46 manat faiz borcu da tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Məhkəmə qeyd olunan tələbə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% həcmində cərimə ödəyir. İddiaçı 898,01 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 30 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manatın 40 (qırx) manatı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 60 (altmış) manatı isə Cavabdeh firmasındantutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Firmasından 6.412,14 əsas borc, 206,48 manat faiz borcu, 30 manat dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, cəmi 6.668,62 (altı min altı yüz altmış səkkiz manat, 62 qəpik) manat məbləğində pul Cavabdeh firmasındən tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh firmasından6.412,14 manat əsas borc, 206,48 manat faiz borcu, 30 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, cəmi 6.668,62 (altı min altı yüz altmış səkkiz manat, 62 qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (bir yüz) manatın 40 (qırx) manatı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 60 (altmış) manatı isə Cavabdeh firmasındantutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar